73
Dərs 19/ Mövzu:
MAQNİT HADİSƏLƏRİ. SABİT MAQNİTLƏR
Dərsə şagirdlərin gündəlik həyatda rast gəldikləri hadisələri
misal gətirməklə başlamaq
olar. Şagirdlər qarşılıqlı təsirlərə aid müəyyən təsəvvürlərə malikdirlər. Onların təsəvvür-
lərindən istifadə etməklə dərsi metodik cəhətdən səmərəli qurmaq mümkündür. Bunun üçün
müəllim 6-cı sinif “Fizika” fənnindən “Maqnit qarşılıqlı təsiri” mövzusu ilə fəndaxili, “Həyat
bilgisi” və “Coğrafiya” ilə fənlərarası inteqrasiyadan istifadə edərək diaqnostik qiymətləndir-
mə apara bilər. O, qiymətləndirməni sual-cavab şəklində keçirə bilər:
– Maqnitin hansı növlərini tanıyırsınız?
– Maqnitdən istifadə etməklə qayçı və ya iynəni maqnitləndirə bilmisinizmi?
– Praktikada maqnitdən harada istifadə olunduğuna dair nümunə göstərə bilərsinizmi?
– Yüklü zərrəciklər arasındakı qarşılıqlı təsirlə maqnitlər arasındakı qarşılıqlı təsirin
oxşar və
fərqli cəhətləri hansılardır?
– Kompasda maqnitin hansı xassəsindən istifadə olunur? Onun əsas hissəsi nədən ibarətdir?
Sonra müəllim dərslikdə verilən material əsasında gündəlik həyati nümunələrlə şagirdlərə
sabit maqnitin rolu barədə misallar göstərə bilər (
A bloku). Şagirdlərin fəallığını artırmaq
məqsədilə şəkillərdən, slaydlardan, videomateriallardan və ya “Fizika multimedia” dərsliyin-
dən istifadə olunması məqsədəuyğundur.
Tədqiqat sualı
: “
Maqnit nədir və o hansı xassələrə malikdir?”
Müzakirə zamanı müəllim şagirdlərin fikrini ona yönəldir ki, maqnitlər müxtəlif formalı
olsalar da, onlar bəzi cisimləri cəzbetmə xüsusiyyətinə malikdir.
Praktikada bu xüsusiyyət-
dən müəyyən məqsədlər üçün istifadə olunur.
Müəllim sinfi qruplara bölür və
B blokunda verilən araşdırma yerinə yetirilir. Şagirdlər
bu mərhələdə “Maqnit xassəli cisim” adlı araşdırma icra edirlər. Şagirdlər müəyyən edirlər
ki,
tərkibi dəmir, polad, nikel, çuqun və onun ərintilərindən ibarət olan cisimlər maqnit
tərəfindən cəzb olunur, lakin şüşə, taxta, plastmas, mis, alüminium maddələrdən hazırlanan
cisimlər isə maqnitə cəzb olunmur. Müşahidə edilən hadisələrin başvermə səbəbi haqqında
müxtəlif fərziyyələr irəli sürülür.
İkinci araşdırmada “Maqnitin hansı hissəsində maqnit təsiri daha böyükdür?” sualı
araşdırılır. Şagirdlər aşkar edirlər ki, maqnitin cazibə təsiri onun hər yerində eyni olmur.
Onlar maqnitə cəzb olunan mismarların maqnitlənərək zəncir kimi digər mismarları cəzb
etməsini araşdırır, maqnitin müxtəlif hissələrinə müxtəlif miqdar mismar cəzb olunduğunu
müşahidə edirlər. Tapşırığın müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər.
Araşdırma zamanı şagirdlərdə yaranan fərziyyələri cavablandırmaq
üçün əlavə suallardan
istifadə oluna bilər. Qrup liderləri təqdimat edirlər.
Dərsliyin bu mərhələsində “Maqnitin qütblərinin təyin edilməsi” araşdırması icra olunur.
Şagirdlər müşahidə edirlər ki, sapdan asılan düz maqnit hansı istiqamətdə fırladılmasından
asılı olmayaraq həmişə eyni vəziyyətdə sükunət halını alır. Sinfə müraciət olunur:
– Sapdan asılan düz maqnitin sükunət halını aldığı vəziyyətdə hansı qanunauyğunluq
müşahidə olunur?
Alt
STANDARTLAR
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların
başvermə səbəblərini şərh edir.
3.1.1. Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun
cihazlardan istifadə edir.
Təlim
NƏTİCƏLƏRİ
Maqnit hadisələrinə nümunələr gətirir.
Sabit maqnitlərin xassələrini izah edir.
Sabit maqnitlərlə təcrübələr aparır.
74
Onlar Yer kürəsinin iki coğrafi qütbə – Şimal və Cənub
coğrafi qütblərinə malik ol-
duğunu və maqnitin də bu qütblərə doğru istiqamətləndiyini qeyd edirlər. Müəllim
müsahibəsini davam etdirir:
– Bəs nə üçün maqnitin bir ucu Yerin Şimal, digər ucu isə Cənub coğrafi qütbünə doğru
istiqamətlənir? Maqniti həmin istiqamətlərə yönəldən nədir?
Araşdırmanın müzakirəsi dərslikdə verilən suallar əsasında da qurula bilər.
Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin
aktiv iştirakını təmin etmək üçün müəllim onları daha fəal şagirdlərlə bir qrupa daxil edə
bilər.
Müəllim dərsin nəzəri hissəsinə dair təqdimat hazırlayan
qruplara kömək məqsədilə
aşağıdakı planı təqdim edə bilər:
Sabit maqnitlər.
Sabit maqnitlərin xassələri.
Maqnit əqrəbi və kompasın işi.
Maqnit qütbləri arasında qarşılıqlı təsir.
D blokunda verilən “Maqnitin qütbləri bir-birinə necə təsir edir?” araşdırması yerinə
yetirilir. Araşdırma qruplarda yerinə yetirilə bilər. Araşdırmada məqsəd şagirdləri
maqnitlərin eyniadlı və müxtəlifadlı qütbləri arasında qarşılıqlı təsirini praktik yoxlamaqdır.
Şagirdlər müşahidələrini iş vərəqinə köçürdükləri aşağıdakı cədvəldə qeyd edirlər.
S.s
Araşdırma
Qarşılıqlı təsir
Cəzbetmə
İtələnmə
1
İki şimal
2
İki cənub
3
Cənub və şimal
E blokunda verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq
ümumiləşdirməsinə xidmət edir
Sabit maqnitin xassələri
Xassələri
Açar sözlər
sabit maqnit, maqnit qütbü, şimal maqnit qütbü, cənub maqnit
qütbü, birqütblü maqnit, Küri nöqtəsi, maqnitin orta xətti.
Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda (F bloku) “Öyrəndiklərinizi
yoxlayın” hissəsindəki tapşırıqlar yerinə yetirilir. Tapşırıqların icrası üçün aşağıdakı
cədvəllərdən istifadə etmək olar.
Təklif olunan cədvəl və sxemlər.
Elektron resurslar:
1. youtube.com›watch?v=f6CqAsYbE58
2. quickiwiki.com›az/Maqnit
S.s Maqnitin
növü
Xassələri
1 Düz
maqnit
2 Nalşəkilli maqnit
3
Halqaşəkilli maqnit