Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə5/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   2   3   4   5   6   7   8   9   ...   113

 
15
üzləşir. Məsələn, İsa ilə bağlı olan hadisələr və Ata, Oğul və Müqəd-
dəs ruhdan ibarət üçlüyün anlaşılması; və ya Allahın heç kimə, heç 
nəyə  bənzəməyən dərkedilməz zatı ilə yanaşı Onun müqəddəs dini 
kitablarda maddi ünsürlər və insani sifətlərlə təqdim edilməsi, insan 
kimi hərəkət etməsi (yaradır, nəzarət edir, nəsihət verir, yada salır, 
sevir, mükafatlandırır, məhkəmə qurur, cəza verir...), xüsusi halda 
Onun zorakılıqdan çəkinməməsi; yaxud Allahın və  İblisin yanaşı 
mövcudluğu. Qədim zamanlardan gələn və “Epikurus paradoksu” ad-
lanan sonuncu problemin David Hume tərəfindən deyilişini yada sa-
laq. Allahın fövqəlqüdrətli və xeyrxah olması ilə İblisin mövcudluğu 
bir-birinə uymur. Əgər Allah İblisi məhv etmək istəyir, amma bacar-
mırsa, deməli O, fövqəl qüdrətə malik deyil. Əgər Allah İblisi məhv 
etmək istəmirsə, deməli, O, xeyrxah deyil. Əgər Allah İblisi məhv et-
mək istəyirsə və bunu bacarırsa, onda niyə İblis mövcuddur? (və ya 
Allahın mövcudluğu sual altına alınır). “Üç sual” adlı  şeirimiz də 
sanki bu sualla bağlıdır: 
 
Birinсi hansı bəxtəvər daddı 
Güllərin bihuş edən ətrini? 
Gülə nəfəs verənmi yaratdı 
Bəşəri içindən yeyən kini? 
İfadə сaiz isə 
Kim belə qüdrət veribdir İblisə? 
 
Bəzi qədim xristian teoloqlar “Allah bizə nə dost, nə düşməndir” 
deyirdilər.  
 
Müxtəlif ideologiyalar dinin daşıdığı missiyanı, vəzifəni müəy-
yən dərəcədə əvəz etməyə çalışmışlar. Filosoflar və digər mütəfəkkir-
lər tərəfindən çox fərziyyələr irəli sürülmüş, cəmiyyət modelləri yara-
dılmış, ideologiyaya çevrilməyən nəzəriyyələr sadəcə utopiya sayıl-
mışlar. Böyük insan toplumunda tətbiqini tapan ideologiya xüsusi-
“düzgün” həyat tərzi bəyan edir və həmin toplumu qətiyyətlə bu hə-
yat tərzinə, əxlaq kodeksinə uyğunlaşmağa çağırır, yəni məcbur edir. 


 16 
Həyata keçirilmiş ideologiyalardan biri (və  ən güclüsü) olan Mark-
sizmə görə din insanı sosial problemlərdən yayındıran, maddi olan 
dünyada insanlara xəyali bir inanc sistemi quran ziyankardır, “din 
xalq üçün tiryəkdir”. Kommunist ideologiyalı dövlətlər də, dinlər ki-
mi, onları qəbul etməyənləri, onlara şübhə ilə yanaşanları təqib etmiş, 
əzmiş, məhv etmişlər. Din kimi Marksizm də əxlaq normaları işləyib 
hazırlamış, tarixin və insanlığın məqsədini və inkişaf yolunu elan 
etmiş, bu yolda təşkilati fəaliyyətə xüsusi yer ayırmışdı; kommunust 
partiyası dini qurumu, kilsəni, xəlifəliyi, Papalığı əvəz etmişdi. Kom-
munizmi, geniş mənada, bir din kimi təqdim edənlər var; universal-
lığa iddialı bu din digər dinlərlə yola gedə bilməzdi, ona görə  də 
ateizmi öz ideologiyasının təməlində yerləşdirmişdi.  
 
٭      ٭      ٭ 
 
Çağdaş cəmiyyətdə insanları birləşdirən və insanlara böyük təsir 
gücü olan ən böyük, ən geniş vüsət almış fəaliyyət növləri hansılar-
dır? Üç böyük fəaliyyət  şəbəkəsinin varlığı aydındır: təhsil, din və 
media-əyləncə. Demək olar ki, hər kəs, hər ailə müəyyən şəkildə təh-
sillə bağlıdır. Hər kəs televiziya, radio, qəzet, jurnal, internet kimi 
informasiya qaynaqları  və  əyləncə növlərindən istifadə edir. Allah, 
peyğəmbər, axirət, dini anlayış, dəyər və ibadətlər hər kəsin həyatın-
da, sözündə-söhbətində bu və ya digər dərəcədə yer tutur. Bu üç şə-
bəkə bir-biri ilə  də bağlıdır. Yazının və savadlılığın yayılmasında, 
təhsilin inkişafında din həlledici rol oynamışdır.  İslam dünyasında 
məktəbləşmənin necə getdiyini, mədrəsələrin necə qurulduğunu yada 
salmaq kifayətdir. Təhsilin dinə təsiri olub, bu təsir indi də var və bir-
qiymətli deyil. Elm şəbəkəsi də nüfuzludur, lakin onun əhatə dairəsi 
nisbətən kiçikdir. Elm və din arasındakı ziddiyyətlər bir tərəfdən 
onların fərqli təbiəti və öz problemlərinə yanaşma sistemi ilə bağlıdır, 
digər tərəfdən isə, bu qarşıdurmaların ən azı bir qismi şəxsi hakimiy-
yət və dini hakimiyyət uğrunda gedən mübarizədən qaynaqlanmışdır. 
Dinin siyasət və təhsilə birbaşa nüfuz etməsini dayandıran, dini siya-
sətdən ayıran Dünyəvilik (sekularlıq) isə 16-17-ci əsrlərdə Qərb dün-


 
17
yasında həddini aşan dini zorakılığa etirazın və  həmçinin, elmi-tex-
niki tərəqqinin nəticəsində baş tutdu.    
Elm və texnologiya inkişaf etdikcə, sanki dinin təsir dairəsi da-
ralmışdır. Elmin qüdrəti insanları heyran etmiş, elmə sitayiş edənlər 
çoxalmışdır. Allahın və peyğəmbərlərin deyil, elmin qüdrətinə inanc 
gətirənlər üçün elm sanki dini əvəz etmiş, elm özü sanki din rolunu 
oynamağa başlamışdır. Elmi bilik, idrak adlı fövqəlgücə inamı, elmə 
pərəstişi geniş mənada bir din kimi təsəvvür etmək mümkün və bəzi  
insanlara da təbii görünə bilər. A. Einsteynin sözləri fikrimizə qanad 
verir: “Allahın göndərdiyi mələk gəlib bunları [şöhrət, qazanc, fayda 
məqsədilə elmə gələnləri] elm məbədindən qovsa, məbəd faciəli şə-
kildə boşalacaq, seyrələcək, amma boş qalmayacaq [...] Mələyin əziz-
lədiyi və  məbəddə qalan insanların  əksəriyyəti qəribə, qapalı, tən-
hadırlar [...] Onları elmə  və  sənətə  gətirən – əzabverici ağırlıq və 
ümidsiz boşluqla dolu olan gündəlik qayğılardan uzaqlaşmaq istəyi-
dir, öz daim dəyişən tələb və  şıltaqlıqlarından uzaqlaşmaq istəyidir 
[...] Onlar özlərinə sadə  və aydın dünya mənzərəsi yaratmaq, yaşa-
dıqları adi dünyanı öz yeni dünyaları ilə əvəz etməyə çalışırlar. Rəs-
sam, şair, nəzəriyyələrlə baş sındıran filosof və təbiətşünas, hərə bir 
cür, bununla məşğuldur”. Lakin, yuxarıda qeyd etdiyimiz kimi, elmin 
əhatə dairəsi din, media-əyləncə və təhsil qədər böyük deyil. Hərçənd 
ki, təhsil elmin inkişafına birbaşa təsir göstərir, amma bu təsir elmi 
təfəkkürün elliklə  qələbəsinə  gətirib çıxarmır. Ümumiyyətlə, nəyin 
az, zəif, nəyin çox, güclü olması mübahisəlidir. Elmi təfəkkür dərəcə-
sinə yüksəlməyən ağıl, rasional düşüncə, yəqin ki, bu və ya başqa də-
rəcədə, hamıya xasdır, ilahi olana sitayiş və etiqad isə bir sıra insan-
larda zəif və ya yox dərəsində ola bilər.. 
Görünür ki, elm dini əvəz edə bilməyəcək, din yox olan deyil; 
insanların böyük qisminə inanmaq bilik qazanmaqdan daha asan və 
maraqlı  gəlir, inanmaq elmi-tənqidi düşüncədən daha əlçatan, asan-
başa-düşülən və cazibəlidir. Gerçəklikdən xilas üçün xəyal etmək, 
ümid bəsləmək, gələcəyi öngörmək, proqnozlaşdırmaq istəyir insan. 
Din bu istəyə çatdıra bilir. Dinlər aradan qalxmadı və həmçinin, “uni-
versal din” yaranmadı. Qərarlı inanc sisteminə malik çox müxtəlif və 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə