Microsoft Word Dede-Qorqud-2015-3



Yüklə 2,92 Mb.
Pdf görüntüsü
səhifə10/77
tarix07.07.2018
ölçüsü2,92 Mb.
#53714
1   ...   6   7   8   9   10   11   12   13   ...   77

Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     21 
 
 
əhalisi cırtdan başçının xatirəsini əbədiləşdirmək üçün onun gil heykəlini yapırlar. Bir 
maraqlı məqam: Araşdırıcılar müasir dövrdə Uşmal ərazisində qazıntılar zamanı tapıl-
mış gil fiqurlarla “Uşmaldan olan cırtdan” arasında bir əlaqə olduğunu deyirlər. Arxeo-
loqlar mağaralardan tapılan əşyaları mifoloji inanclarla müqayisə edir, məşhur mifoloji 
qəhrəman obrazının  yeni tərəflərini  kəşf  etməyə  çalışırlar.  Bir  sözlə,  “Uşmaldan  olan 
cırtdan” haqqındakı mif hələ də sehr pərdəsi altındadır. 
Hind miflərində cırtdanlarla bağlı başqa obrazlar da var, məsələn, cırtdan ruh-
ları. Onlara “aluşi” deyirlər. Aluşilər zahirən adi cırtdanlara və ya uşağa bənzəyirlər, 
başlarında şlyapa olur. Aluşilər, bir qayda olaraq, dinc oturmur və qalmaqallı olurlar. 
İnsanlarla elə də xoş davranmır və küləklər vasitəsilə xəstəlik yayırlar. 
Şarl  Perronun  “Barmaqboyu  oğlan”  nağılında  cırtdan  oğlan  ailəsini  və  özünü 
adamyeyəndən  xilas  edir.  Bu  nağılın  başqa  bir  versiyası  bir  ingilis  yazıçısına  məx-
susdur: 
“Dilənçi cildinə girmiş cadugər Merlin, tanımadığı bir evdə gecələməli olur. Ev 
sahiblərinin  övladı  yox  idi.  Söhbət  əsnasında  qadının  “kaş  barmaq  boyda  bir  oğlu-
muz  olardı”  sözləri  cadugərə  çox  maraqlı  görünür  və  onun  arzusunu  yerinə  yetirir: 
Barmaq boyda bir oğlan dünyaya gəlir” [2]
Mifoloji  təfəkkürdə  balacaboylu  cırtdan  mənfi  xüsusiyyətə  malikdir  və  yeraltı 
mağaralarda yaşayır və nağıldakı divin funksiyalarını yerinə yetirmişdir. Onlar qarşı-
laşan zaman (toqquşan zaman) mifoloji şüurun formalaşmasının nəticəsi olaraq mən-
fi yükün müsbət yüklə, müsbət yükün mənfi yüklə əvəzlənməsini güman etmək olar. 
Deməli, indiki müsbət nağıl qəhrəmanı Cırtdan Divlə toqquşanda onun müsbət səciy-
yəsi böyük zaman çevrəsində mənfiyə doğru dəyişməlidir. Bu mifoloji çevrilmə pro-
sesi  tarixdən  əvvəlki  dövrdə  baş  verən  zaman  mənfi  cırtdan  divin  müsbət  işarəsini 
özünə yükləmiş və nağıldakı Cırtdan obrazının yaranmasına səbəb olmuşdur. Və ək-
sinə  prosesdə  müsbət  Div  indi  nağıllarda  mənfi  divlər  kimi  xarakterizə  olunur.  Bu 
proses dini dünyagörüşlərinin toqquşması nəticəsində yaranır. 
Deməli, hər bir mütərəqqi ibtidai cəmiyyət özündən əvvəlki dünyagörüşə tənqi-
di yanaşmışdır. İctimai yasaq divlərə olan münasibəti öz əvvəlki məzmunundan ayı-
raraq ona  mənfi  xüsusiyyətlər  aşılamaqla  bədxah  obraza  çevirir.  Deməli,  “Avesta”-
dan əvvəlki dövrün şüur məhsulu olan div müsbət olsa da, dini şüurun ictimai şüura 
təsiri  ilə o, əvvəlki  formasından uzaqlaşaraq  “Cırtdanın  nağılı”ndakı axmaq və ağıl-
sız obraza çevrilir. Bu obrazın nağılda digər bir xüsusiyyəti isə balaca uşaqları əylən-
dirmək  məqsədilə  onun  gülünc  vəziyyətinə  salınmasıdır.  Uşaqları  əyləndirmə  uşaq 
nağıllarının başlıca xüsusiyyətidir. 
Mifologiyada  div  haqqında  da  çox  qədim  inanclarla  qarşılaşırıq.  “Məlikməm-
məd”,  “Haqnəzər”,  “Simanın  nağılı”  və  başqa  nağıllardakı  div  obrazları  da  qədim 
mifoloji təfəkkünün məhsuludur. 
Ümumiyyətlə, nağıllardakı divlər  “Avesta”dan əvvəlki dövrlərin  mifoloji şüu-
runun məhsulu olmuş, ona aid edilən məbədgahlar və səcdəgahlarda itaət edilmişdir. 
Biz  bu  barədə  “Avesta”da  məlumat  alırıq.  “Avesta”da  divlər  lənətlənir,  onlara  ina-
nanlar tənbeh olunur. Cırtdan  isə ağıllı olub uşaqlar tərəfindən sevilir. Biz  bunu na-
ğıllarda da görürük. “Cırtdanın  nağılı”nda uşaqlar onu sevdiklərindən nazı  ilə oyna-
yırlar. Nağıldakı təbiətin təsviri – meşə, çay və s. balaca uşağın təbiətlə təmasını şərt-
ləndirən vasitələrdən biridir. 


Dədə Qorqud ● 2015/I I I                                                                                                                                                                                     22 
 
 
İşin elmi nəticəsi. Uşaq nağıllarında rast gəlinən formaların tədqiq edilməsi nəti-
cəsində onların sehrli süjetdən qaynaqlanması, təbiəti imitasiya etmək xüsusiyyəti, al-
leqorik məzmuna malik olması və s. məlum olmuşdur. Bu da uşaq nağıllarının daxili 
məzmununa görə təsnif edilməsinə şərait yaradır. 
İşin elmi yeniliyi. Məqalədə ilk dəfə olaraq uşaq nağıllarının təsnif edilməsinə 
cəhd  edilmişdir.  Azərbaycan  folklorşünaslığındakı  xarici  təsnifatdan  imtina  etməklə 
milli folklor ənənələrinə üstünlük verilmişdir. 
İşin  tətbiqi  əhəmiyyəti. Bu mövzuya  ilk dəfə toxunulduğundan alınan nəticə-
lərin  uşaq  nağılları  ilə  bağlı  tədqiqatlarda  istifadə  olunmasına  ehtiyac  vardır.  Xüsu-
silə tədris prosesində ondan bu mövzuya aid mühazirələrdə istifadə oluna bilər. 
 
 
ƏDƏBİYYAT 
 
1. Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə. 1-ci cild. Azərbaycan SSR Elmlər Akademi-
yası nəşriyyatı. Bakı, 1960. 
2. Günel Natiq. Boyu bir qarış, amma ondakı hünərə bax. “Aydın yol” qəzeti, 2014, 26 
dekabr.  
3. Əliyev R. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Çıraq, 2014. 
4. Qafarlı R. Uşaq folklorunun janr sistemi və poetikası. Bakı, Elm və Təhsil, 2013. 
5. Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. İkinci hissə. Bakı, Elm, 2006.  
 
 
 
 
Çapa tövsiyə edən: AMEA-nın müxbir üzvü Muxtar İmanov  
 
 
 
 
 
 
 
 


Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə