Bayramova Sevinc
352
iləhiyyə vəl-məfatihul-qeybiyyə əl-muvəddatulil-kəlamil-Quraniyyə vəl-hikəmil-
furqaniyyə” və “Təfsiru cuzun-nəbə” adlı iki təsəvvüfi təfsir yazmışdır. O, ömrü
boyu Ouranın öyrənilməsi yolunda çalışmış və bu yolda məhşur Beyzavi təfsirinə də
müraciət edərək, ona təsəvvüf elmi baxımından böyük bir haşiyə yazmışdır. Bu
təfsiri araşdıraraq, ona böyük həcimli haşiyə yazan azərbaycanlı alimlərdən birisi də
Zuhuri və İsaqzadə adları ilə tanınmış Saleh bin İshaq Qarabaği Şirvani (1622-1672)
dir. O, tarixçi, şair və müfəssir kimi tanınmışdır. Əvvəlcə Beyrutda, sonra isə Misirdə
qazi vəzifəsində işləmiş və orada da vəfat etmişdir
9
.
Bunlardan başqa İsmail b. Abdullah əş-Şirvani (1622-1535), Məhəmməd b. Əli
əl-Qarabaği (öl.1535), Nurəddin Nurullah b. Məhəmməd Rəfi əş-Şirvani (öl.1655),
Əcəm Sinan adı ilə tanınmış Sinanəddin Yusuf əl-Bərdəi, əş-Şamaxı nisbəsi ilə
tanınmış Əli b. Sadiq b. Məhəmməd (öl. 1785), əl-Kurani Məhəmməd b. Şərbət b.
Yusif (öl.1667) kimi alimlər, istər öz təfsirlərində, istərsə də Beyzavinin təfsirinə
yazdıqları müxtəlif həcimli haşiyələrlə Qurani- Kərimin ayələrininin zahiri və batini
mənalarını araşdıraraq, insanların onu düzgün, doğru, asan başa düşmələrinə və ibrət
almalarına çalışmışlar.
AMEA Füzuli adına Əlyazmalar İnstitununda da Beyzavi Təfsiri və ona yazılan
bir çox haşiyələr və şərhlər qorunub saxlanılır. Müxtəlif dövürlərdə, müxtəlif katiblər
tərəfindən köçürülmüş “Ənvarut-Tənzil və əsrarut-Təvil” əsəri Əlyazmalar
instisunda bu şriftlər altında qorunub saxlanılır: B-452/11788, B-2486/18584, B-
11936, B-2278, B-2180, B-3175/21839, B-3286/22275, B-5994/29502, B-2180,
2623, B-3175, C-11/11677, C-73/11770, C-270/15054, C-345/16162, C-389/17092,
C-403/20767, C-501/22873, C-515/23143, C-524, C-532/23788, C-582/24507, C-
617/23712, C-618/23503, C-627/23560, C-660/26190, C-992/31088, C-1008/31120,
C-1033, C-1119/11761, D-127/11747, D-241/15582, D-270/7303, D-273/16082, D-
275/16017, D-298/16858, D-335/15583, D-427/20890, D-497/22558, D-515/23143,
D-579/24497, D-586/23713, D-596/23714, D-606/16067, D-723, D-726/29084, D-
727/29085, D-742, D-821, D-855. Həmin əlyazmalar Qurani Kərimin iki cild halında
və ayrı-ayrılıqda müxtəlif surələrinin təfsirlərindən ibarətdir. Bu əlyazmaların bir-
neçəsinin poliqrafik təsvirini nəzərinizə çatdırırıq. Qeyd edim ki, aşağıda təsvirini
12
K.Şərifov, Azərbaycan müfəssirləri, səh. 797, Azərbaycan Respublikası Z.Bünyadov adina
Şərqşünasliq İnstitutu, Azərbaycan Şərqşünaslıq Elminin inkişaf yolları, Akad. Vasim
Məmmədəliyevin anadan olmasınin 70 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın
materialları, Bakı, 27-28 iyun 2013.
Beyzavi və onun Füzuli adına Əlyazmalar İnstitutunda muhafizə olunan
“Ənvarut-Tənzil və Əsrarut-Təvil” təfsirinin əlyazma nüsxələri
353
verdiyim bu şifrələr altında olan əlyazmalar müxtəlif tarixlərdə katiblər tərəfindən
qələmə alınmış Beyzavi təfsirinin özüdür.
C-344/15587 Əsər Şərq istehsalı olan qırmızı mürəkkəblə çərçivəyə alınmış
kağıza qara mürəkkəblə, nəsx xətti ilə yazılmışdır. Surələrin adları qırmızı
mürəkkəblə yazılmış, həmçinin təfsir olunan ayələrin üzərindən qırmızı mürəkkəblə
xəttlər çəkilmişdir. Əsərdə orta əsr mətnşünaslıq nümunələrindən istifadə
olunmuşdur. Şərq üsulu ilə səhifələnmişdir. Cildi şabalıdırəngli, Şərq ornamentləri
ilə bəzədilmiş dəridir.
Əvvəli:
مولعلا مظعا ناف دعب و...اريزن نيلماعلل نوكيل هدبع ىلع ناقرفلا لزن ىذلا دمحلا
و ارادقم
لا
ملع
ارانم
و
افرش
اھعفرا
سفت
...اھسارو
ةينيدلا
مولعلا
سئر
وھ
ىذلا
ري
Katibi: Yusif b. Əli b. Yusif b. İshaq
Tarix: 967/1559, Rəcəb ayinin sonu, Cümə gecəsi
C-618/9571 Əsər Avropa istehsalı olan vərəqlərə qara mürəkkəblə nəsx xətti ilə
çərçivə içərisində yazılmışdır. Həm Şərq, həm də Avropa üsulu ilə səhifələnmişdir.
Bu əlyazmada əl-Bəqərə surəsindən başlayaraq əl-Kəf surəsinə qədər olan 18 surənin
təfsiri yer alır. Əlyazmanın vərəqlərində nəmdən əmələ gəlmiş ləkələr vardır. Cildin
bir üzü yoxdur, digər üzü isə tünd zoğalı rəngli, Şərq ornamentləri ilə bəzədilmiş
dəridir.
Əvvəli:
ولعلا مظعا ناف دعب و...اريزن نيلماعلل نوكيل هدبع ىلع ناقرفلا لزن ىذلا دمحلا
و ارادقم م
تلا ملع ارانم و افرش اھعفرا
سف
نيدلا مولعلا سئر وھ ىذلا ري
...اھسارو ةي
Katib: Əbdurrəhman b. Ömər
Tarix: 1107/1695, Şəvval ayının əvvəli
C-11/11677 Şərq istehsalı olan nisbətən nazik, parıltılı vərəqlərə nəsx xətti ilə
yazılmışdır. Surələrin adları qırmızı mürəkkəblə, təfsir olunan ayələrin üst
hissəsindən qırmızı mürəkkəblə xətt çəıilmişdir. Şərq üsulu ilə səhifələnmişdir.
Kənarlarında müəyyən qeydlər aparılmışdır. Cildi tünd zogalı rəngli, əlavə dili olan
dəridir.
Katib: İbn Məhəmməd Mömin Səadəddin Məhəmməd
Tarix: 1121/1709,
Həcmi: 383 vərəqdir.
C-627/9580 Şərq istehsalı olan vərəqlərə qara mürəkkəblə nəsx xətti ilə
yazılmışdır. Bəqərə surəsinin ilk iki vərəqi riqi xətti ilə yazılmışdır. Surələrin adları
qara mürəkkəblə yazılmışdır.Təfsir olunan ayələr qırmızı mürəkkəblə yazılmışdır.