Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə38/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   93

82 
 
dəmir tozu – cərəyanlı düz naqilin yaxınlığında və naqildəki cərəyan  şiddəti artdıqda daha 
çox sıxlaşır. 
Lövhədə ümumi cədvəl çəkilir və şagirdlər həmin cədvəli iş vərəqinə köçürürlər. 
 
S.s 
Araşdırma 
İstiqaməti təsvir  et 

Cərəyanlı düz naqilin maqnit induksiya xətləri 
 

Naqildən şaquli aşağı istiqamətdə elektrik 
cərəyanı keçdikdə 
 

Naqildən şaquli yuxarı istiqamətdə elektrik 
cərəyanı keçdikdə 
 
Araşdırmanın müzakirəsi dərslikdə verilən suallar əsasında qurula bilər. Müzakirə zamanı 
müəllim  şagirdlərin diqqətini maqnit təsirini dəyişməyin mümkün olmasına yönəldir. 
Qruplar işlərini təqdim etdikcə müəllim onlara dərslikdə verilən, yaxud əlavə suallarla 
müraciət edə bilər: 
– Maqnit induksiya vektorunun istiqaməti nədən asılıdır? 
– Düz naqildən keçən cərəyan  şiddəti artdıqda maqnit əqrəblərinin vəziyyətində hansı 
dəyişiklik baş verdi? 
– Cərəyanlı düz naqildən müxtəlif məsafələrdə qoyulan maqnit əqrəblərinin düzülüşündə 
hansı dəyişikliyi müşahidə etdiniz? 
Diferensial təlim.  Təlim nəticələri zəif və sağlamlıq imkanları  məhdud olan şagirdlərdən 
müşahidələrini şərh etməyi tapşırmaq olar.  
Şagirdlərin cavabları müzakirə olunduqdan sonra C blokundakı  nəzəri məlumatla tanışlıq 
müxtəlif üsullarla (“İnsert”, “Fasilələrlə oxu”, “Fəal oxu” və s.) aparıla bilər. Mövzuda 
verilmiş materialla tanış olduqca şagirdlər təklif edilmiş sxemi tamamlaya bilərlər. 
 
 
Dərsin məzmunu ilə şagirdlər aşağıdakı müddəalar əsasında tanış olurlar: 
 Cərəyanlı düz naqilin maqnit induksiya xətlərinin mənzərəsi. 
 Cərəyanlı düz naqil üçün sağ yivli burğu qaydası. 
 Cərəyanlı düz naqil üçün sağ əl qaydası. 
Yaradıcı  tətbiqetmə  mərhələsində  şagirdlər ya D blokunda verilən tapşırığı, yaxud da 
müəllimin məqsədəuyğun hesab etdiyi tapşırığı icra edirlər. 
Növbəti mərhələdə  şagirdlər  E blokunda verilən tapşırığı yerinə yetirirlər. Texniki 
imkanları olan siniflərdə müəllim tapşırığı “AktivInspire”, “Mimio”, “Power Point” pro-
qramlarının birində interaktiv formada təqdim edə bilər. Bu zaman şagirdlər elektron lövhədə 
sərbəst şəkildə açar sözlərini uyğun hissələrdə yerləşdirə bilərlər. Düzgün cavabları proqram 
təminatı ilə yoxlamaq üçün “konteyner” funksiyasından istifadə etmək məqsədəuyğundur. 
Cərəyanlı düz naqilin maqnit induksiyası 
Mənzərəsi necə 
müşahidə oluna bilər?
_____________ 
_____________ 
_____________ 
 
İstiqaməti necə təyin 
edilir? 
Sağ yivli burğu qaydası
_____________ 
_____________ 
_____________ 
İstiqaməti necə təyin 
edilir? 
Sağ əl qaydası 
___________ 
_____________ 
_____________ 


83 
 
 
 
Elektron resurslar: 
1. https://www.youtube.com/watch?v=OWzYafri_ZA 
 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
M-
lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
T
əyin
etm
ə 
Cərəyanlı düz naqilin 
maqnit induksiya xət-
lərinin istiqamətini 
müxtəlif üsullarla 
səhv təyin edir. 
Cərəyanlı düz naqilin 
maqnit induksiya xət-
lərinin istiqamətini 
müxtəlif üsullarla 
çətinliklə təyin edir. 
Cərəyanlı düz naqilin 
maqnit induksiya xət-
lərinin istiqamətini 
müxtəlif üsullarla 
əsasən  doğru təyin 
edir. 
Cərəyanlı düz naqilin 
maqnit induksiya xət-
lərinin istiqamətini 
müxtəlif üsullarla tam 
doğru təyin edir. 
M
əs
əl
əqurma v
ə 

ll
etm
ə 
Cərəyanlı düz naqilin 
maqnit induksiyasının 
təyininə aid keyfiyyət 
xarakterli məsələləri 
səhv qurur və müəlli-
min köməyi ilə  həll 
edir. 
Cərəyanlı düz naqilin 
maqnit induksiyasının 
təyininə aid keyfiyyət 
xarakterli məsələləri 
çətinliklə  qurur və az 
səhvə yol verməklə 
həll edir. 
Cərəyanlı düz naqilin 
maqnit induksiyasının 
təyininə aid keyfiyyət 
xarakterli məsələləri  
qurur  və qismən 
doğru həll edir. 
Cərəyanlı düz naqilin 
maqnit induksiyasının 
təyininə aid keyfiyyət 
xarakterli məsələləri 
düzgün  qurur və 
dəqiq həll edir. 
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur. 
 
 
 
Cərəyanlı düz naqil üçün sağ əl 
qaydası..... 
Bizdən şəkil müstəvisinə perpendi-
kulyar yönələn maqnit sahəsinin 
induksiya xətləri. ..... 
Cərəyanlı düz naqil üçün sağ yivli 
burğu qaydası:...... 
Şəkil müstəvisindən bizə doğru perpen-
dikulyar yönələn maqnit induksiya 
xətləri............. 
I
I
     
     
    
 
         
        
        
 


84 
 
Dərs 25/ 
MƏSƏLƏ HƏLLİ 
 
Burada çalışma 2.2-dəki tapşırıqlar həll oluna bilər: 
1. Cavab: sağ yivli burğu və ya sağ əl  qaydası ilə təyin olunur.  
Naqil boyunca:  1- şaquli yuxarı; 2- sola;   3- bucaq altında yuxarı; 4- sağa. 
2. Cavab: 
 
3. Cavab: arxasında. 
4. Cavab: Naqildə elektrik cərəyanının istiqaməti 
olaraq elektronların hərəkətinin  əksi istiqaməti 
qəbul olunmuşdur. Sağ  əl qaydasını  tətbiq etsək, 
elektron dəstəsinin yaratdığı sahənin induksiya 
xətlərinin istiqaməti  şəkil müstəvisinə per-
pendikulyar olmaqla saat əqrəbi istiqamətindədir. 
5. Cavab: B. 
 
 
Dərs 26/Mövzu: 
DAİRƏVİ CƏRƏYANIN VƏ CƏRƏYANLI SARĞACIN 
MAQNİT SAHƏSİ 
Maraqoyatma belə  də yaradıla bilər: müəllim cərəyanlı düz naqilin maqnit induksiyası 
haqqında şagirdlərin biliyinə əsaslanaraq ixtiyari cərəyanlı naqil ətrafında maqnit sahəsinin 
yarandığını slaydlarla nümayiş etdirir. Şagirdlərdən cərəyanlı dairəvi naqilin maqnit 
sahəsinin cərəyanlı düz naqilin yaratdığı maqnit sahəsindən necə  fərqləndiyi haqqında 
fikirləri soruşulur. İrəli sürülən fərziyyələr aşağıdakı cədvəldə qeyd edilə bilər. 
Cərəyanlı düz naqilin maqnit sahəsi Cərəyanlı dairəvi naqilin maqnit sahəsi 
 
 
Tədqiqat sualı:
 “Dairəvi cərəyanın maqnit sahəsinin induksiyasını necə təyin etmək olar?” 
Şagirdlər 4-5 qrupa bölünür. Onlar dərsliyin B blokunda verilən “Dairəvi cərəyanın maqnit 
spektri” araşdırmasını icra edirlər. Bu zaman müəllim qruplara yaxınlaşıb aşağıdakılara 
diqqət etməlidir: 
– dövrədə gərginliyin 4V - dan yüksək olmadığına; 
– dəmir tozunun müstəvi lövhə üzərinə dövrənin açıq vəziyyətində səpilməsinə
– maqnit spektrinin mənzərəsinin iş vərəqində estetik baxımdan səliqəli çəkilməsinə.  
Alt 
STANDARTLAR 
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların baş 
vermə səbəblərini şərh edir.  
1.1.4. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin qanunauy-
ğunluqlarına dair topladığı məlumatları şərh edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 Dairəvi cərəyanın və cərəyanlı sarğacın maqnit sahəsinin qüvvə xətlərinin 
mənzərəsini – maqnit spektrini sadə təcrübələrlə nümayiş edir. 
 Dairəvi cərəyanın və cərəyanlı sarğacın maqnit sahəsinin induksiya 
xətlərinin istiqamətini əlverişli üsullarla təyin edir. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə