Dini radikalizm və klassik İslam təhsil sistemi: Fəzlur Rəhmanın görüşləri əsasında
37
inkişafı təhsil sistemlərinin vəziyyəti ilə sıx əlaqəlidir. Ancaq bunlardan hansının səbəb,
hansının nəticə olduğunu müəyyənləşdirmək çətindir. Yəni, mədəniyyətin inkaşı təhsil
sisteminin inkişafına təsir edir, yoxsa təhsilin inkişafı mədəniyyət inkişafına təsir edir?
Burada hər biri digərinin səbəbi kimi görünür.
Beləliklə, mədrəsələrdəki ilk dəyişikliyin
məntiq, riyaziyyat və fəlsəfə kimi əqli elmlərin tədrisdən qalxması yaxud formal hal
alması olmuşdur. Əqli elmlərdə geriləmə sadəcə elm və texnologiyada deyil, dini
elmlərə də mənfi təsirini göstərmişdir. Bununla eynivaxtlı olaraq, dövlət nizamında da
vəziyyət ağırlaşmağa başlamışdır. İdari sistemin zəifləməsi bütün sahələrdə olduğu kimi
təhsil sahəsində də özünü göstərmişdir.
27
Fəzlur Rəhmana görə mədrəsə təhsil sisteminin qapalılığı və səmərəsizləşməsi
mədrəsə sisteminin tənəzzülünün səbəbi deyil, əlamətidir. Əqli elmlərin mədrəsə
proqramından çıxarılması fikri durğunluğu meydana çıxarmışdır. Bununla yanaşı dini
elmlər də əsl bəslənmə mənbəyi olan həyatdan uzaqlaşaraq mücərrədləşdirilmişdir.
Fəzlur Rəhmanın Şatibidən nəql etdiyi bu cümlə o dövrün elm anlayışını belə təsvir
edir: `Praktik əhəmiyyəti olmayan bütün elm növləri ilə məşğul olmaq haramdır`. Bu
anlayış hür düşüncəini
iki önəmli sahəsini, fəlsəfə və riyaziyyatı mədrəsədən
uzaqlaşdırmışdır. Yerdə qalan İslam elmləri bütün təhsil sahəsində öz hakimiyyətini
qurdu. Bunlar arasında azad düşüncəyə qapı açma imkanı olan kəlam elmi Razinin
xüsusi zəhməti nəticəsində məntiq elmini özününküləşdirərək İslam elmləri arasında
özünə yer tutdu. Əslində bu nailiyyət İslam düşüncəsinin münbitliyini göstərir. Ancaq
kəlamın fəlsəfənin yerini tutması,
xüsusilə, mədrəsə tələbələri arasında fəlsəfə
əsərlərinə müraciət etmə ehtiyacını aradan qaldırdı. Bir sonrakı mərhələdə kəlamın
doqmatik xüsusiyyəti sərbəst düşüncə imkanının qarşısını aldı. Əlbəttə sərbəst
düşüncənin durğunlaşmasının tək səbəbi kəlam deyildi. Fəzlur Rəhmana görə
mədrəsələrin sərbəst düşüncədən məhrum olması, xüsusilə, hür düşüncə qabiliyyəti
olan insanları başqa bir istiqamətə, təsəvvüfə yönləndirdi. Təsəvvüfün mədrəsəyə
alternativ olması zaman içində mədrəsədə tədris olunan əsərlərin və dərslərin inkarına
gətirib çıxardı. Mədrəsələrdəki dərslərin sayının azalması və dərslərin xülasə
dərsliklərlə məhdudlaşması əzbərçi zehniyyətin yayılmasına səbəb oldu. Bundan
sonra nadir hallarda yeni təliflərə rast gəlmək mümkün idi. Artıq bir
çoxu bir-birinin
təkrarı yaxud lazımsız təfsilatlarla məşğul olan şərhlər dövrü başladı.
28
İslam dünyasının qərblə üzləşməsinin təsiri nəticəsində İslam dünyasının müxtəlif
yerlərində bir çox sahədə olduğu kimi təhsil sahəsində də yenilik arayışları başladı. Fəzlur
Rəhmana görə bu arayışlar nəticəsində yeni təhsil formuna iki cür yanaşma meydana
gəldi. Bunlardan birincisinə görə müsəlmanların qərbdən öyrənməsi lazım olan sadəcə
texnologiyadır. Ənənəvi İslam düşüncəsi müsəlmanlara yetərli olub, qərb fəlsəfəsi ilə
bağlı yeniliklərə müsəlmanların ehtiyacı yoxdur və hətta bunlar müsəlmanlar üçün
təhlükəlidir. İkinci yanaşma tərzi isə texnologiya ilə birlikdə hər növ biliyin faydalı və
27
Aydın Şevki M. Medreselerin Gerileyiş Sebepleri Üzerine // Erciyes Üniversitesi İlahiyyat
Fakültesi
Dergisi, Kayseri: 1987, № 4, s. 324-332.
28
Rahman F. İslam, s. 261-264.
i.f.d., dos. Mübariz Camalov
38
alınmalı olduğunu müdafiə edirdi. Fəzlur Rəhmana görə XIX əsrin ikinci yarısında
rəvacda olan bu anlayışı beş mütəfəkkir güclü bir şəkildə müdafiə etmişdir. Bunlar Seyid
Əhməd Xan, Seyyid Əmir Əli, Cəmaləddin Əfqani, Namiq Kamal və Məhəmməd
Əbduhdur. Bu mütəfəkkirlər İslam dünyasının müxtəlif yerlərinə səpələndikləri və çoxu
bir-birini heç vaxt görmədikləri halda eyni düşüncələri müdafiə etmələri çox maraqlıdır.
Fəzlur Rəhman İslam dünyasının müasir təhsil sisteminə müştərək yanaşması kimi
gördüyü bu düşüncələri aşağıdakı kimi sistemləşdirmişdir:
1. IX əsrdən XIII əsrə qədər elmin və elm anlayışının müsəlmanlar arasında
inkişaf etməsi Qur`anın təkidlə Allahın sənəti olan və insanın istifadə etməsi üçün
yaradılan kainatı araşdırmağa təşviq etməsinin nəticəsidir.
2. Orta əsrlərin sonlarında araşdırma və tədqiqat ruhunun müsəlmanlar arasında
dəhşətli şəkildə yox olması ilə İslam aləmi durğunlaşaraq tənəzzülə başlamışdır.
3. Əksəriyyəti İslam dünyasından alınan elmi tədqiqatlar Qərbə çəkilmiş və
beləliklə qərb ölkələri sürətlə inkişaf edərək İslam ölkələrini
belə müstəmləkəyə
çevirmişdir.
4. O halda müsəlmanlar öz malları olan elmi, inkişaf etmiş qərbdən təkrar alıb,
görkəmli keçmişlərini yenidən əldə edə bilər və beləliklə Qur`anın, indiyə qədər
laqeyd qanaşdıqları əmrlərini də yerinə yetirmiş olarlar.
Burada texnologiyanın əldə edilməsindən daha çox elmin zərurili
vurğulanmışdır. Elmi tədqiqatların zəruriliyinin Qur`anın əmri olduğuna diqqət
çəkilməsi isə xüsusi əhəmiyyət kəsb edir.
29
Fəzlur Rəhmana görə bu arayışlar müsbət
hal kimi qarşılansa da vəziyyətdən çıxış yolu üçün yetərli deyil. Təhsil sisteminin
yenilənməsi üçün dərslərin və dərslərin məzmunun dəyişdirilməsi məsələni həll etmir.
Bunun yeganə yolu İslam düşüncəsini yenidən inşa etməkdir. Beləliklə, Fəzlur
Rəhmana görə məhsuldar təhsil sistemini qurmaq üçün yeni bir İslam teologiyasına
ehtiyac var. Başqa
sözlə desək, İslam təhsil sisteminin nailiyyəti özünü həqiqi və azad
İslam düşüncəsini yaratmaqda göstərməlidir.
30
Fəzlur Rəhmana görə klassik İslam təhsil sisteminin əsl nöqsanı təhsilin kitab və
şəxslərə bağlı olmasıdır. Bunun ən böyük təzahürü mədrəsələrdə yetişən alimlərin
mədrəsələrə görə deyil, dərs aldıqları müəllimlərə görə tanınmasıdır. Bu vəziyyət
İslam dünyasında mədrəsələrin sistemləşməsindən sonra da davam etmişdir. Buna
görə də, Fəzlur Rəhmana görə İslam dünyasındakı azad fikirli mütəfəkkirlərin böyük
əksəriyyəti
mədrsələrdə deyil, mədrəsə xaricində xüsusi dərs verən müddərislərin
yanında yetişmişdir.
31
Nəticə olaraq demək olar ki, radikalizmin meydana çıxmasını siyasi, iqtisadi,
dini, mədəni, fəlsəfi və s. bir çox səbəblə izah etmək olar. Bunlardan İslam dünyasında
29
Rahman F. İslam ve Çağdaşlık: Fikri Bir Geleneğin Değişimi, (tərcümə: Açıkgenç A., Kırbaşoğlu
M.H.), Ankara: Ankara Okulu Yayınları, 2002, s. 107-108.
30
Çelikel B. Fazlur Rahman`da Eğitimin Tanımı ve Hedefleri // Dokuz Eylül Üniversitesi İlahiyat
Fakültesi Dergisi, 2008, № 27, s. 71; Çelikel B. Fazlur Rahman`da Eğitimin Tanımı ve Hedefleri // Dokuz
Eylül Üniversitesi İlahiyat Fakültesi Dergisi, 2008, № 27, s. 134.
31
Rahman F. İslam, s. 259-260.