Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə138/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   134   135   136   137   138   139   140   141   ...   161

Ətraf mühitə münasibətdə İslamın xüsusi mövqeyi 

361


 

 

ƏTRAF MÜHİTƏ MÜNASİBƏTDƏ  

İSLAMIN XÜSUSİ MÖVQEYİ 

 

Xədicə Buturabi 

AMEA Əlyazmalar İnstitutunun doktorantı 

 

 



Açar sözlər: ətraf mühit, din, islam, mövqe  

Key World: Environment, religious, Islam, position 

Ключевые слова: окружающая среда, религия, Ислам, позиция 

 

Giriş. Müxtəlif dini təlimlərdə  ətraf mühitin qorunması  və sağlam halda 

saxlanılması haqqında irəli sürülən mülahizələr tarixən bu məsələnin bəşər həyatı 

üçün nə  qədər  əhəmiyyətli olduğunu göstərir. Keçmişdə dini dünyagörüşü 

çərçivəsində insanların təbiət və ətraf mühitə vurduğu zərər günah sayılmış və onlar 

belə əməllərdən çəkinməyə dəvət olmuşlar. Müasir dövrdə ətraf mühitin qorunmasi 

məsələsinin həllində dini təlimlərin rolu  diqqət mərkəzində saxlanılır. Bu məsələ 

üzrə islamın mövqeyi xüsusi maraq doğurur. Burada bəşərin təbiətşünaslıq və təcrübi 

elmlərdən əldə etdiyi nəticələr nəzərə alınmaqla  dini təlimin bu yöndə bəşərə verə 

biləcəyi faydaları müəyyənləşdirmək mümkündür.  

Materialist fəlsəfə  və din baxımından dünyagörüşü fərqlənir və  əgər fəlsəfədə 

varlıq üçün başlanğıc və son qayıdış (məbdə və məad) məsələsi inkar edilərsə, dini 

baxışda belə bir mövqe ilhad sayılır. Peripatetik fəlsəfəyə görə, axirət məfhumu 

yoxdur. Bunun əksinə olaraq dini təfəkkürdə  hər kim gercəkliyə ilahi dünyagörüşü 

bucağından yanaşırsa, onun fəlsəfi baxışı də ilahi yön alır. Bəllidir ki, ətraf münit və 

ekologiya birbaşa təbiət və maddi dünya ilə  əlaqədardır, ancaq onun qorunması 

məsələsi gündəmə  gəldikdə burada təkcə  təcrübi elmlər kifayət etmir. Çünki bu 

məsələ insan və onun əxlaqi-mənəvi məsuliyyəti amili ilə bağlı olduğundan fərqli 

yanaşma tələb olunur. Burada məsələyə  həm də insanın ilahi məsuliyyəti 

müstəvisində baxmaq lazım gəlir. Dini baxımdan yanaşdıqda hər şeydən əvvəl təbiət 

öz-özünə  və özü üçün xəlq olmayıb, bəlkə Allah onu insan üçün yaratmışdır. Eyni 

zamanda insanın üzərinə onun normal yaşayışını  təmin edən mühitin qorunması 

məsuliyyəti qoyulur. Burada insan ilə onu əhatə edən təbii proseslər arasında 

əlaqələrin tənzimlənməsi nəzərdə tutulur. İnsan varlıq aləmindən və  təbiətdən ayrı 




 Xədicə Buturabi  

362


deyildir, təbiət hadisələri onun həyat,  əməl və düşüncəsinə  təsir göstərdiyi kimi, 

insanın düşüncə,  əməl və  əxlaqı  və  ətraf mühitə  təsir edir. Quran təbiətdə gedən 

prosesləri məntiqlə izləməyə  dəvət edir: “Məgər görmürlərmi ki, biz quru yerə su 

göndərib onunla heyvanlar və özlərinin yedikləri əkinlər yetişdiririk? (Səcdə:27). Bu 

ayədə  təbiət ünsürlərinin tənzimlənməsi və yaşayış üçün münasib hala gətirilməsi 

diqqətə çatdırılır. Çoxsaylı ayə  və  rəvayətlərdə verilən mətləbləri diqqətlə 

araşdırmaqla insan xilqətin qanunauyğunluqlarını əks etdirən bir çox elmi məsələləri 

tapa bilər. Göyün-yerin, suyun, havanın, bitki və heyvanat aləminin yaradılışı barədə 

olan ayələri tədqiq etməklə islamın bu gerçəkliyə elmi yanaşmasının  şahidi olarıq.   

Bunların hamısında bir sistemli ardıcıllıq və məntiq vardır. Yağmurun keyfiyyəti və 

əhəmiyyəti, torpağın canlanması, ağacların çiçəklənməsi, canlı aləmin qidalanması 

kimi təbii proseslər Qur’an ayələrində yer alır. Nəhl surəsi, 65-ci ayədə deyilir: 

“Allah göydən bir yağış endirər, onunla yer üzünü öldükdən (quruduqdan) sonra 

dirildər. Qulaq asanlar üçün bunda bir ibrət vardır.”  

Burada incə bir məqam vardır:  əqli dəlil ilə  nəqli dəlil arasında ziddiyyət 

qoymaq doğru deyildir. Ümumiyyətlə, ekologiya məsələsi islamda müəyyən 

prinsiplər  əsasında irəli sürülür, həmin məktəbin tərəfdarları öz düşüncə,  əməl və 

rəftarında həmin prinsip və meyarları  əsas götürürlər. Gerçək müsəlman ağıl və 

məntiqə söykənərək təbiətə aid problemlərin təhlilində öz etiqad və  əxlaqına sadiq 

qalmaqla yanaşı, əməldə də həmin prinsipləri gözləyir. 



İslamda  ətraf mühitə münasibətin əsas məqamları bunlardır:  

Təbiətin qorunmasında islam maarifindən irəli gələn tövsiyələrin mühüm rolu 

vardır.  İslamın səciyyəvi xüsusiyyətlərindən biri iman ilə ictimai qanunlar arasında 

körpü yaratmasındadır. Bu baxımdan iman və etiqad cəmiyyət üzvlərinin 

psixologiyasında güclü və  təsirli bir amil kimi çıxış edərək onları istiqamətləndirə 

bilər. İman və etiqaddan bəhrələnmək zaman və məkanın doğurduğu şəraitə münasib 

şəkildə gerçəkləşir. Dini etiqad, səbatlı inkişaf perspektivi, konstitusiya qanunları, 

milli mənafe və  ətraf mühitin qorunması geniş sosial-iqtisadi inkişaf proqramı 

çərçivəsində baxıla bilər. Belə olduqda nəzərdə tutulan tədbirlər effektli nəticə verə 

bilər.  


İslam qaynaqlarında təbiət və onu təşkil edən ünsürlərin insan həyatının təminatı 

üçün  əhəmiyyəti barədə geniş  və  hərtərəfli məlumatlar yer alır. Bunlarla yanaşı, 

həmin qaynaqlarda təbiətin mühafizəsi məsələsinə  də böyük diqqət yetirilir. Bu 

qaynaqlar sırasında Qur’an ayələri xüsusi yer tutur və  ətraf mühitlə bağlı məsələlər 

fərqli  şəkillərdə diqqətə çatdırılır (Bəqərə:168; Nəhl:90,93; Həcc:3; Taha:81; 

Nisa:135). 




Ətraf mühitə münasibətdə İslamın xüsusi mövqeyi 

363


Qur’ani-Kərim eyni zamanda varlıq aləminin davamı  və onun kamilliyə doğru 

hərəkəti üçün müəyyən qanun-qaydalar və prinsiplər irəli sürür. Həmin qanun və 

prinsiplər bir növ ətraf mühitin mühafizəsinin müəyyən bir mərhələsini təşkil edir. 

Nümunə olaraq varlıq aləminin ahəngdarlığı və xilqətin tarazlıq əsasında təşəkkülünü 

göstərmək olar. Belə bir baxışın prinsipial qayəsi ondan ibarətdir ki, insan varlıq 

aləmində və təbiətdə bərqərar olunan balans və ahəngdarlığı pozmamalıdır. Bir ayədə 

belə deyilir: “Biz yer üzünü döşədik (orada hər şeyi ahəngdar şəkildə yerbəyer etdik), 

orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən müəyyən ölçüdə yetişdirdik”. 

(Hicr:19). Bu ayədən başqa bir nəticə alınır: Təbiətdən istifadə zamanı ölçü və 

mizanı gözləmək lazımdır. Nəzərdə tutulan ölçünü keçdikdə balans pozulur və 

ekologiyaya ziyan dəyir. (Rə’d:8;  Ə’la:3; Furqan:2). Başqa sözlə desək, təbiətlə 

münasibətdə və ondan istifadə zamanı elə rəftar etmək lazımdır ki, əvvələn müəyyən 

meyar və miqdardan artıq olmasın, ikincisi, təbiətdə dəyişiklik elə həddə olmalıdır ki, 

ətraf mühitə zərər yetişməsin. Üçüncü tərəfdən bir sıra ayələrdə heç nəyin boş yerə 

yaradılmadığı  nəzərə çatdırılır. (Hicr:85; İbrahim:19;  Ənbiya:16). Deməli, təbiət 

ünsürləri müəyyən məqsədlə yaradılıb, onların nizamını pozmaq əks nəticələr verər. 

Qur’ana görə, insanın hər şeyə münasibəti onun əxlaqından asılıdır: “Allah sənə 

yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et. Yer üzərində fitnə-fəsad törətməyə cəhd etmə, 

Allah fitnə-fəsad törədənləri sevməz”. (Qəsəs:77). 

Bunlarla yanaşı, bir sıra fiqh qaydaları  ətraf mühitin qorunmasında mühüm 

cəhətlər kimi diqqəti cəlb edir ki, buraya “lazərər”, “zəman”, “itlaf”, “təsbib”, 

“ədalət” kimi məfhumlar daxildir. Bunlardan əlavə, bir sıra əxlaqi dəyərlər fərdi və 

ictimai həyatda  ətraf mühitin qorunması  məsələsində mühüm profilaktik tədbirlər 

kimi dəyərləndirilə bilər ki, buraya qənaət, israfçılıqdan çəkinmək, öz gücü ilə 

ehtiyaclarını ödəmək kimi keyfiyyətlər daxildir (2.s.74).  

Burada  ətraf mühitin qorunmasında  əhəmiyyət kəsb edən bəzi qayda və 

ənənələri qısaca açıqlamağa çalışaq: 

1. “Lazərər” qaydası – bu məfhumun mənası başqalarına zərər-ziyan yetirmə-

məkdir və islam dinində geniş çevrədə işlənməklə bəşər həyatının bütün cəhətlərini 

əhatə edir. Zərər ətraf mühitin korlanmasına, fərdi və ictimai həyata şamil edilə bilər. 

İslam alimləri bu qayda haqqında geniş bəhs etmiş, müstəqil risalələr yazmaqla onun 

mahiyyətini açıqlamışlar. Həmin qayda hədis qəlibində də ardıcıl olaraq öz təsdiqini 

tapmışdır (3.c.2.s.163;4.c.3.s.426). Ümumiyyətlə, “İslamda başqasına zərər və 

xəsarət yetirmək yolverilməzdir” (5.c.5.s.280). Təbiidir ki, təbiəti və ekologiyanı 

korlamaq başqalarına zərər yetirməyin bariz nümunəsidir.  



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə