Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə14/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   10   11   12   13   14   15   16   17   ...   113

 46 
3-3. Fəlsəfənin yaranması 
Eramızdan təxminə beş əsr öncə Yunanıstanda böyük filosoflar 
meydana çıxdı və yeni fikirlər irəli sürməyə başladılar. Bu filosofla-
rın ən tanınmışları Sokrat, Platon və Aristotel idi. (Aristotel Platonun 
və Platon Sokratın tələbəsi idi) Aristotelin düşüncələri təxminən iki 
min il Avropanın və  İslam dünyasının elmi mərkəzlərində  rəvac 
tapmışdı və olduqca az mütəfəkkir alimlər bu fəlsəfi düşüncələri tən-
qid edə bilmişdilər. Yunan fəlsəfəsi və Aristotelin düşüncələri qabaq-
kı əzəmətini itirməsinə baxmayaraq hələ də alimlər fəlsəfi məsələləri 
qeyd edərkən onun qədim Yunanıstanda Platonun və Aristotelin əsər-
lərində olan fəlsəfəyə müraciət etməyə bilmirlər. Yunan filosofları öz 
nəzərlərini və düşüncələrini təlim etmək üçün geniş  şəkildə  əfsanə-
lərdən istifadə etmişlər. Belə ki, hal-hazırda da Platonun əsərlərinin 
toplusu müxtəlif tanrıların adları ilə doludur. Onlar tanrılara aid edil-
miş pis sifətləri özündə əks etdirən epik dastan və hekayələrə etiraz-
larını bildirirdilər. Platonun tanrışünaslıq barədə irəli sürdüyü düşün-
cələrinə görə onu müqəddəs Platon (Divine Plato) adlandırmağa baş-
ladılar. Aristotelin birinci hərəkət nəzəriyyəsini irəli sürdü və  təkal-
lahlıq dinlərinin filosofları sonrakı dövrlərdə  də onu öz dinlərinin 
tanrısı ilə eyni bildilər.  
 
4. Roma 
Qədim dünyanın ən əsas güclü və əzəmətli ölkələrindən biri Ro-
ma idi. Roma Avropa, Türkiyə və Suriyanın böyük bir ərazisini özün-
də  cəmləşdirirdi. Romalılar  ən qədim zamanlardan belə memarlıq, 
rəssamlıq, heykəltaraşlıq,  ədəbiyyat və elmin müxtəlif sahələrində 
böyük nailiyyətlər  əldə edərək bu sahədə öncülə çevrilmişdilər. 
Romalılar dördüncü əsrdə xristiyanlığı  qəbul etdilər və onun yayıl-
ması üçün öz qədim mədəniyyətindən geniş şəkildə yararlandılar.  
 


 
47
4-1. Qədim Romalıların dinləri 
Qədim Romalıların dinləri sadə və ibtidai idi. Onların dini mə-
rasimləri imperatora sitayiş etməkdən, qurban kəsməkdən və tanrılar 
üçün bayramlar keçirməkdən ibarət idi.  
Qədim zamanlarda Romalıların hamısı məbədi Roma yaxınlığın-
dakı dağlarda yerləşən tanrı Dianaya sitayiş edirdilər və il ərzində ke-
çirilən bayramlarda həmin məbədə üz tuturdular. Onların həyata ke-
çirdikləri dini əməllərindən biri müqəddəs odda bişirilmiş müqəddəs 
yeməklərdən dadmaq idi. Yalnız bu yolla Od Tanrısı onlarla eyni pa-
ya malik olurdu. Bu yeməyin hazırlanması və yeyilməsi müəyyən di-
ni adət-ənənələr çərçivəsində keçirilirdi. Həmin adətlərin hamısını 
burada açıqlamaq mümkün deyildir. (Ümumiyyətlə müxtəlif dinlərin 
ibadət mərasimlərində yeməkdən istifadə mövcuddur və xristiyan-
lıqda mövcud olan “tanrının  şam yeməyi” da onun nümunələrindən 
və qalıqlarındandır).  
 
4-2. Numa və Roma tanrıları 
Tərcümədə ruh mənasını  kəsb edən Numa (Numen) etiqadına 
əsasən hər bir əşyanın və mövcud hər bir şeyin, insanın, heyvanın, 
daşların və təbiətdə olan hər bir şeyin ruhu vardır. Bu ruhların bəzilə-
ri xeyirxah və bəziləri bədxah idi. Sonradan müqəddəsləşən bu ruhlar 
qeyri-müəyyən təbiətə malik idilər. Romalılar sonrakı dövrlərdə  hə-
min ruhlar üçün xüsusi şəxsiyyətlər də yaratdılar və onlar barəsində 
əfsanələr meydana çıxartmağa başladılar. Romalıların müxtəlif say-
sız-hesabsız Tanrıları var idi və onlardan bəziləri aşağıdakılardır: Yu-
piter, Canus, Mars, Vesta, Neptun, Vulkan, Venera, Apollon, Miner-
va, Herkules və s. Yuputer Yunanıstanlıların Zevsi kimi idi və Zevs 
ata mənasını verirdi. O, nur, ildırım,  şimşək, tanrısı idi. Ay bədr-
lənmiş olanda yalnız ona sitayiş edilirdi.  
 
Mənbə 
1.  Hikmət, Əli Əsğər, Dinlər tarixi, Tehran 1966 
2.  Zərrinkub, Əbdülhüseyn, “Vixdan barəsində”, Tehran 1978 


 48 
3.  Nas, Con. B, “Dinlərin ümumi tarixi”, Tərcüməçi: Əli Əsğər Hikmət, 
Tehran 1991 
4.  Mustəfəvi, Əli Əsğər, “Qurbanlıq əfsanəsi”, Tehran 1990 
5.  Jiran. F, “Yunan əfsanələri lüğəti”, tərcüməçi:  Əbülqasim  İsmailpur, 
Tehran 1996 
6.  Şiera. Edvard, “Babilistan lövhələri”, tərcüməçi:  Əli  Əsğər Hikmət, 
Tehran 1996 
7.  Makkal. Henrita, “Mesapatomiya əfsanələri”, tərcüməçi: Abbas Müx-
bir, Tehran 1994 
8.  Dokolanj. Fostel, “Qədim sivilizasiya”, tərcüməçi: Nəsrullah Fəlsəfi
Tehran 1930 
9.  Fatemi, Səid, “Yunan əfsanələri”, Tehran 1996 
 
 
 


 
49
4. Hindistan 
 
Təxminən 3500 il bundan öncə özünü Ariyayi, yəni nəcib və 
şərafətli adlandıran qövm Mərkəzi Asiyadan Sind çayına (hal-hazırki 
Pakistan ölkəsinin cənubunda yerləşir)tərəf mühacirət etməyə başla-
dılar və şərqə tərəf irəlilədikcə sonralar Hindistan adlanan ölkəni hü-
cumlara məruz qoydular. Elə həmin dönəmdə Ariya qövmündən olan 
başqa bir dəstə sonralar İran adlanan ərazilərə köçdülər. Ariyayi qöv-
mündən olan üçüncü dəstə isə Avropaya tərəfən hərəkətə başladı.  
Ariyayi qövmlərinin  əsil dilləri barədə  məlumatımız olmasa da 
sonralar, yəni mühacirət etdikdən sonra onların dili Hind-Avropa 
dilləri ailəsi adlandırılmağa başladı. Yəni, bu dil ailəsinə daxil olan 
dillər arasında qohumluq əlaqəsi mövcuddur. Hindistanda yaşayan 
Ariyayi qövmünün dili Sanskritdir (Sam-skrita). Bu sözün tərcümədə 
mənası xoş tərkibli deməkdir və Avesta, qədim fars və Avropa dilləri 
ilə qohumluq əlaqəsinə malikdir. Hind-Avropa dilləri ailəsində qo-
humluğun mövcudluğu linqvistika elminin inkişafına böyük töhfələr 
vermişdir.
1
  
Brahmanizm Animizmin inkişaf etmiş formasıdır və buna görə 
də onun banisinin kim olmasını demək mümkün deyildir. Bu din mə-
                                                 
1
 Məsələn; Fars dilində olan “h” hərfi Sanskrit dilindəki “s” hərfinə  bərabərdir və 
təxmin eyni məna kəsb edir. Nümunə olaraq qeyd edək ki, “Hind” sözü “Sind” və 
Zərdüştlərin müqəddəs saydıqları “Homa” sözü Hindlilərin də müqəddəs bildiyi 
“Soma”-ya çevrilir. 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə