Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə32/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   93

67 
 
Yarımkeçirici cihaz 
Tərifi 
İş prinsipi 
Tətbiqi 
Termorezistor 
 
 
 
Termoelement 
 
 
 
Fotorezistor 
 
 
 
Fotoelement  
 
 
 
 
Elektron resurslar: 
1. globalcatalog.com›microsemicorp.us/az 
2. https://www.youtube.com/watch?v=730sBS_7EoU 
3. https://www.youtube.com/watch?v=cyveulGd0WM 
4. infourok.ru›urok-po-fizike-poluprovodniki…pribori… 
 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
T
əsnifetm
ə 
Müxtəlif yarımke-
çirici cihazları qu-
ruluş və iş prinsipi-
nə görə səhv təsnif 
edir. 
Müxtəlif yarımke-
çirici cihazları qu-
ruluş və iş prinsi-
pinə görə çətinliklə 
təsnif edir. 
Müxtəlif yarımke-
çirici cihazları qu-
ruluş və iş prinsi-
pinə görə əsasən 
təsnif edir. 
Müxtəlif yarımke-
çirici cihazları qu-
ruluş və iş prinsi-
pinə görə düzgün 
təsnif edir. 
T
ətb
iq
etm
ə 
Yarımkeçirici ci-
hazları tətbiq et-
məklə sadə təcrü-
bələri müəllimin 
köməyi ilə  aparır. 
Yarımkeçirici ci-
hazları tətbiq et-
məklə sadə təcrü-
bələri kiçik qüsur-
lara yol verməklə 
aparır. 
Yarımkeçirici ci-
hazları tətbiq et-
məklə sadə təcrü-
bələri qismən 
aparır. 
Yarımkeçirici cihaz 
ları tətbiq etməklə 
sadə təcrübələri 
dəqiq  aparır. 
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur. 
 
 
Dərs 16/ 
MƏSƏLƏ HƏLLİ 
Burada çalışma 1.5-dəki tapşırıqlar həll oluna bilər. 
2. Cavab: A.  
3. Cavab: 2 lampası  işıqlanar, çünki sağ dövrədəki diod tərs birləşmədədir və  cərəyan 
dioddan deyil, lampadan keçərək onu işıqlandırır. 1 lampası  işıqlanmaz, çünki sol dövrədə  
diod  düz birləşmişdir və  onun müqaviməti lampanın müqavimətindən çox-çox kiçik 
olduğundan sol dövrənin budaqlandığı yerdən cərəyan lampadan yox, dioddan keçir – 1 
lampası işıqlanmır. 
4. Cavab: a) aşqar  keçiricilik;  b) məxsusi keçiricilik 
 
 


68 
 
Dərs 17 / Mövzu: 
MÜXTƏLİF MÜHİTLƏRDƏ ELEKTRİK CƏRƏYANI 
(TƏQDİMAT DƏRS) 
Dərsə hazırlıq mərhələsinə bir neçə mövzu əvvəldən başlamaq lazımdır. Məktəbin texniki 
bazası  və  şagirdlərin hazırlıq səviyyəsi imkan verərsə, təqdimatın “Power Point”, 
“ActivInspire”, “Mimio” proqramlarında hazırlanması daha faydalıdır. Əks halda sadə təqdi-
matdan, böyük vərəq üzərində hazırlanmış plakatlardan və s.-dən istifadə etmək olar. Dərsin 
əsas məqsədi şagirdlərdə seçim, ümumiləşdirmə, qruplaşdırma və təqdimetmə bacarıqlarının 
formalaşdırılmasıdır. Təqdimat zamanı şagirdlər öz seçimlərini əsaslandırmağı da bacarmalı-
dırlar. Buna görə də təqdimata qısa girişdən və  “Metallarda elektrik cərəyanını necə təsvir 
etmək olar? Elektrolitlərdə elektrik cərəyanının nümayişini hansı planla həyata keçirmək la-
zımdır? Vakuumda elektrik cərəyanını hansı praktik təcrübələr vasitəsilə nümayiş etdirmək 
daha  əlverişlidir? Qazlarda elektrik cərəyanına aid nümunələri hansı ardıcıllıqla yerinə 
yetirmək lazımdır? Yarımkeçiricilərdə elektrik cərəyanının sxematik təsvirini necə  təqdim 
etmək olar?” suallarına cavabdan başlamaq məqsədəuyğundur. Bu fəaliyyəti 4–5 nəfərlik 
qruplarla həyata keçirmək də olar. Müəllim təqdimatın qiymətləndirilməsi üçün meyarlar 
hazırlayarkən metodik vəsaitdə  təqdim olunan nümunələrdən istifadə edə bilər.  Şagirdlər 
öncədən qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Təqdimatların yalnız müəllim 
tərəfindən deyil, eyni zamanda sinif yoldaşları tərəfindən də qiymətləndirilməsi çox vacibdir. 
Müəllim təqdimatın qiymətləndirilməsi üsullarını özü müəyyən edir. 
 
Təqdımatın 
qiymətləndiril-
mə meyarları 
Variantlardan birini seçin 
Məzmun 
 Mövzu açılmışdır. 
 Mövzu qismən açılmışdır. 
 Mövzu açılmışdır, lakin səhvlər vardır. 
 Mövzu tamamilə açılmışdır. 
Təqdimetmənin 
dəqiqliyi 
 Məlumatlar mövzuya uyğun gəlmir, orfoqrafik səhvlər vardır. 
 Məlumatlar dəqiq və tam deyil, orfoqrafik səhvlər vardır. 
 Məlumatlar mövzuya uyğun gəlir, lakin tam deyil, orfoqrafik səhvlər vardır. 
  Məlumatlar mövzuya tam uyğun gəlir və tam əhatə edir, orfoqrafik səhvlər 
yoxdur. 
Dizayn 
  Təqdimatdakı  təsvir məzmuna uyğun gəlmir, estetik tələblərə cavab vermir. 
Mətn çətinliklə oxunur. 
  Təqdimatdakı  təsvir məzmuna qismən uyğun gəlir, estetik tələblərə cavab 
vermir. Mətn çətinliklə oxunur. 
 Təqdimatdakı məzmun məntiqəuyğun tərtib olunmuşdur, estetik tələblərə bəzi 
hallarda cavab vermir. Mətn oxunur. 
  Təqdimatdakı  təsvir məntiqəuyğundur, estetik tələblərə cavab verir. Mətn 
asanlıqla oxunur. 
 
Alt 
STANDARTLAR
2.1.3. Maddəni quruluşuna və xassələrinə görə təsnif edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
Müxtəlif mühitlərin elektrik keçiriciliyinə dair təqdimat edir 


69 
 
 
İş prosesində 
şagirdlərin birgə 
əməkdaşlığı 
 Qrup daxilində iş zəif təşkil olunmuşdur. İştirakçılar bir-birinə və başqalarının 
layihələrinə diqqət yetirmir. Layihənin həyata keçirilməsində bütün şagirdlər eyni 
dərəcədə fəal deyil. 
 Qrup daxilində  iş düzgün təşkil olunmuşdur, lakin iş qeyri-bərabər bölün-
müşdür. 
 Qrup daxilində iş düzgün  təşkil olunmuşdur. Şagirdlər ünsiyyətlidir, lakin bə-
zən bir-birinə diqqət  yetirmirlər. 
 Qrup daxilində iş düzgün  təşkil olunmuşdur, şagirdlər arasında iş bölgüsü bəra-
bər paylanmışdır. Şagirdlər ünsiyyətlidir, bir-birinə hörmət və diqqət  yetirir. 
 
Şagirdlər tərəfindən təqdimatların qiymətləndirilməsi meyarları: 
Meyarlar Hə Yox 
 
1 Təqdimatda bütün qrup üzvləri iştirak edir. 
 
 
2 Təqdimat maraqlıdır, məzmununda səhv informasiya yoxdur. 
 
 
3 Slaydların dizaynı maraqlıdır.  
 

İşdə orfoqrafik səhvlər yoxdur. 
 
 
5 Çıxış edənlər öz fikirlərini aydın və dəqiq bildirirlər.  
 
6 Müxtəlif mühitlərin elektrik keçiriciliyinə dair təqdimat edirlər.  
 
7 Müxtəlif mühitlərdə elektrik cərəyanına  dair malik olduqları biliklər əsasında 
ümumiləşmələr aparırlar. 
 
 
8 Təqdimatın hazırlanmasında dərslikdəki ardıcıllıq gözlənilmişdir.  
 
 
 
Şagirdin özünü qiymətləndirməsi 
Mənim uğurlarım 
+/ –   
Mən təqdimatımız üçün lazım olan şəkilləri əldə etdim. 
 
Mən ən azı iki fakt yazdım.  
Mən qrupda işləməyi öyrəndim.  
Mən təqdimat hazırlamağı öyrəndim.  
Mən layihə üçün maraqlı faktları seçə bildim. 
 
Mən layihə ilə iş zamanı yaranan suallara cavab verdim. 
 
Layihədə iştirak edərkən başa düşdüm ki, uğur qazanmaqda mənə nələr kömək 
edə bilər. 
 
 
 
 
 
ÜMUMİLƏŞDİRİCİ  TAPŞIRIQLARIN CAVABLARI 
 
1. A     2. C       3. A     4. E     5. A 
 
 
 
 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə