Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə7/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   2   3   4   5   6   7   8   9   10   ...   113

 
21
Biri quran, biri yıxan, biri qoruyan
1
 
Allahların diyarında qaldım bir zaman. 
Qurmaqdan məmnun olmuşam, yıxmaqdan uzaq 
Qorumaq nə ağır dərdmiş, bərk dur, ay aman! 
 
Din tarixinə  və ya dinlərlə tanışlığa həsr olunmuş  hər hansı 
kitabda Tövhidi, İbrahimi dinlər və ya Vəhy dinləri kimi tanıdılan 
Yəhudilik, Xristianlıq və  İslam üçlüyü  mərkəzi yer tutur; Hüseyn 
Tövfiqi`nin “Böyük dinlərlə tanışlıq” kitabı da bu mənada istisna 
təşkil etmir. Yəhudiliyə aid fəsildə yaranışdan, əsas peyğəmbərlərdən 
başlamış çağdaş  İsrail dövlətinin qısa yaranma tarixinə  qədər dövr 
əhatə olunur. Kitab (bunu bölgəmizi yaxşı tanıyan oxucular təxmin 
edə bilər)  İsrail dövlətinə xüsusi məhəbbətlə seçilmir. Əhdi-ətiq ki-
tablarının, o cümlədən tarixi (ilk beş kitab-Tövrat daxil olmaqla) ki-
tabların, hikmət, minacat, dua və  şeir kitablarının (Davudun “Zə-
bur”u, Əyyubun və Süleymanın kitabları daxil olmaqla) və nəhayət, 
peyğəmbərlərin gələcəyi xəbər verdikləri kitabların qısa  məzmunu 
və  şərhi verilmişdir. Müəllif, həmçinin, Tövratın təfsiri sayılan Təl-
mud, o cümlədən məad - qiyamət günündə dirilmə hadisəsi, dini eh-
kamlar, müxtəlif firqələr-təriqətlər haqqında məlumatlarla Yəhudilik 
fəslini dolğun etməyə çalışıb.  
Kitabın maraqlı hissələrindən biri xristianlığa, İsanın şəxsiyyəti, 
əməli və ardıcıllarına həsr olunmşdur. Müəllifin şərhində İsa inqilab-
çıdır. 12 elçi-həvarilərin və xristianlığın memarı sayılan Pavlosun 
(Azərbaycanda rus dilinin təsiri ilə Müqəddəs Pavel deyirlər) fəaliy-
yətinə xüsusi diqqət verilmişdir; Pavlosun qüdrət sahibləri qarşısında 
xristianları itaətə çağırması sanki İsanın inqilabi ruhuna tərs gəlir. Ki-
tabda kilsənin get-gedə gücləndikcə siyasətə daha çox qarışması  və 
Papalıq siyasətinə  də yer ayrılıb. Xristianlığın  əsas kitabı sayılan 
Əhdi-Cədidin, o cümlədən  İncilin (ilk dörd kitab) qısa məzmunu, 
xristian adət və mərasimləri, kilsədə (xristianlıqda) yaranmış firqələr 
                                                 
1
 
Hindistanda yazılıb. Hindi allahlar panteonunda əsas yerləri tutan  Brahma (tək işi 
dünyanı yaratmaq olub), Şiva (rəqs edən, yıxıb-dağıdan allah) və Vişnu (yarananı 
qoruyan) adlı allahlara işarədir.
 


 22 
və kilsə islahatları da xristianlıq haqqında yığcam məlumat almaq 
istəyənlərə maraqlı və faydalı olacaq.   
Kitabın sonuncu fəsli  İslam və onun digər dinlərlə müqayisəli 
təhlilinə həsr olunmuşdur. Bu fəsil, ilk baxışdan zəruri kimi görünən, 
İslamın əsasları və ya İslam dininə girişdən ibarət deyil; görünür ki
müəllif öz kitabını  İslamın  əsaslarını bilən oxucular üçün nəzərdə 
tutmuşdur. Burada, əsasən, üç İbrahimi dinlər arasında mövcud olan 
oxşarlıqlar, əlaqələr və münasibətlərə baxılır. Allah və peyğəmbərlik, 
din, dövlət və siyasət məsələləri müzakirə olunur. Dünyanın sonu və 
xilas, doğruçu və yalançı xilaskarlar haqqında məlumat verilir; Dəc-
cal məsələsinin şərhi, zənnimcə, subyektiv xarakter daşıyır. Məişət və 
ailə  məsələlərinin, dini adət və ehkamların müqayisəli təsvirinə  də 
xüsusi yer ayrılmışdır. Allah və onun tanınması  məsələsi, istər-istə-
məz, antropomorfik müqayisələrə, maddi ünsürlərə, Allahın insanı si-
fətlərinə gətirib çıxarır. Təsvir edənin insan olduğunu və təsvirin in-
sanlar üçün olduğunu, insanların ilahi söz sahibi olmadıqlarını nəzərə 
alsaq, Allahın tanınması sanki metafizika məsələsinə  gəlib çıxır, 
maddi məna ilə məcazi məna arasında şərhlərə yol açılır. Din və ir-
fan, sufizm və ariflər haqqında qısa məlumat verilir. Müqəddəs və sə-
mavi kitabların müəllifləri və mötəbərliyi, tərcümə, təfsir, təvil (her-
menevtika) kimi anlama, qavrama üsulları haqqında söhbət misallarla 
müşayiət olunsaydı, məna və  məzmun, yəqin ki, daha aydın açılar, 
məsələ və hadisələrə nüfuz daha şəffaf olardı.  
Müzakirə etdiyimiz bu sonuncu fəsildə digər  İbrahimi dinlərin 
İslamla müqayisədə  tənqidinə mühüm yer ayrılmışdır. Təəssübkeş 
müsəlman bir sıra hallarda alimi üstələyir, hər halda, mənə belə gəldi
az qala hər məsələdə İslamın üstünlüyünü nümayiş etdirmək səyi ay-
dın görünür. Müəllif kitabın birinci hissəsində  tərəfsiz, obyektivdir, 
sonra buna cəhd etsə də, İslam baxışı üstün gəlir; az olsa da, şiə ba-
xışı da görünür. Böyük dinlərin təsviri və təhlilində, bu yolda qarşıya 
çıxan metafiziki problemlərin şərhində din ilə eyni anadan süd əmən 
fəlsəfəyə (İbn Rüşd) müraciət edilməsi arzu olunur. “Böyük dinlərlə 
tanışlıq” kitabı müəllifinin də bu fikirdə olduğu güman edilə bilər (ki-
tabında din fəlsəfəsini təhlilə xüsusi cəlb etməsə də). Sadəcə, tanışlıq 


 
23
xarakteri daşıyan kitabın məzmun və  həcm məhdudiyyətləri oldu-
ğunu da unutmaq olmaz.  
Bu kitabın Azərbaycan türkcəsinə tərcüməsi və nəşri Xəzər uni-
versiteti və  İranın SƏMT –Humanitar Elmlər üzrə Universitet dərs-
liklərinin Tədqiqi və  Tərtibi Təşkilatı (Səazman-i-Motale`i və  Təd-
vin-i-kotob-i-insani-i-daneşgah ha) arasındakı  əməkdaşlığa borclu-
dur. 1985-ci ildə  təsis edilmiş  SƏMT elmi kitabların, universitet 
dərslikləri və  dərs vəsaitlərinin tərtibi, nəşri, tərcüməsi ilə yanaşı 
müəyyən elmi-tədqiqat və  təşkilati işlərlə  də  məşğul olur, ayrı-ayrı 
tədqiqatçı, müəllif və  təşkilatlara dəstək verir. SƏMT-in fəaliyyət 
göstərdiyi dillər arasında fars, ingilis, rus və Azərbaycan türkcəsi se-
çilir. SƏMT-in möhtərəm sədri Höcətülislam Dr. Əhməd Əhmədi və 
müavinləri ilə Bakıda və Tehranda görüşlərimiz, müzakirə və təhlil-
lərimiz nəticəsində  əməkdaşlıq etməyi, Azərbaycan türkcəsi və 
farscadan bir-birinə kitab tərcüməsi və  nəşri işinə başlamağı  qərara 
aldıq. Bakıda İran Mədəniyyət Mərkəzinin sədri İbrahim Nuri də bu 
işə xeyrxah münasibətini əsirgəmədi. Onlara təşəkkür edirəm. 
Farscadan Azərbaycan türkcəsinə  tərcüməsi və  nəşrə hazırlıq 
zamanı bir sıra çətinliklərin aradan qaldırılmasında, ilkin tərcümə 
mətninin təshih edilməsində tərcüməçi - Xəzər universiteti Şərq dil-
ləri və dinşünaslıq departmentinin müəllimi Dr. Rüstəm Lazımov, adı 
çəkilən departmentin müdiri Elnurə  Əzizova mənə kömək etdilər. 
Çox sağ olsunlar. Redaktə işi də asan olmadı. Vaxt məhdudiyyəti ol-
masa, tərcümə  mətni daha mükəmməl ola bilərdi. Mümkün xətalara 
görə  əvvəlcədən üzr istəyirik.  İstənilən halda Hüseyn Tövfiqi`nin 
“Böyük dinlərlə tanışlıq” kitabı Azərbaycan türkcəsində yeni həyata 
başlayır; oxuculara faydalı olacağını düşünürəm.
 
 
Hamlet İsaxanlı 
  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə