Microsoft Word distant tehsil-movzu



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə34/48
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#43216
1   ...   30   31   32   33   34   35   36   37   ...   48

57 

 

müəy-yənləşdirmək tələb olunur. Hadisələr haqqında məlumat üç və daha çox dövrə verildikdə müqayisə 



üçün  hansı  dövrün  məlu-matının  müqayisə  üçün  əsas  olmasından  asılı  olaraq  indekslər  əsas  və  silsiləvı 

indekslərə ayrılır. Fərdi indekslərdə əsas və sil-siləvi indekslər eyni prinsiplə  hesablanır. Hər bir sonrakı 

döv-rün  məlumatı  müqayisə  üçün  əsas  götürülmüş  dövrün  məlumatı  ilə  müqayisə  edildikdə  əsas

 

indekslər, hər bir sonrakı dövrün məlumatı özündən qabaqkı dövrün məlumatı ilə müqayisə edil-dikdə isə 



silsiləvi indekslər alınır. 

    Əsas indekslərlə silsiləvi indekslər arasında qarşılıqlı əlaqə vardır. Belə ki, fərdi silsiləvi indeksləri bir-

birinə  vurduqda  müvafiq  dövrün  fərdi  əsas  indeksini  almaq  mümkündür,  əsas  indeksləri  bir-birinə 

böldükdə  iki  müvafiq  silsiləvi  indeksi  al-maq  olar.  Əsas  indeksdən  silsiləvi  indeksə  və  silsiləvi  indeks-

dən əsas indeksə keçmək bütün fərdi indekslərə xasdır. Bu za-man hesablanan indekslərin sayı məlumatı 

götürülmüş dövrlə-rin sayından bir əskik olacaqdır.   

     Fərdi əsas və silsiləvi həcm indekslərinin hesablanmasını Azərbaycan Respublikasında 2006-2010-cu 

illərdə  fərdi sahib-karlar, ailə  kəndli  və  ev təsərrüfatları tərəfindən taxılın ümumi  yığımı  misalında  izah 

edək (cəd. 5.15)

     Silsiləvi  fərdi  həcm  indekslər  sistemini  bir-birınə  vurduqda  2008-cü  ilin  əsas  fərdi  həcm  indeks 

sistemini alırıq. Həqiqi qiy-mətləri yerinə yazaq:

 

Cədvəl 5.15. Fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarında taxılın ümumi yığımının dinamikası. 

  

Illər 

Ümumi taxıl

  yığımı 

Fərdi fiziki həcm indeksləri, %-lə 

ə

sas indekslər 

   silsiləvi indekslər 

2006 


2102,6 



2007 

2068,1 


2068 : 2103 = 98,3 

2068 : 2103 = 98,3 

2008 

2029,4 


2029 : 2103 = 96,4 

2029 : 2068 = 93,7 

2009 

1951,1 


1951 : 2103 = 92,7 

1951 : 2029 = 91,7 

2010 

2411,8 


2412 : 2103 = 114,6 

2412 : 1951 =123,6 

    

 

 



0,983 · 0,937 · 0,917 · 1,236 = 1,044 və ya 104,4% 

 

    Silsiləvi  indeks  sistemindən  əsas  indeks  sisteminə  və  əksinə  keçid  mümkündür.  Həmin  keçid  sabit 



çəkilərlə ümumi indeks-lər sistemində də mümkündür. 

    Qarşıda  qoyulan  vəzifədən  asılı  olaraq  sabıt  və  dəyişən  çəki-lərlə  indekslər  sırası  qurula  bilər.  Lakin 

bilmək  lazımdır  ki,  ümumi  indekslərdə  silsiləvi  indeks  sistemindən  əsas  indeks  sis-teminə  və  əksinə 

keçmək ancaq sabit çəkilərlə indekslər sistemi qurulduqda ola bilər.  

    Sabit  çəkilərlə  əsas  indekslər  sistemində  indeksləşdirilən  bir  dövrün  kəmiyyəti  və  çəkisi  sabit 

götürülür,  dəyişən  çəkilərlə  əsas  indekslər  sistemində  indeksləşdirilən  bir  dövrün  kəmiyyəti  sabit 

götürülür,  çəkilər  isə  dəyişir.  Əsas  indekslərdə  hər  bir  sonrakı  dövrün  indeksləşdirilən  kəmiyyəti 

müqayisə üçün əsas götürülmüş dövrün indeksləşdirilən kəmiyyətə nisbəti müəyyən edilir. Sabit çəkilərlə 

hesablanan silsiləvi indekslər sistemində  hər sonrakı dövrün indeksləşdirilən kəmiyyəti özündən əvvəlki 

dövrün indeksləşdirilən kəmiyyətilə müqayisə edilir, çəkilər dəyişir. 

    Fərdi  indekslərdə  olduğu kimi, ümumi  indekslərin növləri olan əsas  və  silsiləvi  indekslər arasında da 

qarşılıqlı əlaqə var-dır. Bu əlaqədən istifadə edərək əsas indeksləri bir-birinə böl-dükdə silsiləvi indeksi, 

silsiləvi  indeksləri  isə  bir-birinə  vur-duqda əsas  indeksləri almaq  mümkündür. Əsas  indeksdən sil-siləvi 

indeksə və əksinə keçmək yalnız sabit çəkilərlə hesab-lanılan ümumi indekslərdə ola bilər. Bu baxımdan 

sabit  çəki-lərlə  hesablanan  ümumi  indekslər  dəyişən  çəkilərlə  hesablanan  indekslərə  nisbətən  üstünlüyə 

malikdir. Çünki dəyişən çəkilərlə hesablanan ümumi indekslərdə silsiləvi indeks sistemindən əsas indeks 

sisteminə və əksinə keçmək mümkün deyildir. Ümumi düstur şəklində fiziki həcm indeksində silsiləvi in-

deksdən əsas indeksə keçilmə qaydası aşağıdakı kimidir:  

 

                     ∑ q

p



1           

∑ q


p



        ∑ q

p



      ∑ q

p



 

                   ───── x ───── x ───── = ───── ; 



                     ∑  q

p



1          

∑ q


p

1          



∑ q

p



1           

∑ q


p

1     



 

    Sabit çəkilərlə əsas indeksləri bir-birinə böldükdə müvafiq dövrün silsiləvi indeksini alırıq. Hesablanan 

indekslərin iqti-sadi mahiyyətinə böyük əhəmiyyət verilməlidir. Bu məqsədlə indekslərdə çəkinin düzgün 

seçilməsi mühüm əhəmiyyətə ma-likdir. İndekslərin hesablanmasında hansı dövrün kəmiyyətlə-rinin çəki 

kimi  götürülməsi  tədqiqatın  məqsəd  və  vəzifəsindən  asılı  olaraq  müəyyənləşdirilməlidir.  Əmtəə 

dövriyyəsinin  (məhsulun)  fiziki  həcm  indeksində  əsas  dövrün  qiymətləri  (p



o

),  qiymətlər  indeksində 

hesabat  dövründə  satılmış  məhsulların  miqdarı  (q

1

)  götürülməlidir.  Ancaq  bu  halda  satılmış  və  yaxud 

istehsal  edilmiş  məhsulun  həcminin  dəyişilməsini  və  qiymət-lərin  dəyişilməsi  nəticəsində  cari  dövrdə 



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə