Məryəm Zarei Əqdəm
374
B. Elm, fəzilət və gözəllik axtarışı, pərəstiş meyli, əbədilik və həqiqət istəyi kimi
cəhətlər insanlarda olan müştərək təbiətə dəlalət edir.
Həqiqət istəyi doğrudan da insanda fitri bir meyldir, bu eyni zamanda onun
kamal istəyindən doğur. Həmin istək insan təbiətində həmişə canlı şəkildə təzahür
edir, onun vücudunda varlıq aləminin, öz varlığının sirlərini bilmək, başqa-başqa
həqiqətləri dərk etmək meyli vardır. Həqiqət istəyi susuz insanın suya olan istəyi
kimidir. Bəzən elə insanlar tapılır ki, həqiqət sorağına düşüb uzun və təhlükəli
səfərlərə çıxır, burada müəyyən çətinliklər və xəsarətlərlə üzləşməli olur. (90,77).
İnsanın bir sıra yüksək meylləri, gözəllik istəyi və onun bəlli yaradıcılıq qabiliyyəti
tarix boyu insanın estetik təmayüllərindən doğur.
C. Müştərək təbiətə dəlil olaraq insana xas bəzi fitri bacarıqları misal gətirə
bilərik. Onun dil öyrənməyə olan qeyri-adi bacarığı, rəmz və işarələrlə müəyyən
mətləbləri anlaması və anlada bilməsi həmin bacarığın təzahürüdür. Bu xüsusiyyət
insan doğulandan onun fitrətində mövcud olur, başqa amillər sadəcə onu gücləndirə
və zəiflədə bilər.
İnsan fitrətinə xas bu cür meyl, bacarıq və qabiliyyət barədə Qur’an ayələrində
işarələr vardır. Qur’an həmin məqamlara toxunmaqla diqqəti insanın fitri xüsusiy-
yətlərini öyrənməyə cəlb edir. Aşağıdakı ayəyə diqqət yetirək:
“And olsun nəfsi yaradana!
Sonra da ona günahlarını və pis əməldən çəkinməsini (xeyiri və şəri) öyrədənə.”
(Şəms:7-8).
Qur’an ayəsi təkcə nəfsin vəziyyətini yada salmaqla kifayətlənmir, ondan nicat
taparaq insaniyyətin zirvəsinə və kamala yüksəlməyi təkid edir:
“Nəfsini (günahını) təmizləyən mütləq nicat tapacaqdır;
Onu günaha batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.” (Şəms:9-10).
İnsan təbiətinin ikili xarakteri.
Qədimlərdən müxtəlif mədəniyyətlərdə insan təbiətinin xeyir və ya şərlə bağlı
olması bir çox düşüncə sahiblərinin mülahizələrində əks olunmuşdur. Bu məsələ üzrə
mübahisələr hələ də davam edir. İnsan fitrətinə mənfi münasibət bəşərin yüksəliş və
inkişaf yolunda bir əngəl kimi çıxış edir və burada hər iki təzadlı baxışın əsas
məqamları ilə tanış olmaq yerinə düşər:
A. İnsan təbiətinin şər olması fikrinə tərəfdar olanlar freydizmin ardıcıllarıdır.
Həmin baxışa görə insanda əhrimən xisləti vardır və bu xislət iki hissi təhrik edir:
cinsi və təcavüzkarlıq.
Praqmatiklərə görə insan yalnız öz mənfəəti üçün hərəkət edir, insanların bütün
əməlləri fayda götürmək üçündür. Hedonistlər insanın yalnız ləzzət ardınca getdiyini,
İslamda insan və onun əsas missiyası
375
zəhmətdən qaçdığını önə çəkirlər. Etoloqistlər isə insan fitrətinin şər olduğunu iddia
edirlər, onlara görə insan həmişə başqasına qarşı təcavüzkar mövqedədir “ Onlar
insan və heyvanın rəftarı üzərində araşdırma aparmaqla onlar arasında yaxın cəhətlər
tapmağa səy göstərirlər” (7.s.102).
Bəzi cərəyanlar insan fitrətini neytral hesab edirlər. Behavioristlərə görə insan
mahiyyətcə yaxşı və pis deyil, onun xislətini yaşadığı mühit formalaşdırır. Bir qrup
sosioloq-nəzəriyyəçilər (Məs, B. Mişel) belə hesab edirlər ki, yaxşı və pis nəyin
mükafat olduğunu, nəyinsə onu cəzadan qurtaracağını insanlara öyrədir (8.s.72).
Ekzistensialistlərdən Sartra görə insan yaxşı və ya pis deyil, gördüyü əməl onun
təbiətinə təsir göstərir. Bütün insanlar yaxşı olarsa insan fitrəti də yaxşı olar və ya
əksinə (9.s.53).
B. İnsan təbiətini müsbət dəyərləndirənlərdən neofreydizm cərəyanı seçilir. F.
Ariksona görə insan yaxşı olmaq üçün xüsusi istedada malikdir, lakin onun yaxşı və
ya pis olması yaşadığı cəmiyyətdən və uşaqlıqdan onunla dostluq edənlərdən asılıdır.
Freydin əksinə olaraq, yaxşı əməl həyat ehtiyaclarından doğmur. İnsanpərəstlər, o
cümlədən Mazlu Racerz güman edir ki, insan yaxşı ola bilər, ancaq burada gərək
sosial tələblər və yanlış qərarlar ona maneçilik törətməsin (10.s.98).
Romantizm Avropada başlandı və sonra Rusiyada yayıldı, XVIII-XIX əsrlərdə
genişlənən bu cərəyan insanı təbiətə, xəyal və hiss aləminə yönəlməyə dəvət edirdi.
Romantizm mahiyyətcə ruhi sıxıntılara qarşı inqilabi əhvali-ruhiyyə daşımaqla insan
amilinə, onun xoş fitrətinə önəm verir (11.s.214). Bu cərəyana görə, insan
doğulandan müsbət təbiətə malikdir və hər bir pis əməl xarab ictimai şəraitin
məhsuludur. Onun öz substansiyasında pisliyə yer yoxdur (12.s. 46).
İnsan təbiətinin xeyir və şər olması barədə Qur’anın baxışı.
Qur’ani-Kərim son səmavi kitab olmaqla varlıq aləminə hakim olan qanunları,
insana xas gerçəklikləri və bəşərin mahiyyəti barədə həqiqətləri əks etdirən bir
qaynaqdır. Burada həmin mətləblərin bir qismi aşkar şəkildə verilirsə, bir qismi də
sirli hadisə kimi dəyərləndirilir. Yığcam bir baxışla Qur’anın insan barədəki
mühakimələrini iki fərqli qismə ayırmaq olar.
A. Həmin mühakimələrin bir qismində insanın yaxşı sifətləri təriflənir, onun
üstün cəhətləri göstərilir. Bu baxımdan bəzi ayələri misal olaraq gətirə bilərik:
1. İnsan Allahın xəlifəsi məqamına malikdir: “(Ya Məhəmməd!) Sənin Rəbbin
mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam” – dedikdə mələklər: “Biz Sənə
şükr etdiyimiz və Səni müqəddəs bildiyimiz halda, Sən yer üzərində fəsad törədəcək
və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” – söylədilər. Allah (onlara): “Mən
bildiyim şeyi siz bilmirsiniz” – dedi.” (Bəqərə:36).
Məryəm Zarei Əqdəm
376
2. Azad və müstəqil şəxsiyyət sahibidir:
“İnsanın elə bir dövrü olub keçmişdirmi ki, o, həmin dövrdə xatırlanası bir şey
olmasın?! (Əlbəttə olmuşdur!);
Həqiqətən biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik.
Biz onu eşidən və görən yaratdıq;
Biz ona haqq yolu göstərdik. İstər şükr edən olsun, istər naşükür (bu onun öz
işidir).” (İnsan:1-3).
3. İlahi əmanət sahibi olaraq məsuliyyət daşıyır:
“Biz əmanəti (Allaha ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və
dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim və çox
cahil olan insan isə onu götürdü.” (Əhzab:72).
4. Haqqa doğru hərəkətə səy göstərir:
“Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən ona
qovuşacaqsan.” (İnşiqaq:6).
5. Başqa məxluqla müqayisədə şərafət və kəramət sahibidir:
“Biz Adəm övladını şərəfli və hörmətli etdik, onları suda və quruda miniklərə
mindirib sahib etdik, özlərinə təmiz ruzilər verdik və onları yaratdığımız məxluqatın
çoxundan üstün etdik. (İsra:70).
6. Onda dəyişməz ilahi fitrət vardır:
“(Ya Məhəmməd! Ümmətinlə birlikdə) batildən haqqa tanınaraq üzünü Allahın
fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allahın (fitri) dinini heç vəchlə dəyişmək
olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz.” (Rum:30).
Həmin ilahi fitrətə görə insanın ürəyi Allahı yad etməklə təskinlik tapır:
“O kəslər ki, Allahı zikr etməklə ürəkləri xatircəmlik tapmış və bu halda iman
gətirmişlər. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram və xatircəmlik tapar.”
(Rə’d:28).
7. Onun xilqəti kamildir və pərhizkarlıq və imanla cənnət və yüksək məqama
malikdir:
“Biz insanı ən gözəl biçimdə yaratdıq.” (Tin:4).
“Allahdan qorxub pis əməldən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından
çaylar axan cənnətlər (Rizvan bağları) vardır ki, orada əbədi qalacaqlar.” (Ali-
İmran:15).
“İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları
Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar xeyirə qovuşanlar, nicat
tapanlardır.” (Tovbə:20).
Dostları ilə paylaş: |