Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə32/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   ...   28   29   30   31   32   33   34   35   ...   48

55 

 

                                        İ



q

 ═  ────── ; 



                                                    ∑ q

t



o

  

 

 

Burada: t



- əsas dövrdə əmtəə (məhsul) vahidinə norma üzrə sərf edilən vaxtdır 

.   

   


  Bu  indeksdən  ən  çox  kənd  təsərrüfatında  ayrı-ayrı  işlərin  (şumlama,  səpın,  becərmə  və  s.)  fiziki 

həcminin dəyişilməsini müəyyən etmək üçün istifadə edilir. 

    Ümumi indeksin formaları.  Ümumi  indekslər aqreqat və  orta indekslərə  ayrılır. Orta indekslər  hesabi 

orta və harmonik orta indeksə ayrılır. 

    Ümumi  indekslərin  əsas  forması  aqreqat  indeksidir.  Aqreqat  dedikdə  müxtəlif  məhsulların  birlikdə 

qiymətlərinin,  həcmləri-nin  dəyişilməsinin  öyrənilməsi  nəzərdə  tutulur.  Natura  şəklində  cəmlənilə 

bilməyən  müxtəlif  hadisələrin  birlikdə  dəyişilməsi ümumi  indekslər vasitəsilə  öyrənilir. Ümumi  indeksi 

hesabla-maq üçün,  ilk öncə  dəyişilməsi öyrənilən hadisənin  cəmlənmə-sini təmin  etmək  lazımdır. Buna 

nail olmaq üçün düstura in-deksləşdirilən göstəricilər sıx iqtisadi əlaqəsi olan və sabit gö-türülən göstərici 

əlavə etmək lazımdır. Qiymətlərin indeksləş-dirilməsində belə göstərici əvvəlki bölmədə əsaslandırıldığı 

ki-mi  hesabat  dövründə  satılmış  (istehsal  edilmiş)  əmtəənin  miq-darı  ola  bilər.  Deməli,  ümumi  qiymət 

indeksində  ortaq ölçü,  çə-ki  kimi  hesabat  dövründə  satılmış  malların  miqdarı  götürülür.  Buradan  aydın 

görünür  ki,  müxtəlif  məhsulların  qiyməti  və  miqdarı  ayrılıqda  götürüldükdə  cəmlənə  bilməz.  Müxtəlif 

ele-mentlərdən ibarət olan məcmunu dəyər (pul) şəklində və sabit çəkilərlə ifadə etdikdə onları cəmləmək 

və  müqayisə  etmək  mümkündür.  Yalnız  bu  halda  qiymətlərin  səviyyəsinin  dəyişil-məsini  düzgün 

xarakterizə etmək mümkündür. 

    Satılmış  (istehsal  edilmiş)  əmtəənin  miqdarı  indeksləşdiril-dikdə  müxtəlif  əmtəələri  sabit  götürülmüş 

əsas dövrün qiy-mətlərində dəyər formasında ifadə etmək lazımdır. Bu zaman çəki rolunu ifadə edən əsas 

dövrdə  satılmış  (istehsal  edilmiş)  əmtəənin  qiyməti  onun  həcminin  necə  dəyişildiyini  müəyyən  etməyə 

imkan  verir.  Beləliklə,  müxtəlif  elementlərdən  ibarət  olan  məcmunun  cəmlənilə  bilməməsini  aradan 

qaldırmaq  bütün  iqtisadi  indekslərin  əsas  forması  olan  aqreqat  indekslərin  hesab-lanmasına  gətirib 

çıxarır.  Hər  bir  iqtisadi  indekslərin  əsas  for-ması  aqreqat  indeksidir.  Bu  qaydanın  nəticəsi  kimi  fərdi 

indeks-lərdən  hesablanan  orta  indekslərin  nəticəsi  aqreqat  indeksinin  nəticəsinin  eynidir,  yəni  orta 

indekslər aqreqat indeksin çevril-miş formasıdır. Aqreqat indeksləri ancaq hesabi orta və harmo-nik orta 

indekslərə  çevirmək  mümkündür.  Ona  görə  də  orta  in-dekslərin  ancaq  iki  formasından-  hesabi  orta  və 

harmonik  orta  formalarından  istifadə  etmək  olar.  Bir  sıra  hallarda  mövcud  olan  statistika  məlumatı 

aqreqat  indeksi  hesablamağa  imkan  vermir.  Belə  hallarda  hesabi  orta  və  harmonik  orta  indekslərdən 

istifadə edilir. 

   Orta  qiymətlər  indeksinin  hesablanması.  Yuxarıda  qeyd  edil-diyi  kimi,  orta  indekslər  aqreqat 

indekslərin  çevrilmiş  forması-dır.  Məlum  olduğu  kimi,  aqreqat  qiymət  indeksinin  düsturu  aşağıdakı 

şəkildə yazılır: 

                                                  

∑ p



q



 

                                            İ



p

 ═  ────── ; 



                                                       ∑ p

q



1  

 

     


Hesabat  dövründə  ayrı-ayrı  əmtəələrin  qiymətinin  satılmış  (istehsal  edilmiş)  əmtəənin  miqdarına 

vurub  cəm  edib,  əsas  dövrdə  əmtəə  vahidinin  qiymətini  hesabat  dövründə  satılmış  (is-tehsal  edilmiş) 

əmtəənin  miqdarına  vurub  cəm edib alınan  məb-ləğlərin  nisbəti  müəyyən edilir. Bu o vaxt mümkündür 

ki,  satıl-mış  (istehsal  edilmiş)  əmtəənin  hər  iki  dövrdə  qiyməti  və  miq-darı  haqqında  məlumat  olsun. 

Təcrübədə bir sıra hallarda belə  məlumat olmur. Ona görə orta indekslərdən istifadə edilir. Fərdi qiymət 

indeksi düsturunda (i



p

p



1

-in qiymətini tapıb  (p



1

=  i



· p

o

) onu aqreqat qiymət  indeksi düsturunda yerinə 

yazsaq  hesabi orta qiymətlər indeksinin düsturunu  alırıq: 

                                                 

∑ i

p

 p



q

 



                                            İ

p

 ═  ────── ; 



                                                       ∑ p

q





 

 

     Düsturdan  aydın  olur  ki,  hesabi  orta  qiymət  indeksində  əsas  dövrün  qiymətlərilə  hesabat  dövründə 



əmtəə  dövriyyəsidir,  in-deksləşdirilən  kəmiyyət,  variant  (x)  isə  fərdi  qiymət  indeksidir  (i

p

),  hesabı  orta 

qiymət indeksinin  nəticəsi aqreqat qiymət in-deksinin  nəticəsilə  eyni olmalıdır. Fərdi qiymət indeksində 

(i



p

)  p



o

-ın  qiymətini  tapıb  aqreqat  qiymət  indeksi  düsturunda  yerinə  yazsaq    orta  harmonik  qiymət 

indeksinin düsturunu alarıq: 

 

                                                       ∑ p



q



 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə