Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə9/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   5   6   7   8   9   10   11   12   ...   113

 28 
olunmş  məsələləri diqqət mərkəzində saxlayırlar. Dinlər sahəsində 
çalışan və tədqiqat aparan alimlərin apardığı tədqiqatlar və əldə etdik-
ləri nəticələr bütün din alimləri tərəfindən qəbul edilmir.  
 
5. Dinlər barəsindəki elmin faydası 
Hər bir mövzu barəsində tədqiqat və araşdırmaların aparılmasın-
da ilkin məqsəd insanların belə  məsələlərə maraqlı olmasından irəli 
gəlir. Elə bu səbəbdən də, alimlər müxtəlif fenomenlər barəsində 
araşdırma və tədqiqat apardıqda maddi cəhətləri və ümumiyyətlə bü-
tün maddi mənfəətləri nəzərə almırlar. Yalnız tədqiqatların nəticə 
verməsindən sonra məsələnin maddi tərəfləri göz qabağına gəlir. 
Dövlətlərin isə belə məsələləri, yəni bütün tədqiqat və araşdırmaları 
dəstəkləməkdə yeganə məqsədləri maddi nəticə və gəlir əldə etmək-
dir. Qeyd etmək lazımdır ki, alimlər böyük sevgi və  həyəcanla təd-
qiqat və araşdırma işlərinə başlamalarına baxmayaraq özləri də araş-
dırmalarının nəticə verəcəyindən xəbərsizdirlər.  
Dinlər elmi barəsində tədqiqat aparan şəxslərdən bəzilərinin istə-
yi humanitar elmlərin digər fakultələrinin də bu elmi kəşflərdən isti-
fadə etməsidir. Çünki, humanitar elmlər bölümündə mövcud olan fa-
kultə  və ixtisaslar arasında bağlılıq mövcuddur və bu bağlılıq oxşar 
ixtisaslarda daha güclü şəkildə  nəzərə çarpır. Din insandan heç bir 
zaman ayrı olmayan fenomen kimi tədqiqatçılar üçün olduqca əhə-
miyyət kəsb edən məsələlərdən biridir. Bununla da, dinin bəşəriyyə-
tin formalaşmasında, elm və incəsənətin çiçəklənməsində göstərdiyi 
ecazkar təsiri meydana çıxır.  
Dinlər elmi barəsində tədqiqat və araşdırma aparmanın digər bir 
faydası da müxtəlif insanlar və cəmiyyətlər arasında əlaqələrin qurul-
masında böyük təsirə malik olmasıdır. Elə bu səbəbdən də, böyük 
dövlətlər kiçik dövlətlər üzərindəki hakimiyyətlərini saxlamaq və 
daha da gücləndirmək üçün şərqşünaslara müraciət edir, onların 


 
29
müxtəlif xalqların milli ruhları və inancları barəsindəki dəyərli bilik-
lərindən istifadə edirlər.  
Dinlər elmi barəsində aparılan araşdırmaların dindarlar üçün də 
faydası çoxdur və bu onların dini inanclarını daha da dərinləşdirir. 
Onlar öz bəhslərində  rəqib dinlərin müəmmalı baxışlarının səbəbini 
axtarırlar və öz dinlərinin düzgünlüyünü onlara sübut etməyə 
çalışırlar. Eləcə  də, bu elm sayəsində xalqların dini inam və 
etiqadlarının düzgün başa düşülməsi mümkünləşir. Yalnız bundan 
sonra onlara düzgün yolu nümayiş etdirmək, həmin dinlərin 
çatışmayan cəhətlərini anlamaq mümkündür.  
 
6. Dinlərin qruplara bölünməsi 
Dinləri müxtəlif cəhətlərinə görə qruplaşdırmaq olar:  
•  İbtidai dinlər (İbtidai insanlar arasında mövcud olan dinlər 
kimi), Qədim dinlər (Yaxın  şərqdə mövcud olmuş  və hal-hazırda 
mövcud olmayan dinlər kimi), İnkişaf etmiş dinlər (hal-hazırda möv-
cud olan böyük dinlər) 
•  Sadə dinlər (Animizm, Totemizm və Fetişizm kimi), Fəlsəfi 
dinlər (Hiduizm, Buddizm və Konfusizm kimi), İlahi və Ruhani din-
lər (Zərdüştlük, Yəhudilik, Xristyanlıq və İslam kimi) 
•  Qeyri-Tövhidi dinlər (Hinduizm, Buddizm və Sintoizm), 
Tövhidi dinlər (Yəhudilik, Xristyanlıq və İslam)  
•  Sam qövmünə və Həzrət İbrahimə (ə) bağlanan dinlər (Yəhu-
dilik, Xristyanlıq və  İslam), Aryayi dinlər (Qədim  İran, Hindistan, 
Roma və Yunanıstan dinləri), Uzaq şərq dinləri (Konfusizm, tatuizm 
və Sintoizm kimi) 
•  Şərq dinləri (Hinduizm, Buddizm və Sintoizm kimi), Qərb 
dinləri (Yəhudilik, Xristyanlıq və İslam kimi) 


 30 
Dinlərin qeyd etdiyimiz qrup və dəstələrə bölünmələrindən əlavə 
müxtəlif fərqli bölgüləri də mövcuddur və onların hamısı dinşünaslıq 
mənbələrində qeyd olunmuşdur.  
 
7. Dinlərin dərəcələrə bölünməsi 
Dinlər arasındakı  fərqləri müxtləf aspektlərdən araşdırmaq 
mümkündür və əldə etdiyimiz dəlillər bir dinin imtiyaz qazanması ilə 
nəticələnə bilər.  
1. Bəzi dinlərə inanan insanların sayı olduqca çoxdur və bu hə-
min dinlər üçün böyük imtiyazdır. Bütün dinlərin dinin davamçıları-
nın dəqiq sayları barəsində  əsaslı statistik məlumatlar  əldə etmək 
mümkün deyil. Çünki, (birincisi) hər bir dində həmin dinə bağlı olan 
iki növ dəstə mövcuddur. Bəziləri yalnız ad cəhətdən həmin dinə 
bağlıdır və onların üzərindəki yalnız həmin dinin adıdır. Bəziləri isə
rəsmi olaraq həmin dinin davamçılarındandır. Statıstık məlumatların 
bu iki dəstədən hansına istinadən verilməsi hələ  məlum deyildir və 
müəyyən edilməmişdir. Yəni müəllifin vurğuladığı kimi sözdə 
inananların sayı  əsas götürülür. (İkinci) Hal-hazırda din barəsində 
statistik məlumat toplayan şəxslərin əksər sualları əqidələr barəsində 
təftiş kimi dəyərləndirildiyi üçün bir çox insanlar həmin suallara 
cavab verməkdən boyun qaçırırlar. (Üçüncü) Bütün dinlər və yaxud 
onların bəzisi dünyanın bəzi yerlərində qadağan olunub və statistik 
məlumat toplanılanda həmin dinlər barəsində sual vermək olmur.  
2. Dinlərin bəzisi dəvət və təbliğat işləri aparmaqdadır 
3. Bəzi dinlər mədəni, tarixi, siyasi, ictimai, elmi, iqtisadi və 
hərbi cəhətlərdən daha inkişaf etmiş ölkələrə aiddir. İslam və xrist-
yanlıq dinləri digər dinlərdən daha çox geniş  əhatə dairəsinə malik-
dir. İslam dini coğrafi mövqeyinə və İslam ölkələrinin enerji ehtiyat-
larına görə  və xristyanlıq inkişaf etmiş  qərb ölkələrinin rəsmi dini 
olmasına görə başqa dinlərdən daha çox tanınmışdır və geniş ərazini 


 
31
əhatə etmişdir. Qeyd etmək lazımdır ki, dinin tanınmış olması onun 
düzgün olması anlamını daşımır və qərblilər inkişaflarının əksər his-
səsini xristianlıqdan uzaqlaşdıqdan sonra əldə etmişlər.  
 
8. Yerli və yerli olmayan dinlər 
Dünyada mövcud olan dinlərin bəziləri yerli və bəziləri isə yerli 
deyillər. Hiduizm, Caynizm, Sikhizm Hindistan xalqının yerli dinləri-
dir. Amma Hindistanda yaranmış, sonralar Çinə, Yaponiyaya və cə-
nubi  şərqi Asiyaya qədər yayılmış Buddizm isə bu ölkə xalqı üçün 
yerli din sayılmır. Zərdüştlük dini İranlılar üçün yerli dindir. (Zər-
düştlüyün bir hissəsi zərdüştlərlə birlikdə Hindistana aparılmışdır). 
Yəhudilik dini İsrail övladları vasitəsilə dünyada yerini davamlı ola-
raq dəyişmişdir və hal-hazırda da onun bir hissəsi işğal edilmiş Fələs-
tin torpaqlarındadır. Xristianlıq heç bir xalq üçün yerli din kimi qəbul 
edilmir və yalnız yarandığı ilk illərdə bir neçə xalqa aid olmuşdur. İs-
lam dini Ərəbistan xalqı üçün yerli dindir, amma İran, İraq, Şam, Mi-
sir, Liviya, Tunis, Əlcəzair, Mərakeş, Mavritaniya, Sudan, Efiyopiya, 
Somali, Orta Asiya, Türkiyə, Azərbaycan, Əfqanıstan, Pakistan, Hin-
distan, Banqladeş, Malaziya, İndoneziya və onlarla digər ölkələr üçün 
isə yerli din deyildir.  
 
9. Dindarlığın hal-hazırki vəziyyəti 
Bir neçə on illik bundan öncə mütəfəkkirlərin böyük əksəriyyəti 
dinlərin məhv olacağı yuxusunu görürdülər, amma bu yuxu həqiqətə 
çevrilmədi və dünya xalqlarının əksəriyyətinin mənəviyyatlarına qa-
yıtması kimi proqnoz verilməmiş bir hərəkat dünyanı heyrətləndirdi. 
Bu dinə qayıtma dalğası dünyanın  şərq və  qərb regionlarında fərqli 
şəkildə zahir oldu. Bir çox regionlarda, xüsusən  qərb ölkələrində mə-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə