Microsoft Word Elmi Mecmue 21



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə134/161
tarix08.07.2018
ölçüsü2,82 Mb.
#53795
1   ...   130   131   132   133   134   135   136   137   ...   161

 Bayramova Sevinc  

 

350


yaxın baş vermiş  və onunla əlaqəli sadəcə bir kitab yazmışdır.  Onun elmini islam 

alimləri çox mədh etmişdirlər. Ömər Nəsuhi Bilmən “Büyük Tefsir Tarihi” adlı 

əsərində Beyzavi təfsiri haqında deyir ki, bu təfsir yazılışı etibarı ilə axıcı bir üslubla, 

təfsirçilərin bildikləri bir-çox qaydaları  qısa və açıq  formada vermişdir. Dəfələrlə 

gözdən keçirilmiş, elm adamları  tərəfindən dəyərli olaraq qəbul edilən  bu təfsir, 

Osmanlı zamanında Ramazan aylarında Padşahın hüzurunda seçilmiş alimlər 

tərəfindən oxunulması adət halını almışdır. Bu zaman digər alimlər tərəfindən böyük 

həyacanla dinlənilmiş və izlənmişdir. Bu  Osmanlı tarixində ”Hüzur dərsləri” adı ilə 

tanınır. Əsirlər boyu mədrəsələrdə dərs kitabı olaraq oxudulmuşdur

9



Beyzavi təfsir yazarkən daha çox Zəməxşərinin “Kəşşaf” ından istifadə etmişdir. 

Cəlaləddin Süyuti deyir ki, “Kəşşaf” təfsiri haqqındakı müxtəsərlərin başında  Qazi  

Nəsrəddin  Beyzavinin  “Ənvarut-Tənzil” adlı əsəri durur.  

Katib Çələbi də bu sözləri deyir: ”Bu təfsirin tərifə ehtiyacı yoxdur. Beyzavi, 

təfsirində iraba (ərəb qrammatikası),  ərəb  ədəbiyyatına aid olanları  Kəşşafdan, 

hikmətə  kəlama aid olanları  Fəxrəddin Razinin “Təfsiril Kəbirindən”,  İştiqaqa 

(sözlərin əmələ gəlməsi) aid olanları isə Rağib əl-İsfahanidən alaraq istifadə etmişdir. 

Bununla bərabər kitabına öz parlaq fikrinin məhsulu olan  bir çox mülahizələri  də 

əlavə etmişdir.

10

” Hər hansı bir elmin yüksək pilləsində olan alimlərin rəisinə imam 



deyilir. Beyzavini də  təfsir elminin imamı adlandıra bilərik.  

Əvvəldə  də qeyd etdiyimiz kimi, bir çox alimlər bu məşhur  əsərə    haşiyələr 

yazılmışdır. Katib Çələbi də    “Ənvarut-tənzil və  əsrarut-təvil”ə yazılan haşiyələr 

içərisində  ən məşhuru, faydalısı və asan başa düşüləni böyük alim olan Məhəmməd 

ibn Mustafa Şeyxzadənin haşiyəsi olduğunu bildirmişdir

11

. Bu haşiyənin  əvvəlində 



Beyzavinin bir alim kimi, böyük şəxsiyyət olduğunu alimlərin yekdilliklə  qəbul 

etdikləri göstərilir. 

Qurani Kərimin öyrənilməsi, tədqiq edilməsi hər zaman alimlərin həyat prinsip-

lərinə çevrilmişdir. Bu sahədə Azərbaycan alimlərinin də xidmətləri az olmamışdır. 

Beyzavinin təfsirinə yazılan haşiyə, sərh və  təliqlərin arasında öz dövrlərinin  

tanınmış alimlərindən olan 10-a yaxın azərbaycanlı müfəssirlərin də adlarına  rast 

gəlinir. Onlardan biri XV yüzilliyin ikinci, XVI əsrin birinci yarısında yaşamış, 

dövrünün görkəmli elm adamlarından olan Molla Məhəmməd Əmin  Sədrəddin oğlu 

Şirvanidir. O, Azərbaycanın  Ağdaş rayonunda ziyalı aləsində dünyaya gəlmiş və ilk 

təhsilini də orada almışdır. Məhəmməd Əmin Şirvani, təhsilini davam etdirmək üçün 

İstanbula getmiş  və ömrünün sonuna qədər orada yaşayıb- yaratmışdır. Elmin 

müxtəlif sahələrinə aid əsərlər yazmışdır. Alim  Sultan  I  Əhmədə həsr etdiyi “əl-




Beyzavi və onun Füzuli adına Əlyazmalar İnstitutunda muhafizə olunan  

“Ənvarut-Tənzil və Əsrarut-Təvil” təfsirinin əlyazma nüsxələri 

351


Fəvaid əl-Xəqaniyyə əl-Əhmədiyyə” əsərində 53 ədəd orta əsr elmlərinin təsnifatını 

vermış, onları ardıcıl şəkildə xarakterizə etmişdir. O, Qurani Kərimin bir-çox surə və 

ayələrini təfsir etməklə bərabər Beyzavinin “Ənvarut-tənzil və əsrarut-təvil” təfsirinə 

yazmış olduğu haşiyə və təliqlərlə  ayrı-ayrı ayələrin zahiri və batini mənalarını daha 

aydın  başa düşülməsi üçün böyük əmək sərf etmişdir. XVI əsrdə Ərdəbil vilayətinin  

Xalxal bölgəsində dünyaya gəlmiş Hüseyn əl- Hüseyni  əl-Xalxali XIX əsrin 

tanınmış alimi Əbdulqəni Nuxəvi Xalisəqarizadənin verdiyi məlumata görə sonralar 

Şirvana köçərək  Şamaxı  şəhərində  məskunlaşmış  və XVII əsrin  əvvəllərində  vəfat 

etmişdir. O, astronomiya, riyaziyyat, fəlsəfə, məntiq, ilahiyyat, ərəb dilçiliyi və başqa 

elm sahələrinə  dair yazmış olduğu  əsərləri ilə dövrünün məşhur alimi kimi şöhrət 

tapmışdır. Zəməxşərinin “əl-Kəşşaf” və Beyzavinin “Ənvarut-tənzil və əsrarut-təvil” 

tərfsirlərinə geniş  həcmli və mükəmməl haşiyələr yazaraq, Qurani- Kərimin çətin  

başa düşülən kəlamları ilə bağlı geniş  və müfəssəl  şərhlər verməyə çalışmışdır. Bu 

məşhur təfsir, Azərbaycan alimi Muhyiddin Məhəmməd bin Məhəmməd əl-Bərdəyi 

ət-Təbrizinin də diqqətini özünə çəkmişdir. O, ilk təhsilini atasından və bir çox başqa 

alimlərdən almışdır. Sonra elmini artırmaq üçün Şiraza və Herata getmiş, müxtəlif 

elmlərə yiyələndikdən sonra Bursaya qayıdaraq, əvvəlcə  Əhməd paşa mədrəsəsində, 

daha sonra Ədirnədə  dərs deməyə başlamışdır. Alim 927 (1521)-ci ildə  Ədirnədə 

vəfat etmişdir. Beyzavi təfsirinə  haşiyə yazan azərbaycanlı müfəssirlərdən birisi də, 

XVI  əsr alimi Məhəmməd bin Cəmaləddin bin Ramazan Şirvanidir. O, yazmış 

olduğu  haşiyə ilə demək olar ki, Qurani Kərimin surələrini  əvvəldən axıra qədər 

yenidən təfsir etmişdir. Onun yazdığı haşiyə  həcm baxımından təfsirin özündən 

böyük olmuşdur. Dörd cilddən ibarət olan bu haşiyənin  əlyazması Misrin “Dərul-

kutub” kitabxanasında qorunub saxlanılır. Beyzavi təfsirinə haşiyə yazan 

azərbaycanlı    mufəssirlərindən olan  XV əsrin ikinci yarısı XVI əsrin  əvvəllərində 

yaşamış Baba Nemətullah bin Məhəmməd Naxçıvani olmuşdur. O, Azərbaycanın 

qədim mədəniyyət mərkəzi olan Naxçıvanda anadan olmuşdur. Baş verən bəzi siyasi 

hadisələr və ailə problemləri onu 1498-ci ildə Təbrizə köçməyə məcbur etmiş, bir il 

orada qaldıqdan sonra 1499-cu ildə Konyaya köçərək Akşehir qəzasında 

məskunlaşmışdır. Xalq arasında  Şeyx  Əlvan, Baba Nemətullah,  Əlvanul-Akşehiri, 

Baba Nemət, Nemətullah Sultan və Nemətullah Baba adları ilə tanınmışdır. Bəzi 

mənbələr onun ibn Əlvan  ər-Rumi adı ilə  də  məhşur olduğunu qeyd edir. Elmdə 

böyük söz sahibi və gözəl davranışlı Nemətullah Naxçıvani 1514-cü ildə Aksehirdə 

vəfat etmişdir. O, Fəlsəfə, Bəlağət, Fiqh Kəlam elmlərinə yiyələnmiş, ömrünü 

təmamilə  təsəvvüfə  sərf etmişdir. Nemətullah Naxçıvani Qurana “Əl-Fəvatihul-



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə