Microsoft Word Dinler cap doc


İslamın və ilahi peyğəmbərlərin əsl mesajı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə3/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   2   3   4   5   6   7   8   9   ...   113

 8 
İslamın və ilahi peyğəmbərlərin əsl mesajı 
İslamın və həqiqi ilahi dinlərin əsas mesajı budur ki, həmin fitri 
meylinizə diqqət yetirin və bu intuitivin işarə etdiyi həmin ali gerçəyi 
– istənilən adla adlandırılmasına baxmayaraq – unutmayın. Bu ali hə-
qiqət birdən artıq deyil. İnsanlar ölümdən sonrakı həyata da malikdir-
lər.  İnsanların tək Allaha və ölümdən sonrakı  həyata olan etiqadları 
və  bəzi  əməlləri yerinə yetirmələri, həqiqi dindarlarda gördüyümüz 
kimi, elə bu dünyada ruhun sakitləşməsinə səbəb olacaq. Burada qısa 
olaraq  İslamın təməl rəftarlarının bəzilərinə - bu rəftarların bəziləri 
digər ilahi dinlərdə də vardır – işarə edirik: 
1.  Bütün adəm övladlarını şərəfli və hörmətli etdik. 
2.  İnsanlarla yaxşı rəftar edin. 
3.  Ədalətlə davranın. 
4.  Zülm etməyin və zülmə məruz qalmayın.  
5.  Əmr sahibləri cəmiyyətin  ən zəif təbəqəsi səviyyəsində 
yaşamalıdırlar.  
6.  Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. 
7.  Zinaya yaxınlaşmayın.  
8.  Həsəd aparmayın. 
9.  Güzəşt edin və bağışlayın.  
10.   Hər kəsi sevin. 
11.  Vədinizə əməl edin. 
12.  Doğru danışın. 
13.  Heç vaxt yalan danışmayın.  
14.  Əmanətə xəyanət etməyin. 
15.  Qonşuya və qohumlara yaxşılıq edin. 
16.  Qəzəb və məğrurluqdan uzaq olun. 
17.  Ata-anaya yaxşlıq edin. 
18.  Elm öyrənin və başqalarına da öyrədin. 
19.  Qeybət etməyin. 
20.  Hər işi Allaha görə yerinə yetirin. 
Burada qısa olaraq işarə etdiklərimiz çoxun içindən az olmaqla 
İslamın etiqad və  əməl külliyyatına işarədir ki, bu kitabda xülasə 
şəklində digər dinlərlə müqayisə olunub. Hərçənd onlar heç vaxt 
əməldə  və  əqidədə  İslamın dərinliyinə  və genişliyinə çata bilməzlər 
və İslam insan həyatının bütün guşələrində mövcuddur.  
 
Doktor Əhməd Əhmədi  


 
9
Dinlərlə tanışlıq necə baş verir:  
mühit, elm və kitab
 
 
Dinlə tanışlıq çox erkən, kitab dünyası ilə yaxın dostluqdan əv-
vəl başlanılır. Uşaq öz ailəsi və ətraf mühitin təsiri ilə, onları nümunə 
götürmək və müəyyən dərəcədə  təqlid etməklə  mənəvi-mədəni də-
yərləri, o cümlədən dini anlayışları anlamağa və mənimsəməyə baş-
layır. İnsanın dinə münasibəti, dindarlığı  və ya möminliyi onun tər-
biyəsindən, böyüdüyü və yaşadığı mühitdən qaynaqlanır, peşəsindən 
və digər keyfiyyətlərdən qidalanır. Ümumiyyətlə, dini və  mədəni 
duyğuların dünyaya göz açan uşaqla bir doğulduğuna, bu duyğuların 
fitri olduğuna inanmıram. Mənim kimi düşünməyənlərin var oldu-
ğunu da bilirəm. Yetkinləşmiş insanın dünyagörüşü və dini baxışları 
ciddi surətdə  dəyişmir, onlar davamlı, qərarlı, oturmuş inanc, bilik, 
etiqad və duyğular küllisi üzərində formalaşır (izahı  çətin olan ruhi 
fırtınaları, “yenidən doğulmalar”ı burada bir istisna kimi kənarlaşdırı-
ram). Hər bir insan öz sosial və fərdi təcrübəsində din və təmas etdiyi 
digər mədəni sistemlərlə tanış olur və əlbəttə ki, o, bu təcrübə haqqın-
da, bu tanışlığın necə baş verdiyi barədə söhbət açmaq iqtidarındadır. 
Bəlli sosial-siyasi mühitdə böyümüş bir uşağın, dünyəvi təhsil alan 
bir  şagird və  tələbənin, təbiəti və  cəmiyyəti öyrənmək və  tədqiq 
etməklə məşğul olan bir elm adamının dini təsəvvürləri, dinə və din-
darlara münasibəti nə qədər fərdi xarakter daşısa da, cəmiyyətin bö-
yük bir qrupunun uyğun təsəvvür və münasibətini, sxematik olsa da, 
düzgün təmsil etdiyinə əminəm.  
Ateizmi rəsmi ideologiya elan etmiş Sovetlər Birliyi zamanında 
yaşayan nənəm Zeynəb mömin insan idi. Namaz və orucu yerində ol-
maqla, zəiflərə və kasıblara köməyi, mərhəməti ilə seçilirdi. “İlan ye-
risin balaları dalınca, içində də mənimkilər” - bunu dua kimi tez-tez 
təkrar edərdi. Məkkəni ziyarət edə bilməmişdi, amma atası Hacı 
Məmməd kişi, deyilənə görə, yeddi dəfə həccə getmişdi. Nənəmi çox 
sevirdim. O da məni çox sevirdi. Orucluq ayında nənəmin öz orucunu 
açmaq vaxtına mən nəzarət edirdim; söhbət mənim orta məktəbdə 


 10 
oxuduğum illərdən gedir. Adətim üzrə gecə keçənə kimi oxuyub-
yazardım, Orucluq ayında isə bu sevimli zehni işi səhərə az qalmışa 
qədər davam edərdim ki, nənəmi sübh açılana yaxın oyada bilim və 
o, yemək yesin. Evimizdə  nənəmdən başqa heç kim dindar deyildi. 
Din haqqında hər şeyi uşaqlıqda mən ondan eşitmişdim, mənim dinlə 
ilkin tanışlığım onun namazı, duaları, orucu və söhbətlərindən ibarət 
idi. Nə Quran oxumuşdum, nə  hədis. Məktəbdə isə dünyəvi elmlər 
öyrədilir, onların içində  də ateizm tərbiyəsi verilirdi. “Kim kimi 
yaratdı” adlı  şeirimdə bu məsələyə toxunmuşam; aşağıda onun bir 
hissəsi gətirilir: 
 
Allah özü xəlq eyləyib 
Ən əziz bəndəsini-insanı  
Quran-i Kərimi, Musanı, Isanı…  
Imanı, ilahi dini -  
Bunları mənə nənəm söyləyib  
Çox istəyirdim onun xətrini...  
 
O mələkdi, ülfəti qəlbimə doldu  
Onun şığındığı tanrı  
Mənim də allahım oldu,  
Mən onun, nənəmin allahını sevdim.  
 
Önсə nənəm mənə bir dünya yaratdı  
Sonra gördüm həyat qəribə həyatdı.  
Nədir həyat? Yaşadıqсa duydum az-az  
Anladım ki onu tam anlamaq olmaz.  
Müdriklərsə...elə hey ortanı qatdı  
Ortaya hey sual atdı:  
Kim kimi yaratdı? 
 
Sonralar ”Ziyarət” adlı poema yazdım. Doğulduğum diyarı  və 
sanki uşaqlığımı və keçmişi ziyarət edirəm - duyğusu ilə yazılan bu 


 
11
lirik-epik  əsərin də baş  qəhrəmanı, belə demək olarsa, nənəm Zey-
nəbdir. Aşağıda həmin poemadan kiçik bir parça gətirilir: 
 
Sübh tezdən, axşam çağı 
Sakit dua oxumağı 
Məndə min hiss oyadardı 
O ətrafda, o dünyada 
İmansızlıq ruhu vardı 
Dərdi ki, açmazlar yada – 
Dərdini göyə açardı... 
 
Oruс, namaz, dəstəmazı 
Yerindəydi, dəyişməzdi 
Ruhu dolu sevgi, vüqar 
Allahla oturub-durar 
İnsanlarla deyişməzdi. 
Dilindən heç vaxt düşməzdi 
Allah, peyğəmbər kəlməsi. 
Hələ getmir qulağımdan 
"Bismillah, üssəməd..." səsi 
O pıçıltı, o ruh, iman 
Mənimlə dünyanı gəzdi... 
 
Zülm gördü, сəfa çəkdi 
Ayaq altında qalmadı. 
Arzusu gözündə qaldı 
İmanı zədə almadı. 
 
Bir dəfə, 11-12 yaşım ola bilərdi, evimizin həyətində böyük şai-
rimizin növbəti  şeirini oxumaqla məşğuldum. Müəllimlər  şeiri uca-
dan, səslə oxumağı tövsiyə edirdilər. Mən də çox dərindən düşünmə-
dən, heç nəyi vecimə almadan, hətta bir az təntənə ilə şeiri oxuyur-
dum: 
 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə