İslamda insan və onun əsas missiyası
377
“Rəbbi onlara Özündən bir mərhəmət (rəhmət), razılıq və içərisində onlar üçün
tükənməz nemətlər olan cənnətlə müjdə verər.” (Tovbə:21).
“Mömin kişilərlə mömin qadınlar bir-birinə dost, hayandırlar. Onlar (insanlara)
yaxşı iş görməyi əmr edər, pis işləri rədd edər, namaz qılıb zəkat verər, Allaha və
peyğəmbərinə itaət edərlər. Allah əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah həqiqətən,
yenilməz qüvvət və hikmət sahibidir! (Tovbə:71).
8. Vicdan, batini ilham, pak ruha sahibdir:
“And olsun nəfsi (insanı və onun nəfsini) yaradana;
Sonra da ona günahlardan və pis əməllərdən çəkinməsini (xeyir və şəri)
öyrədənə ki...” (Şəms:7-8).
“Sonra onu düzəldib insan şəklinə saldı və ona Öz ruhundan üfürdü. O sizə göz,
qulaq və ürək verdi.
İnsanda olan ruh Allahdandır, bu səbəbə görə ona səcdə vacib olmuşdur
(13.s.134):
“Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz ruhumdan üfürən kimi ona
(ehtiram əlaməti kimi) səcdə edin.” (Sad:72).
Mələklərin insana səcdəsinin hikmət və məntiqi vardır:
“(Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə İblisdən başqa
hamısı səcdə etdi. (Yalnız) o, lovğalanaraq imtina etdi və kafirlərdən oldu.”
(Bəqərə:31).
9. Xilqətin yaranmasının məqsədi insanın ondan faydalanması üçündür:
“Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu
yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır). O, hər şeyi biləndir!
(Bəqərə:29).
İnsanın dünya həyatında maddi tələbləri bitən deyil, onun axirət istəkləri də
bunun kimidir. Ancaq Allah həmin tələbi müəyyən bir məntiqi ölçüdə təmin edir:
“Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə
verərik. Sonra isə (axirətdə) ona cəhənnəm məskən edərik. O, Cəhənnəmə qınanmış
və (Allahın rəhmətindən) qovulmiş bir halda daxil olar!” (İsra:18).
“Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti (Allah
dərgahında) qəbul olunar!” (İsra:19).
Qur’anda bu barədə ayələr çoxdur və gətirilən nümunələr insanın dünyəvi həyatı
ilə yanaşı, onun mənəvi məzmuna malik olduğunu diqqətə çatdırır. İnsan dini
təlimdən bəhrələnməklə həyat yolunda yüksək dərəcə və məqamlara yönələ bilər,
Allahın onun üçün bu aləmdə və axirətdə müəyyənləşdirdiyi payı ala bilər.
Məryəm Zarei Əqdəm
378
İnsanın üstün və müsbət sifətlərini açıqlayan ayələrin qısa məzmunu ilə tanış
olduq. İndi isə bunun əks qütbünü nəzərdən keçirək.
B. İkinci qisim mühakimələrdə isə İnsana xas mənfi xüsusiyyətlər pislənir.
1. Rəbbinə qarşı naşükür, dargöz və xəsisdir:
“İnsan Rəbbinə qarşı çox naşükürdür.” (Adiyat:6).
“(Ya peyğəmbərim, müşriklərə) de ki: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə
sahib olsaydınız, yenə də (onun) xərclənib tükənməsindən qorxaraq xəsislik edər-
diniz. İnsan (nə qədər varlı olsa da, təbiəti etibarilə) xəsisdir. (İsra:100).
2. Haqqa boyun əymədən mübahisə edən, xain və olub keçənlərdən ibrət
almayan məxluqdur:
“Biz bu Qur’anda insanlar üçün cürbəcür məsəllər çəkdik. İnsan isə (Haqqa
boyun əymədən) ən çox mübahisə edəndir.” (Kəhf:54).
“Allah gözlərin xəyanətini və ürəklərin gizlətdiyini biləndir!” (Məaric:19).
“Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə
olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli, yer üzündə daha çox iz
qoyub getmiş kəslər idi. Allah onları günahlarından dolayı yox etdi. Onları Allahdan
(əzabından) qoruyan bir kimsə tapılmadı.” (Məaric:21).
3. Fəsada meyl edən, həmişə ziyanda olur və ilişdikdə Allahı ittiham edir:
“Lakin insan bundan sonra da günah etmək, fəsad törətmək istəyir.” (Qiyamə:5).
“İnsan (ömrünü boş işlərlə sərf etməklə) həmişə ziyan içindədir.” (Əsr:2).
“İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib kərəm göstərsə və nemət
versə, o: “Rəbbim mənə kərəm göstərdi” – deyər.” (Fəcr:15).
“Amma nə zaman Rəbbin onu imtahana çəkib ruzisini əksiltsə; “Rəbbim məni
alçaltdı, mənə xor baxdı!” – deyər.” (Fəcr:16).
3. Düşüncə üçün ağıl və qəlbə malik olsalar da, heyvan kimi əməl edir:
“Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlb-
ləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər.
Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də
daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır.” (Ə’raf:179).
Bu məzmunda ayələr çoxdur, lakin diqqət yetirmək lazımdır ki, Qur’anda
məzəmmət edilən insan adətən imansız zümrəyə aiddir. İslama görə, Allahdan ayrı
düşən, imanı olmayan və Allahını unudan insan özünü itirmiş olur. Əslində belə
insan yolunu azmış olur və ona görə Qur’ani-Kərim belələrini heyvanlardan da betər
bilir (14.s.392).
İslamda insan və onun əsas missiyası
379
Peyğəmbərdən (s) nəql edilən hədisə görə insanın könlü və fitrəti xeyirə
meyllidir, bəşər qəlbini sağlam halda saxlayarsa həmişə səadətə yetişə bilər, ancaq
onun könlü nəfsin havasına bulaşarsa zəlalət yoluna düşər (15.c.18.s.166).
Bəlli olan budur ki, insan substansiyasında kəramət vardır, o gərək həmin
keyfiyyəti iman və saleh əməlin köməyi ilə mənəvi kamillik mərhələsinə yetirsin.
Ləyaqət məqamlarını uğurla keçən insan haqqa qovuşmağa daha yaxın olur.
İslam dünyagörüşündə insan məfhumuna fiziki-bioloji ünsür kimi yanaşmırlar,
yəni o, sadəcə iki ayaq üstə yeriyən düz qamətli heyvan deyil, onun mahiyyətini bir-
iki sadə sözlə ifadə etmək mümkün deyil (16.s.7).
İnsanın təbii və fitri meylləri.
Təbii və fiziki səviyyədə insanın müxtəlif meylləri vardır və bu baxımdan
onunla canlılar, yəni heyvanlar arasında ortaq xüsusiyyətlərə rast gəlirik. Onların
orqanizmində qidalanma və ifrazat prosesi və başqa fizioloji proseslər gedir. Ancaq
insan həyatını təbii səviyyə ilə məhdudlaşdırmaq olmaz. İnsanın təkamülü heyvanat
aləmindən başlayır və insaniyyətə doğru kamala yetişir. İnsan öz xilqətinin
başlanğıcında maddi və cismani ünsürdən ibarətdir və onun substansiyasında baş
verən təkamül hərəkəti ruhani bir cövhərə çevrilir. Bu o zaman gerçəkləşir ki, maddi
ləzzət duyğusu, nəfsi istəklər və bioloji meyllər fitrətin ixtiyarına verilir və
tənzimlənir. İnsan fitrətinin varlığı onun təbiətindən daha güclüdür, ona görə fitrətə
hakim olmaqla insan təbiətində olan qüvvələri və meylləri nəzarətdə saxlamaq olur.
Nəticə olaraq bunları söyləmək olar: İslamın insan konsepsiyasında insanın fitri
xüsusyəytlərini və onun ali missiyasını öyrənmək olduqca mühüm bir məsələ kimi
qoyulur. İnsan öz varlığının mahiyyətini və missiyasını bilmədən əqli-mənəvi və
ictimai təkamülə yetişə bilməz. Deməli, insanın islah edilməsinəə ehtiyac vardır və
onun qədər yenidən təlim-tərbiyə ilə islah olmağa möhtac olan başqa bir varlıq
yoxdur. Mütəhhərinin dediyi kimi, “başqa şeylərdən fərqlənən məxluq insandır və
onun islah edilməsi üçün işlənən fənd və metodlar əxlaq, təlim-tərbiyə və maarifdən
ibarətdir” (12.s.47).
Dostları ilə paylaş: |