Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə24/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   20   21   22   23   24   25   26   27   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     55 
 
 
ən  müxtəlif  janrlarda  (rəvayət,  epik  nəğmə,  inanc,  ballada,  bılina  və  s.)  özünü  gös-
tərir. Belə bir janr rəngarəngliyi süjetin arxaikliyindən xəbər verir. 
Oxşar  süjetli  əsərlərdən  birinin  müəyyən  epizod  və  təfərrüatları  unudulubsa, 
onu süjet zəncirinin  bütün halqaları  yerində olan digər nümunənin köməyi  ilə  bərpa 
etmək, rekonstruksiyasına nail olmaq mümkündür. Bu üsul folklorşünaslıqda müvəf-
fəqiyyətlə tətbiq edilir. Kamal Abdulla araşdırmalarından birində itirilmiş paralellər-
dən  danışarkən  həmin  üsulun  effektivliyini  qeyd  edir:  “Bir  dolğunluğun,  kamilliyin 
hesabına o biri natamamlığı, yarımçıqlığı boya-başa gətirmək, qurmaq, yeraltı suları 
yer  üzünə  çıxarmaq  və  hamısını  bir  ümumi  dənizə  –  anavarianta  tuşlamaq  bir  çox 
gizli  mətləbləri,  necə  deyərlər,  aşkarlayır.  Bu  üsulun  əhəmiyyətini  qiymətləndirmə-
mək mümkün deyil” (1, 239). 
Ümumiyyətlə, qurbanvermə mərasimi ən qədim dövrlərdən mövcud olub, ibti-
dai insanların yaşamaq uğrunda mübarizəsinin tərkib hissəsi kimi çıxış etmişdir. Bu, 
insanlarla  təbiət  qüvvələri,  gözəgörünməz  ruhlar,  tanrılar  arasındakı  münasibətləri 
tənzimləyən vasitə olmuşdur. Utilitar xarakter daşıyan həmin mərasimdən insanların 
ən  müxtəlif  gözləntiləri,  təmənnası  ola  bilərdi:  yağış  yağdırılması,  müvəffəqiyyətli 
ov istəyi, qonşu tayfa ilə müharibədə qələbə diləyi, hər hansı xəstəlikdən, epidemiya-
dan qurtulmaq və s. 
Bəs  “inşaat  qurbanı”  verilərkən  hansı  məqsəd  güdülürdü?  Bu  barədə  etnoqraf 
və  folklorşünaslar  fərqli  mülahizələr  irəli  sürmüşlər.  Məsələn,  ingilis  etnoqrafı 
E.Taylor  hesab  edirdi  ki,  mərasim  “torpaq  ruhlarını  rəhmə  gətirmək”  məqsədi  daşı-
yırdı  (12,  61).  Başqa  sözlə,  üzərində  hər  hansı  binanın  (bu,  ev,  qala,  saray,  körpü, 
dəyirman və s. ola bilərdi) ucalacağı bir parça torpaq üçün halallıq istənilirdi. Sanki 
torpaq qurban müqabilində satın alınırdı. 
E.Taylorun  ardınca  folklorşünaslardan  M.Y.Çikovani  (4,  833),  A.İ.Maskayev 
(7, 89) və B.Kerbelite də öz yazılarında  həmin  mülahizəni  müdafiə  və davam etdir-
mişlər. D.K.Zeleninin fikri isə mahiyyətcə həmin mülahizəyə yaxın olsa da, təfərrü-
atları  baxımından  ondan  fərqlənir.  Alim  düşünür  ki,  qurban  “tikinti  üçün  qırılan 
ağaclara görə ağac ruhlarına verilən kompensasiyadır” (14, 160). 
Mərasimin  şərhi  ilə  bağlı  Y.Bıstron  və  A.K.Bayburinin  mövqeləri  də  maraq 
doğurur.  Y.Bıstrona  görə,  qurban  binanın  həyat  qabiliyyətini  təmin  edir.  Yəqin  ki, 
müəllif tikilinin təyinatı üzrə fəaliyyət göstərməsini nəzərdə tuturdu. A.K.Bayburinin 
hipotezi isə ondan ibarətdir ki, tikili sanki qurbanın bədənindən çıxaraq hörülür, bu-
nun nəticəsi olaraq bina qurbanın simasını, surətini alır (3, 162). 
Belə  bir  sual  yaranır:  insanların  inşaat  qurbanı  verməyin  vacib  olduğu  barədə 
əminliyi  hansı  əndişədən,  ehtiyatdan,  qorxudan  irəli  gəlmişdir?  Bu  tükürpədici  adət 
hansı inanclara söykənir? 
Əvvəla,  bənnaların  ciddi-cəhdinə  baxmayaraq,  əziyyətlə  ucaltdıqları  divarlar 
çökəndə, bünövrə heç cür sabit dayanmayanda, tikintinin qurban tələb etdiyini düşü-
nürlər və bunu təmin edirlər. 
İkincisi, qurban verilmədikdə bəzən müvəffəqiyyətlə başa çatmış tikili öz funk-
siyasını yerinə yetirə bilmir, onun təyinatı ilə fəaliyyət göstərməsinə müxtəlif əngəl-
lər törənir. Günümüzə gəlib çatmış folklor mətnləri də bunu təsdiq edir. 
Məsələn, mordva xalqına məxsus arxaik epik nəğmədə qoca İbrayın yeddi ildir 
ki,  işləməyən dəyirmanlarından  bəhs edilir. Nəğmədə sual olunur ki, “Ay qardaşlar, 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     56 
 
 
axı  niyə  dəyirmanlar  üyütmür?”  Suala  birmənalı  şəkildə  cavab  verilir:  “Onlar  qur-
banlıq qızı gözləyirlər” (5, 126). 
Mətndən aydın olur ki, dəyirmanların uzun müddət çalışmamasına səbəb onla-
rın tikilişi zamanı mühüm bir ayinin yerinə yetirilməməsi, mərasim qanunlarının po-
zulmasıdır. 
İnşaat qurbanı mövzusunda müxtəlif xalqlara aid nümunələri analiz edərkən bir 
neçə  məsələni  ayrıca  nəzərdən  keçirməyə  ehtiyac  vardır:  a)  qurbanın  seçilməsi;  b) 
qurbanın necə öldürülməsi, c) mərasimin icrasının detalları; ç) mətnlərdə iştirak edən 
personajlar. 
Bir çox  xalqların  mətnlərində təsvir olunur ki, təsadüfən tikinti  sahəsinə gəlib 
çıxan şəxs qurban kimi seçilir. 
Deməli, bu, qadın da, kişi də, qız da, oğlan da ola bilər. Lakin folklor məntiqin-
dən çıxış etsək, aydın olur ki, təsadüf kimi təqdim olunan  hadisənin özü zərurətdən 
irəli gəlmişdir. Daha doğrusu, tanrılar, müqəddəs ruhlar qurbanı özləri seçərək onun 
lazımi vaxtda, lazımi yerdə olmasını təmin edir, yolunu tikinti meydanından salırlar. 
Mətnlərdə buna  işarə edən cümlələr də  vardır:  “Görünür, tanrı  mənim taleyimi  belə 
yazmışdır”, “Buna məni tanrı təyin etmişdir” (5, 112; 98) və s.  
A.A.Navrotski Nijni Novqoroddakı “Koromıslo qülləsi”  barədə dillərdə gəzən 
rəvayəti nəzmə çəkərək çap etdirmişdir. “Koromıslo” rus qadınlarının məişətdə geniş 
istifadə  etdikləri  çiyin  ağacıdır.  Qadınlar  boyunlarının  arxasından  çiyinlərinə  daya-
dıqları bu ağacın hər iki ucuna vedrə keçirib su daşıyardılar. Mətndə təsvir olunur ki, 
knyaz  qüllə  tikdirmək  istəyir.  Ustalar  ona  deyirlər  ki,  adətə  görə,  həmin  yerdən 
təsadüfən  keçəcək  şəxs,  heyvan,  yaxud  quş  bünövrəyə  basdırılmalıdır.  Onlar  daha 
əvvələ aid bir  inşaat qurbanını da  xatırladırlar. Sən demə, Novqorod ona görə möh-
kəmdir ki, onun qüllələrindən birinin altında azyaşlı uşağı diri-diri basdırıblar. Knyaz 
bu adətdən xəbərdar olduğunu və onun sabah icra ediləcəyini bildirir. 
Qurban olmaq kimi  acı qismət tacir Qriqori Lopatanın arvadı  Alyonanın  imiş. 
Həmin gün o, təsadüfən yatıb yuxuya qalmışdı. Oyandıqdan sonra tələsik su gətirmə-
yə getmiş, vedrələrini doldurub çiyin ağacından asaraq həmişəki yolla deyil, kəsəsinə 
evə  doğru  yönəlmişdi.  Şəhər  divarının  yanından  keçəndə  Alyona  məzara  oxşar  bir 
çala  görür.  Yaxınlaşanda  bənnalar  onu  hər  tərəfdən  əhatəyə  alaraq  taxta  lövhənin 
üzərinə sarıyıb çalaya salırlar. Çiyin ağacını və vedrələri də onunla bərabər basdırır-
lar.  Adət  tələb  edirdi  ki,  qurban  yanındakı  bütün  əşyaları  ilə  birlikdə  dəfn  olunsun. 
Qüllə öz adını elə həmin çiyin ağacından (“Koromıslo”) götürmüşdür (9, 35-50). 
Bu  mətn  həm  qurbanın  təsadüfi  seçilməsinə,  həm  adətin  məqsədinə,  həm  də 
mərasimin  müəyyən  kanonlarının  olmasına  dair  informasiya  vermək  baxımından 
əhəmiyyətlidir. 
Elə  mətnlər  də  vardır  ki,  orada  qurbanın  müəyyən  fiziki  və  mənəvi  kriterilərə 
uyğun  olması  şərtdir.  Bu,  çox  zaman  tayfanın  ən  gözəl  qızı,  sevimli  həyat  yoldaşı, 
gənc ana və s. olurdu. Hesab edilirdi ki, tikilinin taleyinə, onun xalqa nə dərəcədə xe-
yirli olacağına qurbanın şəxsi keyfiyyətlərinin təsiri böyükdür. 
Hər  il  keçirilən  qurban  bayramında  qurbanlıq  üçün  seçilən  qoçların  müəyyən 
parametrlərə  uyğun  gəlməsi  gözlənilir.  Heyvan  qoca,  şikəst  olmamalı,  onun  Allah 
yolunda kəsildiyi nəzərə alınmalıdır. 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə