Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə25/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   21   22   23   24   25   26   27   28   ...   113

 82 
kil edən şeylərin bir-birinə təsir göstərməsinə və bundan sonra məhv 
olmasına inanırdı. Çuanq Tse xeyirlə şər arasında nisbiliyin mövcud 
olmasına inanırdı və öz düşüncələrini ifadə etməkdən ötrü təmsillər-
dən geniş şəkildə istifadə edirdi.  
 
2-3. Rəsmi din 
İlk dəfə olaraq 165-ci ildə Çin şahlarından biri Laotseyin adına 
məbəd inşa etdirdi və bu məbədə  hədiyyələr verdi. Amma Taoizm 
heç vaxt geniş şəkildə inkişaf etmədi və çox zəif inkişaf edərək yalnız 
7-ci əsrdə Çində rəsmi din statusunu əldə edə bildi. Həmin zamanlar 
Çində Buddizm və Konfusius fəlsəfə  məktəbi güclü şəkildə inkişaf 
etmişdilər. Bir qrup insan Buddizmin Çinin yerli dini olmaması  və 
Hindistandan bu ölkəyə  gəldiyi üçün Taoizmi inkişaf etdirməyə 
başladı. Onlar yeni adət-ənənələr yaratdılar və müxtəlif  şeylər üçün 
Tanrılar yaratmağa başladılar. Amma buna baxmayaraq Çində bu 
dinin davamçıları az olması səbəbindən səhnədən getdi. Çinin kom-
munist hökumətinin dini düşüncələrlə mübarizə aparmasına bax-
mayaraq, bəzi insanlar hələ  də Taoizmin cadu tərəfləri ilə maraqla-
nırlar.  
 
3. Sintoizm 
“Tanrıların yolu” mənasını verən Sinto Yaponiyanın qədimi din-
lərindəndir. Bu dinin təlimlərinə əsasən Günəş İlahəsi Amaterasu əc-
dadlardan qalan torpaqların qoruyucusudur və imperator ailəsinin bu 
Tanrının nəslindən olduğu və onun təcəssümü olduğu bildirilir.  
 
3-1. İctimai keçmiş  
Buddizmin Mahayana firqəsi təxminən eradan əvvəl 552-ci ildə 
Yaponiyaya daxil oldu və Sintoizm dini ilə qarşılaşdıqdan sonra 
Buddizmin bir çox anlamları və təlimləri Sintoizm məzhəbinə köçü-


 
83
rüldü. Milli Tanrılara və imperatora sitayiş etmək, ölülər üçün qurban 
kəsərək xüsusi əməllər həyata keçirtmək və vətənpərvərlik bu məzhə-
bin adət-ənənələrindəndir. Buşido, (yəni igidlərin yolu) adlı mərdlik 
məktəbi də müəyyən miqdarda Zen məzhəbindən ilham almışdır və 
şərəfin, mənliyin, namusun qorunub saxlanılması üçün mərdliyin və 
müqavimətin vacib olduğunu bildirmişdir. Elə buna görə də, əsgərlər 
və döyüşçülər məğlub olarkən xüsusi mərasim daxilində ömür boyu 
özləri ilə  gəzdirdikləri xəncər vasitəsilə qarınlarını  yırtırdılar.  Şinto 
məzhəbi dəfələrlə yenilənmişdir və sonda 1946-cı ildə imperatora 
sitayiş etmək  ənənəsi imperatorun özü tərəfindən ləğv edilmişdir. 
Hal-hazırda bu din Buddizmlə birlikdə Yaponiyada həyatını davam 
etdirir.  
 
3-2. Sintoizmin müqəddəs kitabları 
Sintoizmdə əcdadların adət-ənənələrini özündə əks etdirən kitab-
lar mövcuddur. Bu kitablar tarixın müxtəlif dövrlərində hazırlanmış-
dır. Onlardan biri 806-cı ildə  qələmə alınmışdır və bu kitab ruhani 
təbəqəsinin müdafiə olunması barədə yazılmış hekayələrdən ibarət-
dir. Kitablardan digəri 10-cu əsrdə  qələmə alınmışdır və bu kitabda 
Sintoizmin ibadətləri, adət-ənənələri və xüsusən də imperatora sitayiş 
adətləri barəsində geniş məlumat verilmişdir.  
 
3-3. Riyobo 
Buddizm 8-ci əsrdə Yaponiyada tam formada genişləndi və öl-
kənin yüksək çinli məmurları belə bu dini rəsmən qəbul etdilər. Elə 
bu səbəbdən də, həmən zamanlar yerli və  qədimi din olan Sinto ilə 
yeni meydana çıxmış, əcnəbi din olan Buddizm arasında uyğunluğun 
yaradılması ehtiyacı meydana çıxdı. O zaman Buddizmin bəzi 
ruhaniləri araşdırmalarını elan edərək bildirdilər ki, Yaponiyanın qə-
dim Tanrıları hər birisi ayrı-ayrılıqda Budi Satva olublar və elə orada 
zühur ediblər. Eləcə də, günəş Tanrısı olan Amaterasunun Buddanın 
Yaponiyadakı tam zühuru olduğunu bildirdilər. Bu firqəni Riyobo, 
yəni qarışıq Sintoizmizm adlandırdılar və onun genişləndirməyə, 


 84 
yaymağa başladılar. Beləliklə, Sintoizmizm yeniləşdi və yenidən 
dirildi.  
 
3-4. Rəsmi din 
Təxminən doqquz əsr sonra 17-ci əsrdə bəzi dini liderlər qədimi 
Şinto dininin yenidən dirildilməsi nəzərini irəli sürdülər və sonda 
1768-ci ildə Yaponiya xalqının ictimai həyatında yeni dəyişiklik baş 
verdi. Bir müddət sonra imperator Sintoizmi rəsmi din elan etdi və 
Buddizmə aid bütün nişanələrin məhv edilməsini  əmr etdi. Bu iş 
başlanğıcda güc yolu ilə həyata keçirilirdi, çünki hələ insanların bir 
hissəsi Buddizmi sevirdilər və bu dinə inanırdılar. Sonda 1889-cu ildə 
ölkə konistitusiyasında tam dini azadlıq hüququnun bütün yaponi-
yalılara aid olması bəndinin əlavə edilməsindən sonra din seçimi azad 
buraxıldı, amma Yaponiya hökuməti yenə də Sintoizmi dəstəklədi.  
Hökumət dini olan Sintoizm 1945-ci ildə Amerikanın Yaponi-
yana atom bombası atdığı  və ölkənin Amerikalılar tərəfindən işğal 
edildiyi vaxta qədər davam edirək yaşayırdı. Bu dinin təlimləri 
gəncləri qərb mədəniyyətinin hücumları müqabilində müqavimət et-
məyə dəstəkləyirdi. 1945-ci ildən sora bu dinə aid mərasimlərin keçi-
rilməsi ixtiyarı xarakter daşımağa başladı. 
 
Mənbə 
1.  Bahar. Mehrdad, “Asiya dinləri”, Tehran 1996 
2.  Hikmət, Əli Əsğər, Dinlər tarixi, Tehran 1966 
3.  Zərrinkub, Əbdülhüseyn, “Vicdan barəsində”, Tehran 1978 
4.  Nas, Con. B, “Dinlərin ümumi tarixi”, Tərcüməçi: Əli Əsğər Hik-
mət, Tehran 1991 
5.  Hyum. Robert. A, “Yaşayan dünya dinləri”, tərcüməçi: Əbdürrəhim 
Qovahi, Tehran 1994 
6.  Konfutsi, “Söhbətlər”, tərüməçi: Kazımzadə İranşəhr, Tehran 1961 
 
 
 


 
85
6. Qədim İran 
 
1. Muğan dini 
Zərdüştün meydana çıxmasından öncə, yəni Midiyalılardan öncə 
İran  ərazilərində yaşayan yerli qeyri-Ariyayilərin dini Muğan dini 
adlanırdı.  Muğ (Maquş) sözü qədim İran dillərində xidmətçi mənası-
nı verirdi. Belə  nəzərə çarpır ki, Muğlar  İranın yerli sakinlərindən 
idilər və Hindistandakı Dravedilər kimi Ariyayilərin bu ərazilərə da-
xil olmasından sonra öz torpaqlarını onlara təslim etdilər.  Ərəblərin 
zərdüştlər üçün istifadə etdikləri Məcus sözü də elə həmin Məquş sö-
zündən mənşə almışdır.  
Bəzi tədqiqatçıların nəzərincə  zərdüştlük dinində yaxşılıqların 
və pisliklərin tanrılarına olan ikili ibadət İranda qədimdən də mövcud 
olan Muğan dininə aiddir. Çünki, tarixi kitablara nəzər saldıqda belə 
qənaətə  gəlmək olar ki, Muğan dininə sitayiş edənlər iki Tanrıya, 
Yaxşılıq və Pislik Tarısına sitayiş edirdilər. Muğanların dini əqidələ-
rində qiyamət gününə iman da var idi.  
 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə