Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə12/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   8   9   10   11   12   13   14   15   ...   113

 
39
pağın, səmanın, səma cisimlərinin, alovun, ildırımın, şımşəyin, bulu-
dun, dənizin, çayın, tufanın, meşənin, bitgilərin və heyvanların, xüsu-
sən də inəyin, kobra ilanının, eləcə də qəbilə Toteminə, əcdadların ru-
huna inanmaqla yanaşı cin və şeytan kimi qorxulu mövcudlardan gü-
cündən istifadə etmək qədim xalqların arasında geniş yayılmışdır. 
(Cinə ibadət etmək və bəzi nadan insanların cinlərə pənah aparması 
Qurani Kərimdə qadağan edilmişdir:  Ənam surəsi 100, Səba surəsi 
41 və Cin surəsi 6).  
Animistlər təbiəti şüurlu və insanabənzər (anthropomorphic) ol-
duqlarını  qəbul edilər və ona özünəməzsus formada sitayiş edirlər, 
onun üçün qurbanlar kəsirlər və  təbiətin belə  şeylərin təsiri altına 
düşəcəyini təsəvvüf edirlər. Bu əqidənin qalıqları bir çox dinlərdə
xüsusən Hindu dinində günümüzə qədər gəlib çatmışdır. Bütlərin bə-
ziləri təbiətin gücünün nümunəsidir.  
 
3. Fetişizm  
Fetiş Portuqal dilindən alınma sözdür və cadu mənasını daşıyır. 
Fetişizmə olan böyük etiqad, yəni daxilindəki cadu qüvvəsi mövcud 
maddi şeylərə olan ehtiram ibtidai insanlar arasında müşahidə olunur. 
Bu şeylər çox vaxt daşlardan və mədənlərdən əldə edilmiş maddələr-
dən olur və həmin qövmlərin əqidəsinə görə qeyd olunmuş əşyaların 
daim insanın yanında olması ona xoşbəxtlik gətirir.  
 
Mənbə 
1.  Hikmət, Əli Əsğər, Dinlər tarixi, Tehran 1966 
2.  Zərrinkub, Əbdülhüseyn, “Vixdan barəsində”, Tehran 1978 
3.  Nas, Con. B, “Dinlərin ümumi tarixi”, Tərcüməçi:  Əli  Əsğər Hikmət, 
Tehran 1991 
4.  Mustəfəvi, Əli Əsğər, “Qurbanlıq əfsanəsi”, Tehran 1990 
5.  Eliade, Mircea (ed), “The Encyclopedia of Religion”, New York, 1987 
6.  Hastings, James, ‘Encyclo0106 
7.  0Parrinder, Geoffrey “Worship in the World’s Religions” London 1976 


 40 
3. Qədimi dinlər 
1. Misir 
Misir dünyanın  ən məşhur qədimi ölkələrindən biridir. Bu tor-
paqlarda böyük sivilizasiya və qüdrətli hökumətlər mövcud olmuş-
dur. Misirlilərin nəsli Qibtilər  idi və Avropalıların Misir üçün istifa-
də etdikləri “Egypt” sözü Qibt sözü ilə əlaqəlidir.  
Misirlilər ibtidai dinləri müxtəlif mərhələlərindən keçiblər və 
müxtəlif vəhşi və ev heyvanları sifətində olan yerli Tanrılara sitayiş 
ediblər. Fironlara və əfsanəvi Tanrılara sitayiş də Misirlilər arasında 
mövcud olmuşdur.  
 
1-1. Misirdə dinin və onun müxtəlif formalarının yaranması. 
Qədim Misirdə qeybdən olan mövcudlara güclü şəkildə inanırdı-
lar və onlar müxtəlif adlı, müxtəlif sifətli Tanrılara malik idilər. 
Tanrıların sayının çox olması artıq müxtəlif problemlər yaratmağa 
başlayanda onların sayını azaltmağa başladılar və  qısa bir dönəm 
ərzində yalnız günəş Tanrısına sitayiş etməyə başladılar. O zamanlar 
Şir, timsah kimi bəzi vəhşi heyvanların, müxtəlif quşların, gəmiri-
cilərin və qoç kimi bəzi ev heyvanlarının müqəddəsliyinə inam dalğa-
sı baş qaldırdı. Pişiyə pərəstiş də Misirlilər arasında geniş yayılmışdı. 
İranlılar  Əhəmənilər sülaləsinin hakimiyyəti illərində Misirlilərlə 
keçirdikləri döyüşlərin birində qalxanlarının üzərinə pişik təsvirini 


 
41
həkk etmişdilər. Elə bu səbəbdən də, Misirlilər həmin pişik təsvir-
lərinə hörmət əlaməti olaraq həmin qalxanlara ox atmaqdan və qılınc 
vurmaqdan çəkindilər, sonda İranlılar Misirlilərlə döyüşdə  qələbə 
qazandılar.  
Sonralar onların əqidələrinə heyvan başlı və insan bədənli fanta-
ziyanın əmələ gətirdiyi heyvanlar daxil oldu. Misirlilər belə fantastik 
varlıqlara heykəllər düzəldərək onlara sitayiş etməyə başladılar. Nil 
çayında səfər edərkən adamyeyən timsahların hücumlarından qorun-
maq üçün ilk öncə olduqca əzəmətli olan timsah məbədinə gedər-
dilər, sədəqə  və  nəzir verməklə öz canlarının bahasını ödədiklərini 
sanırdılar.  
 
1-3. Üç Tanrı əfsanəsi: Osiris, İsis və Horus. 
Qədim Misirlilər belə deyirdilər ki, Osiris (Əkinçilk Tanrısı) 
bacısı İsis (Ana İlahə) ilə ailə qurur və onlarına Horus (Günəş Tanrı-
sı) adlı övladları dünyaya gəlir. Osiris qardaşı Set (Quraqlıq Tanrısı) 
tərəfindən qətlə yetirilir. İsis qətlə yetirilmiş  həyat yoldaşı Osirisin 
cəsədini böyük zəhmətlərdən sonra tapır və Misirə qaytararaq orada 
gizlədir. Set bu hadisədən xəbərdar olan kimi yenidən Osirisin cəsə-
dini tapır və onu on dörd hissə parçalayır. Hər parçasını Misirin bir 
yerində torpağa basdırır. Osirisin cəsədinin parçaları basdırılmış yer-
lər o cəsədin bərəkətindən abad və  məhsuldar torpaqlara çevrilir. 
Artıq böyüyüb başa çatan Horus atasının qisasını almaq üçün əmisi 
ilə döyüşür və gözlərindən birini itirməsinə baxmayaraq əmisinə qa-
lib gəlir, onu əsir tutaraq anasının hüzuruna gətirir. İsis həyat yoldaşı-
nın qardaşını bağışlayır. Bundan sonra Horus atasının cəsədinin par-
çalarını bir yerə toplayır və hikmət Tanrısının köməyilə onu dirildir. 
Osirirs bundan sonra dünyada qalmır və bu dünyanı oğlu Horusa tap-
şırır və özü yeraltı dünyaya gedərək ölülərin hökümdarına çevrilir.  
 
1-3. Günəşə sitayiş 
Dünyanın müxtəlif yerlərində günəşə sitayiş əqidəsinin tarixi ol-
duqca qədim zamanlara qayıdır və Qurani Kərimdə  də (o cümlədən 


 42 
Nəml surəsi, ayə 24) buna işarə olunmuşdur. Həqiqətən də, sitayiş 
olunan bütün Tanrıların arasında günəşin malik olduğu sonsuz bərə-
kət qədər böyüklük və bərəkət mövcud deyildir. Qədim Misirdə gü-
nün müxtəlif saatları üçün günəşin nümayəndələri olan Tanrıların 
mövcud olduğunu bildirirdilər. Məsələn: səhər Tanrısı Xipra, günorta 
Tanrısı Ra, və axşam Tanrısı Atom. Eləcə də, Peyinböcəyini günəşin 
yer üzündəki nümayəndəsi bilirdilər. Misirlilər həmin həşəratı olduq-
ca müqəddəs bilirdilər və onun təsvirini tilsimlərin üzərinə, şahların 
heykəllərinin sinəsinə və alnına həkk edirdilər. Misirlilər həmin bö-
cəkdən bərəkət və xoşbəxtlik istəyirdilər.  
 
1-4. Firona sitayiş 
Qədimdə şahlara sitayiş etmək olduqca geniş yayılmışdı və on-
ların ən son nümunələrindən biri Yaponiyanın sabiq imperatoru Hiro 
Hitodur. Qeyd etmək lzımdır ki, imperatorluğu onun öz istəyi ilə 
1946-cı ildə ləğv olunmuşdur.
1
 
Misir Fironları (Yapon imperatorları kimi) Günəş tanrısının nəs-
lindən olan Tanrılar kimi qəbul edilirdilər və onlara sitayiş edilmə-
sinin əsas səbəbi də elə bundan ibarət idi.  
 
2. Babilistan 
Babilistan uzun illər boyu sivilizasiya, mədəniyyət və elmin 
mərkəzi olmuşdur və bu şəhərin adı  Yəhudilərin, Xristianların mü-
qəddəs kitablarında qeyd olunmuşdur. Qurani-Kərimdə  də (Bəqərə 
surəsi, ayə 102) Babilin adı qeyd olunmuşdur. Cəbr, bir çox riyazi və 
elmi məsələlər Babilistan mədəniyyətində yaranaraq günümüzə qədər 
gəlib çatmışdır.  
                                                 
1
 Yamaykada da “Rastafərinlər” Efiyopiyanın sabiq imperatoru Haylasilasinin 
müqəddəsliyinə inanaraq ona sitayiş edirdilər. Onun hakimiyyəti 1974-cü ildə baş 
vermiş çevriliş zamanı aradan getdi. Onun 1975-ci ildə edam edilməsinə baxmayaraq 
ona sitayiş edən insanların əqidəsi dəyişilmədən qaldı. 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə