Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə12/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   8   9   10   11   12   13   14   15   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     25 
 
 
Erkən orta əsrə aid qədim alban məbədinin izlərini daşıyan Kürmük məbədi müx-
təlif  dinlərdən  olan  minlərlə  ziyarətçinin  axışdığı  qədim  ibadətgah  yeridir.  Bu  məbəd 
alban tayfalarının  xristianlıq  və  islam dininin qəbulundan sonra  belə öz qədim  inanclar 
sistemini unutmadıqlarının bir nümunəsidir. 
 Kürmük məbədi erkən orta əsrə aid qədim alban məbədinin qalıqları üzərində 
inşa edilmişdir. Arxeoloji qazıntılar nəticəsində 2006-cı  ildə  məbədin ərazisində qə-
dim tikili qalıqları aşkar edilmişdir. Qazıntılar zamanı məbədin müxtəlif əsrlərdə bər-
pa işlərinə məruz qaldığı və məbədin erkən orta əsrlərə aid (III-V) alban məbədi ol-
duğu ortaya çıxmışdır. 
Bu  arxeoloji  məlumatı  tarixi  və  etnoqrafik  araşdırmalar  da  təsdiq  edir.  XIX 
əsrə aid  mənbədə  Kürmük kilsəsi  yaxınlığında qayalıqlarda oyulmuş qədim  bir  mə-
bəd olduğunu qeyd edilmişdir (6, c. 60-61). Yerli əhali də əsas sitayiş yerinin məbəd 
ərazisindəki qədim alban kilsəinin qalıqlarından ibarət qara daşların olduğunu söylə-
yir.  Qədim  sitayiş  yeri  olaraq  məbədin  ərazisindəki  qara  qaya  daşları  həm  xristian, 
həm də müsəlman əhali pir kimi ziyarət edilir. 
Kürmük məbədində gürcü pravoslav kilsəsinin fəaliyyət göstərməsi XIX əsrdə 
Rusiya imperiyasının alban etnosunun və Alban kilsəsinin məhvinə yönəldilmiş dini 
siyasəti ilə bağlıdır. 1836-cı ildə Rusiya sinodunun qərarı ilə alban məbədlərinin fəa-
liyyətinin dayandırılmasından sonra xristian alban nəsilləri pravoslav və ya qriqoryan 
kilsəsinə getməyə məcbur buraxılmış, bununla da dini durumlarına uyğun olaraq er-
məniləşməyə  və  gürcüləşməyə  məruz  qalmışlar.  Bu  dövrdən  etibarən  imperiya  mə-
murları,  Azərbaycanın  şimal-qərb  bölgəsində,  xüsusilə  bölgədə  alban  tayfalarının 
birbaşa  varislərindən olan  ingiloylar arasında pravoslav kilsəsinin  nüfuzunu güclən-
dirməyə, bununla da onların öz etnik mənsubiyyətini unudaraq gürcüləşdirilməyə yö-
nəldilmiş siyasət aparmağa başlamışdılar. Bu siyasət nəticəsində qədim alban məbədi 
olan Kürmük məbədinin yerində yeni gürcü pravoslav kilsəsi inşa edilmişdir. Burada 
kilsə 1873-cü ildə tikilmişdir (14). Kilsənin məhz alban məbədinin yerində inşa olun-
masının  səbəbi  isə  xalqın  əsrlərdən  bəri  ziyarət  etdiyi  qədim  inanc  yerinə  gəlişinin 
davamını  təmin  etmək  və  tədricən  pravoslavlığa  meyilləndirmək  idi.  Bundan  sonra 
Kürmük məbədi müqəddəs Georgi kilsəsi adlandırılmağa başlasa da, yerli əhali yenə 
də buranı Kürmük məbədi, pir, ocaq adlandırmağa davam etmiş, burada müxtəlif qə-
dim ayinlər icra etmişdir. Kürmük məbədində ildə iki dəfə təbiətin şərəfinə icra edi-
lən qədim ayin- “Kürmükoba bayramı”nın da adı da təhrif edilərək “Müqəddəs Geor-
gi günü” adı altında keçirilməyə cəhd göstərilir. Ətraf bölgələrdən Kürmükoba bay-
ramını qeyd etməyə gələn gürcülər bu bayramı müqəddəs Georginin doğum günü şə-
rəfinə  müqəddəs  gün  kimi  qələmə  verməyə  çalışsalar  da,  xristian  aləmində  heç  bir 
müqəddəsin şərəfinə ildə iki dəfə bayram ayini keçirilmir. Bu bayrama, hər nə qədər 
xristian  donu  geydirilərək  Müqəddəs  Georgi  Günü  kimi  qələmə  verilməyə  çalışılsa 
da, yerli qaxlılar üçün bu bayram hər zaman Kürmükoba bayramı olaraq qalmışdır və 
bayram zamanı  inancından asılı olmayaraq  hər kəs burada elliklə  ibadət edib qədim 
mərasim  ayinləri  icra  etmişdir.  Qədim  ənənələrini  unutmayan  yerli  əhali  Kürmük 
məbədini  “ocaq”  deyərək  hər  zaman  ziyarət  etmiş,  burada  hər  il,  yazda  və  payızda 
Kürmükoba  bayramını keçirməyə davam etmişdir. Hazırda da qədim  mərasim ayini 
olan Kürmükoba bayramına ətraf bölgələrdən müxtəlif dinlərdən olan minlərlə ziya-
rətçi axışır. 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     26 
 
 
Yerli əhalinin söylədiyinə görə, Kürmük məbədinin ərazisindəki hündür qaya-
lıq ərazi keçmişdə Aya sitayiş yeri olub, həm xristian, həm də müsəlman əhali Kür-
mükü pir kimi ziyarət edir ( şəkil 2; şəkil 3 ).  
 
Yerli əhali keçmişdə mərasim ayinlərin məhz bu yerdə icra olunduğu söyləyir. 
Kürmükoba mərasimi zamanı yerli və ətraf bölgələrdən gələn xristian və müsəlman-
ların  burada  birgə  qədim  ayinlər  icra  etməsi  mərasimin  ibtidai  köklərindən  xəbər 
verir və burada vaxtilə movcud olmuş qədim məbədin xristianlıqdan öncə də sitayiş 
yeri olduğunu göstərir.  
Kürmük  oba  mərasimi  məbədə  doğru  uzanan  hündür  dağ  yolundan  başlayır 
(şəkil 4; şəkil 5.) 
 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     27 
 
 
 
Məbədə aparan yolun ortasındakı nəhəng qara qaya parçası əsas sitayiş obyekt-
lərindən biridir. Kürmükoba mərasimi ilə bağlı bütün ayinlər məhz məbədin ərazisin-
dəki qayalıq ərazidə icra edilir. Kürmükoba bayramı zamanı bir sıra spesifik ayinlər 
icra  olunur.  Məbədə  gələn  insanlar  bu  qədim  daşların  üzərində  niyyət  edərək  şam 
yandırır, qurban kəsirlər (şəkil 6).  


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     28 
 
 
 
Hər  il  may  və  noyabr  aylarının  ilk  həftəsinin  son  günü  bu  qədim  qara  daşlar 
yerli  əhalinin  ən  böyük  ziyarət  yerinə  çevrilir.  Ərazidəki  ən  hündür  qayanın  başına 
çıxaraq dualar edərlər (şəkil 4). Əhali arasında bu qaya parçasının üstündə vaxtilə qə-
dim Ay məbədinin olduğu söylənilir. Bu qaya parçası ilə bağlı xalq arasında müxtəlif 
əfsanələr dolaşmaqdadır. Bir əfsanəyə görə bu qaya parçasının olduğu ərazi, hələ İsa 
peyğəmbərin  sağlığında  ibadət yeri olmuşdur. Peyğəmbər çarmıxa çəkiləndə  isə bu-
radakı qapılar daşa çevrilərək birdəfəlik bağlanıb. Bu əfsanədə Qafqaz Albaniyasının 
erkən xristianlıq mərhələsinin izlərini görmək mümkündür.  
Zərdüştlük elementlərini daşıyan başqa bir əfsanəyə görə isə bu qara daşın için-
də  qızıl  xoruz  yaşayır.  İldə  iki  dəfə  gecə  göydən  enən  mələk  qara  daşın  qapılarını 
aralayır.  Səhər  isə  yenidən  bağlayır.  Səhərə  qədər o  mağaraya  girə  bilən  adam  xoş-
bəxtlik və ölümsüzlük qazanır. Xalq qara daş aralananda oradan qızıl  xoruzun çıxa-
cağına, kiminsə çiyninə qonacağına və ona xoşbəxtlik gətirəcəyinə  inanır. Bu Azər-
baycan nağıllarındakı
 
xoşbəxtlik simvolu “şahlıq quşu” motivlərini də xatırladır. Ha-
zırda bu inamın izləri ilə bayram ərəfəsində məbədin həyətinə xoruz buraxılır və sə-
hər  kəsilir.  Bu  əfsanələrdən  yola  çıxaraq  məbədin  ərazisindəki  qayalıq  ərazinin,  əs-
lində xristianlıqdan öncə də sitayiş yeri olduğunu söyləmək mümkündür.  
Keçmişdə  Kürmükoba  mərasimi  qaranlıq  düşəndə  də  tonqal  ətrafında  davam 
edərdi.  Görünür,  qədim  əhali  Ayın  çıxmasını  seyr  etmək  üçün  mərasimi  qaranlıq  dü-
şəndə də davam etdirirdilər. Axar suda əks olunan ay bütün Türk coğrafiyasında həyat, 
artım, məhsuldarlıq simvolu kimi qəbul edilmişdir (15, s.136-139; 16, s.74-75). Görü-
nür,  Kürmük  məbədinin  də  Kürmük  çayı  üzərində  tikilməsi  də  təsadüfi  deyil  və  Ay 
kultunun izlərini daşıyır. Bu baxımdan yerli əhalinin məhz sonsuzluğa qarşı ayinlər sı-
rasında Kürmük məbədinin də mühüm yer tutduğunun səbəbi aydın olur. Bölgədə son-
suz qadınlar, xüsusilə, baharda niyyət edib Kürmük məbədinə uzanan dik dağ yolunu, 
bəzən niyyət edərək ayaqyalın çıxırlar (şəkil 7 ).  


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə