Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə4/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   2   3   4   5   6   7   8   9   ...   113

 12 
Nəbilərin,  
            allahların,  
kralların,  
            şahların 
Ölümünə qərar yazırıq! 
 
Nəbi sözünün peyğəmbər mənası verdiyini o zaman bilirdim, ya 
yox – doğrusu bu yadımda deyil. Allahların ölümünə  qərar vermək 
mənə qəribə gəlirdi, amma o zaman bu məsələni tam hiss etdiyimi də 
düşünmürəm. Sən demə  nənəm  şeiri-səsimi eşidirmiş. Çox pərt ol-
muşdu, “o nədir oxuyursan, Allaha, peyğəmbərə də elə deyərlərmi?”. 
Mən  şairin kim olduğunu dedim, şairi təriflədim. Nənəm “nə olsun 
ki, yaxşı şairdir, özünü-sözünü bilsin, küfr danışmasın, Allahla, pey-
ğəmbərlə işi olmasın” dedi. Mən, əlbəttə o zaman bilməyərəkdən ne-
cə günah işlətdiyimi tam anlamamışdım, etiraf edirəm ki, vəziyyət-
dən necə çıxdığım da tam yadımda deyil. İndi, bu sətirləri yazarkən, 
nənəmin o mələk surətindən üzr istəməkdən və “eeh” deyə nəhayətsiz 
bir kədərlə içimi çəkməkdən başqa çarəm qalmır. 
Sonralar din və onun tarixini öyrənməyə  cəhd etdim. Ali mək-
təbdə “elmi ateizm” dərsi də keçdik; əlbəttə ki, bu dərsdən də mənə 
qalan din və onun tarixi haqqında fikirlər oldu. Qur`anı oxudum. 
Digər dini, tarixi, fəlsəfi fikirlərlə, əsərlərlə tanış oldum. Dəqiq elm-
lərdən fərqli olaraq təsdiq-oluna-bilməyən və təkzib-oluna-bilməyən 
ideya və  nəzəriyyələrlə rastlaşdım. Bu dərkedilməzliyin fəlsəfədə 
araşdırma mövzusu olduğunu bildim (İ. Kant) və bu problem üzrə 
formal (riyazi) məntiqdə alınmış  məşhur natamamlıq teoremləri ilə 
tanış oldum (K. Gödel). Bir elm adamı, riyaziyyatçı  və  təbiətşünas 
kimi, tarix və  mənəviyyat fəlsəfəsini dərk etmək istəyən bir insan 
kimi öz mövqeyim əmələ  gəldi. Vətən, dil və  mədəniyyətlə yanaşı 
dinin də kimliyimizi müəyyən edən mühüm ünsür olduğunu anladım, 
dini öz şəxsimdə sitayiş  və ibadətlə deyil, kimlik və  mədəniyyətlə 
bağlı gördüm.  
٭      ٭      ٭ 


 
13
Dinin  əsasında müşahidə-edilə-bilməyən fövqəlgüclərə sitayiş 
dayanır. Din öz prinsipləri,  ənənəsi, mənəvi dəyərləri (yaxşı  və pis, 
xeyir və şər), müqəddəsləri olan inanc və ibadət sistemidir.  Din kai-
nat, həyat, ölüm, yaradılış, ölümdənsonrakı  həyat haqqında,  əxlaq, 
davranış  və yaşayış normaları haqqında təsəvvürlər küllisidir. Mü-
qəddəslik və ilahilik dinin mühüm atributlarıdır, onlar din kənarında 
az gözə çarpan, özünə xüsusi yer tapmayan cazibə qüvvələridir. Di-
nin yaranmasında və ilkin yayılmasında başqalarını ilhamlandıra, 
ruhlandıra, arxasınca apara bilən, böyük təsir gücünə  və müstəsna 
keyfiyyətlərə malik xarizmatik rəhbərlər - peyğəmbər və onun layiqli 
davamçıları əsas rol oynayır.  
Yaxşı və pis nədir, onu kim müəyyən edir? Allahın nəyi yaxşı, 
nəyi pis saydığı barədə müqəddəs kitablar söz deyir. Təəssüf ki, təş-
kilatlanmış dinin öz içində xeyir və mərhəmətin işə keçmədiyi, güc-
süz qaldığı hallar da çoxdur. Dildə sülhə və sevgiyə çağıran dinin ta-
rixində çox zorakılıqlar olmuşdur, elə müqəddəs dini kitabların özləri 
də zorakılığı tam inkar etmirlər. Din tarixində dinlərarası savaşlar və 
münaqişələrlə yanaşı qardaşın qardaşla qarşıdurması da az deyil. 16-
cı  əsrdə Fransa və digər yerlərdə protestant-katolik, Bağdad xilafəti 
dövründə (və təəssüf ki, bu gün də arası kəsilməmiş) şiə-sünni qarşı-
durması günahsız qanlar axmasına, böyük qırğınlara səbəb olub. 
Yaxın zamanlara nəzər salsaq, M. Qandini, Ənvər Sadatı, Yitzhak 
Rabini öz dindaşlarının qətlə yetirdiyi yada düşür.  
Dini baxışlara görə  əməllərində nisbətən azad olan insan öz 
azadlığı zamanı sanki təkəbbürlü və özünüsevər olub, Allahı bir qə-
dər unudub günaha bata bilir. Allah bu nöqsanlarına görə insana və 
ya günah işlətmiş bütöv xalqa müxtəlif şəkildə bəla göndərib cəza ve-
rə bilər. İnsan düşünməli, doğru yola qayıtmalıdır, bu halda o, bağış-
lanmaq ümidi ilə yaşaya bilər. İnsan birinci həyatı hesab olunan ana 
bətnində günah işlətmək iqtidarında deyil. Deməli insanın  əməlləri 
onun ikinci, yəni fiziki həyatında baş verir, bu əməllərin əsil qiymə-
tini isə o, fiziki ölümdən sonrakı keçid dövrü (?!) bitdikdən sonra - 
qiyamət günündə alacaq. Yəni insan öz azadlığından necə istifadə et-
diyinə görə axirətdə cavab verməli olacaq, əsl mükafatını və ya cəza-


 14 
sını alacaq. Hər halda, ölümsüzlük varsa, o, ölümdən sonra başlayır. 
Insan öz əməlləri ilə tək həzzi, bu dünyadakı şöhrəti təmin etmir, sü-
rəkliliyi, ölümdən sonrakı həyatı da hazırlayır. 
 
İnsan ölür. Deməli 
Qalsa qalır əməli 
Və əməldən hörülür 
Dünyamızın təməli. 
 
Din vəhyə, mütləq inanca və etiqada, “mənim sahəm, mənim 
meydanım” olan təbiət elmləri isə müşahidəyə, təcrübəyə, ölçüyə, 
məntiqə, rasional düşüncəyə,  şübhəyə, sübuta əsaslanır. Dinə  və in-
san təbiətinə, duyğular aləminə xas olan irrasionallığı da rasional dü-
şüncə ilə dərk etməyə çalışırıq. Ayrı yol hələ icad olunmayıb! Tamlıq 
və bütövlük üçün rasionalla irrasionalın, məhdud olanla nəhayətsiz 
olanın, sonlu ilə sonsuzun, müəyyən olanla qeyri-müəyyənliyin bir-
liyi zəruridir. Ruhi və cismani vəhdətin nəticəsidir həyat! Mahiyyətcə 
subyektiv olana və ya subyektivizmi çox yüksək olana, bu halda irra-
sionala rasionalın, idrakın cığırları ilə yaxınlaşırıq. Yollar, cığırlar 
çoxdur, irrasionalın istənilən qədər yaxınlığında sonsuz miqdarda ra-
sional olan var. Bu da öz növbəsində hər hansı ölçüsüzlüyün, irrasio-
nallığın və sonsuzluğun birqiymətli  şəkildə  dəyərləndirilməsini, ob-
yektiv tam anlaşılmasını mümkünsüz edir. Yaradılış, başlanğıc kimi 
məsələlər idrakı zora salır. Nədir başlanğıc? Başlanğıcdan  əvvəl nə 
olub? – ağıllı da, dəli də bu sualları verəcək... 
 
Başlanğıc olubsa, söylə, o nədir, 
Öncə kainatdır, ya düşüncədir?  
Məhdud ağlımızla əbədiyyəti 
Dərk edə bilmirik, iş çox incədir. 
 
Rasional yolla müşahidə-oluna-bilməyən fövqəlqüdrətə sitayiş 
üzərində kök atan və vəhylə gəlmiş sayılan dinin bir çox təməl müd-
dəalarını rasional düşüncə ilə  dərk etmək cəhdi ciddi problemlərlə 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə