171
körpəsi danışmağa başlayır və anasına verilən ittihamları puça çıxar-
dır. (Məryəm surəsi, 26-33)
1
İncillərdə Həzrət İsanın (ə) həddi buluğa çatdığı illər və gənclik
yaşları barəsində az məlumat mövcuddur. Yalnız bir yerdə O Həzrətin
12 yaşı olanda Həzrət Məryəm və Yusiflə Nasirədən ziyarət üçün
Urşəlimə getməsi, onlardan ayrılaraq Süleyman məbədinin alimləri ilə
elmi müzakirələrə qoşulması və təxminən otuz yaşında qüsl almaq
üçün Həzrət Yəhyanın (ə) yanına getməsi hadisələri qeyd olunmuşdur.
İncillərdə “İsanın qardaş və bacılarından” söz açılmışdır. Katolik
və Ortodoks Xristyanların nəzərincə Məryəm ömrünün sonunadək
bakirə qaldı və bu səbəbdən də Həzrət İsanın (ə) sözün əsil mənasın-
da qardaş və bacılarının olması mümkünsüzdür. Bu səbəbdən, İncil-
dəki həmin kəlamın mənasını təfsir etmək və açıqlamaq lazımdır:
İsanın bakirə Məryəmdən dünyaya gəlməsindən sonra Məryəm və
Yusif öz birgə həyatlarını yaşamağa başladılar və onların övladları
dünyaya gəldi. Matta İncildən qeyd etdiyimiz hissənin sonunda bu
iddia təsdiq olunur.
5. Qüsl verən Yəhya
Həzrət İsa Məsihin meydana çıxmasından bir müddət öncə Bəni
İsrailin gənc və sevilən peyğəmbərlərindən olan Həzrət Yəhya ibn
Zəkəriyya (ə) qiyam edərək insanlara moizələr oxumağa başladı. O
Həzrət insanlara belə buyururdu: “Tövbə edin, çünki səmavi mələkut
artıq yaxındır” (Matta 3:2, Mark 1:4 və Luka 3:3)
Bəni-İsrail nəzərindən Səmavi mələkut onların özləri üçün can-
landırdığı utopik İlahi dövlət mənasını kəsb edir. Elə bu səbəbdən də,
(İncillərin müxtəlif yerlərində qeyd olunduğu kimi Həzrət Yəhya (ə)
dəvət məsələlərində böyük nailiyyətlər əldə etmişdi və insanlara bö-
yük təsir göstərə bilmişdi. Belə ki, cəmiyyətin bütün təbəqələrindən
1
Həzrət Məryəmin (ə) ittiham edilməsi və bu ittihamın aradan götürülməsi məsələsi
Xristiyanlıqda mövcud deyildir.
172
olan insanlar dəstə-dəstə onun yanına gəlirdilər, tövbə edirdilər və O
Həzrət onlara qüsl verirdi.
Tədricən Həzrət Yəhya ilə (ə) Celil vilayətinin zülmkar və qəd-
dar padşahı olan Hirodis Titrarx arasında qarşıdurma yarandı və bir
müddətdən sonra Hirodisin əmri ilə O Həzrətin boynunu zindanda
olarkən vurdular. (Matta 14:1-12, Mark 6:14-29, və Luka 9:7-9)
6. Həzrət İsanın (ə) qiyamı
İncillərdə qeyd olunduğu kimi Həzrət İsa (ə) təxminən otuz ya-
şında olarkən peyğəmbərliyə çatdı. (luka 3:23). Həzrət İsa (ə) Həzrət
Yəhyanın (ə) həbs olunması xəbərini eşitdikdən sonra Celil əyalətin-
də yerləşən Nasirə şəhərini tərk etdi və Kefernahum şəhərinə gəldi.
İsa Celilin hər tərəfini dolandı, Kenaysda təlimə başladı, səmavi
mələkutun yaxınlaşması barədə moizələr etdi, qövmündə olan bütün
xəstəlikləri müalicə etdi. O, Suriyada şöhrət tapdı, müxtəlif xəstəlik-
lərə düçar olan insanları, dəliləri, iflicləri onun yanına gətirirdilər və
O Həzrət onlara şəfa verirdi. Celildən, Dikapolisdən, Urşəlimdən,
Yəhudiyyədən və İordaniyanın o biri tərəfindən insanlar onun arxa-
sınca yola düşdülər. (Matta 4:23-25, Mark 1:14-15, Luka 4:14-15)
Həzrət İsa (ə) da Həzrət Yəhya (ə) kimi səmavi mələkutun ya-
xınlaşdığı barədə xəbər verdiyi zamanlar insanlarla heç bir problem
yaşamırdı və camaat onu böyük sevgi ilə dəstə-dəstə qəbul edirdilər
və iman gətirirdilər. O Həzrətə iman gətirən insanların əksəriyyəti
onun tezliklə “İlahi Utopiya” yaradacağına və özünün də həmin şə-
hərin padşahı olacağına inanırdılar. Heç kim, hətta O Həzrətin ən ya-
xın şagirdi Petros belə Allahın Məsihinin məğlub olacağını təsəvvür
belə etmirdi. (Matta 21:16, Mark 32:8)
Yəhudi dininin liderləri Həzrət İsanın (ə) onların “Xilaskar Mə-
sih” qiyamının öhdəsindən gəlməməsini və onların arzularını həyata
keçirə bilməməsini, eləcə də, onların əxlaqi çatışmazlıqlarına və dav-
ranışlarına qarşı çıxdığını müşahidə etdikdən sonra onunla müxalifət
etməyə başladılar.
173
Həqiqət bu idi ki, Həzrət İsa (ə) Bəni-İsrailin intizarında olduğu
İlahi dövləti yaratmağa nail olmadı. Buna görə də O Həzrətin silah-
daşları belə bir iddia irəli sürdülər ki, (birinci) O, bəşəriyyətin günah-
larının qurbanı olmaq üçün gəlmişdi və (ikinci) O, sonuncu hakimlik
üçün yenidən qayıdacaq. Bu iki məsələ Xristyanlığı əsası oldu. Digər
tərəfdən isə Yəhudilər belə bir iddai ilə çıxış etməyə başladılar ki,
Bəni-İsrailin utopik dövlətinin Həzrət İsa (ə) tərəfindən yaradılmama-
sı və sonda çarmıxa çəkilməsi onun xilaskar Məsih yox tarixdə say-
sız-hesabsız olan saxta Məsihlərdən biri olduğunu sübuta yetirir.
Həzrət İsa (ə) mütəmadi olaraq Həzrət Yəhyaya (ə) təriflər yağ-
dırırdı və müxalifləri ilə söhbətdə o peyğəmbərin gözəl əxlaqına və
şöhrətinə istinad edərək onun adından bəhrələnirdi. (Matta 21:23-27,
Mark 11:27-33, Luka 20:1-8)
Həzrət İsa (ə) Həzrət Yəhyanın (ə) işini davam etdirdi və İlahi
dövlətin qurulacağı müjdəsini verməyə başladı. O Həzrət möminlərin
və şagirdlərin təlimini və liderliyini öhdəsinə götürdü, həmin ətrafda
olan sinoqoqlarda moizələr oxumağa başladı. Luka yazır: “Celil əya-
lətinə qayıtdı və sinoqoqlarda moizələr oxumağa başladı:
“Allahın ruhu məndədir. Çünki, məni yoxsullara müjdə vermək
üçün məsh etdi və qəlbi qırıq insanlara şəfa vermək, əsirləri azad
etmək, korları bəsirət qazanmaları üçün moizə etmək və əzilməkdə
olan insanları azadlığa çıxarmaq üçün məni göndərdi.” (Luka 4:18)
7. Həzrət İsanın (ə) fəaliyyətinin sonu
İncillərin hər dördündə Həzrət İsanın (ə) həyatı və sözlərindən
bir hissəsi qeyd olunmuşdur, amma onların əksəriyyəti O Həzrətin
peyğəmbərlik fəaliyyətlərinə aiddir. Belə ki, O Həzrətin çarmıxa çə-
kilməsi hadisəsi hər dörd İncilin sonunda qeyd olunmuşdur. İncillər-
dən əldə etdiyimiz məlumata əsasən O Həzrət İlahi eşqlə dolu bir za-
hid idi və o zamankı Fələstinin çürümüş və pozğun cəmiyyətini düz-
gün yola hidayət etmək üçün geniş fəaliyyət planı hazırlamışdı. Həz-
rət İsa (ə) bu işlərini həyata keçirmək üçün bütün səylərini səfərbər
Dostları ilə paylaş: |