Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə16/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   12   13   14   15   16   17   18   19   ...   113

 
53
Bunlardan daha aşağı səviyyədə Hindistanın qeyri-Ariyayi yerli 
əhalisi sayılırdı və onları nəces, yaxud toxunulmazlar (Untouchables-
toxunulmzlar) adlandırırdılar. Bu sektaya aid olan insanların digər 
dörd sektaya aid insanların yaşadığı məhəllərindən keçmələrinə belə 
icazə vermirdilər. Onlar zibil və digər tullantıları toplamaq üçün zə-
rurət üzündən həmin məhəllələrə daxil olanda həmin məhəllədə ol-
malarını uca səslə bildirmək məcburiyyətində idilər. Nəceslərin bu işi 
görmələrində  əsas məqsəd dörd sektaya aid insanları onları görmə-
məsi zərurətindən doğurdu və əgər təsadüfən həmin dörd sektaya aid 
insanlardan kimsə  nəceslər sektasına aid bir şəxsi görsəydi qüsl 
alaraq özlərini paklaşdırmalı idilər. Alış-veriş  də bir-birilərini gör-
mədən, yəni pulu bir yerə qoymaq və sonra aşağı sektaya aid insan-
ların həmin pulu götürməsi ilə baş tuturdu.  
Müqəddəs kitabların tilavətinə qulaq asmaq da onlar üçün qada-
ğan edilmişdi.  Əgər onlardan kimsə müqəddəs kitabların tilavətinə 
qulaq asardısa onu cəzalandırırdılar və qulağına  əridilmiş qurğuşun 
tökürdülər.  
Məsələnin ən təəccübləndirici məqamı bundan ibarət idi ki, Nə-
ces və yaxud Toxunulmazlar sektasına aid insanların özləri də bu və-
ziyyəti səhv qiymətləndirərək bunu öz hüquqları kimi qəbul edirdilər. 
Onların inancına əsasən bu bədbəxtlikləri ötən həyatlarında törətdik-
ləri günahlardan və pis işlərdən əmələ gəlmişdir. Dörd Sekta arasında 
olan fasiləni azaltmaq və Nəcesləri müdafiə etmək sahəsində atılmış 
hər bir addım şəriət baxımından qəbul olunmurdu və bağışlanmaz bir 
günah kimi qəbul edilirdi. Qeyd etmək lazımdır ki, həmin dörd sekta 
2000-dən artıq müxtəlif sektaların tarix boyu qruplaşmasından yaran-
mışdır. Bu ictimai problem sonda 1955-ci ildə  rəsmi  şəkildə  ləğv 
edildi və hal-hazırda həmin adət-ənənənin yalnız cüzi bir hissəsi gözə 
çarpmaqdadır.  
Qanqa tərcümədə sürətli axan mənasını verir və coşub-daşan və 
bərəkətli olan bu çay Hindistanın böyük bir hissəsində axmaqdadır. 
Qanqa çayı olduqca müqəddəs sayıllır və bu çayda, xüsusən Benares 


 54 
ayında qüsl almaq ən mühüm ibadətlərdən biri kimi qəbul edilir.
1
 
Hindlilər nilufər gülünü də müqəddəs qəbul edirlər.  
Qurban kəsmək və xüsusən də, at qurban kəsmək ibadət əməllə-
rindən biri kimi onların arasında geniş yayılmışdır. Buddizm və Cay-
nizmin Hindastana hakim kəsildiyi illərdə bu adət dayandırıldı. Bud-
dizmin Hindistanda aradan getməsindən sonra arzu-istəklərinə çat-
maq üçün qurban kəsilməsi anlamı yenidən gündəmə gəldi və bu adət 
indiyə qədər də davam etməkdədir. Son əsrlərə qədər insanın qurban 
kəsilməsi də mövcud idi və bu qeyri-insani adət hal-hazırda qadağan 
edilmişdir.
2
  
Ahimsa, yəni canlılara  əzab verməkdən uzaq olmaq sonrakı 
dövrlərdə Caynizmin əqidəsinin banisi Mahaviranın təlimlərinin təs-
iri ilə diqqət mərkəzinə gəldi və indiyədək də bu düşüncə tərzinə cid-
di şəkildə riayət olunmaqdadır. Bu təlimlərə və düşüncə tərzinə əsa-
sən heyvanların ətini yemək qeyri-əxlaqi bir iş kimi qəbul olunur. Bu 
düşüncə tərzi Hindlilərin həyat və yaşayış tərzinə də inanılmaz təsir-
lər qoymuşdur.  
Hindlilər ölülərinin cənazələrinin xüsusi mərasim təşkil edərək 
yandırırlar və külünü Qanqa çayının sularına səpirlər. Qədim zaman-
larda adət-ənənə belə idi ki, ölən insanın cənazəsini yandırdıqları za-
man onun həyat yoldaşı da öz vəfadarlığını nümayiş etdirmək məqsə-
dilə yanar odunların arasına uzanırdı  və öz əri ilə birlikdə yanırdı. 
Belə qadınlara Sati, yəni vəfalı və fəzilətli xanım adı verilirdi. (Əsli 
Sanskrit olan bu sözdən  Ərəb və Fars dillərində çox möhtərəm xa-
nımların tərifi zamanı istifadə edilir). Belə fədakarlığa dözə bilməyən 
qadınlar isə saçlarını qırxdırırdılar və xeyirli işlərlə məşğul olurdular. 
Həyat yoldaşlarının diri-diri yandırılması adətini ilk dəfə olaraq İngi-
lislər 1829-cu ildə Hindistanın bəzi bölgələrində qadağan etdilər və 
                                                 
1
 Bu  mərasimlərdən biri də on iki ildə bir dəfə baş verir. Belə  mərasimlərdən biri 
1998-ci ilin Bahar fəslində keçirildi. Mərasimdə təxminən on milyon Hindli iştirak 
edirdi və  mərasimdə nizam-intizamın qorunması üçün iyirmi beş min polis cəlb 
olunmuşdu.  
2
 İnformasiya agentliklərinin məlumatına görə Hindlilərin bəziləri undan insanın 
heykəlini hazırlayaraq onu qurban kəsmişdilər.  


 
55
bu qadağa getdikcə Hindistanın bütün bölgələrində həyata keçirilmə-
yə başladı. Saib Təbrizi yazır: “Heç kim Hind qadınları kimi sevgi və 
eşqdə mərd və vəfalı deyil. Sönmüş şam yolunda yanmaq da hər pər-
vanin işi deyil.” 
 
1-4. Upanişadların fəlsəfəsi  
Brahmanın zamanında (Eramızdan  əvvəl 800-500-cü illərdə) 
qurban etmək dini adət-ənənəsi ifrat nöqtəsinə çatdı  və onun geniş-
lənməsilə dinin ən dərin düşüncəli və mənalı məsələləri belə unudul-
mağa başlanıldı. Atın və digər canlıların qurban kəsilməsi ölkənin iq-
tisadiyyatına böyük zərbələr vurdu və şahlıq xəzinəsi boşaldı. Elə bu-
na görə  də, Brahmanlar çıxış yolunun yalnız dində referendumun 
aparılmasında və yeniləşdirilməsində gördülər. Onlar meydana iki 
növ ideologiya çıxartdılar: 
1.  Aranyakelər (Aranyakas),  yəni meşə namələri. Bu namələrdə 
özlərinə müxtəlif zülmlər edən insanlara aid məsələlər barədə söz açı-
lıb. 
2.  Upanişadlar (Upanishads), yəni yaxın oturmaq və daha geniş 
açıqlama versək  dinin sirlərini öyrənmək məsələlərinə aydınlıq gəti-
rilib. 
Upanişad daha böyük şöhrət qazandı. Bu kitab ilk dəfə alim, in-
cəsənətçi və arif şahzadə olan Hindistanın müsəlman padişahı  Şah 
Cahanın oğlu Daraşukuhun zamanında  İslam irfanı ilə Hinduizim 
arasındakı oxşar cəhətləri çatdırmaq məqsədi ilə hicri-qəməri tarixi 
ilə 1067-ci ildə fars dilinə  tərcümə olunmuşdur. Bu kitabı “Böyük 
sirr” adlandırmışdılar. (Əcnəbilərin Upanişadla ilk tanışlığı da elə bu 
kitabın köməkliyi ilə baş tutmuşdur). 
Upanişad Vedanta, yəni “Vedaların sonu” adı ilə  də adlandırıl-
mışdır. Bu kitab Vedaların daxilini açıqlayır və insanların diqqətini 
zahiri yayınmalardan mənəvi böyüklüyə və batini məzmunlara diqqət 
yetirməyə çağırır. Qeyd etdiyimiz bu kitab bütün dünyada tanınmış 
kitablardan biridir.  
 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə