Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə8/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   4   5   6   7   8   9   10   11   ...   113

 24 
 
1. Külliyat 
 
1. Din, məzhəb, millət və şəriətin tərifi: 
Elmin inkişafı ilə dünyadakı heç bir fenomenə tam və dolğun 
tərif vermənin mümkün olmaması aydınlaşıb. Tərif hərtərəfli və mə-
nalı olmalıdır. Yəni, bütün sahələri əhatə edə və bütün yad məfhum-
ları özündən uzaqlaşdıra bilməlidir. Qədimdə hərtərəfli və mənalı tə-
rif verilməsinin mümkün olması bildirilirdi, amma hal-hazırda bütün 
aspektləri özündə  cəmləşdirə bilən kompleks tərifin verilməsinin 
mümkün olmaması  məlum olmuşdur. Yəni, tərif məsələlərin yalnız 
bəzi sahələrini özündə əks etdirmək bacarığına malikdir.  
Bəzi mövzulara tərif vermək asan olsa da, bəzilərinə  tərif ver-
mək olduqca çətin olur. Hər bir dində mövcud olan kəlam elminə is-
tinadə həmin elmlərə tərif vermək asan olur, amma həmin tərif dinlə-
rin müxtəlifliyi baxımından bütün dinlərə  şamil edilə bilmir və  mə-
sələnin nə dərəcədə çətin olması məlum olur.  
Alimlər dinlər barəsində tərif vermək üçün onların müştərək cə-
hətləri ətrafında araşdırmalar aparmışlar, amma onların bu səyləri heç 
bir nəticə vermədən başa çatmışdır. Elə bu səbəbdən də, dinlə bağlı 
səksəndən artıq təriflər verilmişdir, amma onların heç birisini tam və 
dolğun adlandırmaq olmaz. Məsələn; dinə “Allahın varlığına inam və 


 
25
bu iman qanunlarına itaət etmək” kimi tərif verilməsi Buddism dini 
qanunları  və  şəriətilə üst-üstə düşmür.
1
 Bəzilərinin verdiyi tərifə 
əsasən isə “Din, müqəddəs  əmrə inanmaq və etiqadlı olmaq” 
mənasındadır. Bəzi insanlar isə ilahi varlıqlara iman kimi tərif etmə-
yə çalışmışlar. Başqa bir dəstə alim belə bir iddia ilə çıxış etmişlər ki, 
“Din itaət və ibadətə layiq bir və ya bir neçə fövqəlbəşər və ilahi 
varlığa imandır!” 
Keçmişdə məzhəb hər hansı bir dinin daxilində mövcud olan dü-
şüncə məktəblərinə şamil edilirdi. (Məsələn: İslam fiqhinin dörd də-
nəli və beş dənəli məzhəbləri). Qərb ölkələrində “Religion” sözü həm 
məzhəb, həm də din mənasında istifadə olunur və  təxminən yarım 
əsrə yaxındır ki, İranda da “Məzhəb” sözünü hər iki mənada istifadə 
olunmasına başlanılıb.  
Millət sözünün lüğəvi mənası üslub, metod və adətdir. Amma 
terminoloji baxımdan tövhidə əsaslanan dinlərin kompleksi mənasını 
daşıyır.  İslami kəlam elmində tövhidə  əsaslanan dinlərin davamçı-
larını “Milliyin” adlandırırlar. Kitab əhlindən bir nəfəri öncə  İslam 
dinini qəbul edib sonra dindən çıxdıqdan sonra “Mürtədi milli” ad-
landırılır. (Bəzi vaxtlar qeyri-tövhidi dinlərin davamçılarını “Məarif 
əshabı” adlandırırdılar). Bunu da qeyd etmək lazımdır ki, İslam alim-
ləri “Millət” sözünü İslam dini üçün ixtisaslaşdırıblar. Təxminən bir 
əsrə yaxın vaxtdır ki “Millət” sözü dilimizdə bir ölkə xalqının toplu-
suna şamil edilməyə başlanılıb. Böyük ehtimallara əsasən millət sö-
zünün belə istifadəsi Türkiyədən İrana gəlmişdir.  
Şəriət adətən əhkam və səmavi qanunlar mənasında işlənilir və 
bəzən də din mənasını verir.  
 
                                                 
1
 Budda Allahdan və Allaha sitayişdən söz açmamışdır. Buddismin heç bir firqəsi 
Allahın varlığına və mövcudluğuna inanmır. Bu məzhəbin çoxlu sayda müxtəlif 
Allahları sonralar yalnız Buddismə ibadət məqsədilə meydana çıxmışdır.  


 26 
2. “Din” yaxud “Dinlər” 
Bəzən belə deyilir ki, biz müsəlmanlar Qurani Kərimə istinadən 
“Din” sözünü cəm formasında istifadə etməməliyik. Belə ki, İslam 
din sözünün cəmi olan “Ədyan”, yəni dinlər sözünü qəbul etmir. Am-
ma bilməliyik ki, Qurani Kərimdə din sözünün cəm  şəkilçisi qəbul 
etməməsi həmin kitabın davamçıları üçün heç bir öhdəlik yaratmır. 
Bunun bir neçə səbəbi var: 
1.  Qurani Kərimdə “Nur” sözü həmişə  tək və “Zulumat” sözü 
daim cəm formasında qeyd olunmuşdur, amma onların belə istifadəsi 
müsəlmanların üzərinə öhdəlik qoymamışdır.  
2.  Qurani Kərim özü dinlərin sayına və müxtəlifliyinə işarə edə-
rək kafirlərə belə buyurmuşdur:  “ﻦﻳد  ﯽﻟ  و  ﻢﮑﻨﻳد  ﻢﮑﻟ”  (Kafirun surəsi, 
ayə 6) 
3.  Din sözünün “ədyan”, yəni dinlər formasında cəm bağlanma-
sı İslam dinin böyük alimlərinin kitablarında da gözə çarpır.  
4.  Dinlər elmində dinin vəhdətinə və birliyinə diqqət yetirilmir 
və insan dünya xalqlarının müxtəlif etiqadlara qulluq etməsini nü-
mayiş etdirmək üçün din sözünü cəm şəklində istifadə etmək məcbu-
riyyətindədir.  
Bu səbəbdən də, əlimizdəki kitabda istifadə olunan “Din” və ya-
xud “Dinlər” sözü düzgünlüyündən və  səhvliyindən asılı olmayaraq 
bütün etiqadlar barəsində istifadə edilir. Yəni barəsində danışaca-
ğımız dinlərin haqq ya batil olması nəzərdə tutulmur.  
 
3. Din Sosiologiyada 
Əgər dinin tibb ilə müqayisə etsək belə bir nəticəyə çatarıq ki, 
din ictimai məsələ, tibb isə fərdi məsələdir. Amma fərd ilə cəmiyyət 
arasında möhkəm bağlılıqların mövcud olmasını nəzərə alsaq hər fər-
di mövzunu ictimai mövzu ilə və hər bir ictimai mövzunu fərdi möv-


 
27
zu ilə əlaqələndirə bilərik. Sosioloqlar dini ictimai qurum kimi tanıyır 
və bu səbəbdən də, onun barəsində söz açır. Amma, tibb belə deyil və 
sosioloqların tibb elmi ilə heç bir əlaqəsi yoxdur.  
Sosioloqların din bəhsinə müraciət etmələri elmi əsaslara söykə-
nən bir addımdır. Qədim zamanlarda elmin müxtəlif sahələrini föv-
qəltəbii məsələlərlə əlaqələndirirdilər. Orta əsrlərin sonlarından qərb 
ölkələrində fövqəltəbii məsələlər elmi araşdırma işlərindən uzaqlaş-
dırıldı və bu metod dünyanın müxtəlif ölkələrində həyata keçirilməyə 
başladı.  
Elə buna görə  də, sosioloqların din barədə söhbətlərində onun 
səmavi cəhətlərinə müraciət edilməməsi, insanın öz məişət ehtiyacla-
rını ödəmək üçün onun insanın zehni tərəfindən yaradılması və cadu-
gərliyin inkişaf etmiş forması kimi qəbul etmələri təəccübləndirici 
hal deyildir. Çünki, elmi baxışlar bütün məsələlərə səmavi və ruhanı 
baxışları nəzərə almadan açıqlamaq və aydınlıq gətirməyə çalışır.  
Sosioloqların nəzərincə din ilkin mərhələlərində ibtidai cadugər-
liyə çox bənzəyir. Belə ki, həm cadugər, həm də dindar müxtəlif yol-
lardan istifadə etməklə varlığın müxtəlif sahələrində özlərinə qarşı 
mehribanlıq yaratmaq və öz asayişlərini təmin etmək istəyirlər.  
 
4. Dinin mərhələləri 
Din digər fenomenlər kimi təkamül yolunda inkişaf etməkdədir 
və alimlər müxtəlif dinlərin davamçıları kimi bu nəzərlə razıdırlar. 
Yalnız bir sahədə onların nəzərləri arasında fərq gözə çarpır və o da 
bundan ibarətdir ki, dindarlar dini insanı təkamülə doğru inkişaf etdi-
rən fenomen kimi qəbul edirlər. Amma, alimlərin nəzərincə din cadu-
gərlikdən, təbiətə pərəstişdən və müşriklikdən tövhid və tək Allahlı-
lıq mərhələsinə çatmışdır. Hal-hazırda da, dünyanın bir çox bölgələ-
rində ilk yaranmış dinlərin ilkin formaları qalmaqdadır və tədqiqatçı-
lar dinin meydana çıxması  və  təkamülü barəsində araşdırma qeyd 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə