161
dünyanın qoruyucu mələklərinə tərəf qanadlanmağı xatırladırdı. Elə-
cə də, ən son dövr Dəmir əsri adlandırılırdı.
Dəmir əsrində dünya
çaxnaşma içərisində idi və bu iki qəsidə yazan həmin dövürdə, yəni
dəmir əsrində yaşayırdılar.
Yəhudilər dünyanın kamil varlıq tərəfindən yaradılmasını nəzərə
alaraq kamilliyi yaranışın lap yuxarı təbəqəsində yerləşdirirdilər və
Allah tərəfindən yaradılan ilk insanın kamil insan olduğunu bildirir-
dilər. Elə bu səbəbdən də, Yəhudilər fəzilət və xoşbəxtliyi Qızıl əsrdə
yox gələcəkdə,
“Sonuncu gündə” axtarırlar. Müqəddəs kitabdan gö-
türülmüş bu ifadə Yəhudilər arasında geniş yayılmışdı: “Sənin əv-
vəlin kiçik olsa belə sonun çox əzəmətli olacaq!” (Əyyub 8:7)
Yəhudilər Qüds şəhərinin birinci dəfə dağıdılmasından sonra hə-
mişə ilahi rəhbərin intizarında olmuşlar
və onun qüdrət və əzəmətlə
Allahın qövmünü Davud və Süleymanın (ə) zamanında olan parlaq
əsrə aparacaqlarına inanmışlar. İntizarında olduqları şəxs
Maşiyəh
(Məsih, Məsh edilmiş) adlanırdı. Maşiyəh Bəni-İsrailin qədim pad-
şahlarının ləqəbi idi. Çünki, öncə də qeyd etdiyimiz kimi peyğəmbər-
lər hamının gözü önündə padşahların başına zeytun yağı sürtərək,
yəni məhs edərək onları müqəddəsləşdirirdilər. Sonralar bu ad Yəhu-
dilərin intizarında olduqları və onlara nicat verəcək sonuncu padşaha
aid edildi. Maşiyəh ifadəsi Təlmudda dəfələrlə qeyd olunmuşdur, am-
ma Əhdi-Ətiqdə yalnız Daniyalın kitabında (9:25-26)
rast gələ bilər-
siniz.
1
Məsih (Christ)
2
sözünün Həzrət İsaya (ə) aid edilməsi səbəbin-
dən alimlər Yəhudilərə nicat verəcək şəxs üçün “Məsiha” (Messiah)
sözündən istifadə etməyə başladılar. Məsiha barəsinə verilmiş ən bö-
yük müjdə Eşəya peyğəmbər kitabında qeyd olunmuşdur:
1
Klassik tarixçilər Daniyal kitabının eradan əvvəl altıncı əsrdə yazılması iddiasını
qəbul etmirlər və bu kitabın qələmə alındığı il eradan əvvəl 165-ci olmasını bil-
dirirlər.
2
Yunan dilindəki “Christos”, yəni yağ sürtülmüş sözü Avropa dillərində bəzi dəyi-
şikliklərə uğrayaraq “Christ” formasına düşmüşdür.
162
“Yəssanın (Davudun atası) nəslindən yeni tumurcuq pöhrələyə-
cək, bu tumurcuqlar (ağaclara çevrilərək) qol-budaq atacaq və kök
salacaq və Allahın ruhu onda yerləşəcək. Yəni, onda hikmət və dərra-
kə ruhu, məşvərət və güc ruhu, ilahi mərifət və Allahdan qorxu ruhu
qərar tutacaq. Onun ən xoş anları Allahın qorxusunu gördüyü zaman
olacaq, yalnız gözləri ilə gördüyünə görə mühakimə etməyəcək və qu-
laqları ilə eşitdiyinə əsasən tənbeh etməyəcəkdir. Əksinə miskinlər
üzərində ədalətlə hakimlik edəcək və məzlumların haqqını müdafiə
üçün bütün lazımi işləri görəcəkdir. Öz əsası ilə dünyanın ağzından
vuracaq və pis insanları dodaqlarının arasından çıxan üfürməsi ilə
öldürəcəkdir. Belinə bağladığı qurşağı ədalət və əmanət olacaqdır.
Qurdla quzu bir yerdə yaşayacaq, bəbirlə keçi bir yerdə yatacaq və
şir ilə dana bir yerdə oynayacaq və balaca uşaq belə onları qova bi-
ləcək. İnək ayı ilə otlayacaq, onların balaları bir yerdə yatacaq və şir
inək kimi saman yeyəcək və südəmər uşaq ilan yuvası ilə oynayacaq.
Süddən təzə kəsilmiş uşaq əlini rahat şəkildə əfi ilanın yuvasına qo-
yacaq.
1
Mənim müqəddəsdağımın hər yerində zərər, ziyan və fəsad
işlər etməyəcəklər. Çünki, dünya İlahi mərifətlə dolacaq, dənizin hər
yerini örtən su kimi. (Eşeya 11:1-9)
Bəni-İsarilin hamısının qəlbi Məsihaya olan sevgi ilə dolu idi,
amma onlardan fərqli olaraq zalım hökümdarlar belə nicat verici rəh-
bərlər üçün tələlər quraraq pusquda oturmuşlar. Matta İncilinin ikinci
fəslində oxuyuruq ki, Fələstinin hökümdarı olan
Böyük Hirodis Həz-
rət İsanın (ə) dünyaya gəlməsindən sonra onu qətlə yetirmək qərarına
gəlir. Amma, İlahi əmrə əsasən onu Misirə apardıqları üçün bu hadisə
baş tutmadı.
Yəhudilər məsihanın amallarını genişləndirərək ona digər məsə-
lələri də əlavə etdilər və Məsihanın dövründə təbiətin daha da bərə-
1
Bəzi insanlar bu sözləri birbaşa olaraq qəbul edirlər və Məsihanın zühur edəcəyi
dövürdə ədalətin hər tərəfdə bərqərar olacağı üçün sadaladığımız bu hadisələrin
hamısı baş verəcəkdir. Bəziləri isə bunları məcazi olaraq qəbul edərək bunların hə-
min dövürdə ədalətin nə dərəcədə güclü olacağına işarə kimi qəbul edirlər. Bəziləri
isə canavar, quzu və digər heyvanları yaxşı və pis insanlara işarə kimi qəbul edirlər.
Qeyd etdiyimiz bu üç nəzər müxtəlif dinlərdən götürülmüşdür.
163
kətli olacağı iddiasını irəli sürdülər. Onlar
Həzrət Davud və Süleyma-
nın (ə) parlaq hakimiyyət dövründə olmayan bəzi şeylərin belə Məsi-
hanın zamanında olacağını bildirdilər. Məsələn; onların iddialarına
əsasən Məsihanın zühur edəcəyi zamanda günəş, ay, külək, bulud və
fələk Bəni-İsrailin xeyrinə hərəkət edəcək, yerdən bişmiş çörəklər və
hazır tikilmiş paltarlar çıxacaq. Bu utopik amallar bir çox kitablarda
qeyd olunmuşdur və bununla da “Apokaliptik ədəbiyyat”
meydana
çıxmışdır. Əhdi-Ətiqdə olan Daniyalın kitabında (bir çox alimlərin
nəzərincə Daniyalın kitabı eradan əvvəl 165-ci ildə qələmə alınmış-
dır) belə nümunələr gözə çarpır. Bir çox alimlər və tədqiqatçılar bu
düşüncənin zərdüştlükdən mənşə aldığını bildirirlər. Onların nəzərin-
cə Zərdüştlərin bu sahədə olan düşüncə tərzi Yəhudiliyə təsir etmiş
və Maşiyəhin qiyam edəcəyinə inamın əsasını qoymuşdur.
1
14-1. Məsiha iddiasında olanlar
Yəhudilərin və xristyanların enişli-yoxuşlu tarixində sonuncu xi-
laskarın intizarı məsələsi özünəməxsus yerə malik olmuşdur. Yəhudi-
lər möhnət və çətinliklərlə dolu tarixləri boyu bu
qədər məşəqqətlərə
dözmələrinin yeganə səbəbi Məsihanın gəlməsi və onları zillət, dərd,
əzabdan qurtarması və onların dünyanın hökümdarına çevirəcəkləri
ümidi olmuşdur. Lap qədim dövürlərdən indiyədək yüzlərlə adam
xilaskar olmalarını iddia etmişlər, bir müddət sadə Bəni-İsrailliləri
arxalarınca apararaq bu qövmün başına müxtəlif bəlalar açmışlar.
Məsələn, eranın başladığı vaxtdan bir neçə əsr sonra “Kert” adasında
Musa adlı bir İlahi aşiq meydana çıxdı və özünü Məsiha adlandırma-
ğa başladı. Musa o zamanın ən mühim Yəhudi mərkəzlərindən olan
Kert adasının bütün icmalarını özünə cəzb etdi.O, dedi: “Bir gün sizi
Aralıq dənizindən keçirərərk Fələstinə aparmaq və orada Məsiha
dövlətini qurmaq istəyirəm.” Yəhudilər bütün işlərini
və gündəlik hə-
yatlarını başlı-başına buraxaraq bulanlıq ümid arxasınca getdilər. On-
1
Yəhudi dininin minillikləri fəslində aşağıdakı mənbələrə müraciət edə bilərsiniz:
CulyusQrinstoun, “Yəhdilikdə Məsihanın intizarı”.