87
Dərs 27/Mövzu:
ELEKTROMAQNİT VƏ ONUN TƏTBİQLƏRİ
Maraqoyatma dərslikdə verilən mətn və şəkil əsasında yaradıla bilər (
A bloku). Bu
zaman müəllimin texniki imkanları olan sinifdə elektromaqnit və onun
tətbiqinə həsr olunan
video fraqmentlər nümayiş etdirməsi məqsədəuyğundur.
Şagirdlər müşahidə etdikləri hadisələrə dair fərziyyələrini irəli sürürlər.
Sual Fərziyyələr
Elektromaqnit nədir?
Qaldırıcı qurğularda güclü maqnit təsiri
yaradan nədir?
Bu qurğularda maqnitsizləşdirmə necə
yaradılır?
Tədqiqat sualı:
“
Elektromaqnit nədir və onun iş prinsipi nəyə əsaslanır?”
B blokunda verilən araşdırma yerinə yetirilir. Araşdırma üç mərhələdə aparılır:
1. Cərəyanlı sarğacın maqnit təsirinin sarğacdakı cərəyan şiddətindən asılılığının müşahidəsi.
2. Cərəyanlı sarğacın maqnit təsirinin sarğacın dolaqlarının sayından asılılığının müşahidəsi.
3. Cərəyanlı sarğacın maqnit təsirinin dəmir içliyin təsiri ilə artmasının müşahidəsi.
Müşahidə nəticələrinin müzakirəsi dərslikdə verilən suallar əsasında
keçirilə bilər.
Yeni bilik müsahibə ilə öyrədilə bilər (
C bloku). Müsahibə
araşdırmadan çıxan nəticələr üzərində qurula bilər:
– Cərəyanlı sarğacın dolaqlarının sayı artdıqca onun maqnit təsiri
niyə güclənir?
– Cərəyanlı sarğacın maqnit təsirini daha hansı üsulla artırmaq olar?
– Cərəyanlı sarğaca
dəmir
içlik daxil etdikdə
onun maqnit təsirinin dəyişdiyini necə
müəyyənləşdirmək olar?
Vaxta qənaət məqsədilə elektromaqnitin kim tə-
rəfindən ixtira edilməsi və elektrik zənginin qu-
ruluş sxemi illüstrasiya olunaraq onun iş prinsipi
haqqında şagirdlərə məlumat verilir. Daha sonra
müəllim elektromaqnitə aid
cədvəli lövhədə
çəkir, şagirdlər həmin cədvəli iş vərəqinə köçürür
və onu nəzəri məlumata əsasən doldururlar.
Dərsdə imkan olarsa, teleqraf aparatının aşağıda
təsvir edilən sadələşdirilmiş sxemi illüstrasiya
olunur, habelə onun quruluş və iş prinsipinə dair
Alt
STANDARTLAR
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların
başvermə səbəblərini şərh edir.
3.1.1. Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun
cihazlardan istifadə edir.
Təlim
NƏTİCƏLƏRİ
Cərəyanlı sarğacın maqnit sahəsinin gücləndirilmə üsulunu
təcrübi olaraq
əsaslandırır.
Elektromaqnitin tətbiqlər olunduğu sadə məişət və istehsalat qurğularının
quruluş və iş prinsipini sxemlər əsasında şərh edir.
Şəkil 1.
88
müsahibə təşkil edilə bilər (şəkil 1).
“Yaradıcı tətbiqetmə” mərhələsində “Elektromaqnit kranının modeli ilə iş” araşdırması
yerinə yetirilir (
D bloku). Araşdırmanın icrası çox vaxt tələb etdiyindən onu iki şagirdin
iştirakı ilə müəllimin nümayiş etdirməsi məqsədəuyğundur.
Əvvəlcə elektromaqnit kranının modeli 2V-luq gərginlik mənbəyinə birləşdirilir, sonra də-
mir lövbər elektromaqnitə yaxınlaşdırılır və onun qarmağından elektromaqnitdən qopana
qədər yüklər asılır. Daha sonra elektromaqnitin uclarına 4V gərginlik verilir və təcrübə
təkrarlanır. Lazımi ölçmələr dərslikdə verilən qaydaya müvafiq aparılır. Araşdırmada
məqsəd elektromaqnit kranının yükqaldırma qabiliyyətinin cərəyan şiddətindən asılılığını
nümayiş etdirməkdir.
Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud
olan şagirdləri
müəllim daha fəal şagirdlərin yanında əyləşdirməlidir.
Dərsin “Nə öyrəndiniz” mərhələsində şagirdlər ümumiləşdirmə aparır. Onlar iş vərəqinə
köçürdükləri natamam cümlələri tamamlayırlar.
Elektron resurslar:
1. https://www.youtube.com/watch?v=ULEwUAGAxtI
2. https://www.youtube.com/watch?v=y8m96dAl7lY
3. https://www.youtube.com/watch?v=LslKr17gz-w
Qiymətləndirmə. Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini
müəyyən etmək olar.
M-lar
I
səviyyə
II
səviyyə
III
səviyyə
IV
səviyyə
Ə
sa
sla
nd
ırma
Cərəyanlı sarğacın
maqnit
sahəsinin
gücləndirilmə üsu-
lunu
təcrübi olaraq
səhv əsaslandırır.
Cərəyanlı sarğacın
maqnit sahəsinin
gücləndirilmə üsu-
lunu təcrübi olaraq az
səhvə yol verməklə
əsaslandırır.
Cərəyanlı sarğacın
maqnit sahəsinin
gücləndirilmə üsu-
lunu təcrübi olaraq
əsasən doğru əsas-
landırır.
Cərəyanlı sarğacın
maqnit sahəsinin
gücləndirilmə üsu-
lunu təcrübi olaraq
tam doğru əsaslandı-
rır.
Şə
rhetm
ə
Elektromaqnitin tət-
biq
olunduğu sadə
məişət və istehsalat
qurğularının quruluş
və iş prinsipini sxem-
lər əsasında müəlli-
min
köməyi ilə şərh
edir.
Elektromaqnitin tət-
biq olunduğu sadə
məişət və istehsalat
qurğularının quruluş
və iş prinsipini sxem-
lər əsasında az xəta-
lara
yol verərək şərh
edir.
Elektromaqnitin tət-
biq olunduğu sadə
məişət və istehsalat
qurğularının quruluş
və iş prinsipini sxem-
lər əsasında qismən
doğru şərh edir.
Elektromaqnitin tət-
biq olunduğu sadə
məişət və istehsalat
qurğularının quruluş
və iş prinsipini sxem-
lər əsasında ətraflı
şərh edir.
Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.
Ev tapşırığı: “Elektromaqnitlərin tətbiqi” haqqında esse yazmaq.
Dərs 28/
MƏSƏLƏ HƏLLİ
Burada çalışma 2.3-dəki tapşırıqlar həll oluna bilər:
1. Cavab: Sarğacdakı cərəyanın istiqaməti sağ əl (və ya sağ yivli burğu) qaydasına əsasən
təyin olunur: dörd barmağın büküldüyü istiqamət.