Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə44/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   93

95 
 
Dərs 33/Mövzu: 
AMPER QÜVVƏSİNİN TƏTBİQLƏRİ: ELEKTRİK 
MÜHƏRRİKİ VƏ ELEKTRİK ÖLÇÜ CİHAZLARI 
 
Mövzuya maraqoyatma dərslikdə verilən mətn və uyğun sualların, yaxud müəllimin 
qabaqcadan müəyyən etdiyi aşağıdakı tip sualların müzakirəsi əsasında həyata keçirilə bilər. 
 
– Hərəkətli elektrik avadanlıqlarından hansıları məişətdə çox istifadə olunur? 
– Bu elektrik avadanlıqlarının quruluş və iş prinsipi hansı fiziki hadisəyə əsaslanmışdır? 
– Onlarda hansı enerji çevrilməsi baş verir? 
Texniki imkanları olan siniflərdə müəllimin  əvvəlcədən hazırladığı slaydlardan istifadə 
oluna, “Fizika multimedia” diskində uyğun animasiya nümayiş etdirilə bilər. Bu zaman 
elektrik mühərrikinə malik müxtəlif elektrik avadanlıqlarının  fotoşəkilləri nümayiş olunur. 
Bütün bunlardan sonra şagirdlər tədqiqat sualı formalaşdırırlar. 
Tədqiqat sual: 
Amper qüvvəsinin  ətraflı öyrənilməsində  məqsəd nədir, onun nə kimi 
tətbiqləri var?”
  
Müəllim şagirdlərin maraq doğuran fərziyyələrini lövhədə qeyd edir, sinfi iki qrupa bölür 
və onlardan birinə dərslikdə “Elektrik mühərriki” yarımbaşlığı altında verilən materialla tanış 
olmaq tapşırılır. Bu qrup şagirdlər aşağıdakı müddəalara diqqət yetirməyə istiqamətləndirilir:
 
 Elektrik mühərriki nədir? 
 Elektrik mühərrikində stator və onun vəzifəsi. 
 Elektrik mühərrikində rotor və onun vəzifəsi. 
 Elektrik mühərrikində kollektor və fırçalar, onların vəzifəsi.  
 Elektrik mühərrikinin iş prinsipinə dair məlumatların ümumiləşdirilməsi. 
İkinci qrupa isə dərslikdən “Elektrik ölçü cihazları” yarımbaşlığı altında verilən material-
la tanış olmaq tapşırılır. Bu qrup şagirdlərinin diqqəti aşağıdakı müddəalara yönəldilir: 
 Elektrik ölçü cihazlarının müxtəlif sistemləri: maqnitoelektrik, elektromaqnit və elektrodi-
namik sistemlər haqqında ümumi məlumat. 
 Maqnitoelektrik sistemli ölçü cihazlarının quruluş və iş prinsipi. 
 Ampermetrin elektrik dövrəsinə ardıcıl, voltmetrin isə paralel qoşulmasının səbəbinin nə-
zəri araşdırılması. 
 Elektromaqnit sistemli ölçü cihazlarının quruluş və iş prinsipi.  
 Elektrik ölçü cihazlarının iş prinsipinə dair məlumatların ümumiləşdirilməsi. 
Müəyyən vaxtdan sonra hər iki qrupun liderləri öyrəndikləri uyğun dərs materialının 
məzmunu haqqında təqdimat edirlər. Bu zaman qrup nümayəndələrinin qarşılıqlı sualları 
yarana bilər. Liderlər qrup şagirdlərinin müdaxiləsi sayəsində qarşı qrupun suallarını tam 
cavablandırmağa çalışırlar.  
Bundan sonra hər iki qrupun şagirdləri tərəfindən “Elektrik mühərrikinin hissələri və iş 
prinsipi” araşdırması yerinə yetirilir. Onlar elektrik mühərriklərinin hissələri və iş prinsipini 
Alt 
STANDARTLAR 
3.1.1. Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun 
cihazlardan istifadə edir.  
3.2.1. Müxtəlif fiziki hadisələrə (elektromaqnit, işıq, atom və nüvə) 
əsaslanan qurğuların iş prinsiplərini şərh edir.  
3.2.2. Müxtəlif fiziki hadisələrin inkişafında fizika elminin roluna dair 
təqdimatlar edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 İş prinsipi Amper qüvvəsinin tətbiqinə əsaslanan məişət, istehsalat və 
texniki cihazlara aid nümunələr göstərir. 
 Müxtəlif elektrik ölçü cihazlarının quruluş və iş prinsipini sadə təcrübələr 
və sxemlər əsasında izah edir. 


96 
 
daha dərindən öyrənirlər. Şagirdlər özləri üçün müəyyən edirlər ki, cərəyan şiddəti normadan 
az olduqda niyə elektrik mühərrikli elektrik avadanlıqları işləmir. Araşdırmanın nəticəsi kimi 
verilən cədvəlin uyğun xanaları doldurulur.  
Yeni dərsin izahından sonra müəllim  şagirdlərlə birlikdə yeni informasiyaların sxem-
konspektini tərtib edə bilər. 
 
Təklif olunan cədvəl və sxemlər. D blokunda verilən “Elektromaqnit sistemli cihazın iş 
prinsipini öyrənək” araşdırması icra olunur. Araşdırma cütlərlə yerinə yetirilə bilər. Araşdır-
mada məqsəd elektromaqnit və maqnitoelektrik sistemli 
ölçü cihazlarının iş prinsipindəki oxşar və  fərqli cəhətləri 
praktik olaraq öyrənməkdir.  Şagirdlər iş  vərəqində 
təcrübənin sxemini çəkir və ən geniş istifadə olunan bu iki 
sistemin Venn diaqramında müqayisəsini aparırlar: 
Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırı-
ğın icrası ilə dərs boyunca öyrənilən  biliklər müstəqil olaraq ümumiləşdirilir. 
Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi 
yoxlayın” hissəsindəki tapşırıqlar yerinə yetirilir. 
Elektron resurslar: 
1. https://tr.wikipedia.org/wiki/Ölçü_aleti_(elektrik) 
2. www.avel.edu.az/toc.php?libraryID=85 
3. www.mtomd.info/archives/2327 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
T
ətbiq
et
m
ə 
İş prinsipi Amper 
qüvvəsinin tətbiqinə 
əsaslanan məişət, is-
tehsalat və texniki ci-
hazlara aid nümunə-
ləri müəllimin kömə-
yi ilə göstərir. 
İş prinsipi Amper 
qüvvəsinin tətbiqinə 
əsaslanan məişət, is-
tehsalat və texniki ci-
hazlara aid nümunə-
ləri az səhvə yol ver-
məklə  göstərir. 
İş prinsipi Amper 
qüvvəsinin tətbiqinə 
əsaslanan məişət, is-
tehsalat və texniki ci-
hazlara aid nümunə-
ləri əsasən doğru gös-
tərir. 
İş prinsipi Amper 
qüvvəsinin tətbiqinə 
əsaslanan məişət, is-
tehsalat və texniki ci-
hazlara aid ətraflı də 
doğru nümunələr  
göstərir. 
İzahe
tm
ə 
Müxtəlif elektrik ölçü 
cihazların quruluş və 
iş prinsipini sadə 
təcrübələr və sxemlər 
əsasında izah 
etməkdə çətinlik 
çəkir. 
Müxtəlif elektrik ölçü 
cihazlarının quruluş 
və iş prinsipini sadə 
təcrübələr və sxemlər 
əsasında kiçik qüsura 
yol verməklə izah 
edir. 
Müxtəlif elektrik ölçü 
cihazlarının quruluş 
və iş prinsipini sadə 
təcrübələr və sxemlər 
əsasında qismən 
doğru izah edir. 
Müxtəlif elektrik ölçü 
cihazlarının quruluş 
və iş prinsipini sadə 
təcrübələr və sxemlər 
əsasında dəqiq izah 
edir. 
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur. 
Ev tapşırığı. Layihə: “Elektrik mühərriklərinin kəşf tarixi”. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə