Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə45/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   93

97 
 
Dərs 34/ 
MƏSƏLƏ HƏLLİ 
 
Burada çalışma 2.5-dəki tapşırıqlar həll oluna bilər: 
1. Cavab: 1və 2 – kollektor; 3– rotor (cərəyanlı çərçivə); 4– statorun maqnit qütbləri;  
5– fırça. 
2. Cavab: Saat əqrəbi hərəkətinin əksi istiqamətində. 
 3. Cavab: Voltmetrin daxili müqaviməti çox-çox böyük olduğundan o, cərəyan mənbəyinin 
uclarındakı  gərginliyi göstərəcək. Ampermetr dövrəyə paralel qoşularsa, onun daxili 
müqaviməti kiçik olduğundan yanacaq və cihaz sıradan çıxacaqdır. 
4. Cavab: Maqnitoelektrik sistemli ampermetrin “+” sıxacı  cərəyan 
mənbəyinin “–” qütbünə birləşdirildikdə əqrəbin bərkidildiyi çərçivədən 
cərəyan tərsinə keçir, çərçivə  əks istiqamətə dönür, əqrəb cihazın 
divarına sıxılaraq qırılır, cihazın daxili müqaviməti yanır – cihaz 
sıradan çıxır. 
5. Cavab: Rotor saat əqrəbi hərəkətinin əksi istiqamətində fırlanır. 
 
 
Dərs 35/Mövzu:
 MAQNİT SAHƏSİNİN HƏRƏKƏTDƏ OLAN YÜKLÜ 
ZƏRRƏCİKLƏRƏ TƏSİRİ. LORENS QÜVVƏSİ 
Maraqoyatmanı dərslikdə verilən suallarla başlamaq olar (A bloku). Müəllim şagirdlərə 
əvvəlki mövzularda yerinə yetirilmiş araşdırmaları xatırlada və nümayiş etdirə bilər. 
Məsələn, maqnit sahəsinin cərəyanlı naqilə Amper qüvvəsi ilə  təsir etdiyini və  cərəyanın 
yüklü zərrəciklərin nizamlı  hərəkətindən ibarət olduğunu “Fizika multimedia” elektron 
dərsliyindəki uyğun animasiyaları nümayiş etdirmək yerinə düşər. Tədricən tədqiqat sualı 
formalaşdırılır. 
Tədqiqat sualı
: “Maqnit sahəsi hərəkət edən yüklü zərrəciyə də təsir edirmi?”  
“Hərəkətdə olan yüklü zərrəciklər selinə maqnit sahəsinin təsiri” araşdırması yerinə 
yetirilir (B bloku). Təcrübə yüksək gərginlikdə aparıldığından təhlükəsizlik baxımından onu 
müəllimin nümayiş etdirməsi məqsədəuyğundur. Bu təcrübə ilə şagirdlər “Alovsuz boşalma” 
araşdırmasında tanış olmuşlar (bax: Fizika 9, §1.5). Müəllim havası seyrəldilən şüşə borunun 
elektrodları arasında yaranan alovsuz qaz boşalmasına əvvəlcə, düz maqnitin şimal, sonra isə 
cənub qütbünü yaxınlaşdırır və şagirdlərdən baş verən hadisəni diqqətlə izləməyi tələb edir. 
Müşahidələrin nəticəsi dərslikdə verilən suallarla yanaşı, aşağıdakı tip suallarla da müzakirə 
oluna bilər: 
– Havası seyrəldilən şüşə borunun elektrodları arasında yaranan hansı qaz boşalmasıdır? 
– Elektrodlar arasında yaranan moruğu rəngli nazik işıqlı zolaq nədən ibarətdir? 
Alt 
STANDARTLAR 
1.1.2. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinə aid 
məsələlər qurur və həll edir. 
1.1.3. Yüklü zərrəciklərin, atom və nüvədaxili zərrəciklərin hərəkətini 
şərh edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 Maqnit sahəsinin hərəkətdə olan yüklü zərrəciklərə  təsirinin qanuna-
uyğunluğunu izah edir. 
 Maqnit sahəsinin hərəkətdə olan yüklü zərrəciklərə  təsir istiqamətini 
əlverişli üsulla təyin edir. 
 Maqnit sahəsinin hərəkətdə olan yüklü zərrəciklərə  təsirini təcrübədə 
yoxlayır. 


98 
 
– Bu yüklü zərrəciklər selinin maqnitin bir qütbündən itələndiyi, maqnitin digər qütbünə 
doğru isə meyil etməsi necə izah edilər?  
Müəllim  şagirdlərin cavablarını dinlədikdən sonra Lorens 
qüvvəsinin riyazi ifadəsini çıxarır.  Şagirdlərdən bu çıxarılış 
tələb olunmaya da bilər.  
Əlavə olaraq bildirilir ki, elektrik yükünün yerdəyişməsi za-
manı Lorens qüvvəsi iş görür. Yüklü zərrəciklərin sürəti və 
Lorens qüvvəsi sabit olsa da, qüvvənin istiqaməti həmişə sürət və induksiya vektoruna 
perpendikulyar qalmaqla dəyişir. Bu hal sol əl qaydası tətbiq olunmaqla izah edilir. 
Lorens qüvvəsinin təsiri ilə ipdə yaranan gərilmə qüvvəsi arasında analogiya yaratmaq 
olar. Belə ki, ipin gərilmə qüvvəsi maddi nöqtəni çevrə üzrə hərəkət etdirdiyi kimi, Lorens 
qüvvəsinin təsiri altında maqnit qüvvə xətlərinə perpendikulyar istiqamətdə daxil olan yüklü 
zərrəcik də çevrə üzrə hərəkət edir. 
Dərsin əsas məzmunu ilə şagirdlər aşağıdakı müddəalar əsasında tanış olurlar: 
1. Maqnit sahəsinin hərəkətdə olan yüklü zərrəciyə təsiri. 
2. Lorens qüvvəsinin çıxarılışı. 
3. Sol əl qaydasının tətbiqi. 
Təklif olunan cədvəl və sxemlər. 
D blokunda verilən tapşırıq yerinə yetirilir. Bu tapşırıq cütlərlə yerinə yetirilə bilər. Araşdır-
mada məqsəd  şagirdlərin nəzəri öyrəndiklərini tətbiq etməkdir. Yaradıcı  tətbiqetmədə ve-
rilmiş məsələdən əlavə, keyfiyyət xarakterli qrafik məsələlər də həll oluna bilər. Şagirdlərə  
iş vərəqlərinə aşağıdakı cədvəli köçürüb onu tamamlamaq tapşırıla bilər. 
 
Tapşırıq Müsbət yüklü zərrəciyin 
sürətinin istiqamətini  
təyin edin 
Mənfi yüklü zərrəciyə təsir edən 
Lorens qüvvəsinin istiqamətini 
təyin edin 
 
 
Şagirdlər Amper və Lorens qüvvələrini Venn diaqramında müqayisə edirlər.  
Elektron resurslar: 
1. az.wikipedia.org/wiki/ 
2. shagird.info/mundericatlar/main_ 
3. edu.glavsprav.ru/info/sila-lorenca 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.
  
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
İzahe
tm
ə 
Maqnit sahəsinin 
hərəkətdə olan yüklü 
zərrəciklərə təsirinin 
qanunauyğunluğunu 
səhv  izah edir. 
Maqnit sahəsinin 
hərəkətdə olan yüklü 
zərrəciklərə təsirinin 
qanunauyğunluğunu 
çətinliklə izah edir. 
Maqnit sahəsinin 
hərəkətdə olan yüklü 
zərrəciklərə təsirinin 
qanunauyğunluğunu 
əsasən doğru izah 
edir. 
Maqnit sahəsinin 
hərəkətdə olan yüklü 
zərrəciklərə təsirinin 
qanunauyğunluğunu 
düzgün  izah edir. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə