168
sədən əmələ gələn
utopik düşüncələr, arzular və ümidlərdimi? Onun
hekayəsi müşriklərin Tanrılarının əfsanələrinə bənzəyirmi?”
18-ci əsrdə İsanın (ə) məsələsinin və hekayəsinin əfsanə olması
barədə bəhs olunurdu. Həmin əsrdə növbəti dəfə İsanın həyatını tənqid
atəşinə tutan 1727-1768-ci illərdə Hamburq Universitetinin şərq dilləri
üzrə müəllimi, Professor Herman Samuel Raymaros olmuşdur. Hətta
18-ci əsrdə belə artıq sübuta yetirilmiş sayılan və cəmiyyətdə tam təs-
diqlənmiş inanclarla qarşı çıxmaq olduqca qorxulu idi və Raymaros
həyatda olarkən öz yazılarını çap etdirməyə cəsarət tapmadığından
onun yazılarını Lesinq adlı bir şəxs onun vəfatından sonra çap et-
dirdi.
Raymaros onunla eyni zamanda yaşayan filosofların Deisti ba-
xışlarını qəbul edərək möcüzələrin mövcudluğunu
qəti şəkildə rədd
etmişdir. O, müqəddəs kitabı azad şəkildə tənqid edərək İsanı Məsi-
halıq iddiası ilə çıxış edən, bəzi vədlər verməklə ətrafına bir qrup
insan toplayan bir şəxs kimi qələmə vermiş və ölkənin güc struktur-
ları ilə üzləşərkən qətlə yetirildiyini bildirmişdir. İsanın davamçıları
öz arzularına çatmaq üçün onun cənazəsini oğurlamışlar, onun yeni-
dən dirilərək geriyə qayıtmaq hekayəsini qurmuşlar və kilsə yarat-
mışlar. Raymarosun öz baxışlarından əldə etdiyi nəticə böyük qəzəb
dalğasının yaranmasına səbəb oldu və Lesinq üçün böyük problemlər
yarandı. Bu nailiyyətlər bir sıra araşdırmalardan sonra tamamlanma-
mış halda təsdiq edildi və cəmiyyətdə olan qəzəbin yatmasından son-
ra yaddan çıxdı.
Raymarosdan sonra möcüzələrin faydası məsələlərini
irəli sürən
və xristiyanlığın köklərini araşdıran bir neçə yazıçı meydana çıxdı,
amma onlar düşüncə nöqteyi-nəzərindən Raymarosdan fərqlənirdilər.
Bu yazıçıların əksəriyyəti universitetlərdə və digər dövlət idarələrin-
də çalışırdılar. Onlar artıq cəmiyyətdə təsdiq olunmuş dinə qarşı hər
bir fundamental addımı onların düşüncələri ilə üst-üstə düşmədiyini
bildirirdilər. Onların nəzərincə İncil kitablarındakı möcüzəli ünsürləri
kənara qoysaq yalnız İsanın həyatı barədə mötəbər mənbə qazanmış
oluruq. Belə olduqda İsanı müasir dünya üçün ən böyük əxlaq müəl-
169
limi kimi qəbul edə bilərik. Belə tənqidçiləri Rationalistlər adlan-
dırırdılar, yəni İncildəki hekayələri məntiq və ağıl yolu ilə çözmək
istəyənlər. Bundan sonra qeyd etdiyimiz
termin daha geniş və dərin
mənada istifadə edilməyə başladı.
Volney adlı bir alim 1790-cı ildə qələmə aldığı “İmperatorluğun
xarabalıqları” adlı əsərində bu şübhəni daha qabarıq formada gündə-
mə çıxarmışdı. Napoleon 1808-ci ildə Almaniyanın tanınmış yazıçısı
Veylandla (Wieland) görüşəndə ondan siyasət və müharibə barəsində
heç nə soruşmadı, əksinə İsanın tarixdə doğurdan mövcud olub olma-
masını soruşdu.
1
4. Həzrət İsanın (ə) həyatı
Matta və Luka İncillərinə əsasən xristiyanlığın əsasını qoyan
Həzrət İsa (ə) Beyt Ləhmdə dünyaya göz açmışdır. Bu şəhər Urşəli-
min səkkiz kilometrliyində yerləşir və təxminən eradan min il əvvəl
Davud şah həmin şəhərdə dünyaya gəlmiş və böyüyüb başa çatmış-
dır. Yəhudilərin xilaskarının Beyt Ləhmdə dünyaya gəlməsi və Da-
vuda bənzəməsi məsələsinin vacibliyinə görə bu iki
müəllif Həzrət
İsanın (ə) həmin şəhərdə dünyaya gəlməsi məsələsi üzərində təkid
göstərmişlər.
Həzrət İsanın (ə) doğum tarixi təxminən Miladi tarixinin başladığı
ilə təsadüf edir. Amma, tarixi hesablamalara əsasən O Həzrətin
İncillərdə adı çəkilmiş şahlarla eyni vaxtda dünyaya gəlməsini nəzərə
alsaq Həzrət İsanın (ə) Miladi tarixin başlamasında 4 ya 8 il öncə dün-
yaya gəlməsini müşahidə edə bilərik. İncillərdə qeyd olunduğu kimi,
anası Məryəm Nasirə şəhərindən olan Yusif adlı bir dülgərlə nişan-
lanmışdı. İsanın dünyaya
gəlməsi hekayəsi həm Matta, həm də Luka
incillərinin başlanğıcında qeyd olunmuşdur. Mark və Yühənna O Həz-
rətin doğum hekayəsini qeyd etməmişlər, Beyt Ləhmdən söz açma-
1
Sivilizasiya tarixi, cild 3, fəsl 26, Bu məsələ barəsində daha geniş məlumat əldə
etmək üçün Arçibald Robertsonun “İsa:əfsanə yaxud tarix?” kitabına
müraciət edə
bilərsiniz.
170
mışlar və yalnız Nasirəyə işarə etmişlər. (Mark 9:1, Yühənna 1:45-46,
Yühənna 7:41-42). Matta İncilində belə qeyd olunmuşdur:
“İsa Məsihin doğum hekayəsi belədir: Onun anası Məryəm Yu-
siflə nişanlanmışdı. Onlar yaxınlıq etməmişdən öncə Məryəm Müqəd-
dəs Ruhdan hamilə qaldı. Həyat yoldaşı Yusif saleh bəndələrdən ol-
duğu üçün ona öyüd-nəsihət vermək istəmədən gizlicə onu buraxıb
getmək istədi. Amma, o bu barədə düşündüyü zaman birdən Allahın
mələklərindən biri onun yuxusuna gəldi və dedi: “Ey Davudun oğlu
Yusif, Məryəmi həyat yoldaşın etməkdən qorxub çəkinmə, çünki, onun
daxilində olan Müqəddəs Ruhdandır. O bir oğlan dünyaya gətirəcək və
onun adını İsa qoyacaqsan. Çünki, O öz ümmətini günahlardan uzaq-
laşdıracaq.” Bütün bunlar Allahın peyğəmbərin dili ilə dediyi kəlamın
tamamlanması və bakirə qızın hamilə qalaraq oğlan dünyaya gətirməsi
və adını “Emmanuel” qoyması üçün baş vermişdir. Təfsirdə bu ad
“Allah bizimlə” deməkdir. Yusif yuxudan oyanan kimi Allahın mələyi
buyurduğu kimi lazım olanı həyata keçirtdi və Məryəmi özünə həyat
yoldaşı etdi. Birinci oğlu olmayana qədər onu tanımadı (yaxınlıq et-
mədi). Onun adını İsa qoydu.” (İncil Mattaya görə, 1: 18-25)
İsa Məsih (ə) üçün Matta incilinin başlanğıcında və Luka İncili-
nin üçüncü fəslində nəsəbnamə (nəslin sıralaması) qeyd olunmuşdur.
Bu iki fərqli nəsəbnaməni açıqlamaq İncil təfsirçiləri üçün ən böyük
problemlərdən biridir.
Dünyaya gəlməsindən sonra onun adını Yeşvə, yəni “Allahın xi-
lası” qoydular. Yunanlılar və Romalılar bunu Yesus formasına dəyiş-
dirdilər və Ərəb dilində bu ad İsa formasında istifadə olundu.
Bunu da qeyd etmək lazımdır ki, Həzrət İsanın (ə) atasının olma-
ması Xristiyanlıqda ən böyük etiqadi məsələlərdən biridir və yalnız
İncillərdə qeyd olunduğu kimi O Həzrətin “Dülgər Yusif” adlı atası
olmuşdur. Amma Qurani-Kərimdə bu tarixi
bir məsələ kimi qeyd
olunmuşdur və insanların Həzrət Məryəmə (ə) qarşı hücum çəkərək
onu ismətsizlikdə günahlandırmaları öz əksini tapmışdır. Elə bu
səbəbdən də, O “sükut orucu”
1
tutur və onun dünyaya yenicə gəlmiş
1
Xristiyanlıqda müstəhəbbi sükut orucu, yəni danışmamaq orucu vardır.