146
Onlar apardıqları araşdırmalardan dinin iki növ olması qərarına gəl-
mişlər:
A. İnsanları müşriklikdən və Allaha şərik qoşmaqdan uzaqlaş-
dıran dinlər. (Həzrət İbrahimdən (ə) yaranan dinlər kimi)
B. İnsanlara müşrikliyi və Allaha şərik qoşmağı aşılayan din-
lər. (Şərq dinləri kimi)
Allahın Yəhudilikdəki xüsusi adı “Yahveh”dir, yəni “mövcud və
var olan”.Bu adın hörməti olduqca çoxdur və onu Tövrat tilavət edər-
kən belə dilə gətirmək haram bilinir. Elə bu qadağaya görə heç kim
onun dəqiq tələffüzünü bilmir və bəzən də belə iddialar irəli sürürlər
ki, hər kim “İsmi Əzəmin” tələffüzünü dəqiq bilərsə möcüzə edə bilər.
Şərqşünaslar çox vaxt ehtiyat məqsədilə bu adı sait səslərsiz
“YHWH” formasında qeyd edirlər. Onlar “Yahveh”-i də düzgün sa-
yırlar.
Süleyman Məbədin hələ fəaliyyət göstərdiyi 70-ci ilədək Yəhu-
dilərin dini rəhbərinin ildə bir dəfə Yəhudi təqviminin aşura günündə
(Teşri ayının 10-da, payız fəslinin əvvəllərinə təsadüf edir) həmin
məbədin “Qüdsül Əqdas” adlanan yerində bu adı dilinə gətirərək dua
edə bilərdi.
1
Tövratın tilavəti zamanı bu adın əvəzinə “Adoney”, yəni
“mənim Ağam” sözündən istifadə olunurdu və bu sözün sait səsləri
həmin sözün samit səsləri üzərinə qoyulurdu. Beləliklə də, bəzən onu
Yehuveh və bəzən də Yehuvəh tələffüz edirdilər.
2
Allahın adlarından biri də “Əhiyə Əşer Əhiyə”, yəni “Nə varam-
sa varam”-dir. Bu ad Xuruc bölməsi 3:14 -də və bəzi İslami dualarda
(Ərəfə gecəsinin duasında) istifadə olunmuşdur. Bəzi savadsız katib-
lər bu sözü “Ahiyyən Şərahiyyən” kimi qeyd etmişlər.
1
Həmin şəxslərdən biri bu işi sözün insanların qulağına çatmaması üçün onların ən
həyəcanlı və ağlayan vaxtında dilinə gətirmişdi.
2
Abbasilərin hakimiyyətinin ilk illərində saxta hədis yaymaqla məşğul olan Əbul
Bəxtəri ibn Vəhb ibn Vəhb öz saxta hədislərinin birində “Yahuvə”-ni Allahın İsmi
Əzəmi kimi qələmə verdi. Sonralar bu saxta söz Sufilərin xoşlarına gəlməsi səbə-
bindən onların arasında geniş şəkildə yayılmağa və istifadə olunmağa başladı.(Yahu,
Yahuva)
147
10-2. Yəhudilikdə peyğəmbərlik məsələsi
Yəhudilər peyğəmbərliyə də inanırlar və onların bu sahədə geniş
kəlami bəhsləri mövcuddur. Onlar eləcə də, peyğəmbərlik üçün xüsu-
si məna meydana çıxarmışlar və bu məna gələcəkdən xəbər verməkdir.
Eşeya peyğəmbər, Ermiya peyğəmbər, Hezqiyal peyğəmbər və Huşe
peyğəmbər gələcəkdən xəbər verən peyğəmbərlər kimi tanınırlar.
Əhdi-Ətiqdə bir çox peyğəmbərlərin adı qeyd olunmuşdur.
1
Eşe-
ya, Ermiya, Amus və bəlağətli sözlərilə Bəni-İsraili xəbərdar edərərk
onları pis və çirkin əməllərdən uzaqlaşmağa çağırırdılar və düzgün
yolu tutmayacaqları təqdirdə gələcəkdə onları zillətli əsirlik həyatının
gözləməsindən xəbər verirdilər. Amma Bəni-İsrailin onların qiymətli
sözlərinə qəti əhəmiyyət vermirdi və peyğəmbərlərin həbsi, işkəncəsi
və qətli işləri sahəsində ciddi addımlar atırdılar. (Qurani-Kərimdə bu
barədə ətraflı şəkildə söz açılmışdır). Əhdi-Ətiqin “Peyğəmbərlik”
adlanan on yeddi kitabı gələcəkdən verilən bu xəbərlərdən söz açır.
Yəhudilərin nəzərincə vəhy məsələsi eradan dörd əsr əvvəl sona
çatmışdır və dünyanı islah edəcək sonuncu şəxsin gəlməsindən sonra
yenidən bərpa olunacaqdır.
10-3. Yəhudilikdə Məad məsələsi
Məad məsələsinə nə Tövratda, nədə Əhdi-Ətiqin heç yerində
rast gəlmək olmur. (Deməli, axirətin ümumi mənası Təsniyə 8:16 və
Ermiyanın mərsiyyələri 4:18 -də “dünyanın aqibəti mənasını kəsb
edir). Tövrat nöqteyi-nəzərindən (Levilər 26 və Təsniyə 28) dindarlı-
ğın bu dünya nemətlərini əldə etməklə və dinsizliyin dünya nemətlə-
rindən məhrum qalmasında birbaşa təsiri vardır.
Digər tərəfdən Təlmud kitabında Məad barəsində geniş şəkildə
söz açılmışdır. Şifahi ənənəni, yəni Təlmudu qəbul etməyən və hal-
hazırda mövcud olmayan Səduqilər firqəsinin davamçıları qiyamət
gününə inanmırdılar. Amma digər firqə olan Ferisilər qiyamət günü-
1
Bu peyğəmbərlərin bəzilərinin adları Rəcəb ayının on beşinci günü oxunan “Umm
Davum” duasında qeyd olunmuşdur.
148
nə inanırlar və onların ixtilafı qiyamətlə qayıdışın eyni vaxta olacağı
barəsindədir. Onlar eləcə də cənnət və cəhənnəmə də inanırlar. Cə-
hənnəm İbrani dilində olan sözdür və “Hiyunnəm dərəsi” mənasını
verir və bu məkan Urşəlim şəhərinin kənarında yerləşirdi. Həmin mə-
kanda Mulek (Molech, Moloch) adınında bir büt var idi və Bəni-
İsrail bir zaman onun önündə olan böyük çuxurda və yaxud dərədə od
qalayaraq xüsusi bir mərasim çərçivəsində öz uşaqlarını həmin bütə
qurban edərək alovun içərisinə atırdılar. (Cəhənnəm Maliki sözü-
nündə bu Mulekdən götürülməsi iddia edilir.)
Yəhudilərin ən əsas inanclarından olan, amma bir çox alim və
tədqiqatçıların nəzərincə digər xalqalrın dinlərindən götürülmüş
inanclardan biri də ölülərin dirilməsinə inamdır. Qədim zamanlarda
yaşayan İranlılar xeyir tanrısının şər tanrısı üzərində qələbə çalma-
sından və onu məhv etməsindən sonra ölülər diriləcəklər. Amma
qeyd etmək lazımdır ki, bu mənəvi və ali təlim Yəhudilərin dini il-
hamlarının məhsuludur və İranda olan Muğanların quru və ruhsuz
inancları ilə heç bir oxşarlığa malik deyildir. Tədqiqatçıların bildir-
diklərinə əsasən ən qədim zamanlardan belə Bəni-İsrail arasında ru-
hun əbədiliyi inancı mövcud olmuşdur və müqəddəs kitablarda dəfə-
lərlə buna işarə edilimişdir. Amma bu inanc Yəhudilərin Babildən
qayıtmalarından sonra Məsihanın qiyamı inancı ilə cəmləşərək ölülə-
rin dirilməsi inancını meydana çıxartdı.
Həzrət Musanın (ə) peyğəmbərliyə çatması hekayəsindən bəlli ol-
duğu və Qurani-Kərimdə açıq-aydın şəkildə yazıldığı kimi Məad
məsələsi o Həzrətin ilk sözlərində və müraciətlərində mövcud idi.
11. Əhkam
Yəhudilərin çoxlu və olduqca qarışıq dini əhkamları mövcuddur.
Belə ki, bütün bu dini əhkamların hamısını bir kitabda yerləşdirmək
Dostları ilə paylaş: |