Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə31/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   27   28   29   30   31   32   33   34   ...   113

 102 
onların pis işlərindən qoruna bilsinlər, eləcə  də onların güclərindən, 
bacarıqlarından istifadə edə bilsinlər. Bu məsələ Qurani-Kərimdə də 
(Cin surəsi, 6) qeyd olunmuşdur. Onların təsəvvürünə görə cinlər 
müxtəlif formalara girə  və onların bəziləri insanlara ziyan və əziyyət 
verə bilirlər. Cindarların xidmətlərindən istifadə və həmin məxluqat-
ların ürəklərini  ələ almaq üçün müxtəlif mərasimlərin keçirilməsi 
mövcud olmuşdur. Divlər də cinlərin bir növü idilər və onlar səh-
ralarda yaşayırdılar. Divlər səhralarda səfərə  çıxan müsafirlərlə yol 
yoldaşı olurdular və fürsət tapan kimi onları öldürürdülər.  İfrit cin-
lərin ən qorxulu növüdür. İslam dininin məqsədlərindən biri də insan-
lara bu məxluqların insan üçün xeyiri və ziyanı olmamasını başa 
salmaqdan ibarət idi.  
 
5. Sabiilər 
Belə  nəzərə çarpır ki, Sabiilərin  əvvəlcə heç bir müəyyən dini 
olmayıb və bu ad müxtəlif dinlərə aid edilib. Maraqlısı budur ki, İs-
lam Peyğəmbəri Həzrət Muhəmmədin (s) zamanındakı müşrik ərəb-
lər O Həzrəti və davamçılarını “Sabii” adlandırırdılar. Bəzən də  İs-
lam dinini izhar etmək üçün “Sabii olduq” sözünü istifadə edirdilər. 
Islam dininin yaranmasından sonra mövcud olan Sabiilər iki 
dəstəyə bölünürlər və əslində onların heç birisi Ərəb deyillər: İslam 
dünyasında elmin yayılmasına köməklik etməklə tanınan dəstə  Hər-
ran Sabiiləridir. Bu dəstə Sabii adını üçüncü əsrin  əvvəllərində 
özlərinə götürmüşlər və sonralar bu adla tanınmağa başlamışlar. İbn 
Nədim “Əl Fihrist” kitabının doqquzuncu məqaləsində belə yazır: 
“Abbasi xəlifəsi olan Məmun Hərrandan keçərkən bir dəstə insan 
gördü və onlardan soruşdur: “Hansı dinə qulluq edirsiniz?” Onlar bu 
suala düzgün cavab verə bilmədilər. Məmun dedi: “Əgər kitab əhlisi-
nizsə hansı kitab əhli tayfasından olduğunuzu müəyyənləşdirin və 
əgər kitab əhli deyilsinizsə ondan vəziyyətinizi müəyyənləşdirin.” 


 
103
Belə qərara alındı ki, Məmun səfərdən geri qayıdana qədər onlar öz 
vəziyyətlərini müəyyənləşdirsinlər. Bu müdddət  ərzində  həmən in-
sanların bir dəstəsi müsəlman və digər dəstəsi xristiyan oldu. Üçüncü 
dəstə isə Qurani Kərimdə olan “Sabiin” adını seçdilər və beləliklə 
özlərini İslam hökumətinin nəzarəti altına saldılar. 
Sabiilərin ikinci dəstəsi Subtə, Sabiətul Bətaih, Məndayi, Muğ-
təsələ və Nasuri adları ilə də məşhur idilər. Onlar dəyişilmiş və yeni 
formaya düşmüş  qədim bir dinin davamçıları idilər. Bu dinin bəzi 
formaları Yaxın Şərqdə də yaranmışdı və həmin dinin davamçıların-
dan sağ qalan insanlar İranın Xuzistan əyalətində  və  İraqın cənub 
bölgələrində mövcuddurlar. 
Qədim Sabiilərin hər yeddi ulduz və planet üçün məbədləri var 
idi və maraqlıdır ki, onların nəzərincə Kəbə Saturn planetinin məbədi 
idi. Onlara Aya sitayişə də böyük əhəmiyyət verirdilər. Bizim dövrü-
müzdə olan Sabiilər özlərini həzrət Yəhyanın (ə) davamçıları kimi 
qələmə verirlər. Onların məbədləri həmişə axar çayın kənarında olur 
və onların yalnız rahibləri bu məbədə girmək haqqına malikdirlər.  
Sabiilərin təxminən yetmiş min nəfəri İraqda Dəclə çayının sahi-
lində və təxminən iyirmi beş min nəfəri isə İranın Xuzistan əyalətin-
dəki Karun çayının sahilində yaşayırlar. Onlar müxtəlif peşə sahib-
ləri, o cümlədən zərgər, əkinçi, maldar, qayıq istehsalçısı, dəmirçi və 
son zamanlar həkim, tacir və mühəndis olurlar. Onların nəzərincə 
Həzrət Yəhyanın (ə) qiyamından sonra Urşəlim Yəhudilərinin qəzə-
binə tuş gəldilər və məcburi şəkildə həmən şəhərdən mühacirət edə-
rək Hərran  şəhərində yerləşdilər.
1
 Bir  müddətdən sonra onların bir 
dəstəsi  İraqın cənubuna və digər dəstəsi  İranın Xuzsitan əyalətinə 
köçdülər. 
Sabiilər gündə üç dəfə səhər, günorta və axşam namaz qılırlar və 
ildə otuz altı gün oruc tuturlar. Onların müqəddəs kitablarının adı 
“Gənza Rəbba” (Böyük xəzinə)-dır.  
                                                 
1
 Hərran Türkiyənin cənubunda və Suriya ilə sərhəddə yerləşmişdir 


 104 
Onlar Qadir Allahı Həy, yəni Həyat adlandırırlar və onu nurun 
xaliqi sayırlar. Qaranlıq və zülmətin xaliqi isə Ruha adlandırılır. Bu iki 
Tanrı bir-birilə döyüşürlər və qələbə həmişə nur Tanrısına nəsib olur.  
Sabiilərin ruhanisi Gəncur adlandırılır. Ruhanilərin vəzifəsi Sa-
biiləri hər həftənin bazar günü müqəddəs suya salmaqdan və onra 
qüsl verməkdən ibarətdir. Müqəddəs suya salınan zaman və qüsl 
alan, həmdə qüsl verən şəxsin üzərində beş bölümdən ibarət paltar ol-
malıdır. Qüsl verənin  əsası  və digər ləvazimatları olmalıdır. O, mü-
qəddəs suya salma işinə başlamamışdan öncə yasəmən ağacının bir 
budağını götürür müxtəlif dini mərasimlər keçir və dualar oxuyur. 
Müxtəlif münasibətlərlə və günahların kəffarəsini çıxartmaq üçün də 
xüsusi qüsllər mövcuddur. Qeyd etmək lazımdır ki, Sabilər də kitab 
əhli kimi qəbul edilirlər.    
 
Mənbə 
1.  Berenci, Səlim, “Unudulmuş qövm”, Tehran 1988 
2.     Hikmət, Əli Əsğər, Dinlər tarixi, Tehran 1966 
1.  Nas, Con. B, “Dinlərin ümumi tarixi”, Tərcüməçi: Əli Əsğər Hikmət, 
Tehran 1991 
4.    Zərrinkub, Əbdülhüseyn, “Vicdan barəsində”, Tehran 1978 
5. Mustəfəvi, Əli Əsğər, “Qurbanlıq əfsanəsi”, Tehran 1990 
6. Nuri. Yəhya, “İslam, əqidələr və bəşəriyyətin baxışı”, Tehran 1974 


 
105
8. Yəhudilik 
 
1. İbranilər 
  Yəhudilər İbranilərin nəslindəndilər. Bu nəsil Ərəblər, Assu-
riyalılar və Yaxın Şərq regionunda olan bir neçə başqa xalqla müştə-
rək kökə malikdir. Bu xalqların dili, ədəbiyyatı, mədəniyyəti, adət-
ənənələri və dini etiqadları o qədər bir-birinnə yaxındır ki, alimlər bü-
tün bu xalqların özəyinin bir qövmə, yəni Sam qövmünə çatması 
qənaətinə  gəliblər. Bu xalqalrın hər birisinin mədəniyyəti sahəsində 
tədqiqat və araşdırma aparmaq üçün digər Sam xalqlarının da mədə-
niyyətinə nəzər salmaq lazımdır. Məsələn; əgər biz Ərəb ədəbiyyatı 
barədə araşdırma işləri aparmaq istəsək  İbrani, Süryani və  Həbəşi 
dilləri sahəsində də tədqiqat və mütaliə işləri aparmaqla daha böyük 
nailiyyətlər əldə etmiş olarıq.  
İbrani xalqının tarixi keçmişi barəsində dəqiq məlumatımız yox-
dur. Bəzi alimlərin nəzərincə “İbrani” adını Kənan əhli Həzrət İbrahi-
min (ə) Kənan  ərazilərinə daxil olmasından sonra onu İbrani adlan-
dırmağa başlamışlar.
1
 Bu ad onun bütün ailəsi üzərində qaldı, çünki 
İbrani çaydan keçmək mənasını verir. Yəni onların nəzərincə Həzrət 
İbrahim (ə) Fərat çayından keçərək Kənana daxil olmuşdur. 
                                                 
1
 Yaranış 13:14 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə