Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə21/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   17   18   19   20   21   22   23   24   ...   113

 68 
Bodisatva  adı ilə  məşhurlaşmışdılar. Yəni,  əxlaq, irfan və  mərifətə 
çatmış şəxs və yaxud güclü Budda.  
Budda qırx il ərzində Hindistanın müxtəlif yerlərinə  səfərlər 
edərək öz dinini bu ölkənin hər yerində  təbliğ etmişdir. Onun in-
sanlarla keçirdiyi görüşlərdən sonra bir çox şagirdi meydana çıxdı və 
bu şagirdlərin ən tanınmışı əmisi oğlu Ananda idi. Budda sonda sək-
sən yaşında təxminən eradan əvvəl 483-cü ildə bu dünyanı tərk edə-
rək Nirvanaya qovuşdu. 
Buddanın qeyri-adi həyat hekayəsi  ən qədim zamanlardan belə 
hamının diqqətini özünə cəlb etmişdir və elə bu səbəbdən də, bu dini 
hekayə dünyanın müxtəlif dillərinə tərcümə olunaraq çap edilmişdir.  
 
3-2. Quruluşun təsis edilməsi 
Buddanın islahatçı düşüncələri Brahmanların təəssübkeşliyi ilə 
zidd idi və ictimai təbəqələr, yəni kastalar arasındakı fərqin səhv an-
layiş olduğunu bildirirdi. Onun əxlaqi təlimləri Tri-pitaka, yəni “Üç 
səbət” toplusunda bir yerə toplanılmışdır. Brahmanizm dini üzərində 
qurulmuş bu təlimlər dünyadan uzaqlaşmağı, nəfsin paklaşdırılma-
sına, bu dünyanın  əzab-əziyyətlə dolu girdabından qurtarmaq üçün 
düşünməyi və  səy göstərməyi tövsiyyə edir, Nirvanaya qovuşmağa 
ciddi təkid göstərir. Sonrakı əsrlərdə Buddizm Hindistanın böyük his-
səsini əhatə edir və qonşu ölkələrdə də kəskin şəkildə genişlənməyə 
başlayır. 8-9-cu əsrlərdə Brahmanizmin iki böyük alimi qədim dinin 
üzərində  bəzi yeniliklər yaratmaqla Hinduizmi meydana gətirdilər.  
Bununla da Buddizm Hindistanda öz yerini yavaş-yavaş itirdi və 
Hinduizm onun yerini tutdu. Amma onun müxtəlif formaları uzaq 
şərqdə və digər regionlarda genişlənməyə başladı.  
 
3-3. Buddanın fəlsəfəsi 
Həqiqəti əldə edərək ona qovuşan Budda ilk olaraq Benares şə-
hərinə getdi. Onun məqsədi ondan üz döndərmiş beş rahibi tapmaq 
idi. Budda belə fikirləşdi ki, bu beş nəfər də onun kimi həqiqət axtarı-


 
69
şındadırlar və onları  təlimləndirmək başqalarına təlim verməkdən 
daha asan ola bilər.  
Benares şəhərinə daxil olan kimi həmin beş nəfəri gördü. Onlar 
şəhərin yaxınlığındakı meşədə oturaraq söhbət etdi. Onlar Buddanı 
görən kimi bir-birilərinə belə dedilər: “Bu gələn Siddartadır. O, ra-
hiblikdən əl çəkib və buna görə də yaxşı olar ki onunla heç biri işimiz 
olmasın.”  
Amma Budda onlara yaxınlaşan kimi ona salam verdilər və on-
dan yanlarında oturmağı xahiş etdilər. Bu zaman ondan soruşdular: 
“Sonda axtardığın həqiqəti tapa bildin?” Budda cavab verdi: “Bəli 
onu tapdım.” 
Rahiblər dedilər: “Varlığın həqiqəti, hikməti və sirri nədir?” 
Budda soruşdu: “Siz Karmaya, yəni davranış qanunlarına inanırsı-
nız?” Rahiblər cavab verdilər: “Bəli inanırıq.” Budda dedi: “Elə isə 
bilin ki, hikmətin və agahlığın başlanğıcı həqiqətdir. Yaxşıdan yaxşı 
əmələ gəlir və pisdən pis. Bu həyatın ilk qanunudur və bütün başqa 
şeylər bu qanun üzərində qurulmuşdur.” 
Rahiblər dedilər: “Bu yeni məsələ deyil.” Budda dedi: “Əgər be-
lədirsə onda qurban kəsməyin, duanın və insanın öz nəfsinə işkəncə 
verməsi ağıllı addım deyildir.” 
Rahiblər soruşdular: “Necə?” Budda cavab verdi: “Çünki, su hə-
mişə enişə doğru hərəkət edir, od həmişə yandırır və buz həmişə so-
yuqdur.  Əgər Hindistanın bütün Tanrılarına belə dua oxusaq su yo-
xuşa tərəf hərəkət etməyəcək, od soyuq və buz isti olmayacaq. Çünki, 
bu həyatda elə qanunlar mövcuddur ki, bütün məsələlər bu qanun-
ların üzərində qurulmuşdur. Elə buna görə də, bunu ləğv etmək olmur 
və dua edərək qurban kəsməyin də bu məsələyə heç bir xeyri yox-
dur.” 
Rahiblər bu sözlə razılaşdırlar və Budda sözlərinə davam edərək 
dedi: “Əgər bu söz həqiqətdirsə, onda insanlara dua etməyin və qur-
banlar kəsməyin adət-ənənəsini öyrədən Vedalar kitabı da düzgün de-
yildir və  mən olanların dediklərinin tam əksinə olaraq demək istə-
yirəm ki, Vedalar müqəddəs deyildir.”  


 70 
Rahiblər onun belə cəsarətli sözlərindən təəccübləndilər və Bud-
dadan soruşdular: “Sən demək istəyirsən ki, Brahman insanları yara-
danda onları müxtəlif kastalara ayırmamışdır?” Budda cavab verdi: 
“Mən ümumiyyətlə Brahmanın nəsə yaratmasına inanmıram.” 
Rahiblər soruşdular: “Yaxşı, de görək dünyanı kim yaratmış-
dır?” Budda cavab verdi: “Mənim nəzərimcə dünya əbədi və əzəlidir. 
Onun nə başlanğıcı, nə  də sonu var. Dünyada həqiqətən də ondan 
uzaqlaşmağın vacib olduğu iki məsələ var: Birincisi xudbinliyin və 
alçaqlığın yaratdığı  ləzzətlərlə dolu həyat və ikincisi əzab-əziyyətli 
və  nəfsinə  işkəncələrlə olan həyat. Belə  həyatın da heç bir faydası 
yoxdur və bu yolun heç birisi insanı xoşbəxtliyə aparmır.” 
 
3-4. Əxlaq 
Sonda Rahiblər Buddadan soruşdular: “Yaxşı, onda de görək 
düz yol hansıdır?” Budda cavab verdi: “Ləzzətlə əzab-əziyyət arasın-
dakı orta yol. Bunu səkkiz yolla əldə etmək mümkündür. Bu səkkiz 
yol həyatın səkkiz böyük qanununu öyrədir:  
1.  Düzgün baxış;  Yəni, düzgünlüyün və  həqiqətin insanın  əsil 
bələdçisi olmasına inanmaq. 
2.  Düzgün düşüncə;  İnsan həmişə sakit və xoş xasiyyətli ol-
malıdır, heç bir canlıya zərər yetirməməlidir.  
3. Düzgün söz; İnsan heç vaxt yalan danışmamalıdır və ağzını 
çirkin və pozğun sözlərlə açmamalıdır. 
4. Düzgün rəftar; İnsan heç vaxt oğurluq etməməlidir, əlini ki-
minsə qanına bulamamalıdır və sonradan peşimançılığa səbəb olacaq 
işlər görməməlidir. 
5. Düzgün yaşayış;  İnsan heç bir pis əməl arxasınca getməmə-
lidir, sələm pul verməməlidir və onun gəlirindən istifadə etməməlidir
riyakar və ikiüzlü olmamalıdır, oğurluq maldan istifadə etməməlidir. 
6. Düzgün çalışmaq; İnsan həmişə yaxşılıq üçün çalışmalıdır və 
bütün çirkinliklərdən uzaqlaşmalıdır. 
7. Düzgün diqqət; İnsan həmişə sakit olmalıdır, şadlığın və qüs-
sənin onun düşüncələrini dağıtmağa imkan verməməlidir. 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə