Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə140/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   136   137   138   139   140   141   142   143   ...   161

 Xədicə Buturabi  

366


İslamda quşlar, heyvanlar və başqa canlılara o qədər diqqətlə yanaşılır ki, hətta 

hədis kitablarında heyvanat və canlı aləmə aid hökmlərə ayrıca bölmə  həsr 

edilmişdir. Həmin qaynaqları diqqətlə araşdırarkən islamda ətraf mühitin 

qorunmasına, canlı aləmin hüququnun saxlanmasına və onların mühafizəsinə necə 

həssaslıqla yanaşıldığının şahidi oluruq. 

Hətta quşların yuvalarına hücum etmək qadağandır. Peyğəmbər (s) buyurur: 

“Cücələrin yuvasına  əl vurmayın, onlar dincələrkən hələ  səhər açılmamış yuxu və 

asayişini pozmayın” (13.c.15.s.59). 

5. Ətraf mühitin qorunması və insan haqları 

Ətraf mühitin qorunması mahiyyət etibarilə çağdaş cəmiyyətin zəruri ehtiyacla-

rından biridir və insanların ümumi hüquqlarının təmin edilməsi kimi anlaşılır, 

mühitin korlanması  və  təbiətdən yanlış istifadə ictimaiyyətin və insan haqlarının 

pozulması deməkdir. 

İslam qaynaqlarının mütaliəsindən bəlli olur ki, ətraf mühitə  və onun sağlam-

lığına olan diqqət, sağlam yaşayış şəraitinin təmin edilməsi istiqamətində göstərilən 

səylər bəşərin  əsas hüquqlarından biridir. Deməli,  ətraf mühitin korlanması insan 

haqlarının pozulması kimi dəyərləndirilə bilər. 

Qur’anın Bəqərə surəsində deyilir: “Yer üzərində nə varsa, hamısını sizin üçün 

yaradan ... Odur”. (Bəqərə:29). Bu ayədə yerdə olan bütün mənbə  və  sərvətlərdən 

bütün insanların bütün zamanlarda bəhrələnmək haqqı  təsbitləşmişdir. Ancaq bu 

istifadə doğru yöndə, başqalarının hüquqlarına riayət etməklə gerçəkləşə bilər. Başqa 

bir ayədə deyilir: “Doğrusu, sizi yer üzərində yerləşdirdik və orada sizin üçün 

dolanacaq imkanları yaratdıq...” (Ə’raf:10). Bu ayədə insana yer üzərində verilən 

imtiyazları göstərir, burada yaşayış üçün bütün imkanlar onun ixtiyarında yerləşir. 

İnsanın yer üzərində yaşam hüququnun ilkin şərti onun sağlam mühitdən 

bəhrələnməsidir. Allah belə bir imkanı insanın ixtiyarına qoymuşdur, onu qoruyub 

saxlamaq isə onun öhdəsinə düşür. Həmin ayədə vurğulanan mətləb başqa bir ayədə 

yenə diqqətə çatdırılır: “Yeri də bütün məxluqat üçün o döşədi”. (Rəhman:10). 

Qur’an ayələrində  təbiətdə yaranan şeylərin insan üçün əhəmiyyəti dəfələrlə 

təkidlə vurğulanır və onlardan bir qismi ilə tanış olaq: 

“Davarı (ev heyvanları) da o yaratdı. Bunlarda sizin üçün istilik, cürbəcür 

mənfəət vardır, həm də onlardan yeyirsiniz (qidalanırsınız)”. (Nəhl:5). 

“Göydən sizin üçün yağmur endirən Odur. O sudan siz də, içində 

(heyvanlarınızı) otardığınız ağaclar və otlar da içər.” 

“Allah o su ilə sizin üçün əkin, zeytun, xurma ağacları  və bütün meyvələrdən 

yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır”. (Nəhl:10-11). 




Ətraf mühitə münasibətdə İslamın xüsusi mövqeyi 

367


Yenə  Nəml surəsində deyilir: “Sonra biz o yağmurla sizə gözəl bağçalar 

yetişdirdik”. (Nəml:60). 

 “(Daim öz çevrəsində) seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü 

sizin ixtiyarınıza verən Odur” (İbrahim:33). 

Başqa bir surədə yenə deyilir: “O, gecəni və gündüzü, Günəşi və Ayı sizin 

hökmranlığınıza verdi” (Nəhl:12). 

Başqa bir ayədə başqa təbiət ünsürlərinin insanların ixtiyarına verildiyi qeyd 

edilir: “(Ey insanlar!) Məgər Allahın göylərdə  və yerdə olanları sizə ram etdiyini 

görmürsünüzmü?” (Loğman:20). Belə ayələrin sayını artırmaq olar: (Həcc:36, 

Nəhl:14 və s.). 

Qur’an ayələri məsrəfin tənzimlənməsini önə  çəkməklə onun düzgün həyata 

keçirilməsini təkid edir və bu yöndə israfçılıqdan çəkinməyi tövsiyə edir: 

“İsrafçılığa yol verməyin ki, Allah israf edənləri sevməz”. (Ən’am:141). 

Allah hər  şeyi ölçü və mizanla yaratmışdır: “Əlbəttə Biz hər  şeyi ölçü və 

miqdarla yaratdıq”. (Qəmər:49). 

6. İslam qaynaqlarında ətraf mühitin qorunması  

İslam ətraf mühitin qorunmasını Quran ayələri vasitəsilə hökm şəklində qoyur, 

yəni təbiətin viran edilməsi və korlanmasına qarşı çıxır və həmin əməl “yer üzərində 

fəsad” kimi dəyərləndirilir. Bu termin günahkarlar üçün ən ağır və böyük ittiham 

kimi səslənir. 

Aşağıdakı ayəyə diqqət yetirək: “(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-

fəsad törətməyə,  əkini və  nəsli (islam cəmiyyətini) məhv etməyə çalışır. Halbuki 

Allah fitnə-fəsadı sevməz”. (Bəqərə:205). 

Əllamə  Təbatəbai bu şərafətli ayənin təfsirində  bəşər həyatının davamını iki 

amilə bağlı olduğunu göstərir: qidalanma və doğum. İnsanın qidalanmasının iki əsas 

qaynağı vardır: bitki və heyvanat aləmi. Bunların qorunması  həyatın davamı, 

korlanması isə insan nəslinin sıradan çıxması ilə nəticələnir. Ona görə ətraf mühitin 

korlanması insanlığa qarşı yer üzərində fəsad sayılır. 

Başqa bir ayədə Allah-təala Bəni-İsrailə belə bir xəbərdarlıq edir: “Allahın 

verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin” – 

söylədik. (Bəqərə:60). Qur’an yer üzərində həqiqətən fəsad törədənləri ittiham edir: 

“Məgər gömədinmi ki, Rəbbin nələr etdi vadidə qayaları oyan Səmud qövmünə?! 

Eləcə də saysız-hesabsız ordular sahibi Firona?! O kəslər ki, Məmləkətlərdə tüğyan 

edir, Oralarda fitnə-fəsad törədirdilər”. (Fəcr:9-12). 

“Onlara (münafiqlərə): “Yer üzündə (küfr və günah işlədərək) fəsad 

törətməyin!” – dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir,” – deyə cavab verir-




 Xədicə Buturabi  

368


lər”. “Bilin ki, onlar fəsad törədəndirlər, lakin bunu dərk etmirlər”. (Bəqərə:11-12). 

Qur’an bu barədə belə xəbərdarlıq edir: 

“Yer üzü (iman və  ədalətlə) islah olunduqdan sonra, orada fəsad törətməyin”. 

(Ə’raf:56). 

“Öz  əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq edənləri 

sevir” (Bəqərə:195). 

 “(Ya Məhəmməd!) Məgər Allahın nemətini küfrə dəyişənləri və ümmətini həlak 

yoluna sövq edənləri görmürsənmi?” (İbrahim:28). 

İslam peyğəmbəri (s) buyurmuşdur: “Hər kim müsəlmanların keçdiyi yollarda 

olan  əngəlləri aradan qaldırsa, onun əməl divanına 400 Qur’an ayəsi oxumağın 

savabı yazılar; hər hərfin oxunmasında isə 10 gözəl savab vardır” (111,75.,50).  

Nəticə olaraq demək olar ki, İslam qaynaqlarında  ətraf mühütə olan sağlam 

münasibət əqli və nəqli dəlilə söykənməklə həm də insanın mənəvi vəzifəsi kimi irəli 

sürülür. Quran atyələrində  ətraf mühitə vurulan zərərin sonradan insanların həyatı 

üçün təhlükəli nəticələr verəcəyi barədə  xəbərdarlıqlar səslənir ki, bunun hədəfi 

onları belə  əməllərdən çəkindirməkdir. Bu mənada Qur’an hikmətindən daha çox 

bəhrələnmək üçün ayələr üzərində müxtəlif yönlərdə təhlillər aparmaq lazım gəlir: 

1. Tək-tək ayələrdə  ətraf mühit barədə  məlumatların insan həyatı üçün 

əhəmiyyətinin dəyərləndirilməsi; 

2. Ekologiyanı təşkil edən təbiət ünsürləri arasındakı əlaqənin Quran ayələri üzrə 

tipologiyası; 

3. Quran ayələri və  hədislərdə irəli sürülən məsələlərin müasir dövrdə ekoloji 

böhranla mübarizədə önəmi. 

İslama görə, başqalarına zərər yetirməmək, ümumi istifadə üçün nəzərdə 

tutulmuş  təbii mənbələrdən səmərəli istifadə, abadlıq işləri və s. ətraf mühitə 

münasibətdə  İslamın əsas prinsipləri sırasına daxildir. 

 

 



 

 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə