Microsoft Word Dinler cap doc


-1. Babilistanda baş verən dini dəyişikliklər



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə13/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   9   10   11   12   13   14   15   16   ...   113

 
43
2-1. Babilistanda baş verən dini dəyişikliklər 
İraqın müxtəlif ərazilərində aparılan arxeoloji qazıntılar zamanı 
çoxlu sayda Tanrıların heykəlləri tapılmışdır və dünyanın müxtəlif 
muzeylərinə göndərilmişdir. Bu tanrılar Animizmin inkişaf etmiş 
formasının nümunələri idi.  
Babilistan Fetişizmdən müxtəlif tanrılara sitayişə qədər olan rən-
garəng etiqad yolu keçmişdir. Bu tarixi dönəm təxminən dörd min il 
çəkmişdir. Sonda Ay, Günəş və planetlərin nümayəndələri olan ruh-
lara sitayiş  mərhələsi meydana çıxmışdır. Amma tarixin əksər dö-
nəmlərində Tanrıların ən üstünü və ən ucası Mərdux olmuşdur.  
 
2-2. Babilistan üçlüyü 
Babilistanlıların saysız-hesabsız Tanrılarının arasında altı Tanrı 
digərlərindən daha çox tanınmağa başladı və bunlar iki üçlüyə bölü-
nərək sitayiş olundular. Birinci üçlüyə Anu (səma tanrısı), Enlil (hava 
və müharibə tanrısı) və Eaa (su tanrısı) və ikinci üçlüyə Şemş (günəş 
tanrısı), Sin (ay tanrısı) və İştar (qadın tanrı) daxil idi.  
Bu tanrıların hamısının həyat yoldaşı var idi və  məhsuldarlıq 
İlahəsi olan qadın tanrı İştara olduqca böyük əhəmiyyət verilirdi. İş-
tarın həyat yoldaşı, yəni  əri Təmmuz idi. Babilistan mədəniyyətinin 
ən güclü vaxtlarında Mərdux adlı əzəmətli Tanrının adı hallanılır və 
hər yerdə onun təsvirini həkk olunmağa başlanılır. Bütün başqa 
Tanrılar Mərduxun əlinin altında olması təsəvvür edilirdi.  
Babilistan şimal qonşusu Assuriya tərəfindən süquta uğradıqdan 
sonra Mərdux öz yerini Assuriyalıların Tanrısı Assura verdi və bun-
dan sonra artıq hər yerdə onun təsviri həkk olunmağa başlanıldı. Ba-
bilistanlılar Assuriyalılara yenidən qalib gəldikdən sonra isə Mərdux 
yenidən öncə malik olduğu yerə  və hörmətə qayıtdı. Sonda Babilis-
tanın Kir tərəfindən işğalından sonra Ahura Mazda Mərduxun yerini 
tutdu.  
 


 44 
3. Yunanıstan 
Yunanıstan Avropanın cənub şərqində yerləşən kiçik yarımada-
dır və qədim zamanlarda bura mədəniyyət, incəsənət və mütəfəkkir-
lər mərkəzi olmuşdur. Avropa dillərində bu ölkəni “Greece” adlandı-
rırlar və Ərəb dilində olan “İğriq” sözü də bundan əmələ gəlmişdir. 
Yunan adı Yunanıstan bir hissəsi olan “İonia”-nın adından götürül-
müşdür. Yunanlar öz ölkələrini “Hellas” adlandırırlar və bu ad da 
Yunanlıların  əfsanəvi  əcdadının adıdır. Dünyanın bir çox dinlərinin 
əfsanələrlə yaxından  əlaqəsi olmasına görə Yunanlıların dini inanc-
ları və etiqadları dinşünaslıqda olduqca böyük əhəmiyyətə malikdir.  
 
3-1. Qədim Yunanıstanda mövcud olan məzhəb 
Qədim Yunanlar da erkək və qadın tanrıların mövcudluğuna ina-
nırdılar. Onların ən böyük tanrısının adı Zevs idi və bəzən onu Zevs 
Paterus, yəni “Zevs Ata” adlandırırdılar. Bu Tanrını Hindistanlılar 
“Divs Pitar” və qədim Romalılar “Yupiter” adlandırırdılar. Yunanlı-
ların sitayiş etdiyi tanrıların  əksəriyyəti qədim Ariyayi tanrıları ilə 
eynidirlər. Yunanıstanın bəzi tanrıları bunlarıdr: 
Apollo (Günəş Tanrısı) 
Poseydon (Dəniz Tanrısı) 
Hestia (Qadın Tanrı və ailənin anası) 
Demeter (Qadın Tanrı, əkinçilik və təsərrüfat tanrısı) 
Hermes (Hikmət Tanrısı) 
Ares (Müharibə Tanrısı) 
Sonrakı dövrlərdə insanların düşüncələrində  dəyişikliklər mey-
dana çıxdı və onlar Zevsin Olimp dağının başında oturması və digər 
Tanrıların onun ətrafında toplaşması etiqadını irəli sürdülər. Onlar 
ölümdən sonra həyatın mövcudluğuna inanmırdılar, amma dünyada 
səadət və xoşbəxtlik içərisində yaşamaları üçün bütlərə sitayiş edir-
dilər. Bu bütlər tanrıların, əfsanəvi qəhrəmanların simvolları idilər və 
onların kahinləri də var idi.  


 
45
3-2. Əfsanələr 
Bəşəriyyət həyatın sirlərinə aydınlıq gətirməkdə aciz olduğunu 
anladıqdan sonra müxtəlif anlayışlara və fenomenlərə aydınlıq gətir-
mək məqsədilə  əfsanələr yaratmağa başladı  və bu yolda uğur  əldə 
etmək üçün xəyal və fantaziyanın gücündən yararlandılar. Əfsanələ-
rin müxtəlif cəhətləri var idi və onların ən mühimi kamilliyin və mə-
nəvi böyüklüyün genişləndirilməsi idi. Elə bu səbəbdən də, bu əfsa-
nələr qurucu qüvvəyə malik olmaları ilə eyni zamanda həm də dağı-
dıcı qüvvəyə malik idilər. Yəni fəzilətlərlə insan ruhunu qururdu və 
müxtəlif fenomenlərə aydınlıq gətirdikdə isə insanın düşüncəsini da-
ğıdırdı. Bəşəriətdə mövcud olan bütün cəmiyyətlərdə  əfsanələr ol-
muşdur və bizim hal-hazırda əfsanə adlandırdığımız məsələlər öz za-
manında və öz yerində həqiqət kimi qəbul edilirdi.  
Firdovsinin “Şahnamə” eposunun birinci hissəsi əfsanədir və bu-
rada Rüstəm pəhləvan kimi qəhrəmanlar haqqında danışılır. Rüstəm 
cəmiyyətdə və dünyada olan bütün əyrilikləri uzaqlaşdırmaq, dəyər-
ləri hakim etməkdən ötrü müxtəlif döyüşlər və müharibələr aparır. 
Elm nöqteyi-nəzərindən din və fəlsəfə əfsanələrdən əmələ gəlmişdir. 
Amma din barəsində irəli sürülmüş bu iddialar dini nöqteyi-nəzərdən 
tam yalnışdır və dindarların bu məsələyə yanaşması tam fərqlidir.  
Yunanlar da öz əfsanəvi tanrılarına sitayiş edirdilər və onlara 
qurbanlar verirdilər. Həmin Tanrılardan bir neçəsinin adını qeyd et-
mişik. Amma onların və ümumiyyətlə müxtəlif qədim xalqların əfsa-
nəvi tanrılarının adlarını qeyd etmək olduqca çətin bir işdir.  
Yunanlılar ağıllı və dərrakəli idilər. Hələ elmin müxtəlif sahələ-
rini kəşf etmədiklərinə görə əfsanələr yaratmaqla öz axtarış arxasınca 
olan zehnlərini sakitləşdiridilər. Necə ki, yerin və göyün yaradanına 
sitayiş etməyin əvəzinə müxtəlif bütlərə sitayiş edirdilər. Yunanlılar 
yavaş-yavaş  əfsanələri fəlsəfəyə  dəyişməyə başladılar və öz dövrlə-
rindən elmin öncülünə çevrildilər. Qeyd etmək lazımdır ki, başqa 
xalqlar bu yolda lazımi uğur və müvəffəqiyyət əldə edə bilmədilər.  
 
 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə