Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə17/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   13   14   15   16   17   18   19   20   ...   113

 56 
1-5. Hinduizmin əsasları 
Hinduizmin əsasları Brahmanların dini adət-ənənələrinə və antik 
kitablara etiqad və ehtiramdan, qədim dövrlərdə zühur etmiş tanrılara 
sitayış etməkdən ibarətdir. Ruhun yeni cismlər içərisində yenidən 
yerləşməsi və əlaqələr qurmaqda, eləcə də, ailə qurmaqda ictimai tə-
bəqələşməyə, yəni kastalara riayət etmək, diri varlıqlara, xüsusən də 
inəyə hörmət etmək bu dinin əsas prinsiplərindən biridir.  
Hindular inəyi ən müqəddəs heyvan kimi qəbul edirlər və onun 
heykəlini mənzillərdə, məbədlərdə  və  şəhər meydanlarında yerləş-
dirirlər. İnəklər küçələrdə azad şəkildə dolanırlar və dükanlarda olan 
meyvə və tərəvəzləri yeyirlər, tıxaclar yaradırlar və onların belə hə-
rəkətlərinə heç kim etiraz belə etmir. İnəyin  ətindən və  dərisindən 
istifadə etmək qəti qadağandır və inək öləndə həmin inək xüsusi dini 
mərasim keçirərək torpağa tapşırılır. İnəkdən əlavə digər heyvanlara 
qarşı da hörmət və ehtiram çoxdur. Bu canlı xırda həşəratdan filə qə-
dər ola bilər. Amma Hindistanın digər bölgələrində hindular yaşama-
dıqları üçün bu yerlərdə vəziyyət adidir. Hinduların azlıq kimi yaşa-
dıqları  ərazilərdə isə inəyin kəsilməsinin və  ətinin satışa çıxarılma-
sının tam açıq formada həyata keçirilməməsi üçün müxtəlif tədbirlər 
həyata keçirilir. Qeyd etmək lazımdır ki, bəzi Hidular keçi və digər 
heyvanların ətindən istifadə edirlər, amma bəzi yerlərdə isə hətta yu-
murtanın yeyilməsinə belə qadağa qoyulmuşdur. İnsanın daxilinin də 
mübarək olması üçün İnəyin sidiyinin içilməsi və peyinin yeyilməsi 
geniş yayılmışdır və Hindlilərin bir çoxu təzə inək sidiyi əldə etmək 
üçün əllərində müxtəlif qablarla otlaqlarda inəklərin arxasıyca qaçır-
lar. Həmin sidiyin bir hissəsini içirlər və qalan hissəsini əllərinə, üz-
lərin və paltarlarına vururlar. Zahı qadının və Hindistan torpaqların-
dan kənara çıxmış insanların pak olması üçün onlar “Pança qavya”, 
yəni inəyə aid olan beş şey-süd, qatıq, yağ, sidik və peyin yeməlidir-
lər. Bəzən də, hər hansı bir yerin pak olması üçün bir inəyi müəyyən 
zaman  ərzində orada saxlamalıdırlar və bu müddət  ərzində  həmin 
yerə lazımi qədər inək sidiyi və peyini dəyməlidir. Hindular üçün təx-
minən Amin mənası verən “Om” sözü olduqca müqəddəsdir və iba-


 
57
dətlər, xüsusi mərasimlər zamanı həmin sözü xüsusi avazla təkrarla-
mağa başlayırlar. Bu söz Tanrının ən böyük adıdır və müqəddəslikdə 
Yəhudi dinindəki “Yəhvə” adına çox bənzəyir.  
 
1-6. Veda Tanrıları 
Hindlilər qəribə adlara və görünüşlərə malik olan çoxlu sayda 
yer və göy Tanrılarına inanırlar və onların hər birisi üçün əzəmətli 
bütxana inşa edirlər. Bu Tanrılar arasında yaxınlıq və qohumluq əla-
qələri də mövcuddur. Onların hər birinin cismi və ruhi xüsusiyyətləri 
Hinduların müqəddəs və dini-mədəni kitablarında geniş şəkildə açıq-
lanmışdır. Müxtəlif dövrlərdə tanrıların insan və heyvan formalarında 
təzahür etmələri məsələsi də diqqət yetirilməsi vacib olan məqamlar-
dan biridir. Tanrıların da kastalara uyğun olaraq qruplara bölünməsi 
mövcuddur. Hinduların ən tanınmış və məşhur tanrıları aşağıdakılar-
dır: 
1.  Aqni (Agni), yəni atəş 
2.  Varuna (Varuna), yəni səma 
3.  İşvara (İsvara), yəni qüdrətli və aliməqam 
4.  Rurdra (Rurdra), yəni dəhşətli 
5.  Rama (Rama), yəni ürəyəyatan 
6.  Krişna (Krishna), yəni tünd mavi 
7.  Yama (Yama), yəni ölülərin ruhlarına hakim Tanrının ara-
baçısı. Zərdüştlükdə Yamanın müqabilində Cəm dayanır. 
8.  Aşvin (Asvin), yəni at çapan. Hindu dinində iki mələkin adı-
dır. Onların dini nəzərlərinə əsasən bu iki səmavi həkim in-
san üçün sağlamlıq, xoşbəxtlik və var-dövlət gətirir. 
Çirkin, eybəcər və  pis zatlı dişi bütə, yəni tərcümədə qara mə-
nasını verən Kaliyə sitayiş edənlər bu büt üçün hədiyyələri yol kəs-
məklə  əldə edə və oğurluq ilə əldə etdiyi qəniməti ona hədiyyə edə 
bilərlər. Bunu da qeyd etmək lazımdır ki, bütləri çox gözəl düzəldir-
lər. Belə ki, Fars ədəbiyyatında, ümumiyyətlə klassik şərq ədəbiyya-
tında büt dedikdə gözəl məhbub nəzərdə tutulur.  


 58 
Hinduların sitayiş etdikləri bütlərin bəziləri bütxanalarda və 
bəziləri evlərdə saxlanılır. Bütlərin  əksəriyyəti məxsusi görünüşləri 
olan metal oyuncaqlardır.  İnsanlar belə bütləri mağazalrdan alaraq 
evlərinə  gətirirlər. Onlar əldə etdikləri bu oyuncaqlarla insanlarla 
davrandıqları kimi davranırlar. Belə ki, onları yuxudan oyadırlar, pal-
tar geyindirirlər, onların qabaqlarına yeməklər qoyurlar, onları tərif-
ləyir və bəzən də tənbeh edirlər.  
 
1-7. Üç tanrı 
Hindistan Ariyayiləri bir çox müşriklər kimi dünyanın yaradıcısı 
olan Tanrıya da inanırdılar və onu Brahma, yəni əzəli və əbədi olan 
varlıq adlandırırdılar. Onların ilk zamanlarda bütləri və bütxanaları 
yox idi. Dini mərasimlərini isə açıq havada həyata keçirirdilər və on-
ların sitayiş etdikləri Tanrılar səma cismləri olan erkək Tanrılar idi-
lər. Sonrakı dövrlərdə saysız-hesabsız bütlər və bütxanalar meydana 
çıxdı  və Ana ilahə, yer ilahəsi, Kobra ilanı  və sair məfhumları da 
Tanrılaşdıraraq öz Tanrılarının cərgəsinə əlavə etdilər.  
Hinduların üç tanrısı (Hindu Trimurti) aşağıdakılardır: 
1.  Brahma; Dünyanın yaradıcısı və xaliqi.  
2.  Şiva (Siva); Fani edən Tanrı. Bu Tanrının dörd əlli rəqs edən 
heykəli hər yerdə gözə çarpır. Şivanın rəqs eləməsi, onun məhv edə 
bilməsi və yenidən yaratmaq qabiliyyətinə malik olmasını nümayiş 
etdirir.  
3.  Vişnu (Vishnu); Qoruyucu Tanrı. Vişnunun 1000 adı möv-
cuddur və Hindistanın dini əfsanələrində
1
 onun  insanlara  yardım et-
mək üçün on cildə düşməsi qeyd olunmuşdur. Vişnanın cildləri bun-
lardır: Balıq, tisbağa, qaban, liliput, yarı insan və yarı şir olan məx-
luq, əlində balta tutmuş Rama, Rama, Krişna, Budda, Kalki. Hindu-
larına dini nəzərincə Buddizmin banisi olan Budda və qiyamət günü 
zühur edəcək şəxs Kalki dünyanı islah etmək və yenidən düz yola də-
vət etmək üçün əllərində qılınc, at üstündə zühur edəcəklər.  
                                                 
1
 Şahnamədə də əfasənəvi Simurğ quşu belə xidmətlər göstərir.  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə