Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə15/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   11   12   13   14   15   16   17   18   ...   113

 50 
dəniyyət, ictimai adət-ənənənin bir formasıdır. Hər bir şəxs bu mər-
təbəyə çatmaq üçün öz nəfsinə əzab verərək hər şeydən qorumalıdır. 
Brahmanizmin Hindistan xalqının fərdi və kollektiv həyatında, eyni 
zamanda mədəniyyətində danılmaz rolu vardır.  
 
1. Hinduizm 
Hinduizm Brahmanizmin təkamül tapmış formasıdır və 8-9-cu 
əsrlərdə Hindistanın iki görkəmli alimi tərəfindən yaradılmışdır. 
 
1-1. Ariyayilərin hücumundan öncə Hindistanda yaşayan 
yerli əhali 
Ariyayilərin İrana və Hindistana mühacirətindən öncə bu yerlə-
rin əhalisi alçaqboylu və qaradərili insanlar idi. Onların xüsusi mədə-
niyyətləri, dinləri, mərasimləri var idi və onların sivilizasiya səviy-
yəsi Mesopotamiya sivilizasiyası səviyyəsində idi. Bu qövm İran əra-
zilərində demək olar ki, təmamilə aradan getdi, amma Hindistanda 
ölkənin cənub bölgələrinə tərəf qovuldular. Həmin qövm Dravediləri 
adı ilə tanınır. Onlar eləcə də, Nəces və yaxud Toxunulmazlar (Un-
touchables) adı ilə tanınırlar. Gələcəkdə onlar barədə söz açacağıq. 
Pakistanda, Sind çayının kənarında yerləşən Mohenco-Daro adlı böl-
gədə aparılan arxeoloji qazıntılarda onların mədəniyyətlərini əks etdi-
rən çoxlu nümunələr aşkar edilmişdir. Bu kəşflərdən belə nəticə əldə 
etmək olar ki, Hinduizmin bəzi tanrıları Ariyayilərin Hindistana daxil 
olmasından öncə də mövcud idi.  
 
1-2. Müqəddəs kitablar 
Hinduların duaları və dini mərasimləri Sanskrit dilində Vedalar 
(Vedas- yəni Elm) adlı topluda bir yerdə cəmləşdirilmişdir. Sruti, yə-
ni vəhy, ilham və müqəddəs elmlər ləqəbi ilə tanınmışdır. Tarix elmi-
nin tədqiqatçıları Vedaların təxminən 1000-1400 il eradan əvvəl ya-


 
51
randığını bildirirlər və elə buna görə  də, eradan qabaq 1500-800-ci  
illər arasındakı tarixi dönəmi Vedalar dönəmi adlandırırlar. Dörd növ 
Veda mövcuddu və bunlar aşağıdakılardır: 
1.  Riq-Veda, yəni sitayiş vedası 
2.  Yacur-Veda, yəni qurban vedası 
3.  Sama-Veda, yəni musiqi vedası 
4.  Atharva-Veda, yəni Atharvanin Vedası (Vedanın müəl-
lifinin vedasının adıdır. 
Vedaların mətnləri Məntərlərdən (Mantaras), yəni atəşin, günə-
şin və təbiətin digər simvollarının sitayişində oxunan dualardır və bu 
dualar ruzi-bərəkətin çoxalması, məhsuldarlığın artması, günahların 
bağışlanması  və s. məqsədlər üçün oxunurdu. Sonrakı dövrlərdə 
Brahmanlar (yəni ruhanilər) Vedalara şərh və  təfsir yazmağa başla-
dılar və adını Brahmanna qoydular. Brahmannalar həmin duaların nə 
üçün olmasını müəyyən edirdilər. Tədqiqatçılar bu münasibətlə era-
dan qabar 800-cü ildə 500-cü ilədək olan dönəmi Brahmanna dönəmi 
adlandırırdılar.  
Qəbilənin və yaxud bu dini məktəbin əfsanəvi əcdadı Manu, yə-
ni Brahmanların Manusu Dehli yaxınlığında yaşayırdı və onu tanrının 
oğlu kimi qələmə verirdilər. Halbuki, o bütün qanunlarını Brahman-
nadan götürmüşdür.  
Hindistan mədəni irsində saysız-hesabsız dini, fəlsəfi, irfani və 
ədəbi kitablar mövcuddur və bu kitabların demək olar hamısı dünya-
nın müxtəlif dillərinə tərcümə olunmuşdur. Buna nümunə olaraq ha-
mımızın yaxşı tanıdığı “Kəlilə və Dimnə” kitabını misal çəkə bilərik. 
“Kəlilə  və Dimnə” kitabının Sanskrit dilindəki adı “Pança-Tantra”, 
yəni beş bölüm deməkdir. Mahabaharata və Ramayana kitablarında 
əfsanəvi hərbi, döyüş və şənlik mövzuları bir yerə toplanılmışdır və 
bu kitab Hindlilər arasında böyük hörmət və ehtirama malikdir. Qeyd 
olunmuş bu dini və ədəbi kitablar dünyanın bütün böyük dillərinə tər-
cümə olunmuşdur. Olduqca məşhur və maraqlı kitablardan biri də 
“Bhagavad-gita”, yəni böyük Tanrının musiqisi adlı kitabdır. Bu 
kitab  əslində Mahabaharatanın bir hissəsidir və özünün iri həcimli 


 52 
olduğuna görə müstəqil şəkildə mövcuddur. Bəzən qısa formada Gita 
kimi də qeyd olunan bu kitab “Bhakti”, yəni sözün xalisliyi hissəsin-
də söz barədə danışılır. Qeyd etdiyimiz kitabın nə dərəcədə əhəmiy-
yətli olmasını sübut etmək üçün onun davamlı olaraq dünyanın müx-
təlif dillərinə  tərcümə olunmasını  və fars dilində  də bu kitabın altı 
növ tərcüməsinin mövcudluğunu qeyd edə bilərik.  
Bu kitabda Krişna ilə  şahzadə Arcuna adlı bir şəxsin arasında 
gedən söhbətdən söz açılır. Qeyd etdiyimiz bu kitab 1-ci əsrdə məş-
hur epos Mahabaharatanın tərkibində qeyd olunmuşdur. Bu kitab 
Hindistanlılar tərəfindən bütün dini, elmi və s. kitablardan daha çox 
sevilir. Onun nəzm forması eyni formada deyildir, amma bu dəyərli 
və qiymətli sözlərin həmin  əsərdə mövcudluğu minlərlə insanı öz 
aşıqlərinə çevirmişdir.  
 
1-3. Veda tərbiyəsi və mədəniyyəti 
Təxminə b. eradan əvvəl 6-cı  əsrdə Hindu ruhanilərin, yəni 
Brahmanların ən güclü və qüdrətli vaxtında cəmiyyətdə kəskin təbə-
qələnmə prossesi meydana çıxdı və təxminən 2500 il müddətində öz 
dəhşətli təsirini böyük Hindistan ölkəsinin hər yerində nümayiş et-
dirdi. Qeyd etmək lazımdır ki, bu təbəqələşmənin qalıqları  hələ  də 
cəmiyyətdə mövcuddur. Tədqiqatçılar və sosioloqlar ictimai təbə-
qələri “Kasta” adlandırırlar. Kasta sözü Portuqaliya dilindən götürül-
müşdür və  nəsl mənasını verir. Həmin quruluşda dörd əsas kasta 
mövcud idi: 
1.  Brahmanlar-Ruhanilər təbəqəsi 
2.  Kşatriyalar- Şahlar, şahzadələr və döyüşçülər təbəqəsi 
3.  Vişyalar- Tacirlər və torpaq sahibləri, mülkədarlar 
4.  Şudralar-İşçilər və fəhlələr 
Müxtəlif və fərqli sektalar arasında əlaqələrin mövcudluğu həm 
şəri, həm də milli adət-ənənə nöqteyi-nəzərindən qəti qadağan idi. 
Sərt qanunların əksəriyyəti də sonuncu sektaya aid idi. Belə ki, onla-
rın özlərindən yüksək sektanın nümayəndələrinə toxunması və hətta 
baxması belə ən böyük günahlardan biri kimi qələmə verilirdi.  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə