Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə129/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   125   126   127   128   129   130   131   132   ...   161

 Aydan Xəndan  

338


türk ədəbiyyatına güclü təsir göstərmişdi. Türk yazıçı və şairləri bu axımın təsirinə 

qapılaraq, ədəbiyyata yeni mövzular, janrlar gətirmiş oldular. Namiq Kamal, Əhməd 

Midhət,  Əbdülhəqq Hamid, Rəcaizadə Mahmud Əkrəm romantizm cərəyanını 

mənimsəyən sənətkarla olmuşlar. 

Bu ədəbiyyatın ən məşhur nümayəndələrindən ikisi Hamid və Rəcaizadə idi. Bu 

sənətkarlar əsərlərinin çoxunda məhz romantik kimi çıxış etmişdilər. 

Hamidin əsərlərində tez-tez rast gəldiyimiz ölüm mövzusu, insan azadlığı prob-

lemi, eqzotik ölkələrin təsirləri təsadüfi olmamışdır. Bütün bunlar məhz fransız 

romantizminin təsirindən qaynaqlanmışdı. 

Əlbəttə, Hamidin həyatında üzləşdiyi kədərli hadisələr də şairin əsərlərində ölüm 

mövzusuna dəfələrlə müraciət etməsinin səbəblərindən biridir. Ancaq romantik ədə-

biyyata ümumilikdə nəzər salsaq, görərik ki, bu cərəyanın nümayəndələrinin hamısı 

əsərlərində demək olar ki, eyni mövzulara toxunublar. Məsələn, romantizmin banilə-

rindən sayılan Hüqo XX əsrin 20-ci illərinin sonlarında Fransada bu cərəyanın qələ-

bəsinin simvolu olmuşdu. Onun əsərlərində  şərq mövzusuna tez-tez rast gəlmək 

mümkündür. Şərq mövzusunun bir simvolu kimi Hüqo İspaniyanı əsərlərində təsvir 

edirdi. Hamid də bir romantik kimi bir sıra əsərləridə o cümlədən, “Duhter-i Hindu”, 

“Əşbər”, “Tarık yahud Əndəlüsün fəthi” ndə  şərq mühitinin təsvirinə üstünlük 

vermişdir. 

Zadəgan burjua sinfinin ziddiyyətli mühiti, bu mühitdən olmayan və beləliklə də 

cəmiyyətdə özünə yer tapa bilməyən, müxtəlif cür natamamlıq komplekslərindən 

əziyyət çəkən fərdlər Hamidin əsərlərinin qəhrəmanları arasında yer almışdır. 

Dramaturqun “Finten” əsəri bu mövzunun qaldırılması baxımından maraqlıdır. 

1886-cı ildə İngiltərədə olan Hamidin ingilis xalqının müxtəlif nümayəndələrilə 

tanış olmaq fürsəti olur. Xüsusilə aristokratiyanın nümayəndələriylə tanışlığı Hamidi 

“Finten” və “Cünuni Eşq”  əsərini yazmağa sövq edir. “Finten” əsərində Hamid 

kanadalı bir qadının ingilis zadəganlarının cəmiyyətinə üzv ola bilməsi naminə  əl 

atdığı yollar, qurduğu intriqaları  təsvir edilir. O, həyat yoldaşından yalnız puluna 

görə ayrılmır. Çünki aristokrat cəmiyyətə daxil olmaq üçün pul vacib şərtlərdəndir 

onun fikrincə. Fintenin öz nökərindən fiziki cəhətdən qüsurlu bir övladı var. Oğlunu 

ingilislərin içinə sala bilmək, yüksək zümrə nümayəndəsinə çevrilmək Fntenin ən 

öyük arzusudur. Bu arzusuna nail olmaq üçünsə o, hər bir çirkinliyə hazırdır. [4, 475]  

Əsərdəki Davalaciro Fintenin oğlunun atası, onun nökəridir. Bu nökər  əsərdə 

vəhşi, etik qaydalardan uzaq, daha çox ibtidai insanı andıran biridir. Fintenin digər 

sevgilisi isə Lord Dikdir. Lord Dik bir ingilis zadəganıdır. Finten onun cəmiyyətdəki 

mövqeyindən yararlanaraq nökərindən olan oğlunu Lord Dikinki kimi qələmə verir. 




Türk ədəbiyyatinda romantizm cərəyanının nümayəndələri Əbdülhəq Hamid və Rəcaizadə Mahmud Əkrəm 

339


O,  əsərdə “ucube” adıyla keçən fiziki cəhətdən qüsurlu oğlunu Lordun köməyilə 

yüksək cəmiyyətdə yer alanların sırasına salmağa çalışır. Fintenin başında müxtəlif  

hiylələr dolaşmaqdadır. O hər bir kələyə, yalana əl atmağa hazırdır. Bu qadının 

yeganə  məqsədi ingilis kübar cəmiyyətinə daxil ola bilməkdir. Finten Lord Diklə 

evlənmək arzusundadır. Blanş adlı  xəstə bir qız isə Fintenin qurduğu intriqaların 

növbəti qurbanıdır.  Əslində, Blanş Diklə sadəcə  sənədlərdə evli olmalı, xəstə  gəlin 

tezliklə  ağır xəstəliyindən ölməli və onun yerini Finten almalıdır. Ancaq hadisələr 

Fintenin planlaşdırdığından fərqli şəkildə cərəyan edir Lord Dik həqiqətən də Blanşa 

aşiq olur. Qayğı və məhəbbətlə əhatə olunan Blanş da sağalır. Əsərdə təsvir olunan 

cəmiyyələ Hamid ingilislərin iç üzünü göstərməyə çalışır. İngilislərin özlərini digər 

mllətlərdən yüksək tutma milli xarakterini Hamid bu əsərilə alt-üst edir. 1916-cı ildə 

“Finten”əsərini çap edərkən Hamid əsərə olduqca gözəl və  mənalı bir ön söz 

yazmışdır. Burada o ingilislərlə ingilis siyasəti arasındakı fərqi göstərməyə çalışmış-

dır. Hamid yazır: “İngilislər başqa qövmləri hakir görürlər. Bu şəxs pək 

mükəmməldir, heyif ki, ingilis deyil!.. B adam çox zənginmiş, təəssüf ki bir ingilis 

olaraq düyaya göz açmamışdır. Bu qadın olduqca gözəldir, lakin ingilis deyil!” 

deyirlər. Siyasətə  gəldikdə, bu centelmenlərin siyasəti yırtıcıdır. Britiş Layon 

(Britaniya  şiri) da siyasət meydanında böyüdülmüş bir pişkdir O, həm başqalarının 

nemətiylə böyümüş, həm də nankordur. ... O siyasət toxluqla qənaət etmir. Tox ikən 

də yemək istəyir.  Şişmək, qabarmaq, iriləşmək, qabına sığmamaq, yüksəlmək. 

Bunlar ayrı-ayrı birər böyüklükdür”. [3, 67] 

Göründüyü kimi Hamid ingilislərin süni şəkildə yaratdıqları “zadəgan” 

pərdəsinin arxasındakı çirkinlikləri açmağa çalışmışdır. “Finten” əsərindəki xəstə 

Blanş, anormal Ucubə, vəhşi Davalaciro romantizm cərəyanının ədəbiyyata gətirdiyi 

fiziki cəhətdən qüsurlu insan obrazlarına tam bir misal sayıla bilər. 

Digər bir türk romantiki isə  Rəcaizadə Mahmud Əkrəmdir. Rəcaizadə yazdığı 

şeirlərində romantik kimi çıxış etdiyi halda, nəsr  əsərlərində qarşımıza bir realist 

olaraq çıxır. Onun məşhur “Araba sevdası” romanı realist nəsrin gözəl örnəyi hesab 

edilir və yaşadığı dövrün problemlərini çox dəqiq əks etdirir. Şair Əkrəm əsərlərində 

təbiət, ölüm, insan və  təbiət, qadın və  eşq kimi mövzulara toxunmuşdur. Onun 

yaradıcılığında ölüm mövzusu heç də  təsadüfi olaraq işlənməmişdir. Romantiklərin 

təsiri Rəcaizadənin poeziyasında açıq-aşkar hiss olunur. Şairin  şəxsi həyatında baş 

vermiş faciələr də onun yaradıcılığında dərin iz qoymuşdur. Həyatda insanların 

qarşılaşdığı iztirablar, kədərlər Rəcaizadə poeziyasında geniş  şəkildə yer alır. 

Xüsusilə  şairin “Mağruka” adlı  şeiri tamamilə bu mövzudadır. Ölüm haqqında 

düşüncələr və “təqdir-i ilahi” fikrinə bir çox şeirlərində rast gəlirik. Hamiddən fərqli 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə