80
Tövsiyə. Texniki imkanları olan sinif otaqlarında bu nümayişi “Fizika multimedia”
dərsliyindən istifadə etməklə də yerinə yetirmək olar.
Maraqoyatma
mərhələsini dərsliyin A blokundakı mətn əsasında da başlamaq olar. Bu
zaman müəllim fənlərarası inteqrasiya yaratmaqla şagirdlərin fizika və coğrafiya fənnindən
qazandıqları biliklərə istinad edə bilər. Mərhələni beyin həmləsi əsasında BİBÖ texnikasını
tətbiq etməklə aparmaq məqsədəuyğundur.
BİLİRƏM
İSTƏYİRƏM BİLƏM ÖYRƏNDİM
Müəllim lövhədə BİBÖ cədvəlini qurduqdan sonra şagirdlərlə əvvəl qazandıqları biliklərinə
əsasən aşağıdakı suallar ətrafında müsahibə təşkil edir:
M: Yerin Şimal və Cənub coğrafi qütblərini necə müəyyən edirsiniz?
M: Hərdən Meteoroloji Proqnozlar Bürosu belə bir məlumat yayır: “Günəşdə aktivləşmələr
baş vermişdir. Yerdə maqnit qasırğası gözlənilir”. Bu məlumatı necə şərh etmək olar?
M: Maqnit qasırğası nə deməkdir?
M: Yer atmosferinin hansı təbəqələrini tanıyırsınız?
Şagirdlərin cavabları BİBÖ cədvəlinin birinci sütununa (“Bilirəm”) yazılır.
Tədqiqat sualı:
“
Yer kürəsinə böyük maqnit kimi baxmaq olarmı?”
Şagirdlər bu zaman cədvəlin “Bilmək istəyirəm” hissəsində öz qeydlərini edir. Müəllim
dərs boyu şagirdlərin bilmək istədikləri məsələləri aydınlaşdırır.
Şagirdlər qruplara ayrılır və
B blokunda verilmiş “Kompas hazırlaya bilərsinizmi?”
araşdırmasını yerinə yetirir. Onlar təlimata uyğun olaraq iynəni maqnitə sürtməklə maqnit-
ləndirir və sadə kompas hazırlayaraq onunla Yerin coğrafi qütblərini təyin edirlər. Qruplar
işlərini təqdim etdikdən sonra müəllim dərslikdə verilən suallar əsasında
müzakirə təşkil edə
bilər.
Növbəti mərhələdə qruplara
C blokunda verilən nəzəri materialı oxumaq tapşırığı verilir.
Onlar dərsin məzmunu ilə aşağıdakı müddəalar əsasında tanış olurlar:
Yerin maqnit sahəsi və onun qütbləri.
Maqnitosferin Yer atmosferindəki yeri.
Maqnit qasırğası.
Tövsiyə. Yerin maqnitosferi və onun sipər rolundan bəhs edən üçölçülü animasiya nümayiş
etdirilməsi təlim nəticələrinə müsbət təsir göstərər.
Təklif olunan cədvəl və sxemlər.
Aşağıdakı cədvəli tamamlamaqla hər qrup digər qrupun təqdimatından öyrəndiklərini öz
məlumatı ilə müqayisə edə bilər.
Anlayış
Məlumat Müzakirə zamanı nəticəm
Yerin maqnit qütbləri
Maqnitosfer
Maqnit qasırğası
Şagirdlər “Yaradıcı tətbiqetmə”
mərhələsində D blokunda verilən
tapşırığı icra edirlər.
Elektron resurslar:
1. https://www.youtube.com/watch?v=qY4mfhVLW_Y
2. https://www.youtube.com/watch?v=vOmOsp4MPb4
3. https://www.youtube.com/watch?v=P1Tbebrf39Q
Qiymətləndirmə. Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini
müəyyən etmək olar.
81
M-lar
I
səviyyə
II
səviyyə
III
səviyyə
IV
səviyyə
İzahe
tm
ə
Yer
kürəsinin maqnit
sahəsinə malik oldu-
ğunu
və bu sahənin
əhəmiyyətini səhv
izah edir.
Yer kürəsinin maqnit
sahəsinə malik oldu-
ğunu və bu sahənin
əhəmiyyətini az
səhvlərə yol verməklə
izah edir.
Yer kürəsinin maqnit
sahəsinə malik oldu-
ğunu və bu sahənin
əhəmiyyətini əsasən
izah edir.
Yer kürəsinin maqnit
sahəsinə malik oldu-
ğunu və bu sahənin
əhəmiyyətini düzgün
izah edir.
İzahe
tm
ə v
ə
nümayi
şet
m
ə
Kompasın
quruluş və
iş prinsipini
izah edir,
ondan necə istifadə
etməyi
müəllimin
köməyi ilə nümayiş
etdirir.
Kompasın quruluş və
iş prinsipini izah edir,
ondan necə istifadə
etməyi çətinliklə
nümayiş etdirir.
Kompasın quruluş və
iş prinsipini izah edir,
ondan necə istifadə
etməyi qismən doğru
nümayiş etdirir.
Kompasın quruluş və
iş prinsipini izah edir,
ondan necə istifadə
etməyi dəqiq nümayiş
etdirir.
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur.
Ev tapşırığı: “Cib kompası hazırlamaq”.
Dərs 24/Mövzu:
CƏRƏYANLI DÜZ NAQİLİN
MAQNİT İNDUKSİYASI
Dərsə
A blokunda verilən mətn və suallarla başlamaq olar. Bu zaman müəllim şagirdlərin
fizikadan qazandıqları biliyə istinad edərək aşağıdakı suallarla müsahibə təşkil edə bilər:
– Elektrik cərəyanının hansı təsirləri var?
– Elektrik cərəyanının maqnit təsirini necə aşkar edə bilərsiniz?
– Cərəyanın maqnit təsiri nədən asılıdır?
– Cərəyanlı düz naqilin maqnit sahəsinin induksiya xətlərinin
istiqamətini necə müəyyən-
ləşdirmək olar?
Şagirdlərin irəli sürdükləri fərziyyələr ümumiləşdirilir və maraq doğuranları lövhədə yazılır.
Tədqiqat sualı formalaşdırılır.
Tədqiqat sualı
: “
Cərəyanlı düz naqilin maqnit induksiya xətləri hansı formaya malikdir və
induksiya vektorunun istiqamətini necə təyin etmək olar?”
Şagirdlər
B blokunda verilən “Cərəyanlı düz naqilin maqnit induksiya xətləri” araşdırmasını
icra edirlər. Burada məqsəd cərəyanlı düz naqilin maqnit sahəsinin spektrini almaq və
induksiya xətlərinin hansı formaya malik olduğunu aşkar etməkdir.
Müəllim araşdırma zamanı şagirdlərin diqqətini maqnit əqrəblərinin və ya maqnit tozunun
cərəyanlı düz naqilin ətrafındakı düzülüşünə yönəltməlidir. Belə ki, maqnit əqrəbləri
naqildəki cərəyan şiddəti artdıqca və naqilə yaxın yerləşdikcə daha çox meyil edir. Eynilə
Alt
STANDARTLAR
1.1.1. Elektromaqnit (maqnit, işıq),
atom və nüvə hadisələrini, onların
başvermə səbəblərini şərh edir.
1.1.4. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin
qanunauyğunluqlarına dair topladığı məlumatları şərh edir.
Təlim
NƏTİCƏLƏRİ
Cərəyanlı düz naqilin maqnit induksiya xətlərinin istiqamətini müxtəlif
üsullarla təyin edir.
Cərəyanlı düz naqilin maqnit induksiyasının təyininə aid keyfiyyət
xarakterli məsələlər qurur və həll edir.