Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə38/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   34   35   36   37   38   39   40   41   ...   156

     
dosent Elbrus Sadıqov
 
 
94
əhəmiyyət kəsb edirdi. İmzalanma mərasimində ABŞ-ın enerji naziri Bili Riçardson 
da iştirak edirdi ki, bu da Amerikanın bu layihəyə xüsusi əhəmiyyət verdiyini əks 
etdirirdi. Belə olduqda, Rusiyanın edəcəyi bir şey qalmırdı və bundan sonra Rusiyanın 
mövqeyində (bu layihə ilə bağlı) dəyişikliklər  müşahidəolunmağa başladı. Artıq 
Rusiya bu layihəyə mane olmağa yox, onun reallaşmasında iştirak etməyə çalışırdı. 
LUKoyl BTC layihəsində səhmlərin 10-15 faizinə iddia etməklə yanaşı, Xəzərdəki 
bəzi yataqların istismarı ilə bağlı layihələrdə də yer almaq üçün fəallıq göstərirdi. 
Amma onu da qeyd etmək lazımdır ki, enerji resurslarına nəzarət Rusiyanın 
regionda təsir imkanlarını saxlamaq üçün əsas vasitə deyildi və üstəlik bu sahədə 
uğurlu ola bilməmişdi. Belə olduğu təqdirdə, regiondakı siyasi ambisiyalarını 
reallaşdırmaq üçün Qarabağ məsələsi ən əsas vasitə olaraq qalırdı və təbii ki, Rusiya 
bu məsələdə daha iddialı mövqe nümayiş etdirirdi. Belə ki, 1997-ci ildə Azərbaycan 
və Ermənistan arasında münaqişənin həlli üçün aparılan danışıqlarda fəallıq müşahidə 
olunurdu. Bəzi analitiklər hesab edir ki, tərəflər baza prinsiplərini əks etdirən sənədləri 
imzalamağa hazır idilər. (5.202) 
Amma Ermənistanda vəziyyətin gərginləşməsi və daha sonra L.Ter Petrosyanın 
istefa verməsi ilə sülh barədə razılıq da təxirə salındı. Prezident istefa verməmişdən 
əvvəl son nitqində bu addımını belə izah etdi: "Hamıya məlum qüvvələr məni bu 
addımı atmağa məcbur etdilər. Mənim hakimiyyətdən getməyim Dağlıq Qarabağda 
sülh tərəfdarlarının məğlubiyyəti, müharibə istəyənlərin qalibiyyətidir". Çoxları 
məlum qüvvələr deyəndə Rusiyanın nəzərdə tutulduğunu iddia edirdilər. Bundan 
başqa, 1999-cu ildə də tərəflər razılığa yaxın idilər. Noyabrın 18-i ATƏT-in İstanbul 
sammitində Azərbaycan və Ermənistan arasında bazaprinsiplər barədə  sənədin 
imzalanacağı gözlənilirdi. Amma bu dəfə  də Ermənistan böhranla üzüzə qaldı. 
İstanbul sammitinə bir neçə həftə qalmış Ermənistan parlamenti sessiyanın gedişində 
(həm də televiziya ilə canlı yayımlanarkən) gülləbaran edildi. Baş nazir, nazirlər və 
deputatlardan ibarət 8 nəfərin ölümünə  səbəb olan bu hadisədən sonra Ermənistan 
tərəfi razılaşmanı imzalamaqdan imtina etdi. Vəfa Quluzadə bu hadisələrin arxasında 
Rusiyanın dayandığını  və bu yolla Azərbaycanı  və Ermənistanı öz təsir dairəsində 
saxlamaq məqsədi güddüyünü iddia edir. Onun fikrincə, Qarabağ problemi həllini 
tapan kimi hər iki ölkənin Avroatlantik strukturlara inteqrasiya prosesi güclənəcək ki, 
bunun da nəticəsində Rusiya regionda nüfuzunu itirəcək. Eləcə də, Rusiyanın Federal 
Təhlükəsizlik Xidmətinin keçmiş  əməkdaşı Aleksandr Litvinenko bu hadisələrin 
Rusiyanın xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğunu bildirirdi. Göründüyü 
kimi, Ermənistan hər dəfə Rusiyanı narazı salacaq addım  ərəfəsində daxili 
problemlərlə üzləşirdi. Bu 1993-94-cü illərdə hər dəfə Rusiya nədənsə narazı olanda 
Azərbaycanda yaranan daxili gərginlik və çevriliş cəhdlərini xatırladır. Beləliklə, bu 
günə qədər Dağlıq Qarabağ münaqişəsinin həllini tapmamasının əsas səbəblərindən 
(ən azı) biri kimi Rusiyanın bunda maraqlı olmamasını göstərmək olar. (6.18) 
Azərbaycan-Rusiya münasibətlərində müəyyən dəyişikliklər yalnız 2000-ci ildə 
Rusiyada Vladimir Putinin hakimiyyətə  gəlməsindən sonraya təsadüf edir. 2001-ci 
ilin yanvarında V.Putin Azərbaycana səfər etdi. Bu müstəqillikdən sonrakı 10 il 


Müstəqillik dövründə Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə Qarşılıqlı münasibətləri (1991-2011)
 
95
müddətində ilk dəfə idi ki, Rusiya Prezidenti Azərbaycana səfər edirdi. Putin səfər 
zamanı iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlərdə durğunluğun yanlış 
olduğunu bildirdi və bu səfərini ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı 
kimi qiymətləndirdi. Bu səfər sonradan bir sira müsbət dəyişikliklərin reallaşması 
üçün təkanverici rol oynadı.  
Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin əsasını hər iki ölkə üçün faydalı olan 
dərin iqtisadi inteqrasiyaya qovuşmaq, onların istehsal imkanlarını mühüm sosial-
iqtisadi vəzifələrin həllinə yönəltmək məqsədi durur. Azərbaycan Respublikası da 
özünün yaxın qonşusu-Türkiyə ilə iqtisadi əlaqələrin genişlənməsinə çox böyük 
əhəmiyyət verərək bu istiqamətdə konkret işlərgörməyə nail olmuşdur. 
Xüsusilə  də, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, ölkə 
iqtisadiyyatını böhran vəziyyətindən çıxarmağa mane olduğu bir vaxtda, ölkənin 
xarici iqtisadi əlaqələriningenişləndirilməsini zəruri hala çevirmişdir. Qeyd olunan 
zərurətdən artan ehtiyacı ödəmək yolundaatılan addımlardan biri də 1992-ci ildə 
"Xarici investisiyaların qorunması haqqında", "Bank və banksistemi haqqında", 1994-
cü "Mülkiyyət hüququ haqqında" Azərbaycan Respublikası qanunlarınınqəbul 
edilməsidir. Sonrakı illərdə digər müqavilələr də imzalandı. 
1994-cü il fevralın 9-da "Kapitalqoyuluşlarının qarşılıqlı  təşviqi və qorunması 
haqqında saziş" ilə "ikiqat vergiqoymanın qarşısınınalınması haqqında saziş" 
imzalandı. Hər iki saziş  də ölkələr arasında ticarətin inkişaf etdirilməsibaxımından 
mühüm əhəmiyyət daşıyırdı. 
Azərbaycan 1995-ci ilə qədər ən çox Rusiyadan məhsul idxal etmişdi. XX əsrin 
son illərində isə ən çox mal idxal etdiyi ölkə Türkiyə oldu. 1998-ci ildə Azərbaycan 
Türkiyədən 275 milyon dollarlıq mal idxal etdi, bu miqdarın ümumi idxalat içindəki 
xüsusi çəkisi 30,18 faiz oldu. Bu artımın müxtəlif səbəbləri var idi. İlk növbədə, 
Türkiyədən idxal edilən malların Azərbaycan bazarlarında tanınmağa başlaması 
oldu. İkincisi, ən yaxın rəqib olan İranın ixrac məhsullannm keyfiyyətinin Türkiyə 
mallarına nəzərən çox aşağı olması idi. (7.22) 
Azərbaycanın beynəlxalq  əməkdaşlığında Türkiyə  həmişə ön sırada olmuşdur. 
Xarici iqtisadi siyasətdə qardaş ölkələrlə  əlaqələrin genişləndirilməsi prioritet 
istiqamətdir. Azərbaycan müstəqillik  əldə etdikdən sonra Azərbaycan-Türkiyə 
münasibətləri sahəsində çox iş görüldü. Türk respublikaları ilə bağlı  fəaliyyətlərin 
koordinasiya edilməsi məqsədilə TİKA, TÜRKSOY kimi təşkilatlar quruldu. Habelə, 
Türkiyədə sivil toplum səviyyəsində müxtəlif tədqiqat mərkəzləri və strateji 
tədqiqatlar aparan qurumlar açıldı. Yüksək səviyyəli münasibətlərdə də əhəmiyyətli 
addımlar atıldı. Hər il Türkiyədə keçirilən türk xalqları qurultayları dünyanın hər 
tərəfindən türk xalqları nümayəndələrinin bir yerə toplanaraq müxtəlif məsələlərlə 
bağlı fikir mübadiləsi aparmalarına zəmin hazırladı. 1992-ci ildə İstanbuldakı Qara 
dəniz  İqtisadi  Əməkdaşlıq zirvəsi, Yaltada 1998-ci ildə Qara dəniz iqtisadi 
Əməkdaşlıq şərtinin imzalanması, 1998-ci ildə Bakıda İpək yolu zirvəsi, "Üç dənizin 
(Xəzər, Qara deniz və Aralıq denizi) hekayəsi" mövzusunda beynəlxalq toplantı kimi 
toplantılar keçirildi, tərəflərin iqtisadi potensiallarını artırmaq istiqamətində xeyli iş 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə