Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə19/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   15   16   17   18   19   20   21   22   ...   113

 62 
bu xəyallar və yalan surətlər sonda məhv olacaq, həmişə var olan 
Brahman qalacaq. Son əsrlərdə Hinduizm irfanı qərbliləri öz sehrinə 
salmışdır. Qeyd etmək lazımdır ki, İslam irfanı da qərblilərin bir his-
səsini İslam dininə yaxınlaşdırmışdır.  
Hinduizmin əxlaq qanunları, sufiliyi və zərif düşüncələri qədim 
zamanlardan indiyə  qədər özünəməxsus cazibəyə malik olmuşdur. 
Bəzilərinin sözlərinə  əsasən Hinduizmin bəzi düşüncələrinin həm 
Xristiyanlıq, həm də  İslamda olan sufi əhlinə düşüncə baxımından 
güclü təsiri olmuşdur.
1
  
Hinduların imanlarının əsası dörd məfhumdan ibarətdir: 
1.  Ruhun ilahiliyi 
2.  Varlıqların vəhdəti və birliyi 
3.  Tanrıların vəhdəti və birliyi 
4.  Dinləri və məzhəblərin vəhdəti və birliyi 
Hinduizm özünə qapanmağı  və özünü mərkəzləşdirməyi qəbul 
etmir və hər bir Hindus öz dinindən əlavə dünyanın hər hansı dinlə-
rindən birini qəbul edə bilər. Amma buna baxmayaraq Hindusların 
arasında ən kəskin təəssübkeşlik mövcudur. Yalnız bir məsələni qeyd 
etsək kifayət edər ki, Mhatma Qandi Hindularla Müsəlmanlar arasın-
da bərabərliyə inandığı üçün bir qrup Hindusun düşməninə çevrildi 
və sonda həmin təəssübkeş Hinduslardan biri onu güllə ilə qətlə ye-
tirdi. Son zamanlar Hindusların təəssübkeşliyi daha da güclənmişdir.  
Bunun  ən yeni və amansız təzahürü Babərilər məscidinin dağıdıl-
ması, çoxlu sayda müsəlman və hindusun həmin hadisədə ölməsidir. 
Onların bu işi etməkdə  bəhanələri isə Babəri məscidinin yerləşdiyi 
məkanın Ram bütünün doğulduğu yer olması idi. Onlar belə iddia 
edirdilər ki, Vişnu həmin yerdə Ram bütü formasında gözə görün-
müşdü və Hinduslar həmin məkanda bütxana tikmişdilər. Amma 
sonralar həmin məbəd məscid formasına salınmışdır. Təəssübkeş 
Hinduslar bu bəhanələri  əllərində saxlayaraq öz bütlərini məscidin 
dağıntıları üzərində yerləşdirmişlər və onlara sitayiş etməyə başla-
                                                 
1
 Mircea Eliade (ed), The Encyclopedia of Religion, vol 15, pp 1-460 


 
63
mışlar. Hinduslar həmin yerdə Ram məbədinin inşa etmək istəyirlər, 
amma müsəlmanların İslami məscidin Hindus bütxanasına dəyişdiril-
məsi məsələsinə kəskin etirazlarına görə məsələ hələ də havada qal-
maqdadır.  
Hindusların Kəşmirdə törətdikləri cinayətlər də diqqətə layiqdir. 
Onların İslam dini və müsəlmanlarla savaşması və bu məqsəd uğrun-
da Sionist İsrail rejimi ilə  əməkdaşlıq aparması www.Hindruunity. 
com internet saytında aydın şəkildə öz əksini tapmışdır.  
 
1-10. Yoqa fəlsəfəsi, yaxud Cukyan metodu 
Hindusların nəzərincə  həqiqətə çatmaq və qadir Allaha qovuş-
maq yalnız yoqanın köməkliyi ilə mümkündür. Yoqa çətin və nəfəs-
kəsici əzablara dəlalət edir və çox zaman sakit oturmaq, bardaş qurub 
düşünməklə meydana çıxır. Amma bunun üçün başqa metodlar da 
mövcuddur. Məsələn; dayanmaq, başaşağı durmaq, əyilmək, qollar-
dan sallanmaq və üzərinə mismarlar vururlmuş taxtanın üzərində 
uzanmaq. Bu işlər on il belə davam edə bilər və bununla yanaşı digər 
çətin məqamlar, suyu önünə qoyub susuz vəziyyətdə ona baxmaq ki-
mi məşəqqətli anlar yaşanıla bilər.
1
  
Nəfəsin həbs edilməsi məsələsi belədir ki, güclü məşqlərdən 
sonra tənəffüs sayları aşağı düşməyə başlayır və əsil yoqaçı bir ildə 
bir neçə dəfə nəfəs almaqla yaşaya bilir. Yoqa ilə nəbzin vurmasını 
və bədənin digər fəaliyyətlərini də ələ almaq olur. Belə hallarda insan 
bədəni digər yollardan istifadə etməklə sağ qala bilir. Belə ki, Yoqa 
ilə məşğul olan şəxsi altı ay ərzində qəbrdə dəfn edirlər və altı aydan 
sonra onun qəbrini açdıqda sağ olduğunu görürlər.
2
  
Bu qədər çətinliyə  və  əzab-əziyyətə dözmənin həqiqətə çatmaq 
üçün həyata keçirilməsinə baxmayaraq belə ağır əziyyətlərə tab gətir-
mək yeni bacarıq və  kəramət  əldə olunması ilə  nəticələnir. Yoqaçı 
                                                 
1
 Yoqanın adətləri və bunun üçün, yəni insan üçün lazım olan bütün şərtlər Patancali 
kitabında qeyd olunmuşdur. Böyük alim Əbu Reyhan Biruni bu kitabı  Ərəb dilinə 
trəcümə etmişdir.  
2
 Bunun həqiqət olmasına şübhə var (Redaktor) 


 64 
belə məsələlərin onun kəmala çatması yolunda maniə kimi qəbul edir 
və çox vaxt belə qeyri-adi vərdişləri heç vaxt üzə çıxartmır.  
Qərb alimləri bir neçə yoqaçı üzərində  təcrübələr apardıqdan 
sonra həmin halların bəzilərinin həqiqi olmasını sübuta yetirmişlər. 
Məsələn, 1936-cı ildə Doktor Brossun başçılığı altında həkim heyəti 
nəfəsin həbsi barəsində  təcrübə  və  tədqiqatlar apardıqdan sonra öz 
nəticələrini çap etdirmişlər.
1
 
 
2. Caynizm 
Brahmanizmin qollarından biri də Caynizmdir. Cayna söznün 
mənası “Qalib” deməkdir və bu firqə eradan qabaq 6-cı  əsrdə mey-
dana çıxmışdır.  
 
2-1. Mahaviranın sərgüzəştləri 
Caynistlərin nəzərincə bu firqənin banisi Mahavira (yəni, böyük 
qəhrəman) olmuşdur. O, özündən min illər öncə ərzində mövcud olan 
iyirmi üç liderlərdən sonra gələn iyirmi dördüncü liderdi. Mahavira 
eradan altı əsr öncə Hindistanın zadəgan ailələrindən birində dünyaya 
göz açmışdır. O, otuz yaşında dünyadan uzaqlaşdı və uzun illər boyu 
əzab-əziyyət çəkdikdən sonra həqiqətə çatdı. O, özü yaratdığı məzhə-
bi genişləndirdikdən sonra eradan öncə 526-cı ildə cismi boşaldaraq 
Nirvanaya qovuşdu.  
 
2-2. Fəlsəfə və əxlaq 
Bu firqə davamçılarının ən təəccübləndirici adətlərindən biri on-
ların paltar geyinməni haram bilmələridir. Belə ki, onların nəzərincə 
Mahavira özünə  əzab-əziyyət verməklə dünyəvi bağlılıqlardan qur-
tarmaq istəyəndə fikrinin abır-həya məsələsinə bağlı qalmasını görən-
də bütün paltarlarını əynindən atdı və ömrünün sonunadək lüt yaşadı. 
                                                 
1
 Presse Medicale, 14 oktyabr 1936 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə