Bayramova Sevinc
354
Şərq üsulu ilə səhifələnmişdir. Kənarlarında müəyyən qeydlər aparılmışdır. Cildi
qara rəngli, üzəri şərq ornamentləri ilə bəzədilmiş dili olan dəridir.
Katib: Məhəmməd Əmin b.İshaq
Tarix: 939/1532
Həcmi: 465 vərəqdir.
B-3175/4800 Avropa istehsalı olan mavi rəngli vərəqlərə nəstəliq elementli
nəsx xətti ilə qara mürəkkəblə yazılmışdır. Şərq üsulu ilə səhifələnmişdir. Təfsir
edilən surələrin adları qırmızı mürəkkəblə yazılmış, ayələrin üst hissəsindən isə
qırmızı mürəkkəblə xətlər çəkilmişdir. Hər vərəqdə 12 sətr var. Sətr aralarında və
kənarlarda müəyyən qeydlər aparılmışdır. Əsərdə orta əsr mətnşünaslığına aid
nümunələrindən istifadə olunmuşdur. Bu əlyazmada Yasin, Saffat, Rəhman, Vaqiə,
Cuma, Talaq, Təhrim, Haqqa, Nuh, Cin, Müzəmmil, Mudəssir, Qiyamət, Mursəlat,
Nəbə, Naziat, Əbəsə, Təkvir, İnfitar, İnşiqaq, Buruc, Tariq, Ğasiyə, Fəcr, Bələd,
Əlaq, Bəyyinə, Zilzəl, Adiyət, Təkəsur, Huməzə, Qariə, Fil, Qureyş, Kafirun, Nasr,
Təbbət, İxlas, Fələq, Nəs surələrinin təfsirləri vardır. Cildi qəhvəyi rəngli, Şərq
ornamentləri ilə bəzədilmiş dəridir.
Katib: Məhəmməd Vəlid Şeyx Əsli Bəqurlu
Tarix: 1220/1805-06, Ramazan ayının 1-i, Çərşənbə günü
Həcmi: 223 vərəq
B-3286/4911 Əlyazma Avropa istehsalı olan təbii rəngli vərəqlərə qırmızı
mürəkkəblə haşiyələnmiş çərçivənin içərisində qara mürəkkəblə səliqəli nəsx xətti ilə
yazılmışdır. Surələrin adları kənarda qara mürəkkəblə yazılmışdır. Təfsir edilən
ayələrin üzərindən qırmızı mürəkkəblə xətlər çəkilmişdir. Şərq üsulu ilə
səhifələnmişdir. Əvvəli Məryəm surəsinin təfsiri ilə başlayır, sonu Nəs Surəsinin
təfsiri ilə bitir. Hər səhifədə 19 sətr var. Cildi qəhvəyi rəngli üzərində narıncı rənglə,
Şərq ornamentli naxışlarla bəzədilmiş dəridir.
Tarix:1165/1751-52
Ölçüsü: 22x15
B 723/10700 Əlyazma Avropa istehsalı olan vərəqlərə nəstəliq elementli nəsx
xətti ilə qara mürəkkəblə yazılmışdır. Vərəqlərin kənarları nəmdən korlanmışdır.
Katib: Həsən Ağa b. Qasayri
Tarix: 1085/1674
Ölçüsü: 29x19
B 452/2070 Avropa istehsalı olan təbii rəngli vərəqlərə qara, nisbətən narın
nəstəliq elementli nəsx xətti ilə yazılmışdır. Ourani Kərimin müxtəlif surələrinin
Beyzavi və onun Füzuli adına Əlyazmalar İnstitutunda muhafizə olunan
“Ənvarut-Tənzil və Əsrarut-Təvil” təfsirinin əlyazma nüsxələri
355
təfsirləri vardır. Təfsir olunan ayələrin üzərindən qırmızı mürəkkəblə xətlər
çəkilmişdir. Şərq üsulu ilə səhifələnmişdir. Cildi tünd qəhvəyi rəngli, üzəri şərq
ornamentli naxışlarla bəzədilmiş dəridir. Əlyazma əvvəldən naqisdir.
Katib: Hafiz Əhməd b. Məhəmməd b. Hacı Xəlil
Tarix: 1262/1788, Şəvval ayı
Ölçüsü: 21x14
Bundan əlavə əlyazmalar institutunda bu əsərə yazılmış haşiyə və şərhlər də
mövcuddur. Ən məhşur haşiyələrdən olan və B-3599/22472 şifrəsi altında qorunub
saxlanılan Şeyxzadənin haşiyəsinin poliqrafik təsvirinə nəzər salaq : Şeyxzadə
Beyzavinin “Ənvarut-tənzil və əsrarut-təvil” təfsirinə yazdığı haşiyə ilə şöhrət
qazanmışdır. O, bir müddət müəllimlik etmiş və həmin təfsiririn mətnini şagirdlərin
başa duşməsi üçün, onlarin səviyyəsinə uyğunlaşdırmışdır. Şeyxzadə həmçinin
mütəvazi və gözəl xasiyyəti ilə də tanınırdı. Ayələri təfsir edərkən şübhəyə
düşdüyündə Allah (c.c) a yönəldiyini və Allah (c.c) tərfindən qəlbinin genişləndiyini
deyirdi. Şeyxzadənin vəfat tarixi bəzi qaynaqlarda 951 (1544)-ci il verilsə də, şagirdi
Taşköprüzadənin verdiyi 950 (1543) -ci il tarixi daha doğru qəbul edilir
13
B-725. Əsərin I hissəsini əhatə edən bu mətn Şərq istehsalı olan yüksək keyfiyyətli
əhərlənmiş ağ kağıza qara mürəkkəblə səliqəli və xırda kalliqrafik nəstəliq elementli nəsx
xətti ilə yazılmışdır. Başlıqlar,
هلوق və
لوقا tipli sözlər kinovarla yazılmışdır. Mətndə şərh
edilən hissələrin altından qırmızı mürəkkəblə xəttlər çəkilmişdir. Əbdülqəni Nuxəvi
tərəfindən mətnin haşiyələrində əsərə çox geniş şərhlər yazılmış və tekstoloji
araşdırmalar zamanı aşkar etdiyi nüsxə fərqlərini qeyd etmişdir.
Əlyazmanın mətnini bağlamaq üçün əlavə dili olan cildi dəridəndir. Cildin
üzərində bir-biri ilə kəsişən xətlərlə birləşdirilmiş 9 ədəd basma medalyonlar vardır.
Haşiyənin həcmi 543 vərəqdir.
Katib: هداز ىراق هصيلخ ىوخنلا ىنغلا دبع
Əbdülqəni Nuxəvi Xalisəqarızadə
Köçürülmə tarixi: 1256/ 1840-41
Təshih və tədqiq tarixi: 1276/1859-60
Ölçüsü: 25x15
Əvvəli:
...ﷲ ىلص و نيملاعلا بر دمحلا
13
İslam Ansklopedisi, Türkiye Diyanet Vakfı, İstanbul, 2010, 39/ 97-98; K.Şərifov, Ə. N.
Xalisəqarizadə kitabxanasının kataloqu, Bakı, 2009, I, səh. 121.
Bayramova Sevinc
356
Sonu:
...ةروسلا هذھب قلعتي ام مث ليئارسا ىنب ةروسلا هذھ
B-3599/22472. Əsərin 2-ci hissəsini əhatə edən bu mətn Avropa istehsalı olan
yüksək keyfiyyətli əhərlənmiş ağ kağıza qara mürəkkəblə, ğözəl və narın kalliqrafik
nəstəliq elementli nəsx xətti ilə yazılmışdır. Başlıqlar, لوقا və
هلوق tipli sözlər
kinovarla yazılmışdır. Əlyazma Şərq və Avropa üslubu ilə səhifələnmişdir. Şərq
uslubu qara, Avropa üslubu qırmızı mürəkkəblə yazılmışdır. Səhifə 1b. və 2a.da
qırmızı və yaşıl rəngli mürəkkəblə çərçivəyə alınmış fehrist yerləşir. Fehristdən sonra
10a.- ya qədərki vərəqlər boş buraxılmışdır. 10a. vərəqində əsərin, müəllifin və
katibin adı kalafon formasinda qara və qırmızı rəngli mürəkkəblə yazılmışdır.
Mətində
ﷲ
ميحرلا نمحرلا
مسب ifadəsi qara, surələrin adları qırmızı mürəkkəblə
yazılmışdır. Mətində orjinaldan verilmiş cümlə və sözlərin üzərindən qırmızı və yaşıl
mürəkkəblə xətlər çəkilmiş, kənarları şərhlərlə əhatə olunmuşdur. Şərhlər geniış
olduğundan bəzi vərəqlərin arasına əlavə yarımvərəqlər artırılmışdır. Əbdülqəni
Nuxəvi tərəfindən mətnin haşiyələrində əsərə çox geniş şərhlər yazılmış və tekstoloji
araşdırmalar zamanı aşkar etdiyi nüsxə fərqlərini qeyd edilmişdir. Mətində orta əsr
mətnşünaslığına dair işarələr vardır. Əlyazmanın cildi əlavə dili olan, tünd qəhvəyi
rəngli dəridir.
Katib:
هداز ىراق هصيلخ ىوخنلا ىنغلا دبع
Əbdülqəni Nuxəvi Xalisəqarizadə
Tarixi: 1259/1843.
Ölçüsü: 22,5x18,5.
Həcmi: 434 vərəqdir.
Əvvəli: بايعلاا ىف جوعلاك ىناعملا نم وھو هلوق
Sonu:
علا بر دمحلاو نيلسرملا ىلع ملاسلاو نوفصي امع ةزعلا بر كبر ناحبس
نيملا
Bunlardan başqa Əlyazmalar institunda Beyzavinin
ملع ىف بابللاا بل
بارعلاا(Lubbul-əlbab fi ilmil- irab) əsərinin də B-3424/22634, B-4068, B-733 saylı
şriftlərdə mühafizə edilən üç əlyazması vardır. Müəllifin bu əsəri İbn Hacibin “əl-
Kafiyə fin-nəhv” adlı əsərinin müxtəsər variantı və şərhidir. Həmin əsər, məhşur alim
Birgivi tərəfindən “İmtihanul-Əzkiya” adı ilə şərh edilmişdir
14
. Əsər ərəb
14
Katib Çələbi, yenə orada., İstanbul, 1941, I. səh. 168, 186, Mucəmul-Müəllifin, VI, 97-98;
Əli Turqut, Q. Kərim ensklopediyası, II, 181-182, Əli Turqut, Tefsir usulu və Kaynakları,
səh. 256.
Dostları ilə paylaş: |