Microsoft Word Dinler cap doc


  Xorde Avesta (Balaca Avesta)



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə27/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   23   24   25   26   27   28   29   30   ...   113

 
89
5.  Xorde Avesta (Balaca Avesta): Dini bayramlar və mərasim-
lər, eləcə də həmin mərasimlərə uyğun dini nəğmələrin seçilməsi ba-
rəsində olan bölüm. 
Zərdşütlərin Avestadan əlavə “Zənd Avesta” adında təfsir kitabı 
və müxəlif başqa kitablar da mövcuddur.  
 
2-3. Zərdüştün təlimləri 
Zərdüştlükdə üç əsas prinsip mövcuddur: Düzgün danışıq, Düz-
gün düşüncə  və Düzgün əməl. Biz müxtəlif dinlərdə buna bənzər 
prinsiplərlə üzləşirik.  
Xeyir və parlaqlıq tanrısının nişanələrindən olan oda hörmət 
nümayiş etdirmək, odu həmişə yanar halda saxlamaq, Atəşkədə, ya-
xud atəşgah adlanan məbədlərdə odun ətrafında məxsusi mərasimlər 
keçirtmək bu dinin ən  əsas özəlliklərindəndir. Bu dində eləcə  də 
abadlıq yaratmaq, əkinçilik, təsərrüfat, maldarlıq və  şəhərsalma si-
tayişə layiq məsələlər sırasındadır. Heyvanlara, xüsusən də itə və inə-
yə hörmətlə yanaşmaq və insanlarla xoş rəftar etmək xüsusi yerə ma-
likdir. Zərdüştlər qədim zamanlarda öz ölülərinin cəsədlərini nə tor-
pağa basdırırdılar, nə də suya atırdılar, çünki onlar həm suyu, həm də 
torpağı müqəddəs bilirdilər və onları çirkləndirmək istəmirdilər. Elə 
bu səbəbdən də, cənazələri Dəxme adlanan yerlərdə saxlayırdılar və 
leş yeyən heyvanlar həmin cənazələri yeyirdilər. Amma artıq neçə 
əsrlərdir ki, öz ölülərini torpağa tapşırırlar.  
İrandakı  bəzi adət-ənənələr, o cümlədən Novruz bayramından 
öncə olan çərşənbələr, işığın və çırağın parlaqlığına and içmək və di-
gər məsələlər Zərdüştlük təlimləri ilə əlaqəlidir. İslam dininin ilk əsr-
lərində mövcud olan zındıqların bəziləri də Zərdüştlüyün davamçıları 
idilər.  
 
2-4. Yaranışın və ikili sitayişin hekayəsi 
Heç kim Zərdüştlərin iki tanrıya (xeyir Tanrısı Ahura Mazda və 
şər Tanrısı  Əhrimən, yaxud işıq Tanrısı  və qaranlıq Tanrısı) sitayişi 
məsələsi hansı əsrdə başlamışdır. Avestanın Qatlarında, yəni Zərdüşt-


 90 
lərin müqəddəs kitabının Zərdüşt peyğəmbərin özünə aid olan hissə-
sində Əhrimən tək Tanrı olan, parlaqlıq və qaranlıq Tanrılarından da-
ha üstün sayılan, varlığın yaradıcısı Ahuraməzdanın deyil Müqəddəs 
ağılın müqabilində dayanmışdır. Sasanilərin hakimiyyəti dövründə 
Zərdüştlərin bir qolu da meydana çıxdı və bu dəstənin adı Zərvanilər 
idi. Onların nəzərincə  tək Allah mövcuddur və onun adı  Zərvandır. 
Zərvanilər tək Tanrılarını xeyir və  şər Tanrılarından daha yuxarı  və 
üstün bilirdilər. Bu dinin o zamanlar davamçıları həddən ziyadə idi.
1
  
 
2-5. Tanrılar 
Zərdüştlük barəsində araşdırmalar apardıqca məlum olur ki, 
Zərdüşt İranlılar arasında dini islahatlar aparmaq və Ariyayilərin qə-
dim dinlərində mövcud olan xürafati düşüncələri yeniliklər yaratmaq 
məqsədilə meydana çıxmışdır. Belə ki, o Ahuraməzdanı təbliğ etmiş 
və öz qövmünün Dəevə (yəni Div) adlanan Tanrılarını  səhv bilmiş, 
onları yalanı sevənlərin Tanrısı adlandırmışdır.  
Zərdüştlükdə Ahuraməzdanın altı köməkçisi var və bu köməkçi-
lər İbrahim peyğəmbərdən mənşə alan dinlərdə mələklərlə eyni rola 
malikdirlər. Həmin köməkçilər  Əmşaspəndlər, yəni “Ölməz müqəd-
dəslər” adlandırılırlar. Onların Spəntaminu, yəni “Müqəddəs ağıl” 
adlı rəhbərləri vardır və adları belədir: 
1.  Vohumən 
2.  Əşəvəhişta 
3.  Xşəsrə-vəyra 
4.  Spənta Arməiti 
5.  Hauvərtat  
6.  Emertat 
Onlardan sonra Yəzətlər dayanıblar və onlardan otuzu daha 
məşhurdur. Bunlar müqəddəs ağlın köməkçiləridirlər. Amma Əhri-
mənin də öz köməkçiləri mövcuddur.  
                                                 
1
 Ümumiyyətlə  qədim zamanlarda dünyada iki başlanğıcın mövcudluğuna inam 
həddən ziyadə idi və onun bir forması da Qnostiklik (Gnostic) sayılır. 


 
91
Zərdüştlük dininin təlimlərinə əsasən hal-hazırki dünya 12000 il-
lik dövrədən ibarətdir. Yaxşılıqlar tanrısı 3000 il ərzində dünyaya 
hökmranlıq edib və bu müddət ərzində pisliklər tanrısı zülmət qaran-
lıqda qalıb. Bu müddətdən sonra pislik tanrısı qaranlıqlardan çıxaraq 
yaxşılıqlar tanrısı ilə üzləşir. Yaxşılıqlar tanrısı pisliklərtTanrısına 
onunla üzləşmək üçün doqquz min il müddət verir. O, sonda özünün 
qələbə qazanacağına əmin idi. Bu zaman ərzində onlar yaxşılıqlar və 
pisliklər törətməklə  işlərinə başladılar. Üç min ildən sonra Zərdüşt 
dünyaya göz açdı  və bundan sonra hadisələr yaxşılıqlar Tanrısının 
xeyrinə inkişaf etməyə başladı.  
 
2-6. Dünyanın sonu 
Zərdüştlük minilliyində  Zərdüştün nəslindən olan üç xilaskarın 
meydana çıxması məsələsi meydana çıxarılır. Bu xilaskarlar bir-biri-
nin ardınca gələrək dünyada haqq-ədaləti bərqərar edəcəklər: 
1.  Huşidər: Zərdüştdən 1000 il sonra 
2.  Huşidərmah: Zərdüştdən 2000 il sonra 
3.  Suşyans ya Suşyant: Zərdüştdən 3000 il sonra. Suşiyantın 
zühurundan sonra dünyanın sonu gələcək.  
 
2-7. Ruhun qalması 
Zərdüştlər ruhun əbədiliyinə inanırlar. Onların nəzərincə ruh 
bədəni tərk etdikdən sonra qiyamət gününə  qədər Bərzəx aləmində 
qalır. Onlar həmçinin Sirat körpüsünə,  əməl tərəzisinə (Mizana), 
cənnət və  cəhənnəmə  də inanırlar. Zərdüştlük dini nöqteyi-nəzərin-
dən olan cənnət İslam dinindəki cənnətlə çox yaxındır. Amma odun 
müqəddəs olması səbəbindən Zərdüştlərin cəhənnəmi olduqca soyuq 
və çirkli bir məkandır. Bu məkanda müxtəlif bədheybət heyvanlar 
cəhənnəm əhlinə əzab verirlər.  
 
2-8. Hazırki vəziyyət 
Müsəlmanlar ikinci xəlifənin zamanında İranı fəth etdilər. İranın 
fəthindən sonra İranlılar Zərdüştlük dinindən uzaqlaşaraq İslam dini-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə