Bayramova Sevinc
346
nəticəsində Şirazın baş qazisi vəzifəsinə qədər yüksəlir və eyni zamanda tələbə
yetişdirirdi. Kəmaləddin əl-Məraği, Əbdurrəhman ibn Əhməd əl-İsfahani, Əhməd ibn
Həsən əl-Gərbərdi və Zeynəddin əl-Hənki onun tanınmış tələbələrindəndir. Beyzavi
müxtəlif elm məclislərində iştirak edir, zəngin bilik və bacarığı sayəsində dövrünün
alimlərinə qarşı üstünlüyünü dəfələrlə sübut edirdi. Təbrizdə keçirilən elm
məclislərinin birində göstərdiyi məharət və elmi gücü həmin məclisdə iştirak edən
bir vəzir tərəfindən çox bəyənilir. Rəvayətə görə Təbrizə gələrkən orada olan bir elm
məclisində iştirak edir. Həmin məclisdə vəzir də arxa tərəfdə əyləşib məclisə nəzər
yetirirdi. Dərsi izah edən alim bir məsələdən bəhs edirdi. Heç kəsin bu məsələyə
cavab verə biləcəyini təxmin etmirdi. Bu zaman Beyzavi verilən sualı cavablamağa
başayır. Alim Beyzaviyə “məsələni başa düşdüyünə məni inandırmasan səni
dinləməyəcəyəm” deyir. Buna qarşılıq Beyzavi məsələni söz olaraq, yoxsa məna
olaraq izah edim deyə soruşur. Alim verdiyi suala sualla qarşılıq alacağıni təxmin
etməmişdir. O, Beyzavidən söz-söz təkrar edib izah etməsini istəyir. Beyzavi həmin
məsələni izah edir, hətta orada olan səhvi düzəldərək, doğru cavab budur deyə alimə
bildirir. Sonra həmin məsələyə bənzəyən başqa bir məsələni tərtib edib həll etmək
üçün alimə təqdim edir. Alimə Beyzavinin tərtib etdiyi məsələ ağır ğəlir. Bütün olub-
bitənləri izləyən vəzir Beyzavini yanına çağırır, onun kim olduğunu sorusur.
Beyzavi, Şiraza qazilik etmək üçün gəldiyini deyir. Vəzir ona xeyli qiymətli
bəxşişlər və libaslar verir. Onun Şirazda yaşadığı müddət ərzində bütün ehtiyaçlarını
qarşılayır
2
. Beyzavi qaziliyi müəllimi və şeyxi kimi tanınan Məhəmməd ibn
Məhəmməd əl-Kütahtainin tövsiyəsi ilə buraxıb Təbrizə gəlir və omrünün sonuna
qədər orada yaşayır
3
. Onun ölümü haqqında müxtəlif fikirlər olsa da qaynaqların
çoxu onun 685/1286- cı ildə 650/1252- ci ildə Təbrizədə vəfat etdiyini və muəllimi
və şeyxi olan əl-Kütahtainin qəbrinin yanında dəfn edildiyini göstərir.
Qazi Beyzavi Şafei məzhəbində, əhl-i Sunnə və-l Camaat əqidəsində olmuşdur.
Təfsir, Hədis, Fiqih, Üsul, Kəlam, Məntiq, Nəhv, Bəlağət və Tarix elmlərinin hər
birisində söz sahibi və mütəxəsis idi. İslam elmlərinin demək olar ki, hər bir
sahəsinə aid məşhur əsərlər yazaraq “Əllamə” adını qazanan Beyzavi həm də böyük
bir elmi şəxsiyyət idi. Ondan bəhs edən alimlər onun haqqında “Qazi Beyzavi”,
Bəyyədullahi vəchən” (Allahu Təala onun üzünü nurlandırsın!) adına və duasına
2
Katib Çələbi, Kəşfuz-zunun an asəmul-kutub val-funun, I, 186; Davudi, Tabaqatul-
Müfəssin, Beyrut, tarixsiz. I, səh. 248-249.
3
Ö. N. Bilmen, Büyük Tefsir Tarihi, Ankara 1960, II, səh. 350
Beyzavi və onun Füzuli adına Əlyazmalar İnstitutunda muhafizə olunan
“Ənvarut-Tənzil və Əsrarut-Təvil” təfsirinin əlyazma nüsxələri
347
yaraşacaq qədər yüksəkdir. O, təfsirçilərin baş tacı, bu elmdə yüksək movqeyə
çatmış, hər sahədə sənətkar, hər məzhəbdə öndər, hər düsüncədə rəhbər, hər elmdə
mahirdir” demişlər. Elminin yüksək olduğunu, geniş mədəniyyət və dünya görüşünə
sahib olduğunu demək olar ki, dövrünün bütün alimləri təsdiqləmişdirlər. Katib
Çələbinin ”Kəşfuz-zunun an əsamil-kutub vəl-funun” əsərində Beyzavi haqqında
deyilir ki, Onun yazdıqlarına etiraz edənlər Qazi Beyzavinin elmdəki yüksək
dərəcəsinə çata bilməyənlər və sözlərinin incəliklərini başa düşməyənlərdir. Onun
sözlərinin mənasını yalnız elm sahəsində yüksək mövqeyə çatanlar başa düşə bilər.
Alimlərin Beyzavi haqqında çox dəyərli fikirləri vardır:
İbn-i Qazi Şühbə; “Beyzavi (r.a) bir çox əsərlərin sahibidir. Azərbaycan və
ətrafının ən böyük alimi olub Şirazda qazilik etdi.”
Subki; “Qazi Beyzavi (r.a) məsələləri dəlilləri ilə ələ alan, hər kəsdən seçilən,
salih və çox ibadət edən böyük alimlərdəndir.”
İbn-i Həbib; “Böyük alimlər onun əsərlərini çox təriflədilər. Əğər onun
“Minhac”-ından başqa əsəri olmasaydı elminin yüksəkliyinə dəlil olaraq bu belə
bəhs edərdi.” deyə buyurmuşlar
4
.
Beyzavinin demək olar ki, elmin hər bir sahəsinə aid əsərləri vardır. Amma
daha çox Təfsir, Fiqh, Üsul-i Fiqh, Kəlam səhəsinə aid yazmış olduğu əsərləri ilə
məshur olmuşdur. Əsərləri içərisində ən məhşurları bunlardir:
1. Minhəcul-Vüsul ilə ilmil-Üsul: Fiqh üsuluna aiddir.
2. Şərhu Məsabihus-Sünnə: əl-Bəğavinin (ö.516/1122) nin hədisə dair
“Məsabihus-Sünnə” adlı əsərinə yazdığı şərhdir.
3. əl-Ğayətul-Qusva: Şafei məzhəbinə isnad edilərək yazilan bu əsər Fiqhə
aiddir.
4. Təvaliul-Ənvar min Mətailul-Ənzar: Kəlam elminə aiddir.
5. Nizamut-Təvarix: Fars dilində olan bu əsər Hz.Adəmdən başlayaraq
674/1275-ci ilə qədər olan geniş bir tarixi əhatə edir.
6. Ənvarut-Tənzil və Əsrarut-Təvil: Bəyzavi daha çox “Qazi Təfsiri”, “Təfsirul-
Bəyzavi” adıyla tanınan bu əsəri ilə şöhrət tapmışdır.
Təfsir sözünün lüğəti mənası ərəb dilindən tərcümədə “açıqlama”, “gizli olan
bir şeyi açığa çıxartma”, “aydınlatma” mənalarını verir. İstilahı mənası isə, Allahın
ayələrini izah etmək və buyurduğu ayələrdə məqsədini açıqlamaqdır. Beyzavi şah
4
İslam Alimleri Ansklopedisi, Türkiye Gazetesi, İstanbul, tarixsiz, VIII, səh. 125.