Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə26/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   22   23   24   25   26   27   28   29   ...   113

 86 
2. Zərdüşt dini 
Ariyayilərin İran ərazilərinə daxil olmasından bir neçə  əsr keç-
məsindən sonra bu xalqın nümayəndələri yavaş-yavaş  şəhər yaşayış 
tərzinə keçdi və bu da onların dünya görüşlərinə güclü şəkildə müs-
bət təsir göstərdi. 
O zamanlar islahatçı insan meydana çıxdı, İranlıları yeni bir dinə 
dəvət etdi və Muğan dinini rəqabət meydanından çağırdı. Özünü yax-
şılıq və aydınlıq Tanrısının elçisi kimi qələmə verən bu islahatçı pey-
ğəmbərin adı Zərdüşt idi. O, öz dinini Ahura Mazdadan kəsb etmə-
sini və dünyanı qaranlıqdan xilas edərək yaxşılığa və aydınlığa doğru 
aparacağını iddia edirdi. 
Zərdüştlər məcus, Gəbr və Parsi adları ilə tanınırdılar. Məcus 
sözü yalnız bir dəfə Qurani-Kərimin Həcc surəsinin 17-ci ayəsində 
tövhidi dinləri qeyd etdikdən və müşriklərə  işarə etməmişdən öncə 
mövcuddur.  İslam alimlərinin  əksəriyyəti Məcusları kitab əhli kimi 
qəbul edirlər və bu barədə bəzi hədislər də mövcuddur. “Gəbr” sözü 
Süryani dilində kafir mənasını daşıyır və “Zərdüşt” sözü hindistan 
zərdüştlərinə aid edilir. Zərdüştlük dini təxminən eradan bir əsr öncə 
bəzi dəyişikliklərə uğradı və bu dəyişilmiş formanı Məzdayəsna ad-
landırırlar. Məzdayəsna tərcümədə “Məzdaya sitayiş” mənasını verir.  
 
2-1. Zərdüştün həyatı  
Alimlər qədim İranda mövcud olan peyğəmbərin tarixi mövcud-
luğuna şübhə ilə yanaşırlar, amma eləcə də həmin peyğəmbərin möv-
cudluğunu inkar da etmirlər. Zərdüşt, zərtüşt, zəradüşt, zəratüşt, zər-
dəhəşt və s. Zərəsuştra sözünə bənzər sözlərdirlər ki, Qatlarda (Zər-
düştlərin müqəddəs kitabının bir hissəsidir) qeyd olunmuşdur. Daha 
düzgün nəzəriyyəyə əsasən “Zərdaştər”, yəni “Sarı dəvə sahibi”-dir.  
Onun atasının adı Puruşəsb, yəni qoca at sahibi, anasının adı 
Doğdo, yəni inək sağan, ailəsinin və  nəslinin adı isə Spitəmə, yəni 
Ağ nəsilli idi.  


 
87
Məşhur islam tarixçisi Təbəri və Zərdüştün bəzi şagirdləri onun 
Fələstindən olduğunu qeyd edirlər və onun həmin  ərazilərdən  İrana 
köçdüyünü vurğulayırlar. Amma tarixçilərin  əksəriyyəti və eyni za-
manda Zərdüştlərin özləri də onun İranlı və Azərbaycanlı olduqlarını 
bildirirlər. Onların nəzərincə  Zərdüştün meydana çıxdığı yer təxmi-
nən Urmiya gölünün ətrafındakı dağlar yerləşən məkandır. Elə buna 
görə  də, Urmiya gölünün suyu Zərdüşt dinin davamçıları üçün mü-
qəddəsdir. Bəzi tədqiqatçıların nəzərincə isə o qədim İranın şərq böl-
gələrindəndir.  
Zərdüştün meydana çıxdığı zaman barədə  də  nəzərlər müxtə-
lifdir və bəzi alimlərin nəzərincə onun meydana çıxdığı zaman eradan 
6000 il əvvələ qayıdır. Amma daha məşhur nəzəriyyəyə  əsasən o 
eradan  əvvəl 660-cı ildə dünyaya gəlmişdir və eradan əvvəl 630-cu 
ildə, yəni 30 yaşında peyğəmbərliyə çatmışdır.  
Zərdüşt peyğəmbərliyə çatdıqdan sonra dövrünün şahı Güştasbın 
yanına getdi və onu öz dininə dəvət etdi. Şah Güştasb dərhal onun di-
nini qəbul etdi. Əbülqasim Firdovsinin “Şahnamə”  əsərində belə 
qeyd olunmuşdur ki, İranlıların Turanlılara bac və  xərac ödədikləri 
zamanda Zərdüşt meydana çıxdı və şaha əcnəbilərə xərac ödəməkdən 
boyun qaçırmağı əmr etdi. Şah Güştasb onun sözlərini qəbul edərək 
bu işə son qoydu. Qeyd etmək lazımdır ki. İranlıların bu addımı 
Turanlıların qəzəblənməsinə səbəb oldu. Onlar Güştasba yeni dindən 
əl çəkməyi  əmr etdilər, amma şah bunu qəbul etmədi. Elə bu sə-
bəbdən də Turanlılar İrana hücum etdilər və bəzi rəvayətlərə əsasən 
Zərdüştün özü də həmin müharibə zamanı həlak oldu. Sonda Güştasb 
işğaıçılara qalib gəldi və  Zərdüştlüyü yaymağa davam etdi. O, oğlu 
İsfəndiyarı bu dini yaymaq məqsədilə bir çox yerlərə göndərdi.  
Zərdüşt eradan əvvəl 583-cü ildə, 77 yaşında hal-hazırda Əfqa-
nıstanda yerləşən Bəlx  şəhərindəki Atəşgahda Turanlılar tərəfində 
qətlə yetirilmişdir.  
Zərdüştün peyğəmbərliyə çatması  məsələsi  Şahnamə  əsərində 
mövcuddur, amma çox təəssüflər olsun ki, bu məsələ Şahnamənin əf-
sanələr bölümündə qeyd olunmuşdur. Belə ki, Güştasb (Zərdüştün 


 88 
dəvət etdiyi və bu dini qəbul edən ilk şah) barəsində çoxlu ixtilaflı 
nəzərlər mövcuddur. Bəziləri onun Viştasb,  Əhəməni  şahı birinci 
Daranın atası olduğunu bildirirlər. Digər tərəfdən tarixi nöqteyi-nə-
zərdən tam məlumdur ki, Viştasb padşah olmamışdır. O, mahal əmiri 
olmuşdur.  
 
2-2. Avesta 
Zərdüştlərin müqəddəs kitabı Avesta, yəni əsas və özül mətn ad-
lanır. Bu kitab Avesta dili və xətti ilə qələmə alınmışdır və antik İran 
aiddir. Qeyd etmək lazımdır ki, Avesta dili Sanskrit dili ilə eyni kök-
lüdür. Bir çox tədqiqatçıların nəzərincə Avesta xətti 226-641-ci il-
lərdə meydana çıxmışdır və o zamana qədər insanların əzbər olaraq 
zehnlərində saxladıqları Avestanın mətni bu xəttin vasitəsilə qələmə 
alınmışdır. Bəzi nəzərlərə əsasən isə Avesta İslam dininin peyda ol-
masından sonra qələmə alınmışdır.  
Həm Zərdüştlər, həm də bu sahədə araşdırma aparan tədqiqat-
çılar yekdilliklə bu məsələni qəbul edirlər ki, əslində Avesta çox iri 
həcmli olmuşdur və  bəzilərinin nəzərincə 12000 inək dərisinin üzə-
rinə yazılmışdır. Hal-hazırda mövcud olan Avesta 83000 sözdən iba-
rətdir və böyük ehtimala görə bu kitabın ilkin mətni 345 min 700 söz-
dən ibarət olmuşdur. Yəni, hal-hazırda mövcud olan Avestadan dörd 
dəfə böyük. Əsil Avesta 21 Nəskdən, (bölüm və yaxud kitabdan) iba-
rət idi və indi mövcud olan Avesta da 21 Nəskdən ibarətdir.  
Avesta 5 bölümdən ibarətdir: 
1.  Yəsna (Bayram və sitayiş): Bu bölmənin bir hissəsi Qat-lar 
adlandırılır (Nəğmə  və müsiqi mənasında). Qatlar dualardan, dini 
elmlərdən ibarətdir və Avestanın  ən mühim hissəsidir. Bu hissənin 
Zərdüştün özünə aid olunduğu bildirilir, halbu ki, Avestanın digər 
hissələri Zərdüşt dininin digər rəhbərlərinə aid edilir.  
2.  Visperəd (Bütün ağalar): Müxtəlif sitayişlərdən ibarətdir. 
3.  Vəndida (Div, yəni  şeytana qarşı qanun): Bu bölümdə 
halal, haram, nəcis və pak şeylər barədə yazılmışdır.  
4.  Yəştha (Sitayiş, dini nəğmə və zikr):  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə