XIV əsrin dini-təsəvvüfi ədəbiyyatın nümayəndələri – Aşıq Paşa və oğlu Əlvan Çələbi...
45
Kanda kim iki gönül birlikdedür
Göresin bunlar ganı dirlikdedür (2, 182).
Aşıq Paşa eşqi sadə, bəsit bir şey kimi başa düşməyin əleyhinə çıxış edir, çünki
ilahi eşq ilə tutuşub yanan əsl aşiqin bir çox işarələri vardır ki, bunlar şairə görə
aşağıdakılardır:
Eşq insanın könlünü işğal edər və üzünü saraldar,
Aşiq yeməkdən, içməkdən, yuxudan kəsilər,
Bir yerdə qərar tuta bilməz,
Hara baxsa onu görər,
Onun ağzı ilə danışar və s.
Aşıq Paşaya görə ilahi eşq bir şərbətə bənzər ki, onun qədrini, dadını yalnız
içənlər bilir, yəni ilahi eşqi, yalnız aşiqlər bilir. Bu isə təsəvvüfdə sonradan dadmayan
bilməz formuluna çevrilmişdir:
Aşıkın halın girü aşık bilür
Kim uzun dünde niçe zarı kılur
Kimesne kim içmedü ol şerbeti
Ne bilür kim nedür anun lezzeti
Tanrıdan aşk bir atadur mutlaka
Kime gelse ol bulur ömri-beka
Aşk içinde gizlidür cümle murad
Aık erin sen sanma kaldu na-murad
Aşk içinde görünüdurur dost yüzü
Dost yüzin nedür gören bu aşk gözü (3, 98-99).
Sonuncu fikir Aşıq Paşanın ilahi eşq düşüncəsinin bir növü yekunudur. Şairə görə
Allahın camalını yalnız eşq gözü görə bilər.
“Qəribnamə” sadə dildə Yunus Əmrə üslubunda yazıldığından xalq kütləsi
tərəfindən hər zaman oxunmuş, təsəvvüfün başlıca məsələləri, o cümlədən də ilahi eşq
haqqında tutarlı mənbə olmuşdur. Aşıq Paşanın həm şeirlərində, həm də
məsnəvilərində ən əsas anlayış ilahi eşqdir. Şairin gəldiyi ümumi qənaətə görə aşiq
bilən, məşuq isə bilinəndir. O, bu ikisi arasındakı münasibəti, bağı göstərmək üçün
müxtəlif vasitələrdən istifadə etmişdir. Bu vasitələrdən biri də tənlə can, ruhla bədən
metaforasıdır. Necə ki, tən cana möhtacdır, aşiq də məşuqa, eşq də tapınılan kulta
möhtacdır. Aşıq Paşaya görə ilahi eşq sadəcə insanı deyil, insanı olduğu qədər Tanrını
da maraqlandıran bir anlayışdır. Çünki ilahi eşq yalnız Allaha doğru yönəlmişdir.
Aşıq Paşanın “Fəqrnamə”, “Vəsfi-hal”, “Hekayə” kimi əsərləri və qəzəlləri də
vardır. O, bir əxlaq, didaktika şairi olsa da həm qəzəllərində, həm də digər əsərlərində
eşqdən ilahi bir nemət kimi bəhs etmiş, özünü aşiqlərin getdiyi kamil insan yolunun
yolçusu adlandırmışdır. Məsələn “Fəqrnamə” alleqorik məsnəvisində Aşıq Paşa Fəqr
Dos.Nigar Qüdrət qızı İsmayılzadə
46
adlı bir quşdan bəhs edir. şairə görə Tanrı aləmi yaratdıqdan sonra Fərq adlı quşa
özünə qalacaq bir yer tapmasını əmr edir. Fəqr öncə ərşi, kürsü, cənnəti, yeri, günəşi
dolaşır, sonra Adəmin, İbrahimin, Musanın, İsanın yanına gedir, ancaq onların
yanında da qala bilmir və nəhayət özünü varlı ikən fəqir, zənginkən yoxsul bilən, əl
fəqri fəxri deyən Hz.Məhəmmədin yanına gəlir və onun yanında qərar tutur. Bu əsərdə
Aşıq Paşa fəqir və təvazökar olmayanın həqiqi sevgili ola bilməyəcəyi nəticəsinə
gəlir. Aşıq Paşa “Vəsfi-hal” adlı kiçik məsnəvisində deyir ki, əsl aşiq odur ki, canını
eşqə verib nə vəziyyətdə olursa olsun hər zaman öz halına şükr edər. İlahi eşq
mövzusu Aşıq Paşanın bizə qədər müxtəlif məcmuə və cönglərdə gəlib çatan
yetmişdən çox şeirində də bu və ya digər şəkildə işlənmişdir.
Aşıq Paşada ilahi eşq cəzbə, vəcd olmaqla bərabər həm də bir inancdır. Belə ki,
şair vəhdəti vücudu vəsf edən şeirlərə sadəcə ilhamla gələn hal kimi baxmır, həm də
elmi bir konsepsiya gözü iə baxır. Onun birlik anlayışı ilahi eşqin əsas fərqləndirici
cəhətidir:
Pek bilün kim kanda birlük varısa
Kim kimünle ikiliksüz yarısa
Devleti her dü cihan anlardadur
Anlarun menzilleri canlardadur
Zira birlik Hak Çalap birligidür
İkilik şol asiler dirligüdür (2, 163).
Burada Aşıq Paşanın eşqin ontolojik izahı ilə tanış oluruq. Şairə görə İlk Varlıq,
yəni Allah, bilavasitə aşiq, məşuq və eşqdir. Bir az sadə şəkildə ifadə etmiş olsaq İlk
Varlıq, hansı nöqtədən baxılırsa baxılsın eşqin özüdür. Birlik məqamında Yaradanın
həm özü, həm də başqa varlıqlar baxımından eşqin həm subyekti, həm də obyekti
olduğu görünür. İlahi eşq demək varlıq deməkdirsə, varlıq demək də elə eşq deməkdir.
Yəni varlıqların varlıqları ilə eşq bir birilərinin eynidir. O halda bəşəri eşq ilahi eşqin
yer üzündəki variantıdır. Allah ruhları bəzmi-ələstdə bir yerə topladığında aşiqlər
orada bir birini görüb sevmişlərdir. Ruhlar əslində yarımdır, nə zaman ki, aşiqlər
qovuşurlar o zaman ruhlar tamam forma alır. Ona görə də eşq varlı kasıb, güclü zəif,
padşah gəda tanımaz, çünki onların üstndədir. O ölümdən daha güçlü olan və ölümü
gözə aldıran, candan daha qiymətli, canın fəda edildiyi şeydir. Elə bir bəladır ki,
gələndə dərdi, acını, kədəri də özü ilə gətirir. Çarəsi elə bəladan zövq almaq, gəm,
kədər içində boğulmaqdır. Şeirlərinə, “Qəribnamə” əsərinə baxdıqda Aşıq Paşanın
ilahi eşqdən anladıqlarının bunlar olduğu görünür.
Göründüyü kimi Aşıq Paşanın ilahi eşq anlayışı digər şairlərin ilahi eşq
konsepsiyasından fərqlənir. Aşıq Paşada ilahi eşq birlik, dirilik və ilahi qüdrətin
özüdür. Sonrakı təkkə şairlərinin ilahi eşqə vəhdət anı kimi baxmaları Aşıq Paşa
ənənəsini davam etdirmək anlamına gəlir.
Təkkə şeirinin böyük nümayəndələrindən biri də Əlvan Çələbidir. O, 1240-cı ildə
Səlcuqlu zülmünə, özbaşınalığına, məzhəb ayrılığına qarşı üsyan çıxaran türkmən
XIV əsrin dini-təsəvvüfi ədəbiyyatın nümayəndələri – Aşıq Paşa və oğlu Əlvan Çələbi...
47
toplumunun axın-axın gələrək ətrafına toplandığı Xorasan ərənlərindən Baba İlyasın
soyundan olub Aşıq Əlaəddin Əli Paşanın oğludur. Kırşehirdə doğduğu məlum olsa
da hansı ildə anadan olduğu bilinməz. Yüksək təsəvvüf təhsili almış, ərəbcə və farsca
öyrənmiş, öz dövrünün məşhur mütəsəvvüfü kimi yetişmişdir. Daha sonralar Əlvan
Çələbi atası Aşıq Paşanın icazəsi ilə Çoruma Tanunözü bəldəsinə (indiki Məcitözü
ilşəsi Əlvançələbi bəldəsi) gəlmiş, orada yaşamış, fəaliyyət göstərmiş, təkkəsini
qurmuş, insanları irşad etmiş və vəfat etdikdən sonra orada da dəfn olunmuşdur.
Məzarı bu gün də insanların ziyarət yeridir.
Əlvan Çələbi böyük ehtimalla ulu babasının qurduğu vəfaiyyə təriqətinə mənsub
olmuşdur. Əlvan Çələbi öz təkkəsində ilahi eşq, təsəvvüf, seyri süluk haqqında
söhbətlər aparmış, fikirlərini əsərlərinə yansıtmışdır. Əlvan Çələbinin əsas əsəri
“Mənakıbül kudsiyyə fi mənasıbii-ünsiyyə” olsa da ətvarı-süluka aid bir əsəri, bir
neçə lirik şeiri də vardır. Ancaq bütün əsərlərində eşq mövzusu hər zaman aparıcı
olmuşdur. Hətta Əhməd Kabaklı onun əsərlərində ilahi eşqin əsas mövzu olduğunu
yazır (5, 357).
Onun ən məşhur əsəri 1358-ci ildə tamamladığı “Mənakıbül kudsiyyə fi
mənasıbii-ünsiyyə” adlı türkcə yazdığı məsnəvisidir. Bu əsər məşhur ələvi şeyxi Dədə
Qarkından başlamış Baba İlyas, Muhlis Paşa və başqaları haqqında da geniş məlumat
verən mənkabədir. Ancaq bu əsərdə şair daha çox atası Aşıq Paşa və onun müasirləri
haqqında məlumat vermişdir. Əsər qəzəllərlə, qəsidələrlə, ilahilərlə bəzədilmiş, ilahi
eşqin tərənnümü lirik ricətlərlə təqdim edilmişdir. Onun ilahi eşqə həsr edilmiş ayrıca
şeirləri də vardır. Məsələn, bir qəzəlində Əlvan Çələbi ilahi eşqi belə tərənnüm edir:
Bu cümle nesneye aşkdır behane
Behane aşk u hem aşkdır behane
Bu aşk içinde birdür cam u saki
Bu aşk içinde birdür dem u dehane
Bu aşkdır kaili lafzı Enel-haqq
Bu aşkdır kaili Mansuriyane
şəklində davam edən qəzəldə eşqin mahiyyəti, tərifi, tərənnümü verilməyə
çalışılmışdır. Şairin fikirlərindən də göründüyü kimi ilahi eşq bir vəhdət vadisidir və
o vadidə hər şey birdir və hər şeyin yaranma səbəbi eşq olduğu kimi hər şeyin nəticəsi
də eşqdir. Bunu bir az fərqli şəkildə eşqin həm ilk aşiq, həm də ilk məşuq olduğu
fikrində də görmək mümkündür. İlahi eşq həm də küll halında bütün varlıq aləminin
özüdür. Eşq Zatın bir sifətidirsə demək var olmanın da əsas səbəbidir, Əlvan
Çələbinin ifadəsi ilə bəhanəsidir.
Əlvan Çələbiyə görə ilahi eşq təsəvvüfün təməli, əsas fikir sistemidir. Təsəvvüfdə
qul Allaha yaxınlaşdıqca ilahi eşqin cazibəsinə qapılır, ilahi eşqin içində fəna-fillah
olub yenidən bəqa-billah mərtəbəsində canlanır. Eşq aşiqi özünə elə bağlayır ki, eşq
aşiqin özü, özü də eşq olur. Əlvan Çələbi şeirlərində belə bir sual qoyur əgər eşq varsa
aşiq hardadır, yox aşiq varsa bəs onda eşq hardadır. Demək ki, eşq də, aşiq də bir
Dostları ilə paylaş: |