Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə23/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   19   20   21   22   23   24   25   26   ...   113

 
75
Sikhlər daha çox ticarətlə məşğuldurlar və onların bəziləri dün-
yanın bütün ölkələrində səfərdə olmuşlar. 
 
Mənbə 
1.  Elendberg. Herman, “Şərqin parıltısı”, tərcməçi: Bədrəddin Ketabi, 
Tehran 1994 
2.  Upanişad 
3.  Bahar. Mehrdad, “Asiya dinləri”, Tehran 1996 
4.  Behqavad Qita 
5.  Paşayi.A, “Budda”, Tehran 1968 
6.  Hikmət, Əli Əsğər, Dinlər tarixi, Tehran 1966 
7. Zərrinkub, Əbdülhüseyn, “Vixdan barəsində”, Tehran 1978 
8.  Nas, Con. B, “Dinlərin ümumi tarixi”, Tərcüməçi: Əli Əsğər Hikmət, 
Tehran 1991 
9. 
Şayeqan. Daryuş, “Hindistan dinləri və  fəlsəfi məktəbləri”, Tehran 
1967 
10. Vedalar 
11. Qrant 
Sahib 
12.   Hyum. Robert. A, “Yaşayan dünya  dinləri”, tərcüməçi:  Əbdürrəhim 
Qovahi, Tehran 1994 
13.  Conze, Edward, “Buddhism”, New York 1959 
14.  Dubois, Abbe, “Hindu Manners” Oxford 1906 


 76 
5. Çin və Yaponiya 
 
1. Konfusizm 
Konfutsi Çinli Filosof və siyasətçi idi. O, Çin xalqı üçün yeni 
din yaratdı. Bu din çoxları tərəfindən qəbul olunmasına baxmayaraq 
bir müddətdən sonra hörmətdən düşdü və öz yerini Buddizmə verdi.  
 
1-1. Konfutsinin həyatı 
Eradan əvvəl təxminən 551-ci ildə Çinin Lu əyalətində Tsuvun 
hakimi olan Kunq ailəsində Çiu adlı oğlan dünyaya gəldi. O, hələ üç 
yaşında atasını itirdi və  həmin hakim nə yoldaşı, nə  də övladı üçün 
heç bir miras qoymadan bu dünyadan köçdü. Uşaq öz anasının yanın-
da böyüməyə başladı. Müəllimlər uşaqda olan zəkaya heyran olmuş-
dular və onu parlaq gələcəyin gözləyəcəyini proqnoz verirdilər. Hələ 
on doqquz yaşında olanda baş vəzir həmin bölgənin əkin sahələrinin 
idarəsini ona tapşırır. O, belə yüksək dövlət vəzifəsində işləməklə ya-
naşı incəsənət sahəsindəki mütaliələrini və təhsilini davam etdirdi və 
bir çox alimlər elm almaq üçün onun yanına gəlirdilər. Xalq onu 
Konq Futze (Kung-Futze), yəni Filosof Konq çağırırdı və biz bu sözü 
Konfutsi kimi tələffüz edirik.  
Konfutsinin macəralarla dolu həyatı olmuşdur və şagirdlərə dərs 
deməklə yanaşı dövlət işində də çalışırdı. Əlli yaşında vəzir vəzifəsi-


 
77
nə yüksəldi və qısa müddət ərzində vəzifəsi daha da yüksələrək baş 
vəzir seçildi. Onun ölkə idarəçiliyi sahəsindəki bacarığı bir çoxlarının 
paxıllıq hissini alovlandırdı. Elə bu səbəbdən də, bir müddətdən 
sonra öz vəzifəsindən uzaqlaşdı və şagirdlərin təlim-tərbiyəsi ilə məş-
ğul olmağa başladı.  
Eradan əvvəl 479-cu ildə həyatının sona çatdığını hiss etdi və tam 
müvəffəqiyyət qazanmadığı üçün qüssələndi. Amma onun şagirdləri 
və dostları Konfutsinin təlimlərini bütün insanlara çatdıra bildilər.  
 
1-2. Əsərləri 
Konfutsinin ömrünün son illərində Çinin klassik ədəbiyyatı 
incilərindən biri hesab edilən kitablar qələmə almışdır. Həmin kitab-
lar aşağıdakılardır: 
1.  Şu Çinq (Tarix kitabı) 
2.  Şi Çinq (Şeir kitabı) 
3.  Li Çi (Adət-ənənələr kitabı) 
4.  Ey Çinq (Mübadilələr kitabı) 
5.  Çun Çiu (Bahar və payız təqvimi) 
İlk dörd kitabda əcdadların sözlərindən seçilmiş hissələr də yer 
tapmışdır, amma beşinci kitab təmamilə onun özünə aiddir.  
 
1-3. Təlimləri 
Konfutsinin təlimləri  əxlaq elminin əsaslarının, siyasətin və  bəzi 
dini mövzuların birləşməsindən meydana çıxan təlimlərdir. Onun 
nəzərincə insanların əcdadları “Li” qanun-qaydasına uyğun olaraq ya-
şayırdılar və elə buna görə  də, xoşbəxtliyə  və müxtəlif nemət-bərə-
kətlərə malik idilər. Amma, onun dövrünün insanları  həmin həyat 
dərslərini və yaşamaq metodlarından uzaqlaşdıqları üçün həmin ne-
mət və bərəkətlərdən məhrum olmuşlar. Konfutsinin nəzərincə “Li”-
nin müxtəlif mənaları var idi və paklıq, ədəb qaydaları, adət-ənənə və 
ibadət sahələrində istifadə edilirdi. Onun nəzərincə “Li”-dən 
yararlanmaqla hər bir iş yoluna düşər və utopik cəmiyyətə qovuşmaq 
mümkün olar.  


 78 
1-4. Əxlaq prinsipləri 
O, beş növ əlaqəni sadalayaraq həmin əlaqələrin düzgün qurul-
duğu təqdirdə bütün işlərin düz axarla inkişaf edəcəyini bildirirdi. 
Həmin əlaqələr bunlardır: 
1.   Ata-oğul əlaqələrində mehribanlığın mövcud olması 
2. Böyük qardaşın özündən balaca qardaşa nəzakət və mehriban-
lıq göstərməsi və kiçik qardaşın özündən böyük qardaşa itaətini 
nümayiş etdirməsi 
3. Ərin öz həyat yoldaşı ilə ədalətlə davranması və qadının da öz 
ərinə itaət etməsi 
4. Aşağı mənsəbli insanların bir-birinə mehribanlıq nümayiş et-
dirməsi və onların yüksək mənsəb sahiblərinə itaət etməsi 
5. Hakimiyyət başında dayananların rəiyyətlə mehriban davran-
ması və rəiyyətin də öz növbəsində hökümdarlarına sədaqətli olması 
Konfutsi utopiya və hökümdarla rəiyyət arasında əlaqə sahəsində 
təlimlər keçirdi. Onun təlimlərinə  əsasən hökümdarların qanunlara 
sadiq qalacağı və bu qanunları həyata keçirəcəyi təqdirdə bütün insan-
lar, yüksək mənsəb sahiblərindən tutmuş ölkənin  ən zavallı  şəxsinə 
qədər hamı bu qanuna riayət edəcəkdir. O, kamil insan və  şəxsiyyət 
barəsində də söz açaraq kamil insanın malik olduğu beş xislət barədə 
belə demişdir: “Mənəvi böyüklük və izzət, İlahilik, Niyyətin paklığı və 
saflığı, Əmələ göstərilən şövq və istək, Xoş rəftara malik olmaq.” 
 
1-5. Dini və şəri qanun-qaydalar 
Konfutsinin hər şeydən öncə əxlaq müəllimi olmasına və bundan 
daha çoxuna iddia etməməsinə baxmayaraq insanlar onun təlimlərin-
də böyük mənəvi ruhun mövcudluğu müşahidə etdilər və onu dindar-
lığın ən yüksək mərtəbəsi kimi qəbul etdilər. Onun təbliğ etdiyi din 
olduqca sadə və fövqəltəbii məsələlərdən kənar idi. Onun üzərində ən 
çox dayandığı  məsələ özünü ibadətə  və dini adət-ənənələrə bağla-
maqdan ibarət idi. O, həmişə deyərdi ki, keçmiş zamanların xaqanları 
və hökümdarları xoşbəxt insanlar idilər. Çünki, onlardan qalan övla-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə