Aydan Xəndan
340
olaraq Rəcaizadə ölüm haqında fikirlərində daha mülayimdir. Hamid “Məqbər” də
ölümə sanki üsyan qaldırdığı halda, Rəcaizadə ölümün yaradanın əlində olduğunu
bildirir və həyatda hər şeyi qəza və qədərə bağlayır.
Şairin yaradıcılığının ən böyük hissəsini təbiət mövzusu təşkil edir. Rəcaizadə
təbiətlə qarşılaşdığı hər bir gözəlliyi qələmə almağa çalışır. Nev Bahar”, “Bu da Bir
Şiir-i Muhzin-i Diğer”, “Yad et” kimi şeirlərində şairin təbiətdən aldığı ilham hiss
olunur. Xüsusən bu mövzuda yazdığı şeirlərində şairin romantik cərəyana bağlılığını
hiss edirik. O, təbiəti bütün incəlikləri, xırdalıqlarına qədər işləyir. Çiçəklər,
yarpaqlar, dəniz, şəfəq vaxtı, gecə, ay işığı, məzarlıqlar, quşlar, canlılar şairin
poeziyasında əsas yer tutan ünsürlərdir. [2, 63]
Təbiətdən bəhs edərkən Rəcaizadə insanla təbiət münasibətlərini də ələ alır. Şair
insanın psixoloji əhval-ruhiyyəsini tam açmaq üçün təbiət təsvirlərindən tez-tez
istifadə etmşdir. Onun “Mağruka” şeirində həyat yoldaşının ikinci arvad almasına
dözə bilməyən, ruhi sarsıntılar keçirən qız özünə həmdəm olaraq dənizi görür və
həyatına son qoymaq üçün özünü dənizə atır. O dövr üçün bu mövzu tamailə yeni idi.
Yaradıcılığının ilk dövründə divan ədəbiyyatının təsirinə qapılan şairin şeirlərində
xüsusilə Lefkoşalı Galib Bəyin poeziyasının notlarını hiss etmək mümkündür. Lakin
getdikcə Avropa ədəbiyyatıyla tanışlıq şairin yaradıcılığında yeni mövzulara, yeni
formalara yol açmış olur. Rəcaizadənin “Zəmzəmə” şeirlər toplusu məhz onun
yaradıcılığının ikinci dövrünə təsadüf edir. Bu dövr şeirlərində fransız şairi Lamartinin
təsirini görmüş oluruq. O, böyük romantik şairdən hətta şeir kitablarına verdiyi
başlıqlarda belə təsirlənmişdir. Rəcaizadənin bu dövrdə yazdığı “Təfəkkür” və
“Zəmzəmə” adları Lamartinin əsərlərindən alınmışdır. Bu dövr yaradıcılığında şair
romantiklərə xas olan ədəbiyyata meyl edir, bu ədəbiyyatı vətənində yaradır. Şəxsi
həyatından qaynaqlanan intim hisslər, sentimental arzular, xəyallar, kədər, qüssə kimi
mövzular artıq Rəcaizadə yaradıcılığının leytmotivini təşkil etməyə başlayır. Bu dövrə
aid olan “Yakacıkda akşamdan sonra bir mezarlık alemi” şeiri tam Lamartin tərzində
qələmə alınaraq, romantik ədəbiyyatın nümunəsinə çevrilmişdir.
Şübhəsiz ki, şairin yaradıcılığına oğlu Nicat çox güclü təsir etmişdir. Onun
dünyaya gəlişi şairi yeni ümidlərə doğru addımlamağa, gələcəyə bağlanmağa sövq
etdiyi halda, ölümü qapanmayan bir yara kimi onu daim sızlatmış və artıq
yaradıcılığında yer alan kədər, ölüm, pessimizm mövzularının daha da qabarmasına,
bütün ağrısı və acısıyla işlənməsiylə nəticələnmişdi. Nicat hələ uşaq ikən şair ona
“Tefekkür” mənzuməsini həsr edir. Bu şeir şairin hisslərindən ibarətdir desək
yanılmarıq. Rəcaizadə poeziyası tamamilə müəllifin hisslərində ibarətdir. Məhəbbət
mövzusuyla ölüm mövzusu şairin bu dövr poeziyasının ən çox baş vurulan
Türk ədəbiyyatinda romantizm cərəyanının nümayəndələri Əbdülhəq Hamid və Rəcaizadə Mahmud Əkrəm
341
mövzularıdır. Məşhur türk ədəbiyyatşünası, tədqiqatçı Əhməd Hamdi Tanpınar
Rəcaizadənin yaradıcılığından bəhs edərkən onun poeziyasının dilinə tənqidi
yanaşmışdır. Tədqiqatçının fikrincə əsərlərin həm dili, həm də formasında qüsurlar
vardır. Tanpınara görə Rəcaizdəni oxuyarkən onu bir peşəkar şair kimi dəyər-
ləndirməmək lazımdır. Şair yeniliyə açıq biri olaraq daim təcrübələrə atmış və çox
zaman yeninin axtarışında forma qüsurlarına yol vermişdir. [4, 486]
Zənnimizcə, Əkrəmin poezyada nələrə önəm verdiyini, hansı yolu seçtiyini daha
yaxşı anlamaq üçün onun şeir haqqında söylədiklərinə diqqət yetirmək lazımdır.
Rəcaizadənin ədəbiyyat haqqında fikirləri onun bir sıra məqalərində öz əksinin
tapmışdır. “Talim-i ədəbiyyat”, “Takdir-i elhan və “Üçüncü Zəmzəmə” müqəddi-
məsindəki fikirlərindən irəli çıxaraq deyə bilərik ki, Rəcaizadə şeiri hiss, düşüncə,
xəyaldan ibarət olaraq görmüşdür. Düşüncə anlayışında şair dərin fəlsəfi fikirləri
nəzərdə tutmamaqdadır. Onun düşüncə dediyi anlayış romantik və hüzünlü, kədər
dolu xəyallara qapılmalardır. Məhz belə hisslərlə dolu şeirlər şairin türk ədəbiyyatına
bəxş etdiyi yeni ruhlu, sentimental poeziya nümunələrində özünü tam büruzə verir.
Şeirlərindən romantik bir şair kimi tanıdığımız Rəcaizadə nəsr əsərlərində daha
çox realizmə yaxınlaşır. Amma yenə də qeyd etməliyik ki, yazıçının yaradıcılığının
əsas xəttini təşkil edən hüzünlü, kədərli ab-hava istər-istəməz nəsr əsərlərinə də öz
təsirini göstərmişdir. Onun ən məşhur nəsr əsəri olan “Araba sevdası” romanı
yazıçının yaşadığı zəmanənin problemlərindən bəhs edir. Yazıçı bu romanında sanki
özünün gənclk dövrlərində yüksək zümrənin gəzməyə çıxmağı sevdiyi Çamlıca
məkanı əsərdəki əsas hadisələrin cərəyan etməyə başladığı bir yerdir. Əsərə “Araba
sevdası” adının verilməsi də təsadüfi deyildir. Arabalara sahib omaq o dövrdə şəxsə
xüsusi bir imtiyaz verirdi Araban varsa, demək sən artıq həyatda yüksək mövqeyə
çata bilmisən, deməli, sən zadəganlardan birisən sənin qarşısında baş əyənlərin sayı
da çox olacaqdır. Dövrünün tamamilə yanlış baxış tərzini ifşa etmək, pul, var dövlət
həvəsiylə yüksək məqam uğrunda mübrizədə insanların ən alçaq və gülünc hallara
düşməsi Rəcaizadənin “Araba sevdası”nda Bəhruz bəyin timsalında verilib. [2, 101]
Əsərdə Bəhruz bəyin aşiq olduğu Pərvəriş xanım da əslində ona guya dəlicə aşiq
olan gəncin xəyallarında canlandırdığı və reallıqdan uzaq olan bir xanımdır. Bəhruz
bəy obrazı digər bir tənzimatçı yazıçı Əhməd Midhədin yaratdığı Fəlatun bəyi çox
xatırladır. “Araba sevdası” həm bir dövrün, həm də bu dövrün yetirmələri olan
gənclərin yanlış psixologiyalarının tənqididir.
Əsərdə yazıçı romantik hallarıyla özünü yalanların qurbanına çevirən Bəhruz
bəyi canlandıraraq, sanki gəncləri ayılmağa səsləyir. Pul hərisliyi, təhsil xətaları,
hədsiz romantizm əsərin tənqid hədəfidir.