Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə139/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   135   136   137   138   139   140   141   142   ...   161

 Xədicə Buturabi  

364


“Lazərər” hədisi ümumi xarakter daşıyır və onu arqumentlə  əsaslandırarkən 

məsələyə müxtəlif yönlərdən yanaşmışlar. Şübhəsiz ki, ətraf mühitin korlanması  və 

çirkləndirilməsi, təbiətin məhvi və ona qarşı laqeyd münasibət bütün bəşəriyyət üçün 

zərərli bir hərəkətdir və ona görə islam buna qarşı mübarizəni zəruri sayır. 

Özünə  və başqalarına zərər yetirmək barədə müxtəlif təfsirlər və ehtimallar 

vardır və həmin mülahizələrdən bəlli olur ki, sözügedən hədis ekologiya məsələsində 

də özünü doğruldur, belə ki, insanlar təbiətdən ifrat dərəcədə  bəhrələnməklə 

başqalarına zərər yetirə bilməzlər. İslam şəriəti belə bir icazəni kimsəyə vermir. Əgər 

mənfəət xatirinə təbiətdən acgözlüklə istifadə nəticəsində insanların və canlı aləmin 

həyatı  təhlükə ilə üzləşirsə islam bunu rədd edir. Havanın, torpağın və suların 

çirklənməsi başqalarına zərər yetirməkdir. Təbiətdən düzgün istifadə edilmədiyi 

təqdirdə  ətraf mühitin korlanması da bu qəbildəndir.  Əllamə Hilli ümumi 

məkanlardan – yollar, məscidlər, mədrəsələrdən istifadə qaydası haqqında bəhs 

edərkən yazırdı: “yolların faydası oradan ötüb keçmək və ondan yararlanmaqdır, 

ancaq yolda oturmaq və ya dayanmaq oradan keçənlərə mane olmaq deməkdir. 

Yolda başqalarına maneçilik törədənlərin ondan istifadə haqqı batildir” (6.c.2.s.270). 

2. Ümumi istifadə üçün nəzərdə tutulan şeylər. 

İslamda ümumi istifadə üçün nəzərdə tutulan şeylər – boş yerlər, sahibsiz 

torpaqlar, məskunlaşmamış  ərazilər, dənizlər, dağlar, çöllər, sahillər, mədənlər, 

meşələr, otlaqlar, yeraltı sular, hava və s. “ənfal” adlanır. Bütün bunlar Allaha və 

Onun rəsuluna mənsubdur (Ənfal:1). Həmin  şeylər dini başçıya aiddir və onun 

məsləhətinə uyğun olaraq istifadəyə verilir (7.s.234). 

Ənfal fərdə  və bir qrup insanlara məxsus deyil, islam hakiminin idarəçiliyi 

altındadır, ümumxalq mülkiyyəti kimi müsəlmanların ondan faydalanması halal və 

doğru sayılır (8.c.2.s.300). Onlar ölü torpaqları diriltmək mədənlərdən, dəniz 

sahillərindən, meşə və otlaqlardan düzgün istifadə etməklə həmin təbii sərvətlərdən 

bəhrələnə bilərlər (9.s.134). Ancaq ümumi qaynaqlardan istifadə edərkən ifrata 

varmaq, hərc-mərclik, təbiəti korlamaq və xalqın hüquqlarını pozmaq yolverilməzdir. 

Çoxsaylı  hədislərdə  ağacların yersiz kəsilməsi, otlaqların və bitkilərin məhvi, 

meşələrin yandırılması qadağan edilir. Ağacları kəsməkdən çəkinmək insan ömrünü 

uzadan amil kimi qələmə verilir. Bar verən və faydalı ağacların kəsilməsi ilahi əzabla 

təhdid edilir. Ümumi istifadədə olan qaynaqlardan faydalanmaq haqqı  hər kəsə 

verilir, camaat onlardan bəhrələnməkdə  şərikdir. Burada məqsəd bir qrupun həmin 

qaynaqlardan fərdi gəlir mənbəyi kimi sui-istifadəsinə yol verməməkdir. Məsələ elə 

şəkildə  tənzimlənməlidir ki, ərazilər, dağlar, meşələr, mədənlər və başqa yerlər 

fürsətcil zümrələr tərəfindən qarət olunmasın. Bunun üçün ümumi mənafe üçün 




Ətraf mühitə münasibətdə İslamın xüsusi mövqeyi 

365


nəzərdə tutulan qaynaqlardan düzgün istifadə  və onların mühafizəsi üçün xüsusi 

təşkilatlar nəzarət edə bilərlər.  

3. Abadlıq işləri. 

İslam abadlıq işlərinə böyük əhəmiyyət verir, alimlər və böyük şəxsiyyətlər 

torpağın,  əkin sahələrinin abadlaşdırılması, onların mühafizəsi barədə çoxsaylı 

tövsiyələr vermişlər. 

Abadlıq işlərinin əhəmiyyətinə dəlil olaraq öncə Allahın kəlamını gətirə bilərik: 

“O sizi (atanız Adəmi) yerdən yaradıb onu abadlaşdırmağı sizin öhdənizə qoydu”. 

(Hud:61). Ayədən bəlli olur ki, Allah bəndələrinə torpağı abadlaşdırmağı 

tapşırmışdır. Bununla insan öz həyatını təmin edə bilir (5.c.2.s. 47;13.c.19.s.35).  

Allahın rəsulundan nəql edilən bir hədisdə ağac əkmək, kəhriz düzəltmək kimi 

işlər cari sədəqə kimi dəyərləndirilir: “Beş zümrə cari sədəqə verənlərə aid edilir və 

onların savabı əməl dəftərinə yazılır: birisi ağac əkənlər, o biri su quyusu qazanlar, 

Allaha ibadət üçün məscid tikənlər, Qur’anı  xətlə köçürənlər və saleh övlad 

yetişdirənlər” (10.c.101.s.97). 

Həzrəti  Əlinin (ə) xərac və vergilərin düzgün xərclənməsi haqqında fərmanını 

xatırladan bir mənbədə deyilir: “Sən camaatdan vergi və xərac toplamaqdan daha çox 

torpaqların abadlaşdırılmasına diqqət yetirməlisən. Abadlıq işləri görmədən xərac 

almaq olmur, abadlıq işləri görmədən vergi toplayan kəs  şəhərləri viran qoyur, 

Allahın bəndələrini məhv edir” (11.s.113). 

Göründüyü kimi, Həzrəti  Əli (ə) vergi və  xəracı abadlıq işləri ilə  şərtləndirir, 

belə ki, həmin məsələyə diqqət yetirməyən hökumət şəhərləri və Allahın bəndələrini 

məhv etmiş kimi qələmə verilir. O həzrətdən nəql edilən başqa bir hədisdə deyilir: 

“Camaatın ruzisi və yaşayışı beş şeydə əks olunur: idarəçilik, abadlıq, ticarət, icarə 

və  sədəqə. Abadlıq baxımından ağac  əkmək və meşə salmaq əhəmiyyətli işlərdən 

sayılır və bunlar ekologiya üçün çox dəyərlidir.  İslam peyğəmbəri (s) mücahidlərə 

ağacları  kəsməkdən və  əkin yerlərini yandırmaqdan qəti  şəkildə  çəkinməyi 

tapşırmışdı. Hətta müsəlmanlarla savaş  vəziyyətində olan düşmənlərin torpağında 

belə  hərəkətlərə  əl atmağa icazə vermir, belə  işləri xoşagəlməz və qeyri-məqbul 

sayırdı (12.s.21). Şübhəsiz ki, bütün sadalanan mətləblər, xüsusilə ağac əkini, meşə 

və  çəmənliklərin korlanmasının qarşısının alınması  ətraf mühitin qorunmasına 

islamın ciddi yanaşmasına dəlalət edir. 

4. Heyvanat aləminin qorunması. 

İslamda bütün insanlar canlı aləmin qorunması üçün məsuliyyət daşıyırlar. 

Doktor Qustav Lubonun islam bölgələrində heyvanat aləminə böyük qayğı ilə 

yanaşıldığı barədə söylədiklərinə birinci fəsildə toxunulmuşdu (14.s.446). 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə