Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə26/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   22   23   24   25   26   27   28   29   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     59 
 
 
mində  çıxış  edirlər.  Valideynlər  öz  balalarının  taleyi  ilə  barışmağa  çalışır,  çox  vaxt 
bunu  bacarmırlar. Hökmdarlar adətən saray  və qalaların sifarişçisi, qurbanın qətlinə 
fərman verən şəxs kimi verilirlər. Hökmdara inşaat qurbanının verilməli olduğu barə-
də  məsləhəti  çox  zaman  memar,  inşaatçılar,  yaxud  ustalar  verirlər.  Bəzən  isə  bu 
funksiyanı  kahinlər,  cadugərlər  və  ya  mifoloji  varlıqlar  icra  edirlər.  Onlar  gerçək 
dünya  ilə  ruhlar  aləmi  arasında  vasitəçi  rolunu  oynayırlar.  Onların  vəzifəsi  mərasi-
min keçirilməsinin vacibliyini tikinti sahibinə başa salmaq, bu zaman bütün qaydala-
ra  əməl  olunmasına  nəzarət  etmək,  iki  aləm  arasındakı  münasibətlərin  pozulmasına 
yol  verməməkdir.  Hələ  Plutarx  qeyd  edirdi  ki,  “Romul  şəhər  salmağa  hazırlaşarkən 
Etruriyadan xüsusi adamları dəvət etdi və onlardan bütün vacib ayinlərin təfərrüatla-
rını öyrəndi (2; 11, 32). 
Fantastik,  mifoloji  varlıqların  bu  mövzulu  mətnlərdə  iştirakı  da  maraqlı  mə-
qamlardandır. Nümunələrdə həmin obrazlar ustaların gün ərzində inşa etdiyi tikilinin 
müəyyən bir hissəsini gecə uçurub dağıdır, yerin dibinə çökdürür, çəkilən əməyi zay 
edirlər. Digər tərəfdən onlar tikintinin sahibinə  inşaat qurbanı  verməyin  lazım oldu-
ğunu söyləyir, hətta qurbanı necə seçməyi də öyrədirlər (14, 151). «Vila» belə varlıq-
lardandır.  Bolqar,  serb,  xorvat,  makedon  xalqlarının  təsəvvüründə  vila  qamətli,  gö-
zəl, yerədək uzun saçlı və qanadlı qızdır. Əynindəki sehrli donu kim oğurlasaydı ona 
tabe olardı. Vila ona zərər vuran şəxsdən  intiqam almaq xüsusiyyətinə də  malik  idi. 
Bu əlamətləri vilanı bizim folklor nümunələrimizdəki pərilərə yaxınlaşdırır. 
E.A.Paxomovun  “Qız qalası”  ilə bağlı  verdiyi  bir cümləlik  informasiyadan tə-
kan  olaraq  inşaat  qurbanı  mövzusunda  apardığımız  axtarışlar  günümüzə  yalnız  bir 
cümləsi gəlib çatmış, tarixin dolaylarında azıb qalmış rəvayəti rekonstruksiya etməyə 
imkan verir. Bizcə, bəhs edəcəyimiz növbəti nümunə bunun üçün ən uyğunudur. 
Əvvəla, bizdə inşaat qurbanı kimi uşaq deyil, kişi və ya qadın deyil, qızın seçil-
məsi ümumtürk folklor kontekstində baxdıqda tamamilə başa düşüləndir və ənənənin 
davamı kimi görünür. Ümumiyyətlə, türk təfəkkürünə görə, Tanrı üçün nəzərdə tutul-
muş nə varsa, ən yüksək keyfiyyətlərə malik olmalıdır. Bu, tayfanın ən gözəl qızı ola 
bilər. Məsələn, Çin mənbəsində təsbit olunmuş «Törəyiş» dastanında təsvir olunduğu 
kimi, qədim  hun  yabqularından biri son dərəcə gözəl  iki qızının  yalnız Tanrı  ilə ev-
lənməyə layiq olduğunu hesab edərək onları bir qalada saxlayır. Tanrının qurd cildin-
də gəlib qızlarla izdivaca girməsindən doqquz oğuz türkləri törəmişdir (2, 31). 
İnşaat  qurbanı  kimi  məhz  qızın  seçilməsi  onun  bakirəliyi,  bundan  öncə  heç 
kəsə mənsub olmaması, Tanrıya ünvanlanması düşüncəsindən irəli gəlir. Hun yabqu-
sunun qızlarının Tanrı ilə evlənməsi və Tanrıya inşaat qurbanı olaraq qızın verilməsi 
arasında  çox  dərin,  məntiqli  məna  əlaqəsi,  eyni  semantik  işarə  sezilməkdədir.  Belə 
ki,  inşaat qurbanı  mərasiminin  müxtəlif  nümunələrdə gəlib çatmış  mərhələ və təfər-
rüatlarına  diqqət  yetirsək,  burada  toy  və  yas  mərasimlərinin  əlamətlərinin  qovuşdu-
ğunu  görərik.  Mətnlərdə  təsvir  olunur  ki,  qurbanlıq  qızı  öncə  hamamda  çimizdirir, 
sonra ona  ləziz təamlar  yedirib  yatmağa göndərirlər. Təyin olunmuş  saatda onu  yu-
xudan  oyadaraq  ağ  köynək,  üstündən  gözəl  paltar  geyindirirlər.  Ayağına  geyinmək 
üçün  zərif  ayaqqabılar  seçirlər.  Saçlarını  ərə  gedən  qızlar  kimi  yığırlar.  Sonra  qızı 
aparmağa gəlirlər (gəlinin ardınca gəldikləri kimi) və onu bütün qohum-əqrəbası yola 
salır.  Qonaqlara  müxtəlif  yeməklər  təklif  olunur.  Qurbanın  əşyaları  onlara  paylanır. 
Qız öz ata-anasından xeyir-dua istəyir. 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     60 
 
 
Buraya  qədər  yerinə  yetirilən  bütün  ayinlər  toy  mərasimini  xatırladır.  Lakin 
bundan  sonra qurbanı tikinti sahəsinə aparıb divara hörürlər. Doğmaları qızı anmaq 
üçün üç gün həmin yeri ziyarət edirlər. 
N.A.Kriniçnaya  qeyd  edir  ki,  daha  sonrakı  dövrlərdə  əski  inamların  unudulub 
getməsi, yerini başqa dinlərə verməsi ilə əlaqədar olaraq, inşaat qurbanı öz sakrallığını, 
əhəmiyyətini  itirir.  Lakin  hələ  də  icra  olunmaqda  davam  edir.  Bu  zaman  o,  mənasız 
insan qətlinə çevrilir. Nəticədə köhnə adətlərlə yeni təfəkkür toqquşur (6, 159). 
Beləliklə,  Y.A.Paxomovun  kiçik  qeydi  həm  geridə  qalmış  tayfalarda,  həm  də 
özünü sivil hesab edən xalqlarda hətta XVIII əsrədək icra olunan amansız bir mərasi-
min sübutu, hafizələrdən silinmiş kədərli bir rəvayətin parçası imiş. 
İşin  elmi  nəticəsi. Məqalədə Qız qalası  haqqında unudulmuş  bir rəvayət onun 
başqa xalqlardakı eyni süjetli analoqları əsasında rekonstruksiya edilmişdir. 
İşin  elmi  yeniliyi.  Adətən etnoqraflar tərəfindən tədqiq olunan “inşaat qurbanı” 
mərasimi Azərbaycan folklorşünaslığında ilk dəfə bir beynəlxalq süjet olaraq müxtəlif 
xalqların ağız ədəbiyyatındakı oxşar nümunələrlə müqayisəli şəkildə araşdırılmışdır. 
İşin  tətbiqi  əhəmiyyəti.  Məqalənin  materiallarından  antropoloji  nəzəriyyənin 
müddəalarının təsdiqinə həsr olunmuş tədqiqatlarda, həmçinin ali məktəblərdə keçilən 
“Folklor və etnoqrafiya” fənninin tədrisində əlavə vəsait kimi istifadə oluna bilər. 
 
 
ƏDƏBİYYAT 
 
Azərbaycan dilində: 
1. 
Abdulla K. Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud – 2. Bakı: Elm, 1999, 283 
s. 
2. 
Cəfərov N. Eposdan kitaba. Bakı: Maarif, 1999, 220 s. 
 
Rus dilində: 
3. 
Байбурин  А.К.  «Строительная  жертва  и  связанные с  нею  ритуальные  символы  у 
восточных  славян//  В  кн.:  Проблемы  славянской-этнографии.  Ленинград:  Наука, 
Ленингр. отд.,1979, 240 с. 
4. 
Чиковани  М.Я.  Грузинско-сербско-венгерские  эпические  встречи  (к  вопросу 
генезиса  легенды  о  Сурамской  крепости)  //  Сообщения  АН  Груз.ССР,  1955, 
т.XVI, №10, с.829-836 
5. 
Евсевьев  М.Е.  Избранные  труды.  Т.1.  Народные  песни  мордвы.  Саранск,  1961, 
с.79-126 
6. 
Криничная  Н.А.  Эпические  произведения  о  принесении  строительной  жертвы  // 
Фольклор  и  этнография.  У  этнографических  истоков  фольклорных  сюжетов  и 
образов. Ленинград: Наука, 1984, с.154-161 
7. 
Маскаев А.И. Мордовская народная эпическая песня. Саранск: Мордов. кн. изд., 
1964 
8. 
Мелетинский  Е.М.  Об  архетипе  инцеста  в  фольклорной  традиции  (особенно  в 
героическом  мифе)//  Фольклор  и  этнография.  У  этнографических  истоков 
фольклорных сюжетов и образов. Ленинград: Наука, 1984, с.57-62 
9. 
Навроцкий  А.А.  Сказания  минувшего.  Русские  былины  и  предания  в  стихах. 
Санкт-Петербург, 1896, с.35-50 
10.  Пахомов Е.А. Девичья башня и её легенда// «Известия» Азерб. Археологического 
Комитета, Вып.1,1925, с.33-38 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə